sında ağıl, təsəvvüfün əsasında isə inam dayanır. Çünki ağıl nə
qədər uca olsa da Allaha çatdıra bilmir. Həqiqəti dərk etməyin
əsas yolu İlahi eşqdir.
Böyük sufı-filosof əl-Ərəbinin fikrincə məhəbbətin müxtəlif
növləri son nəticədə Yaradan ilə yaradılanlar arasında qarşılıqlı
məhəbbətə müncər edilir və yalnız insanda məna kəsb edir.
Əgər məhəbbət səmimidirsə o insan şəxsiyyətini inkar edir
(fəna) və onu Allahın varlığında əridir (beka). O, deyirdi:
«Sevən insanın ağlını almayan və ona sevdiyindən başqa
nəyinsə haqqında fikirləşmək imkanı verən hər hansı məhəbbət
səmimi deyil. Bu yalnız özünü inandırmaqdır. Kimsə demişdi:
Ağılla idarə edilən məhəbbətdə
Yaxşı heç nə yoxdun).“*^
Sufizm aşağıdakı prinsiplərə inanmağı tələb edir: 1) günaha
görə peşmançılıq; 2) sufinin yeganə qoruyucusu Allahdır;
3)
Allah hər şeyi görür və ondan heç nəyi gizlətmək olmaz;
4)
sufi yalnız Allahın köməyinə arxalanır; 5) sufi daim Allaha
yaxınlaşır, onu ağıl ilə deyil, qəlbi ilə görür, daim hiss edir, sevir
və nəhayət, ona qovuşur. Bu çox uzun və məşəqqətli yoldur.
Sufilərin fikrincə, yalnız bir Mütləq Varlıq var. O təkdir,
şəriksizdir, əbədidir, məkansızdır. Bu Allahdır. Bütün Kainat -
canlı və cansız təbiət, tək-tək əşyalar, cəmiyyət, o cümlədən
insanlar şərti olaraq «varlıq» adlandırılsa da onlar fanidir,
keçicidir, əvvəli və axırı var. Beləliklə, tək Varlıq və yoxluq var,
mövcud olan hər şey sözün həqiqi mənasında varlıq deyil,
yoxluqdur. Yoxluq Varlığa çevrilə bilər, bunun şərtləri var. Bu
yalnız insana aiddir. Hər bir insan, artıq deyildiyi kimi,
çalışmalıdır ki, öz mənliyini yox etsin, varlığını atsın, maddi
dünyaya aludə olmasın, mənəvi cəhətdən saflaşsın, nəticədə
İlahi məhəbbət yolu ilə özünü yox edərək Allaha qovuşsun.
Mütləq Varlıqda əriyib əbədiyyətə çatsın, yəni əsl Varlığa
H6
H
ajı-ApaÖM. MeKKancKHC
OTKPOBCHHA
.
Cn6. 1995, c.l76.
109
çevrilsin. Məsələn, böyük Mövlana Cəlaləddin Rumi (1207-
1273) soruşur ki, insan öz varlığını harada axtarmalıdır və
cavab verir ki, öz varlığını tərketmədə. Əks halda insan
ölümsüzlüyə çata bilmir. «Varlıqdan imtina edənlərə və mənlik
qorxusundan azad olanlara fələk də, günəş də, ay da xidmət və
təzim edir».'*^ Yəni insan öz varlığından imtina edərək, onu
Allahın varlığına qovuşdura biləndə müqəddəsləşir və bütün
Kainat ona baş əyir. Çünki, «dünya sənin nəzərində böyük və
nəhayətsiz görünsə də, bil ki, qüdrəti - İlahiyyə qarşısında bir
zərrə də deyil»."*“^
Əl-Ərəbi fənanın yeddi mərhələsini göstərirdi: 1) Allaha
zidd hərəkətlərdən imtina; 2) insan fəaliyyətinin xəyali
sərbəstliyindən imtina və onun Allahdan gəldiyini başa düşmək;
3) yaradılanların bütün xassələrindən imtina və dünyaya
Allahın gözü ilə baxmaq; 4) Allahın böyüklüyünü seyr edərək
öz şəxsi mövcudluğundan imtina; 5) Allahı seyr edərək ətraf
mühitdən imtina; 6) Allahdan başqa hər şeydən, hətta Onun
maddi dünyadakı predmetlərdə gizlənən fəaliyyətinin
təzahürlərindən təcrid olunma; 7) İlahi atributlardan təcrid
olunma və dünya ilə heç bir əlaqə yaratmadan Allahı seyr
etmək.
6.
İbn Xaldunun fəlsəfəsi
Yalnız müsəlman Şərqinin deyil, bütün dünyanın ictimai-
siyasi fikir tarixində böyük ərəb alimi və siyasi xadimi İbn
Xaldunun (1332-1406) özünəməxsus yeri var.
İbn Xaldun hesab edirdi ki, cəmiyyətin primitiv (ibtidai)
vəziyyətdən sivilizasiyaya keçidi eyni zamanda bərabərlik və
primitiv (ibtidai) demokratiyadan hökmranlıq və bərabərsizlik,
əzmək və tabe etmək münasibətlərinə keçiddir.
İbn Xaldunda «dövlət» (dövlyə) və «mülk» anlayışlan
demək olar ki, eyni mahiyyət daşıyırlar. Onun fikrinə görə,
dövlət mülkü (torpağı, var-dövləti) olan müəyyən qrup
adamlardır. Dövlət 0 vaxt, orada yaranır ki, mülkün bəzilərinin
başqaları
Mevlana. Mesnevi. İstanbul, 1990 I (3003).
Yenə orada, I (524).
110
üzərində əsl hökmranlığı meydana gəlir. İbn Xaldun göstərirdi
ki, dövlət bir sülaləyə mənsub olmalı və irsən keçməlidir.
Bir halda ki, dövlət «hökmranlıq və hakimiyyətin zorakılıq
vasitəsilə həyata keçirilməsi»**^ deməkdir, onda hökmdarın
gücə ehtiyacı var; hökmdar gücə əsaslanaraq həm dövlət işlərini
icra edir, həm də ona tabe olmayanları əzir. Öz mülkünü
saxlamaq, möhkəmləndirmək və genişləndirmək üçün hökmdar
artıq qohumluğa deyil, başqa prinsiplərə, birinci növbədə maddi
imtiyazlara əsaslanan yeni məmur qrupu yaradır.
İbn Xaldun dəfələrlə göstərmişdir ki, sivilizasiya və dövlət
bir-biri ilə bilavasitə əlaqədardır. Bütün bəlaların və cəmiyyətin
iflasının əsas səbəbi dövlətdir. Nəticə etibarilə dövlət tərəfindən
tətbiq edilən zorakılığın müxtəlif formaları cəmiyyətin və
həmin dövlətin dağılmasına gətirib çıxanr. İnsan kimi hər bir
konkret dövlət də ölümə məhkumdur.
İbn Xaldun sivil həyatın dağılmasının bir sıra səbəblərini:
qarşılıqlı münasibət və həmrəylik əlaqələrinin zəifləməsini;
dinin zəifləməsi ilə insanlar arasındakı normal münasibətin
pozulmasını; hakimiyyətin xalqdan uzaqlaşıb özgələşməsi, ona
görə də idarəçiliyə xaricdən məmurlann dəvət olunmasını;
özbaşınalığın, zorakılığın və qorxu hissinin güclənməsinin
təzahürü kimi tiraniyanın yaranmasını; hakimiyyət tərəfindən
ədalət prinsipinin pozulması və bunun nəticəsində sosial
təbəqələşmənin baş verməsini; zinət və israfçılığa meyil və
şəhər mədəniyyətinin pozulmasını əsas səbəb kimi
göstərmişdir.
Sitat götürülüb: А.А.Игнатенко. Ибн Халдун. М„ «Мысль», 1980, с.81.
111
Dostları ilə paylaş: |