Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə44/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   40   41   42   43   44   45   46   47   ...   164

5. Con Lokkun fəlsəfəsi 

Yeni 


dövr 

ingilis 


fəlsəfəsinin 

ən 


görkəmli 

nümayəndələrindən  biri  də  Con  Lokk  (1632-1704)  olmuşdur. 

O, materialist sensualizm prinsipini əsaslandırmağa çalışmışdı. 

Bütün  ideyaların  yeganə  qaynağı  təcrübə  ola  bilər.  Lokkun 

fikrincə, duyğu ideyası bizim bütün ideyalann əsas fondudur, bu 

ideyalar  görmək,  eşitmək  və  b.  duyğular  vasitəsilə  yaradılır. 

Refleksiya  ideyası  bizim  içərimizdə  meydana  gəlir.  Məsələn, 

emosiya, istək və b. ideyalar bu qəbildəndir. Duyğu ideyalarının 

köməyi  ilə  biz  əşyaların  keyfiyyətini  qavrayırıq.  Bu  ideyalan 

Lokk  iki  qrupa  bölürdü:  1)  birinci  keyfiyyətlər  ideyası  və  2) 

ikinci  keyfiyyətlər  ideyası.  Birinci  keyfiyyətlər  cisimdən 

ayrılmazdır  və  cismin  bütün  dəyişmələrində  onun  tərkibində 

qalır.  Əşyaların  içində  olmayan  keyfiyyəti  Lokk  ikinci 

keyfiyyət adlandırırdı. Məsələn, rəng, səs, dad və b. ideyaları. 

Sosial-siyasi  görüşlərində  Lokk  təbii  və  vətəndaş  vəziyyəti 

anlayışlarından  geniş  istifadə  edirdi.  O,  təbii  vəziyyətdə 

insanları  «azad,  bərabər,  müstəqil  varlıq»  kimi  təsvir  edir  və 

xüsusi mülkiyyətin əhəmiyyətini ayrıca qeyd edirdi. 

Dövlətin  meydana  gəlməsi  Lokka  görə,  prinsip  etibarilə 

ictimai  müqavilədən  asılıdır.  Təbii  vəziyyətdə  insanlara  xas 

olan  azadlıq  və  insan  şəxsiyyətindən  ayrı  olmayan  mülkiyyət 

vətəndaş  şəraitində  də  saxlanmalıdır.  Siyasi  fikir  tarixində  ilk 

dəfə hakimiyyətin bölünməsi ideyasını sistem şəklində C.Lokk 

irəli  sürmüşdü.  Onun  fikrincə,  yalnız  bu  şəraitdə  şəxsiyyətin 

qanuni hüquqları qoruna bilər. 

6.

 

Corc Berkli və Devid Yumun fəlsəfəsi 

Materialist  və  mexanist  təlimlərin  yayılmasını  müşahidə 

edən  ingilis  filosofu  C,Berkli  (1685-1753)  onların  bütün 

növlərinə  qarşı  mübarizə  aparmaq  qərarına  gəlir.  O,  təsdiq 

edirdi ki, materiyanın dərk olunması mümkün deyil. Biz yalnız 

ayrı- ayrı əşyaları qavrayırıq və bu qavrayışın hər biri ayrı-ayrı 

duyğuların cəmidir. Bütün ideyalar, Berkliyə görə, yalnız ruhda 

mövcuddur, onlar xarici əşyaların surəti ola bilməz. 



130 


Berkli fəlsəfəsinin təməl tezisi odur ki, nəyinsə mövcud olması 

və  onun  hiss  üzvləri  ilə  qavranması  eyni  şeylərdir.  Mövcud 

olmaq elə hissi qavrayış deməkdir. Berkli yazırdı: «Mən hiss və 

düşüncə  ilə  dərk  edilən  hər  hansı  bir  şeyin  mövcud  olmasını 

inkar etmirəm. O şeylər ki, mən onları öz gözlərim ilə görürəm

əllərim  ilə  toxunuram  -  onlar  mövcuddur,  real  olaraq 

mövcuddur, 

buna  mənim  heç  bir  şübhəm  yoxdur. 

Mövcudluğunu inkar etdiyimiz yalnız bir şey var k\, filosofların 

materiya  və  yaxud  cismani  substansiya  adlandırdıqları 

materiyadır».^^ 

Berkli inandırmağa çalışırdı ki, ideya yalnız ideyadan doğa 

bilər,  onun  maddi  qaynağı  yoxdur:  «Siz  deyəcəksiniz  ki, 

ideyalar  ağıldan  kənarda  düşünməyən  substansiyada  mövcud 

olan şeylərin surəti və yaxud əksi ola bilər. Mən cavab verirəm 

ki, ideya ideyadan başqa heç nəyə oxşaya bilməz...».’'* 

Başqa ingilis filosofu Devid  Yum (1711-1176) skeptik, aq- 

nostik’^ idi. Təcrübəni  varlıq haqqında mühakimənin  qaynağı 

hesab  edən  Yum  göstərirdi  ki,  təcrübə  tərəfindən  qurulan 

münasibətlər  öz  əsası  kimi  səbəbiyyətə  bağlıdır.  Əvvəlki 

təcrübə  yalnız keçmişə aid olan obyektlər və zaman haqqında 

birbaşa  və  həqiqi  məlumat  verə  bilir.  Yum  deyirdi  ki,  səbə- 

biyyət əlaqəsi mövcuddur, lakin onu müəyyən etmək mümkün 

deyil. 


Maddi  nə  varsa,  hamısını  Yum  hissi  qavrayışa  aid  edir: 

«Mövcud  olmaq  ideyası  bizim  mövcud  olan  kimi  təsəvvür 

etdiyimiz  ideya  ilə  eynidir».’^’  «Biz  güman  etmirik  ki,  xarici 

obyektlər  qavrayışlardan  xüsusi  olaraq  fərqlənir,  biz  yalnız 

onlara  başqa  münasibət  və  əlaqələr  və  başqa  ölçü  əlavə 

edirik».’’^ 

Yum iki növ fəlsəfə olduğunu göstərirdi: «dayaz» və «dərin» 

fəlsəfə. Birinci - hissiyyata, ikinci - ağıla (metafizika) təsir edir. 

Dayaz fəlsəfə illüstrativdir (əyanidir) və dünya 

Дж.Беркли. Сочинения. M., «Мысль», 1978, с. 186. 

Yeno orada, .s. 174. 

Aqnoslisizm (yun. «a»-inkar. «gnosis»-bilik) dünyanın dork edilmə imkanını tamamilə və 

yaxud qi.smən inkar edən fəlsəfi (əlimdir. 

^ Мир философии. Ч.1, M., 1991, c.216. 

” Yenə orada, s.217. 

131 



haqqında müxtəlif görüşlər verir.  Bu fəlsəfə metafizikanın in- 

tuisiyası ilə qidalanır. 

Yum  ictimai  müqavilə  nəzəriyyəsini  tənqid  edərkən  ona 

əsaslanırdı  ki,  heç  vaxt  dövlət  yarada  bilən  belə  müqavilə 

olmayıb və olmayacaq. 

7.

 

Qotfrid Vilhelm Leybnisin fəlsəfəsi 

Alman  riyaziyyatçısı,  fiziki  və  idealist  filosofu  Leybnis 

(1646-1716)  varlıq  haqqında  görüşlərini  substansiya  haqqında 

təlim  formasında  inkişaf  etdirmişdi.  Nə  Dekartın  substansiya 

dualizmi, nə də Spinozanın vahid substansiyası Leybnisi təmin 

etmirdi.  Onun  dediyinə  görə  hər  şey  substansiyadır,  deməli, 

onun sayı sonsuzdur. Hər bir substansiya və ya qüvvə varlığın 

vahididir; bu vahid «monada» (yun. «monos»-tək, bir) adlanır. 

Monada varlığın maddi deyil, mənəvi vahididir, bir növ mənəvi 

atomdur.  Hər  bir  ayn  monada  həm  ruh,  həm  də  bədəndir. 

Leybnisə  görə,  ruh  bədənin  məqsədidir.  Lakin  elə  daxili 

məqsəddir  ki,  bədənin  özü  ona  doğru  can  atır.  Həmin  daxili 

məqsədə münasibətdə bədən ruhun vasitəsi, alətidir. 

Leybnis  təsdiq  edirdi  ki,  təbiətdə  hər  şey  inkişaf  edir.  O, 

inkişafı  sadəcə  olaraq  sonsuz  kiçik  dəyişmələrdən  keçən 

başlanğıc formasının dəyişməsi hesab edirdi. 

Leybnisin idealizmi onun «subyekt obyektdən daha zəngin- 

din)  əqidəsi  ilə  bağlıdır.  O,  hesab  edirdi  ki,  insan  ruhu  xarici 

prosesləri daxili proseslər vasitəsilə qavrayır. Odur ki, Leybnis 

deyirdi ki, obyektin xassəsi subyektdən çıxanimalıdır. «Özümüz 

haqqında düşünərkən, biz həm  də varlıq, substansiya, sadə və 

mürəkkəb, qeyri-maddi və Allahın özü haqqında düşünürük».’* 

Leybnis təfəkkürü əşyalaşdınr, lakin bu əşya maddi deyil. O, 

yazırdı: «Həqiqətən də təfəkkür əşyadır: 1) bilavasitə anlamaq; 

belə ki, qəlb özünü düşünən bir şey kimi anlayanda bilavasitə 

özünə məxsus  olur; 2) təfəkkür hissələri nəzərə  almadan başa 

düşülən əşyadır. Bu təcrübədən aydın olur. Belə ki, təfəkkür ələ 

keçməyən elə bir şeydir ki, biz özümüzü düşünən bir şey kimi 

başa düşəndə onu da anlayınq (sentimus)».’’ 

Г.В.Лейбннц. Сочинения. В 4-х тт., Т.1, М.. 1982. с.418. Yenə 

orada, s.83. 

132 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə