yerinə yetirən - yaxşı adamdır. Həyat - vəzifə və məsuliyyət
deməkdir.
Brahman mütləq həqiqət və təmiz şüur olduğu üçün şüurdan
törəyir. Brahmançılıq isə Brahmana qovuşmaq təcrübəsidir. Bu
təlimə görə insan özünümüşahidə prosesində özünü dərk edir, o
həm də bütöv Kainatı başa düşür. İdrak və varlıq eynidir, eyni
mütləqin ayrılmaz aspektidir. Həqiqəti dərk etmək - həqiqətə
çevrilmək deməkdir; belə ki, şəxsiyyətin mahiyyəti ilahiliyin
özünü dərk etməsidir. Beləliklə, özünüdərk, xüsusən intuitiv
özünüdərk insanı getdikcə daha çox Mütləqə birləşdirir.
Brahman yalnız mütləq qüvvə və intellekt deyil, həm də
mükəmməl səadət və hər bir rifahın mahiyyətidir. İnsanın
qurtuluşu və yaxud xilası ilahi olmayan nə varsa hamısını
aradan qaldırmaq yolu ilə mütləq səadətə qovuşmaqdır.
Sonralar Brahmanlar əsasında yaranan mətnlərdən ən çox
yayılanı upanişaddır. Bu söz sanskritcə İnədən ibarətdir: «upa»
önsözü - yanında, yaxınlığında, «ni» - aşağıda, «şad» kökü -
oturan, yəni öz müəlliminin ayaqlarının yanında oturan şagird
deməkdir.
Upanişad təliminə görə vəzifə (borc) ən yüksək
təkmilləşməyə çatmaq üçün vasitədir. Özünü ali mərhəmət
dərəcəsinə çatdırmaq - bütün sahələrdə əsl insan kimi yaşamaq
deməkdir. Bu ideala o vaxt nail olmaq olar ki, insan fərdi
məhdudluğunu aradan götürsün və özünü ümumi ilə tam
halında eyniləşdirsin. Xilas olmaq - ruhun boy atması yoludur.
Ölməzliyin ən ali təzahürü - Allahla birləşməkdir. Tərəqqi
Allahla birləşmək üçün tükənməz cəhddir.
Upanişadlar Vedlərin mərasimçiliyi əleyhinə çıxış edirdilər.
Onların fikrincə, mərasim tamamilə əks nəticələrə gətirib çı-
xanr, insanı mövcudat axanna salır və bu yolla onu maddi
dünyanın toruna salır. Upanişadlar başqa xilas yolu göstərirlər:
xarici dünya istiqamətinə səyahət. Ved ənənəsi Kainatın həyati
qüvvəsindən ilham alır, upanişad ənənəsi isə insana yönəlib,
insan şüuruna və özünümüşahidə vaxtı baş verənlərin hamısına
münasibətdə gərgin diqqətə üstünlük verir.
70
Qədim hind fəlsəfəsinin xarakter xüsusiyyətlərindən biri də
odur ki, bu fəlsəfə müəyyən sistemlər və yaxud məktəblər
çərçivəsində inkişaf edirdi. Qədim hind məktəblərinə cay- nizm,
buddizm, çarvak-lokayatlar, hinduizm aiddir.
Əsası Vardxamana (b.e.ə. VI əsr) tərəfindən qoyulmuş cay~
nizm əsasən etik təlimdir, bu təlim insan ruhunu ehtirasların
tabeçiliyindən azad etmək yollarını göstərir. Belə etika bir çox
hind sistemləri üçün ənənəvi hal olmuşdur. Ruhun asılılığını
doğuran əsas səbəb, onun çox böyük ehtirasla bir şeyə həvəs
göstərməsidir. Ehtirasın səbəbi isə həyatı başa düşməkdir.
Ruhun materiyadan tamamilə ayniması - asketizm - maddi
nemətlərdən imtina etmək yolu ilə mümkündür.
Caynizmə görə əxlaq insanı yaxşılığa doğru dəyişmək, yeni
karma (sanskr. - hərəkət, vəzifə, borc) yaranmasına mane olmaq
üçün zəruridir. Karma - törədilən əməllərə, fikirlərə, cəhdlərə
görə ümumi cəza qanunudur. Bu, ruhun bir canlının bədənindən
başqasının bədəninə keçməsi və canlının gələcək taleyi üçün
lazımdır. Karma - gələcəyə ümid, keçmişə tabe olmaq deməkdir.
Caynizm öyrədir ki, xeyirxahlıq beş keyfiyyətdən ibarətdir:
1) ziyankar olmamaq və yaxud aximsa (sanskr. - bütün canlılara
hörmət etmək); 2) şəfqətli olmaq, yalan danışmamaq; 3) təmiz,
doğru olmaq, məsələn, oğurluq etməmək; 4) şöhrətə can
atmamaq; 5) bütün dünyəvi maraqlardan imtina etmək.
Ruh cayn fəlsəfəsində bütün canlıları ifadə edən əsas
anlayışdır. Hətta daş və torpaqda da yaşayan sonsuz dərəcədə
çoxlu ruh mövcuddur. Ruh - hiss üzvləri və yaşayış yerinin
mövcudluğundan asılı olaraq təsnif edilir. Ruhu xarakterizə
edən əsas əlamət - şüurdur. Bundan başqa ruh fəal, iradəli
başlanğıc kimi təsvir edilir; öz fəaliyyəti sayəsində karma ilə
əlaqəyə girir, karma isə ruhun təbii qabiliyyətinin meydana
çıxmasına və onun reallaşmasına mane olur.
Substansiya cayn metafizikasının əsas anlayışıdır. Caynizm
altı substansiyanın olduğunu göstərir: ruh, materiya, hərəkət və
sükunət şəraiti, məkan və zaman.
71
Məşhur cayn mütəfəkkiri Kundakundanın bəzi fikirlərini
misal göstərək: «Bilən, hiss üzvlərindən kənara çıxan gözün
formanı gördüyü kimi, bilik obyektinə daxil olmadan və ona
nüfuz etmədən bütün dünyanı bilir və görür»; «qiymətli yaqut
daşı südün içərisində olarkən onu öz işığı ilə dəyişdirdiyi kimi
bilik də obyektlərdə olur»; «əgər bu obyektlər bilikdə mövcud
olmasa, onda bilik hər yerdə olmur. Ancaq obyektlər bilikdə
olduğu kimi bilik də hər yerdə var»; «elə bilik hisslərlə qavra-
na bilməyən adlanır ki, ölçüsü dəyişən ölçüsü olmayanı, maddi
qeyri-maddini, meydana gəlməyən yox olanı başa düşür»;
«hisslərdən yüksək bilik - obyektlərdə maddi olmayanlara, hissi
bilik isə - maddi olana nisbətdə mövcuddur. Onların ən
yaxşısını xoşbəxtlik kimi tanımaq lazımdiD>; «toxunmaqla hiss
etmək, dad, qoxu, rəng və səs duyğulan - maddidir. Hiss üzvləri
onları eyni vaxtda qavramır».'
B.e.ə. VI-V əsrlərdə üç dünyəvi dindən biri olan dini təlim -
buddizm meydana gəlir. Buddizm aşağıdakı əsas müddəalan
irəli sürür: 1) həyat işgəncələrlə doludur; 2) iztirablann səbəbləri
mövcuddur; 3) bu işgəncələrdən azad olmaq və onun qarşısını
almaq imkanı var. Elə insanın anadan olması öz arxasınca
zəncirvari olaraq işgəncələr gətirir. Buddist aqillər öyrədirlər ki,
idrakın məqsədi insanı əzab-əziyyətdən azad etməkdir. Buddist
əxlaqın əsasında belə bir inam dayanır ki, işgəncələrdən
ölümdən sonrakı dünyada deyil, indiki həyatda azad olmaq olar.
İşgəncələrdən bu yolla azad olmaq buddistlərdə «nirvana»
adlanır. Bu sözün hərfi mənası sanskritcə «sönmək»,
«dayanma» deməkdir. Nirvana dedikdə buddistlər soyuqqanlı,
sakit olmaq vəziyyətini, ağrı və əziyyət gətirən hər şeydən azad
olmağı, xarici aləmdən, hətta fikir dünyasından da tamamilə
təcrid olunmağı nəzərdə tuturlar. Nirvana vəziyyəti ruhu
əritmək yox, onun sonu olmayan daimi səadətə qovuşmasıdır;
bu ruhun yaşamaqdan deyil, bədəndən xilas olmasıdır. Belə
vəziyyət ölümdən sonra yenidən doğulmağı mümkünsüz edir.
Brahmanların təliminə görə nirvana fərdi ruhun Mütləqə
^ Bax: Журн. «Вопросы философии», № 9, 2000, с. 135-137.
72
Dostları ilə paylaş: |