IIL II-XİV əsrlərdə Qərbi Avropada fəlsəfə
1.
Xristian fəlsəfəsinin formalaşması.
Avqustin
Xristianlığın büdpərəst politeizm (yun. «theos» - çox allahlı-
lıq) ilə mübarizə apardığı dövrdə apologet (yun. «apologemai» -
müdafiə
edən)
ədəbiyyat
meydana
gəlir.
Apologet
ədəbiyyatından sonra patristika (lat. «patres» - atalar, yəni
dini-ruhani atalar) yaranır. Patristika dedikdə kilsə atası
adlananlann, yazıçıla- nn əsərləri nəzərdə tutulur. Bu əsərlər
xristian fəlsəfəsinin əsasını qoymuşlar.
Qərbi Avropada «kilsə atalan» sırasında xristian fəlsəfəsinin
inkişafına ən çox təsir göstərən Avqustin (354-430) olmuşdur.
Skeptisizmin, Platonun, neoplatonizmin, həmçinin mani dininin
(zərdüştlük ilə xristianlığın sintezi) Avqustinin dünyagörüşünə
təsiri olmuşdur. O, yetkinlik yaşlannda xristianlığı qəbul
etmişdir. Avqustin ilahiyyata aid bir çox əsərlərin müəllifidir. Bu
əsərlərdə o, Allahın ali varlıq olduğunu sübut edirdi. Onun
fikrincə insan subyektiv olaraq sərbəst hərəkət edir, lakin nə
edirsə, bunları onun vasitəsilə Allah edir. Özünün əzəli qəran ilə
Allah bəzi adamlara gələcək əbədi həyatda xoşbəxt yaşamaq
səadəti bəxş edib, başqalanni isə daimi işgəncəyə məhkum edib.
Xristianlıq tarixində məşhur olan Allah tərəfindən hər kəsin
taleyinin əvvəlcədən müəyyən edilməsi təliminin mahiyyəti elə
bu idi. Avqustin yerdəki dünyanı ikinci kitab adlandırır və
göstərirdi ki, onu Müqəddəs Kitabdan sonra oxumaq lazımdır.
Başqa xristian alimləri kimi Avqustin də dünyada şər
qüvvələrin rolunu şişirdirdi. O, göstərirdi ki, dünyada şər və xeyir
dualizmi yoxdur. Zərdüştün öyrətdiyi kimi iki müstəqil başlanğıc
(şər və xeyir) ola bilməz. İnsan şəri seçdi və Allahın iradəsi
əleyhinə çıxdı.
Avqustin göstərirdi ki, bəşəriyyət tarixi iki barışmaz səltənətin
mübarizə tarixidir. İşıq səltənəti ilə zülmət səltənəti, AI-
94
lah ilə şeytan arasında daim mübarizə gedir. Şeytan səltənətini
Avqustin dövlət ilə, Allah səltənətini isə kilsə ilə bağlayırdı.
Avqustin hesab edirdi ki, yalnız Allaha məhəbbət insanı əsl
insan edir, onu bütün dünyadan yüksəyə qaldınr. Hər cür
zorakılıq — istər rəsmi (dövlət tərəfindən), istər qeyri-rəsmi
(hiddətlənən kütlə tərəfindən) - Yer üzündəki çatışmazlığın
təzahürüdür. Avqustinin fikrincə, kilsə simasında özünü
göstərən mənəvi hakimiyyət Yerdə olan hakimiyyət növüdür,
hamı, həm sadə insanlar, həm də hökmdarlar ona tabe olmalıdır.
Siyasət və sosial tərəqqi Avqustində sırf teoloji mahiyyət kəsb
edir.
Avqustinə görə zaman indi mövcuddur və onun üç aspekti
var. İndiki zaman öz-özlüyündə həqiqi mövcud olan yeganə
vaxtdır. Keçmiş yaddaşda yaşayan indiki vaxtdır, gələcək isə
indi gözlənilən zamandır. Bu nəzəriyyədə əsas məsələ Allah
tərəfindən yaradılan varlıq kimi insanın əqli təcrübəsinin bir
hissəsi olan vaxtın subyektiv xarakter daşıdığını xüsusi qeyd
etməkdir.
2.
Sxolastika fəlsəfəsinin meydana gəlməsi və inkişafı
Orta əsr Avropasında fəlsəfənin inkişafında əsas cərəyan
sxolastika (lat. «schola» - məktəb) olmuşdur. Sonralar
«sxolastika» sözü həyatdan ayrılan, praktiki cəhətdən məhsuldar
olmayan elmin sinonimi kimi işlədilmişdir.
Sxolastikanın məşğul olduğu əsas məsələ biliyin inama olan
münasibətidir. Bu cərəyanın tərəfdarları belə bir tezisdən çıxış
edirdilər ki, inam ağıldan üstündür. Sxolastikada başqa mühüm
məsələ ümuminin təkə olan münasibətidir. Sxolastlar bu
məsələnin bir sıra həlli yollarını göstərmişdilər. Lakin onların
içərisində ikisi daha əsas yer tutur. Birincidə deyilirdi ki,
«universalis» (lat. «universalis» - ümumi) - ümumi anlayışlar
insan şüurundan və dilindən asılı olmayaraq müstəqil yaşayırlar.
Bu görüş realizm adlanırdı. İkinci yol tərəfdarları isə təsdiq
edirdilər ki, «universalis» real olaraq, insandan asılı olmayaraq
mövcud deyil. Onlar yalnız ümumi adlardır. Bu təlimə görə
ümumi qəbilə birliyi k i m i «ümumiyyətlə insan» yoxdur.
95
real olaraq yalnız ayrı-ayn adamlar mövcuddur. «İnsan» yalnız
ümumi addır və hər bir ayn adam bu adla adlanır. Belə görüşə
nominalizm deyirdilər (lat. «nomina» - ad deməkdir).
XII
əsr Avropa fəlsəfəsində mistika müəyyən yer tutur.
Mistika insanın Allah ilə bilavasitə ünsiyyətə girmək, öz
şəxsiyyətini Allahın şəxsiyyətində «əritmək» qabiliyyətinə
deyilir.
3.
Sxolastika fəlsəfəsinin çiçəklənməsi və süqutu
XIII
əsr Qərb sxolastika fəlsəfəsinin inkişafında zirvə və
yetkinlik dövrü hesab edilir. Fəlsəfi və elmi ədəbiyyatın
genişlənməsi sxolastikanın inkişafına təkan verdi. Aristotelin
elmi əsərlərinin mənimsənilməsinin də bu dövr üçün olduqca
böyük əhəmiyyəti oldu.
XIII əsrin əvvəllərində Aristotelin və onun ərəbdilli da-
vamçılanmn əsərləri kilsə tərəfindən düşməncəsinə qarşılandı.
Lakin çox keçmədi ki, Aristotel təlimi katolik dininin dayağı
hesab edilməyə başladı. Aristotel təliminin kilsə ehkamlarına
(doqmalarma) uyğunlaşdıniması prosesində sxolastlann böyük
rolu olmuşdur.
XIII əsrdə sxolastikanın ən görkəmli nümayəndələri alman
filosofu Albert Bolştedt, Tomas Akvinat, Duns Skot olmuşlar.
Albert Bolştedt (təxm. 1193-1280) təbiət elmlərində
eksperimental tədqiqatlar aparırdı. Öz fəlsəfi təlimində o, hələ
köhnə sxolastika ənənələrini davam etdirir, Aristoteli öyrənir,
əsərlərindən istifadə edərək onları izah edir və sxolastikaya
uyğunlaşdırırdı. O, İbn Sinadan da çox şey mənimsəmişdir.
A.Bolştedtin şagirdi Tomas Akvinat (Foma Akvinski) (1225-
1274) averroizmi^^ ardıcıl katolisizm mövqeyindən tənqid edir
və göstərirdi ki, inam və ağıl nəinki bir-birindən fərqlənir, onlar
həm də birlik təşkil edirlər. Həqiqətə doğru hərəkət edən ağıl dini
ehkamlarda ziddiyyətə girə bilər. Averroistlərin ikili həqiqət
təliminə rəğmən T.Akvinat təsdiq edirdi ki, iki fikir arasındakı
ziddiyyət bütün hallarda onlardan birinin yanlış olduğunu
" Averroizm - İspaniyada yaşamış böyük ərəb fılosofiı İbn Rüşdün təliminə deyilir. Averroes -
İbn Rüşdün latmiaşdınimış adıdır.
96
Dostları ilə paylaş: |