V.
Orta əsrlərdə Azərbaycan fəisəfəsi^^
1.
Peripatetizm
Aristotelçiliyin və başqa antik fəlsəfi görüşlərin davamı olan
peripatetizm Yaxın və Orta Şərq ölkələrində, o cümlədən
Azərbaycanda fəlsəfi fikrin əsas sahələrindən biri olmuşdur.
XI-XIII əsrlərdə Azərbaycanda peripatetizmin ən görkəmli
nümayəndələri Bəhmənyar əl-Azərbaycam (öl. 1066), Si-
racəddin Urməvi (1198-1283), Nəsirəddin Tusi (1201-1274)
olmuşdur.
Bəhmənyar öz yaradıcılığında müəllimi İbn Sinanın
əsərlərindən iqtibaslar gətirmiş, onun ideyalanm təbliğ etmişdir.
Çoxsaylı əsərləri arasında onun «Təhsil» əsəri xüsusi yer tutur.
Bu əsər orta əsrlərdə məntiq, metafizika, təbiətşünaslığı
öyrənmək üçün mühüm mənbələrdən biri olmuşdur.
Bəhmənyar deyirdi ki, varlığın nə cinsi, nə də başqa
fərqləndirici əlamətləri yoxdur, ona görə də ona tərif vermək
olmur. Varlığın zəruri və mümkün növlərini göstərən filosof
deyirdi ki, zəruri varlıq mövcuddur, onun mövcud olmağını
təsəvvür etmək boş xülyadır; o vahid, qeyri-maddi, substansial
mahiyyətdən məhrumdur. Əks halda mahiyyət mövcudluqdan
əvvəl gəlməli, özünün mövcud olması üçün səbəbə ehtiyacı
olardı. Bu isə mümkün deyil. Mümkün varlığa bütün maddi
dünya, insan, onların ruhları daxildir. «Öz müəllimi İbn Sina
kimi Bəhmənyar da ilk səbəb ilə nəticə arasındakı, başqa sözlə,
vacib varlıq ilə maddi aləm arasındakı münasibəti əsla zamanca,
yaxud
məkanca
qabaq
və
sonra
olmaya
görə
müəyyənləşdirməmişdi. Əksinə filosof dəfələrlə qeyd etmişdir
ki, səbəb ilə nəticə zamanca birgədir».'*^
İbn Sina kimi Bəhmənyar da idrak prosesinin hissi və əqli
olmaqla iki mərhələdən keçdiyini göstərmişdi. O, yazırdı: «Hər
bir bilik ya təsəvvür, ya da təsdiqdir. Təsəvvür və yaxud bir növ
ona oxşar vasitə, məsələn, təsvirin köməkliyi ilə əldə
■'^Burada əsasən Z.Məmmədovun «Azərbaycan fəlsəfəsi tarixi» (Bakı, 1994) kitabından istifadə
edilib.
Göstərilən əsər,
S.85.
112
edilən ilkin bilikdir; bizim insan varlığının mahiyyəti haqqında
təsəvvürlərimiz bu qəbildəndir. Təsdiq isə sillogizm'** və
yaxud bir növ ona oxşar vasitə, məsələn, analogiya“*’ və
induksi- yanın^® köməkliyi ilə əldə edilir; məsələn hər şeyin
başlanğıcı olması haqqında bizim təsdiqimiz bu qəbildəndiı^.®'
Bəhmənyar göstərirdi ki, insana ən ali zövqə və xoşbəxtliyə
çatmaq üçün lazım olan əsas keyfiyyətlərdən biri onun əxlaqi
davranışının əsasını təşkil edən ağıldır. O, ağıl və biliyə yüksək
qiymət verir və onlan insan ləyaqəti üçün zəruri hesab edirdi.
Bəhmənyar deyirdi ki, sərvət saxlanılan şeydir, ağıl isə insanı
saxlayan ən yaxın dostdur.
Bəhmənyar Aristotel və İbn Sinanın davamçısı kimi məntiqi
- düzgün təfəkkür haqqında elm hesab etmişdi. Onun ən böyük
əsəri olan «Ət-Təhsil» əsərinin birinci kitabı tamamilə məntiqə
həsr edilib. Bəhmənyar məntiqin öyrənilməsinin dörd formasını
göstərmişdir: «Məntiqi öyrənmək aşağıdakı şəkillərdə həyata
keçirilir: birinci halda yada salmaq formasında, ikinci halda
diqqəti cəlb etmək formasında, üçüncü halda səhvə yol
verməyən sistematik elmi izah formasında, dördüncü halda
ideyaları elə formada yerləşdirmək lazımdır ki, bunsuz onların
faydasını anlamaq olmur».^^
Şərq peripatetizminin böyük təmsilçilərindən biri də
Azərbaycan filosofu Siracəddin Urməvidir, O, «varlığı» onun
ziddi olan «yoxluq» anlayışı ilə qarşılıqlı götürmüş və onlan üç
hissə halında qruplaşdırmışdır: 1) vacib varlıq - qeyri-mümkün
yoxluq; 2) vacib yoxluq - qeyri-mümkün varlıq və 3) mümkün
varlıq - mümkün yoxluq. Urrnəvi vacib varlığı mümkün varlığın
ilk səbəbi timsalında götürürdü. O, səbəb və nəticəni əzəli və
əbədi hesab edirdi. Başqa peripatetiklər kimi Urrnəvi
Ч
Sillogizm (yun. «syllogismos» - düşünçə, fikir) elə əqli nəticəyə deyilir ki, iki və
daha çox fikirdən yeni bir fikir çıxarılır.
Analogiya (yun. «analogia» - uyğun gəlmə, oxşama) - predmet, hadisə,
fikirlərin bəzi cəhətlərinə görə oxşar olması deməkdir.
İnduksiya (lat. «inductio» - düzəltmə, yönəltmə) - xüsusi, tək-tək faktlardan
ümumi nəticə çıxartma metodudur.
Бахманнар ал-Азербанджаин. Ат-Тахснл (Познание). Кн. 1, Баку. «Элм», 198.^. с. 19.
Yenə orada, s.21.
113
də idrak prosesinin hissi və əqli olaraq iki mərhələdən keçdiyini
göstərirdi.
Urməvi özünün məntiq sahəsində tədqiqatlarında Aristotelin
və onun Şərq davamçılarının araşdırmalarına əsaslanırdı. O da
məntiqi elmi tədqiqatın silahı (metodu) hesab edirdi.
S.Urməvi Aristotel kimi özünün sosial-siyasi baxışlarında
mötədillik prinsipini əsas götürür, ifrata varmağı orta həddə -
ədalətə qarşı qoyurdu. O, hesab edirdi ki, haqq-ədalət işi hər
şeydən üstündür. Ədalət bolluq və firavanlıq rəhni olduğu kimi,
onun yoxluğu da fəsadlığm səbəbidir.
Azərbaycanda peripatetizmin məşhur nümayəndələrindən
biri də Nəsirəddin Tusidir.^^ O, dünya şöhrətli Marağa
rəsədxanasının əsasını qoymuş astronom, riyaziyyatçı,
coğrafiyaçı, filosof-şair olmuşdur. N.Tusinin fəlsəfi fikirləri
Bəhmənyar yaradıcılığının təsiri altında formalaşmışdı. O, İbn
Sinanın fəlsəfəsini geniş təfsir etmiş, orijinal fikirlər irəli
sürmüş, mükəmməl əxlaqi-etik sistem yaratmış, məntiqə həsr
edilmiş bir sıra əsərlər yazmışdır.
N.Tusi varlıqları iki qismə bölürdü: insanların şəxsi
iradəsindən asılı olmayanlar və insanlann iradəsindən asılı
olanlar. O, müvafiq olaraq elmləri də iki qrupa bölürdü: 1)
insanın iradəsindən asılı olmayanlan alim nəzəri hikmət
adlandınrdı. Buraya Tusi aşağıdakı elmləri daxil edirdi:
ilahiyyat və ilkin fəlsəfə, riyaziyyat, təbiət elmləri. 2) insanlann
iradəsindən asılı olanlan Tusi əməli hikmət adlandırırdı. Əməli
hikməti o, üç qismə bölürdü: əxlaqın saflaşdınlması, evqurma
qaydaları, şəhərsalma siyasəti.
N.Tusi geniş elmi-təbii, fəlsəfi görüşlərlə yanaşı ictimai-
siyasi məsələlərə aid qiymətli fikirlər də söyləmişdir. Onun
siyasət, hüquq və dövlət haqqında yazdıqlan əsasən «Əxlaqi-
Nasiri» əsərində toplanmışdı. N.Tusinin dediyinə görə
insanların əməlləri iki yerə - xeyir və şərə bölündüyü kimi insan
icmaları da buna uyğun olaraq iki yerə bölünür: səbəbi xeyir
olanlar və səbəbi şər olanlar.
”Bax: A.Rzaycv. Nosirəddin Tusi. Bakı, 1996; Z.Mommədov. Göstərilən əsər.
114
Dostları ilə paylaş: |