Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə23/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   19   20   21   22   23   24   25   26   ...   164

Ziddiyyət  bir-birini  inkar  edən  əksliklərin  (tərəflərin, 

xassələrin)  münasibətidir.  Deməli,  münasibət  əksliklərin 

qarşılıqlı təsiri kimi çıxış edir. 

Əksliklərin  müəyyən  mərhələdə  birləşməsi,  bölünməzliyi 

onların  vəhdətidir,  inkar,  biraraya  sığmazlıq,  qarşıdurma 

münasibəti isə onların mübarizəsidir. 



Eynilik elə kateqoriyadır ki, predmetlərin, hadisələrin özləri 

ilə  bərabərliyini,  eyni  olmasını  ifadə  edir.  Lakin  dəyişən  real 

gerçəklikdə  mütləq  eynilik  yoxdur.  Hər  bir  eynilik  fərq  ilə 

əlaqədədir  və  nisbidir,  əşyaların  inkişafı  isə  mütləqdir. 

Əksliklərin  eyniliyi  özünün  daha  tam  ifadəsini  əksliklərin 

bir-birinə keçid anında tapır. 

Hegel hesab edirdi ki, fərqdən məhrum olan hər hansı eynilik 

mücərrəd  xarakter  daşıyır.  Eynilik  (ziddiyyətsizlik)  qanununu 

yaradan Aristoteldən fərqli olaraq o, təsdiq edirdi ki, ziddiyyət 

dünyanı 


hərəkətə 

gətirir, 

«ziddiyyətlə 

düşünməyin 

mümkünsüzlüyünü demək gülməlidir». 

Fərq  ziddiyyətin  hissələrindən  birini  ifadə  edən 

kateqoriyadır,  bütövün  fəaliyyət  göstərməsidir.  Fərq  -  bir 

obyektdə mövcud olan əlamətlərin başqasında olması əsasında 

obyektlərin müqayisəli xarakteristikasıdır. Fərq - eynilik olmasa 

mövcud ola bilməz. 

Hər  bir  maddi  varlıqda  və  insanların  intellektual 

fəaliyyətində  dəyişgənlik  və  sabitliyin,  hərəkət  və  sükunətin, 

varlığın  fasiləsizliyi  və  fasiləliyi,  sonlu  və  sonsuzluğun 

arasındakı qarşılıqlı əlaqə ziddiyyətin mövcudluğunun ümumi 

formasıdır. 

Göstərmək  lazımdır  ki,  formal  məntiq  idrakda  ziddiyyətin 

olmasını  qəbul  etmir.  Məntiqi  ziddiyyətlərin  qəbuledilməzliy- 

inin  səbəbi  öz  əsasına  görə  qnoseolojidir,  yəni  idraka  aiddir. 

Odur  ki,  təbii  olaraq  bu  səbəbi  yalnız  qnoseologiya  (idrak 

nəzəriyyəsi) aça bilər. 

Hegel  özünün  «Məntiqin  elmi»  əsərinin  ikinci  hissəsində 

«eynilik», «fərq», «əkslik», «ziddiyyət» kateqoriyalannı araşdı- 

nb  və  bütün  şeylərin  ziddiyyətli  olması  ideyasını 

əsaslandırmışdır.  Fəqət  Hegelə  görə  ziddiyyətlərin  geniş 

açılması maddi dünyada deyil, mütləq təfəkkürdə, mütləq ruhda 

baş verir. Ruh 

67 



elə qüvvəyə malikdir ki, yalnız o bu ziddiyyətlərə dözə bilir və 

sonra onlan həll edir. 

Ziddiyyətlərin müxtəlif növlərini göstərirlər: daxili və xarici 

ziddiyyətlər;  əsas  və  əsas  olmayan  ziddiyyətlər;  antaqonist 

(barışmaz) və antaqonist olmayan ziddiyyətlər. 

Ziddiyyətin əksi harmoniya adlanır. Harmoniya (yun. «har- 

monia»  -  əlaqə,  uyğunluq,  düzgünlük)  obyektin  müxtəlif 

tərəflərinin  mütənasibliyi,  bu  tərəflərin  bütöv  şəkildə 

qovuşmasıdır. Harmonik münasibətdə olan tərəflər əksliklərdə 

olduğu  kimi  bir-birini  inkar  etmir,  əksinə,  bir-birini 

tamamlayaraq mövcud münasibətin varlığını təmin edirlər. 

4.16.

 

İnkar anlayışı 

Hegelin dediyinə görə inkar - yeni yaranan anlayışdır, lakin 

özündən  əvvəl  gələn  anlayışdan  daha  geniş  və  zəngin  olanda 

sonrakı  inkişafı  təmin  edir.  Yeninin  təşəkkül  tapması  çox 

hallarda köhnənin inkar edilməsi ilə bağlı olur. 

İnkar  haqqında  müxtəlif  fikirlər  var.  Məsələn,  antik 

cəmiyyətdə müəyyən dövrlərdə belə fikir olmuşdur ki, hər bir 

yeni - köhnədən pisdir, cəmiyyət, əxlaq, hətta dil pozulur, xarab 

olur.  İnkar  dedikdə  burada  keçmişə  dönüş  başa  düşülürdü. 

Başqa  növ  inkar  köhnəni  tamamilə  aradan  götürməyə,  məhv 

etməyə çalışır. Belə fikir «inkar» və «məhvetmə» anlayışlarını 

eyniləşdirir. Nəhayət, inkarı nə isə yeni bir şeyə prinsipial keçid 

kimi  başa düşənlərin  fikri.  Belə  halda əksliyə keçid  baş verir, 

lakin keçmiş ilə əlaqə kəsilmir, köhnənin bütün yaxşı tərəfləri 

yenidə saxlanılır. Köhnənin tamamilə ləğv edilməsi deyil, onun 

öz  dövrünü  keçirmiş,  sonrakı  inkişafa  mane  olan  tərəflərinin 

ləğvi elmi inkar üçün xarakter cəhətdir. 

Real gerçəklikdə zidd tərəflər mövcuddur: doğum və ölüm, 

çiçəklənmə və tənəzzül, tərəqqi və geriləmə. Elmi inkara görə 

köhnə  sadəcə  olaraq  atılmır,  Hegelin  dediyi  kimi,  yeni 

tərəfindən  qaldırılır.  Köhnə  ilə  yeni  arasında  əlaqənin 

saxlanmasına  varislik  əlaqəsi  deyilir.  Belə  əlaqə  olmadan  hes 

bir inkişaf ola bilməz. 

68 



II

 

BÖLMƏ 

Fəlsəfə tarixi (qısa icmal) 

B.e.ə.  VII-V  əsrlərdən  başlayaraq  Qədim  Hindistan,  Çin, 

Misir,  Mesopotamiya  və  Yunanıstanda  Kosmosun  quruluşu, 

insan  biliyinin  həqiqiliyi,  xeyir,  gözəllik  və  s.  haqqında 

məsələləri artıq fəlsəfəyə aid edirdilər. Belə məsələlərlə məşğul 

olan  adamlar  əsl  bilik  daşıyıcılan  olduqları  üçün  müdriklər 

adlanırdılar, konkret predmet haqqında biliklərlə məşğul olanlar 

isə  mövqelərinə  görə  filosoflardan  aşağıda  dururdular.  Sözün 

geniş  mənasında  fəlsəfə  -  inkişaf  etmiş  mifologiya  ilə  elmin 

rüşeymiərinin məcmusu kimi meydana gəlmişdir. 



L Qədim Şərq ölkələrində fəlsəfi fikir 

1.

 

Qədim Hindistanda fəlsəfi fikir 

Qədim  Hindistanda  fəlsəfənin  meydana  gəlməsi  b.e.ə. 

təxminən I minilliyin ortalarına təsadüf edir (b.e.ə. Vl-V əsrlər). 

Hind  yazılı  ədəbiyyatının  ən  qədim  abidəsi  Vedlər  adlanır. 

Bu topluda dünya, insan, onun əxlaqı, dünyagörüşü haqqında ilk 

məlumatlar verilir. Vedlər dörd hissədən ibarətdir: 1) «Riqve- 



da»  (himnlər  toplusu);  2)  «Samaveda»  (mahnılar  toplusu);  3) 

«Yacurveda»  (qurban  vermə  qaydalan);  4)  «Atxarvaveda» 

(sehrləmə toplusu). 

Bu toplulann da hər biri bir neçə qatdan ibarətdir. Bu qatların 

ikisi  daha  mühüm  hesab  edilir  -  mantrlar  və  brahmanlar. 

Mantrlar  («ruhun  alətləri»)  həm  himn,  həm  qayda,  həm  də 

sehrləmə  deməkdir.  Brahmanlar  isə  dini  mərasim  haqqında 

təlimat və mifoloji süjetləri özündə birləşdirən mətnlərdir. 

Brahmanlar elə mərasim toplusudur ki, kahinlər mürəkkəb 

dini  qurban  ayinlərini  icra  edərkən  ona  əsaslanırdı.  Brahman- 

larda  deyilirdi  ki,  insanların  allahlar,  başqa  insanlar  və 

heyvanlar  qarşısında  da  xüsusi  borcu  və  vəzifələri  var.  Bu 

vəzifələr  aşağıdakılara  münasibətlərə  görə  qruplaşdırılır:  1) 

allahlara;  2)  peyğəmbərlərə;  3)  sələflərə  (ulu  babalara);  4) 

insanlara; 5) başqa aşağı canlı məxluqlara. Brahmanlara görə öz 

borcunu 


69 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə