Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə43/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   39   40   41   42   43   44   45   46   ...   164

Dekart  deyirdi  ki,  insanlar  bilmirlər  ki,  Allah  dünyanı  nə 

məqsədlə yaradıb, onlar Allahın məramını heç vaxt bilməzlər. 

Buradan filosof qəti nəticə çıxarır: «Biz son məqsəd axtarmağı 

öz fəlsəfəmizdən tamamilə çıxanb atmalıyıq». 

Dekart  həqiqət  haqqında  danışarkən  deyirdi  ki,  «...biz 

həqiqətin təbiətini dərk etməyə kömək edəcək heç bir məntiqi 

tərif verə bilmərik».®^ 

Dekartm  dediyinə  görə,  ağıl  səhv  etmir.  Bəs  onda 

yanılmağın səbəbi nədir? O, yazırdı:  «Ağıl nəyi başa düşürsə, 

onu düzgün anlayır və ola bilməz ki, o səhv etsin. Onda mənim 

yanılmağım haradan yaranır? Yəqin yalnız ona görə ki, ağıldan 

daha geniş olan iradə (volya) öz sərhədlərində çox qala bilmir 

və mənim əlim çatmayan şeylərə də çatır. Öz-özlüyündə onlara 

biganə qalan iradə çox asanlıqla yanlışlığa düçar olur və həqiqət 

yerinə yalanı, xeyir yerinə şəri seçir; ona görə də mən səhv və 

günah edirəm». 

Dekart belə nəticəyə gəlir ki, insan hər şeyi dərk edə bilməz

çünki  həqiqəti  tamamilə  bilən  yalnız  Allahdır.  O,  yazırdı: 

«Həqiqətdə  bir  Allah  tamamilə  müdrikdir,  belə  ki,  yalnız  ona 

hər şeyi bilmək xasdır. Lakin insanların da ən vacib predmetlər 

haqqında nə qədər çox və yaxud az bilmələrinə uyğun olaraq bu 

və ya digər dərəcədə müdrik olmalarını demək olar. Mən hesab 

edirəm ki, bütün hazırlıqlı adamlar bununla razıdırlaD>.‘^’ 

3.

 



Tomas Hobbsun fəlsəfəsi 

XVII əsrin böyük ingilis filosoflarından biri də TMobbsdur 

(1588-1679). 

Hobbs  qeyd  edirdi  ki,  «fəlsəfə  teologiyanı,  yəni  əbədi, 

yaradılmayan,  ağılçatmayan  Allahın  təbiəti  və  atributlan 

haqqında təlimi kənarlaşdırır». O, teologiyanı inkar etmirdi, onu 

fəlsəfədən ayırırdı. 

Р.Декарт. Сочинения. В 2-х 

IT

.,



 

T.I. M„ 1989. c.604. 

“ Р.Декарт. Избранные произведения. M., 1950, с.376-377. 

Р.Декарт. Сочинения. В 2-х тт.. Т. 1. с.302. 

127 


Hobbs  sensualizmin*^*  əsas  prinsipini  qəbul  edirdi.  Duyğu 

olmasa nə təsəvvür, nə yaddaş, nə də ki, insan şüurunun başqa 

komponentləri  (tərkib  hissələri)  ola  bilməz.  Onun  fikrincə 

təcrübi-induktiv və deduktiv-rasionalist metodlar eyni dərəcədə 

əhəmiyyətlidir. 

Filosof  deizm*^’  mövqeyindən  panteist  təsəvvürlərin 

əleyhinə çıxış edirdi. Aristotelin hərəkətdə olmayan başçı kimi 

Allah ideyasını o,  «əbədi hərəkətdə olan nə isə»  kimi təsəvvür 

edirdi. 

Hobbsun  fikrinə  görə,  insan  başqa  təbiət  cisimləri  arasında 

sadə  bir  cisim  deyil,  ağıllı  varlıqdır.  İnsan  əxlaqın  və  eyni 

zamanda siyasətin subyektidir. Makiavelli və başqa İntibah əx- 

laqçıları kimi Hobbs da insanın eqoist təbiətini qeyd edirdi. 

Hobbsa görə azadlıq anlayışı zərurət anlayışına zidd deyil. 

Filosof  özünün  «Vətəndaş  haqqında»  və  «Leviofan»’® 

əsərlərində 

insan 

cəmiyyətinin, 



ağıl 

tərəfindən 

müəyyənləşdirildiyini əsaslandırmağa çalışırdı. 

Hobbs qeyd edirdi ki, hər bir xalq öz həyatında iki mərhələdən 

keçir:  1)  dövlətə  qədərki  təbii  vəziyyət  (status  natura-  lis);  2) 

dövlət  və  vətəndaş  vəziyyəti  (status  sivilis).  Təbii  vəziyyəti  0

qədim  Roma  atalar  misalı  İlə  ifadə  edir:  «İnsan  insanın 

canavarıdır»;  təbii  vəziyyət  «hər  kəsin  hər  kəsə  müharibəsi 

deməkdir». Belə müharibə bəşəriyyətin öz-özünü məhv etməsinə 

gətirib çıxara bilər. Odur ki, bütün insanlar üçün təbii vəziyyəti 

vətəndaş  və  dövlət  vəziyyəti  ilə  əvəz  etmək  zərurəti  meydana 

gəlir.  Belə  vəziyyətin  əsas  qanuni  əlaməti  qüvvətli  mərkəzi 

hakimiyyətin  mövcudluğu  ola  bilər.  Bu  hakimiyyət  bütün 

fərdlərin iştirak etdiyi ictimai müqavilə yolu ilə yaradılır. 



Sensualizm (lat. «scnsus»-hiss, duyğu) - duyğulan idrakın osas qaynağı hesab edən təlimdir. 

Deizm (lat. «deus» - Allah) - Allahı dünyanın ilk səbəbi kimi qəbul edən təlimdir; lakin 

sonradan Allah dünyanın işinə qarışmır, dünya öz-özünə mövcud olur. Bibliyada Lcviofan 

nəhəng dəniz əjdahasıdır. 

128 


4. Benedikt (Barux) Spinozanın fəlsəfəsi 

XVII  əsrin  ən  görkəmli  filosoflardan  biri  hollandiyalı 



Benedikt (Barux) Spinozadır 

Biliyin izahı Spinoza fəlsəfəsində böyük yer tutur. Hisslərə 

əsaslanan ideya  - həmişə qaranlıq, insan ruhunun və ya ağılın 

ideyası - həmişə aydın olur. Ağılın ideyası olmadan nümunəsini 

riyaziyyat verən heç bir düzgün bilik də ola bilməz. Spinozanın 

rasionalist  metodologiyası  əhəmiyyətli  dərəcədə  elə  bu  iki 

ideyanın müxtəlif növlərini fərqləndirməkdən ibarətdir. 

F.Bekon və xüsusən də Dekart kimi Spinoza da skeptisiz- mə 

qarşı kəskin mənfi münasibət bəsləyirdi. O, belə hesab edirdi ki, 

skeptisizmin dəlillərini yalnız həqiqi bilik inkar edə bilər. 

Spinozanın  fikrincə  bütün  maddi  mövcudatın  səbəbi  kimi 

Allah  aktual  sonsuz  substansiyadır.  Allahı,  təbiətdəki  tək-tək 

şeylərin  cəmi  ilə  eyniləşdirən  Spinozanın  naturalist  panteizmi 

materializmə  meyl  göstərirdi.  Spinoza  onu  ateizmdə 

günahlandıran çoxsaylı ittihamları inkar edirdi. 

Spinoza  sübut  edirdi  ki,  heç  bir  cəmiyyət  dövlət  və  hüquq 

olmasa  yaşaya  bilməz.  O,  yazırdı:  «Heç  bir  cəmiyyət  haki- 

miyyətsiz  və  qüvvəsiz,  deməli  insanların  ehtirasını  və  aşıb- 

daşan  istəyini  məhdudlaşdıran  və  saxlayan  qanunlar  olmasa 

yaşaya  bilməz.  Lakin  insan  təbiəti  onu  qeyri-məhdud  olaraq 

məcbur etməyə dözmür».’’ Qanun o vaxt müsbət nəticə verir ki, 

o insanın istək və arzusuna uyğun gəlir. 

Özünün  fəlsəfi  fikirlərinə  əsaslanan  Spinoza,  siyasi-hüquqi 

görüşlərini ümumiləşdirərək belə nəticəyə gəlmişdi ki, dövlətin 

əsas  məqsədi  vətəndaşların  azadlığını  təmin  etməkdir.  «Azad 

dövlətdə hər kəs istədiyi kimi fikirləşə, fikirləşdiyi kimi danışa 

bilər».’^ Deməli dövlətdə həm fikir, həm də söz azadlığı təmin 

olunur.  Spinozanın  fikrincə,  azadlıq  qanun  daxilində 

hüdudludur,  azad  insan  qanunlara  mütləq  əməl  etməlidir.  O, 

azadlığı - dərk edilmiş zərurət adlandırırdı. 



Б.Сшиюза. Богословско-политический трактат. Минск. «Литература», 1998. с.133. Ycno 

orada, s.389. 

129 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə