Qədim Misir mədəniyyətinin meydana gəlməsi dünyanın ən
qədim mədəniyyətlərindən biri kimi orada quldarlıq
cəmiyyətinin yarandığı dövrə - b.e.ə. IV minilliyin axırlanna
təsadüf edir.
Qədim Misir düşüncəsinin inkişafında dindən başlayıb
miflərin fəlsəfi izahına doğru gedən yolu açıq müşahidə etmək
olar. Zaman keçdikcə miflərə dini deyil, əvvəllər onların malik
olmadıqlan fəlsəfi məna gətirilir.
Qədim Misir mifologiyasında hökmdarın üzərinə düşən
vəzifələr o qədər mürəkkəb və çətin idi ki, bir adam onlann
öhdəsindən gələ bilməzdi. Aləmi dərk etmək qabiliyyəti, ali
hakimiyyət, kütlələri xalq halında birləşdirmək, onları müdafiə
etmək, lazım olanda cəzalandırmaq hökmdarın əsas atributlan
idi. Misir allahları insana çox bənzəyirdilər, insanlara xas olan
bəzi zəif cəhətlər onlarda da vardı. Hökmdar vəzifələrinin bir
qismini öz nümayəndələrinə tapşırırdı. Misirlilər inanırdılar ki,
yerdəki hökmdar Ali allah hesab edilən Renin oğludur. Deməli
hökmdar fövqəltəbii bir varlıq hesab edilirdi.
B.e.ə. III əsrdən başlayaraq Qədim Misirdə (İsgəndəriyyə
məktəbində) elm yüksək dərəcədə inkişaf etməyə başladı
(Evklid, Arximed, Erasistrat və b.).
Mesopotamiyanın ərazisində ilk şəhər-dövlətlər, əlifba və
elm yaranmışdı. Burada da miflər idrakın o dövrdəki
səviyyəsinin universal izahı idi. Kosmosun, dünya qaydalannm
və dünyanı idarə edən ilahi qanunlann yaranması haqqındakı
məsələlər ilə yanaşı mesopotamiyalılann təfəkküründə, sonralar
)nınan fəlsəfəsində olduğu kimi, insan həyatının mənası,
həmçinin etik normalann dərk edilməsi məsələləri də meydana
çıxır.
Misirlilərin və babilistanlıların mədəniyyəti qədim dünyada,
0 cümlədən Yunanıstan və Romada elmi və ictimai fikrin
inkişafına çox böyük təsir göstərmişdi.
5.
Qədim Azərbaycanda və İranda fəlsəfi fikir.
Zərdüştlük.
Dualist din (dini fəlsəfə) olan Zərdüştlük b.e.ə. VII-VI
əsrlərdə Qədim Azərbaycan və İran ərazisində meydana
gəlmişdir. Bu dinin yaradıcısı Zərdüşt (yun. Zoroästr,
Zaratuştra) ol-
79
muşdur. O, bu dinin müqəddəs kitabı olan «Avesta»nın ən qədim
hissəsinin müəllifidir. «Avesta» («Qanun») üç kitabdan ibarətdir:
Vendidad, Yasna və Vispered. Əvvəlki iki kitabda toplanmış dini
mərasimləri əks etdirən mətnlər - yaştlar «Aves- ta»nın ən qədim
hissələri hesab olunur. Onlar irili-xırdalı müxtəlif vaxtlarda
yaranmış iyirmi bir himndən ibarətdir. Yas- nanın əsas
məzmununu Zərdüştün lirikası - qatlar təşkil edir. Vispered
Yasnanın ayn-ayrı hissələrinə əlavədir.
Zərdüştlüyün əsas ideyası - dünya qaydalannm xeyir və şər,
işıq və zülmət, həyat və ölüm arasında gedən mübarizədən asılı
olması fikridir. Kainatın müsbət başlanğıcının təcəssümü -
Hörmüz (Ahura-Məzdə), mənfi başlanğıcının isə - Əh- rimandır
(Ahura-Manyu). Onlann hər ikisi «Sonsuz vaxt»ın - allah
Ervanın oğullarıdır. Onlann banşması mümkünsüzdür. Zərdüşt
deyirdi: «Mən varlığın başlanğıcında olan iki Ruh haqqında
demək istəyirəm ki, onlardan biri - İşıqlı (Ahura- Məzdə) kinli
yamana (Ahura-Manyu) dedi: «Bizim nə fikrimiz, nə təlimimiz,
nə iradəmiz, nə əqidəmiz, nə sözümüz, nə işimiz, nə bizim
inamımız, nə bizim qəlbimiz uyğun gəlmin>.®
«Avesta»da deyilir ki, şər daimi deyil, həm mənəvi, həm də
dini pərəstiş baxımından ondan təmizlənmək yolu ilə şəri aradan
götürmək mümkündür. Bu təmizlənmədə əsas rolu oda sitayiş
etmək tutur. Od insanı saflaşdırır. Zərdüşt Hörmüz tərəfdarlarına
öləndən sonra o dünyada gözəl güzaran, Əhrima- nın
davamçılarına isə məşəqqətli ağır vəziyyət vəd edir. Zər-
düştlükdəki cismani ölümdən sonra həyat, dünyanın axın,
öləndən sonra mükafat, son məhkəmə, ölülərin dirilməsi, bakirə
qızın gələcəyin xilaskannı doğması ideyalan sonralar meydana
gələn dinlərə də keçmişdir.
«Avesta»da Hörmüz yeganə Yaradıcı hesab edilir, Ahura -
Qədim Assuriya allahlarından birinin adı idi. Zərdüşt bu ada
«məzdə» sözünü əlavə etmişdi. Bu söz «bilən böyük Yaradıcı»
deməkdir. «Avesta»da Hörmüzün (Ahura-Məzdənin) 20 adı
göstərilir: 1. Soruşulan, sual edilən (tam, bol); 2. Arzu edilən;
AeecTa.
(
B
pyccKHX
nepeeoflax),
CFI6, 1998, c.143.
80
3.
Qüdrətli; 4. Həqiqət; 5. Bütün yaxşı, xoş olanlar; 6. Ağıl;
7.
Ağıllı; 8. Təlim; 9.Alim; lO.Müqəddəs; 11. Müqəddəslik;
12.
Ahura; 13. Ən güclü; 14. Kinsiz; 15. Qalib; 16. Hər şeyi
hesablayan; 17. Hər şeyi görən; 18. Sağaldan, şəfa verən; 19.
Yaradan; 20. Məzdə.
Zərdüşt öyrədirdi ki, şər - əbədi deyil. Yuxarıda deyildiyi
kimi, şərdən təmizlənmə işində od əsas rol oynayır. «Aves-
ta»dakı Günəş himnində deyilir:
Biz Günəşə
Ölməz işığa dua edirik..
Xeyirli fikir, xeyirli söz, xeyirli iş Zərdüşt əxlaqının üç əsas
dayağıdır. Zərdüştlük dualanmn birində deyilir: «Həqiqət ən
xeyirli işdir...». Hörmüz himnində deyilir:
Xeyirli fikri, ey Zərdüşt
Mən yaratmışam Ən yaxşı
Həqiqəti Mən yaratmışam.
Bu arzu olunan Hakimiyyəti Mən
yaratmışam.
Müqəddəs Möminliyi ^
Mən yaratmışam.
Həm Bütövlüyü, Həm Ölümsüzlüyü
O dünyada dindarlar üçün Mükafat
kimi Mən yaratmışam."
10
Авеста. Избранные гимны. Душанбе, 1990, с.50.
" Yenə orada, s.l8.
81