Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə37/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   33   34   35   36   37   38   39   40   ...   164

sında ağıl, təsəvvüfün əsasında isə inam dayanır. Çünki ağıl nə 

qədər uca olsa da Allaha çatdıra bilmir. Həqiqəti dərk etməyin 

əsas yolu İlahi eşqdir. 

Böyük sufı-filosof əl-Ərəbinin fikrincə məhəbbətin müxtəlif 

növləri son nəticədə Yaradan ilə yaradılanlar arasında qarşılıqlı 

məhəbbətə  müncər  edilir  və  yalnız  insanda  məna  kəsb  edir. 

Əgər  məhəbbət  səmimidirsə  o  insan  şəxsiyyətini  inkar  edir 

(fəna)  və  onu  Allahın  varlığında  əridir  (beka).  O,  deyirdi: 

«Sevən  insanın  ağlını  almayan  və  ona  sevdiyindən  başqa 

nəyinsə haqqında fikirləşmək imkanı verən hər hansı məhəbbət 

səmimi deyil. Bu yalnız özünü inandırmaqdır. Kimsə demişdi: 

Ağılla idarə edilən məhəbbətdə 

Yaxşı heç nə yoxdun).“*^ 

Sufizm aşağıdakı prinsiplərə inanmağı tələb edir: 1) günaha 

görə peşmançılıq; 2) sufinin yeganə qoruyucusu Allahdır; 

3)

 



Allah hər şeyi görür və ondan heç nəyi gizlətmək olmaz

4)

 



sufi yalnız Allahın köməyinə arxalanır; 5) sufi daim Allaha 

yaxınlaşır, onu ağıl ilə deyil, qəlbi ilə görür, daim hiss edir, sevir 

və nəhayət, ona qovuşur. Bu çox uzun və məşəqqətli yoldur. 

Sufilərin  fikrincə,  yalnız  bir  Mütləq  Varlıq  var.  O  təkdir, 

şəriksizdir, əbədidir, məkansızdır. Bu Allahdır. Bütün Kainat - 

canlı  və  cansız  təbiət,  tək-tək  əşyalar,  cəmiyyət,  o  cümlədən 

insanlar  şərti  olaraq  «varlıq»  adlandırılsa  da  onlar  fanidir, 

keçicidir, əvvəli və axırı var. Beləliklə, tək Varlıq və yoxluq var, 

mövcud  olan  hər  şey  sözün  həqiqi  mənasında  varlıq  deyil, 

yoxluqdur. Yoxluq Varlığa çevrilə bilər, bunun şərtləri var. Bu 

yalnız  insana  aiddir.  Hər  bir  insan,  artıq  deyildiyi  kimi, 

çalışmalıdır  ki,  öz  mənliyini  yox  etsin,  varlığını  atsın,  maddi 

dünyaya  aludə  olmasın,  mənəvi  cəhətdən  saflaşsın,  nəticədə 

İlahi  məhəbbət  yolu  ilə  özünü  yox  edərək  Allaha  qovuşsun. 

Mütləq Varlıqda əriyib əbədiyyətə çatsın, yəni əsl Varlığa 

H6



ajı-ApaÖM. MeKKancKHC 

OTKPOBCHHA

.

 

Cn6. 1995, c.l76. 



109 


çevrilsin.  Məsələn,  böyük  Mövlana  Cəlaləddin  Rumi  (1207- 

1273)  soruşur  ki,  insan  öz  varlığını  harada  axtarmalıdır  və 

cavab  verir  ki,  öz  varlığını  tərketmədə.  Əks  halda  insan 

ölümsüzlüyə çata bilmir. «Varlıqdan imtina edənlərə və mənlik 

qorxusundan azad olanlara fələk də, günəş də, ay da xidmət və 

təzim  edir».'*^  Yəni  insan  öz  varlığından  imtina  edərək,  onu 

Allahın  varlığına  qovuşdura  biləndə  müqəddəsləşir  və  bütün 

Kainat ona baş əyir. Çünki, «dünya sənin nəzərində böyük və 

nəhayətsiz görünsə də, bil ki, qüdrəti - İlahiyyə qarşısında bir 

zərrə də deyil»."*“^ 

Əl-Ərəbi  fənanın  yeddi  mərhələsini  göstərirdi:  1)  Allaha 

zidd  hərəkətlərdən  imtina;  2)  insan  fəaliyyətinin  xəyali 

sərbəstliyindən imtina və onun Allahdan gəldiyini başa düşmək; 

3)  yaradılanların  bütün  xassələrindən  imtina  və  dünyaya 

Allahın gözü ilə baxmaq; 4) Allahın böyüklüyünü seyr edərək 

öz  şəxsi  mövcudluğundan  imtina;  5)  Allahı  seyr  edərək  ətraf 

mühitdən  imtina;  6)  Allahdan  başqa  hər  şeydən,  hətta  Onun 

maddi  dünyadakı  predmetlərdə  gizlənən  fəaliyyətinin 

təzahürlərindən  təcrid  olunma;  7)  İlahi  atributlardan  təcrid 

olunma  və  dünya  ilə  heç  bir  əlaqə  yaratmadan  Allahı  seyr 

etmək. 

6.

 

İbn Xaldunun fəlsəfəsi 

Yalnız  müsəlman  Şərqinin  deyil,  bütün  dünyanın  ictimai- 

siyasi  fikir  tarixində  böyük  ərəb  alimi  və  siyasi  xadimi  İbn 

Xaldunun (1332-1406) özünəməxsus yeri var. 

İbn  Xaldun  hesab  edirdi  ki,  cəmiyyətin  primitiv  (ibtidai) 

vəziyyətdən  sivilizasiyaya  keçidi  eyni  zamanda  bərabərlik  və 

primitiv (ibtidai) demokratiyadan hökmranlıq və bərabərsizlik, 

əzmək və tabe etmək münasibətlərinə keçiddir. 

İbn  Xaldunda  «dövlət»  (dövlyə)  və  «mülk»  anlayışlan 

demək  olar  ki,  eyni  mahiyyət  daşıyırlar.  Onun  fikrinə  görə, 

dövlət  mülkü  (torpağı,  var-dövləti)  olan  müəyyən  qrup 

adamlardır. Dövlət 0 vaxt, orada yaranır ki, mülkün bəzilərinin 

başqaları 



Mevlana. Mesnevi. İstanbul, 1990 I (3003). 

Yenə orada, I (524). 

110 


üzərində əsl hökmranlığı meydana gəlir. İbn Xaldun göstərirdi 

ki, dövlət bir sülaləyə mənsub olmalı və irsən keçməlidir. 

Bir halda ki, dövlət «hökmranlıq və hakimiyyətin zorakılıq 

vasitəsilə  həyata  keçirilməsi»**^  deməkdir,  onda  hökmdarın 

gücə ehtiyacı var; hökmdar gücə əsaslanaraq həm dövlət işlərini 

icra  edir,  həm  də  ona  tabe  olmayanları  əzir.  Öz  mülkünü 

saxlamaq, möhkəmləndirmək və genişləndirmək üçün hökmdar 

artıq qohumluğa deyil, başqa prinsiplərə, birinci növbədə maddi 

imtiyazlara əsaslanan yeni məmur qrupu yaradır. 

İbn  Xaldun  dəfələrlə  göstərmişdir  ki,  sivilizasiya və dövlət 

bir-biri ilə bilavasitə əlaqədardır. Bütün bəlaların və cəmiyyətin 

iflasının əsas səbəbi dövlətdir. Nəticə etibarilə dövlət tərəfindən 

tətbiq  edilən  zorakılığın  müxtəlif  formaları  cəmiyyətin  və 

həmin  dövlətin  dağılmasına  gətirib  çıxanr.  İnsan  kimi  hər  bir 

konkret dövlət də ölümə məhkumdur. 

İbn  Xaldun  sivil  həyatın  dağılmasının  bir  sıra  səbəblərini: 

qarşılıqlı  münasibət  və  həmrəylik  əlaqələrinin  zəifləməsini; 

dinin  zəifləməsi  ilə  insanlar  arasındakı  normal  münasibətin 

pozulmasını; hakimiyyətin xalqdan uzaqlaşıb özgələşməsi, ona 

görə  də  idarəçiliyə  xaricdən  məmurlann  dəvət  olunmasını; 

özbaşınalığın,  zorakılığın  və  qorxu  hissinin  güclənməsinin 

təzahürü  kimi  tiraniyanın  yaranmasını;  hakimiyyət  tərəfindən 

ədalət  prinsipinin  pozulması  və  bunun  nəticəsində  sosial 

təbəqələşmənin  baş  verməsini;  zinət  və  israfçılığa  meyil  və 

şəhər  mədəniyyətinin  pozulmasını  əsas  səbəb  kimi 

göstərmişdir. 



Sitat götürülüb: А.А.Игнатенко. Ибн Халдун. М„ «Мысль», 1980, с.81. 

111 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə