L.
Vitgenşteyn dili insana verilən yeganə realhq hesab
edirdi. Belə halda dilin yaratdığı dünya mənzərəsi dünyanın özü
ilə eyniləşdirilir. Onun dediyinə görə «fəlsəfənin məqsədi —
fikri məntiqi cəhətdən aydınlaşdırmaqdiD>. O, «Traktat»da
yazırdı: «Fəlsəfə fikri gərək aydınlaşdırsın və ona ciddi şəkildə
hədd qoysun, çünki bunsuz fikir sanki qaranlıq və dumanlıdır»
(4:112). Bu konsepsiyaya görə insanın onu əhatə edən təbii və
sosial mühit ilə yeganə intellektual əlaqəsi dil vasitəsi ilə baş
verir. İnsan dünya ilə başqa vasitələrlə də bağlıdır: praktiki
(yazanda, əkəndə, istehsal edəndə, istehlak edəndə və s.);
emosional (başqa insanlara, əşyalara, hadisələrə hansısa hissi
münasibət); iradi vasitələr və s. Lakin insanın öz ağlında və ya
təsəvvüründə yaratdığı dünya mənzərəsi dil ilə, onun strukturu,
quruluşu və xüsusiyyətləri ilə müəyyənləşir.
L.
Vitgenşteyn tədricən «Traktat»ın fundamental
müddəalarının səhv olduğu fikrinə gəlir və onlardan imtina edir.
«Fəlsəfi tədqiqatlar» adlı son əsərində o, «Traktat»dan fərqli
fikirlər irəli sürür. Lakin qeyd etmək lazımdır ki,
L.Vitgenşteynin əsas mövqeyi əvvəlki kimi qalır: fəlsəfə —
dilin təhlilinə yönəlmiş fəaliyyət, fəlsəfi problemlər isə — dil
problemləri kimi qəbul edilir.
Lakin bu çərçivədə L.Vitgenşteynin görüşləri köklü
dəyişikliyə məruz qalır. Hər şeydən əvvəl o, «məntiqi atomizm»
konsepsiyasından imtina edir. Məntiqi atomizmin irəli sürdüyü
şərtlər: 1. Dünyanın özünəməxsus strukturu olması. 2. Strukturu
dünyanın strukturunu dəqiq təsvir edən ideal dilin olması.
Məntiqi atomizmə görə, dünya tamamilə sadə vahidlərdən və
obyektlərdən ibarət atomar faktların cəmidir. «Fəlsəfi
tədqiqatlar» əsərində L.Vitgenşteyn təsdiq edirdi ki, sadə
həmişə nisbidir və şəraitdən, kontekstdən asılıdır. Mütləq
sadədən danışmaq mənasızdır.
Məsələni dərindən öyrənəndən sonra L.Vitgenşteyn
ümumiyyətlə ideal dil anlayışından imtina etməli oldu. Onun
fikrincə «ideal dil» gerçək dili o qədər təhrif edir ki, hətta onun
mücərrəd modeli rolunu da oynaya bilmir.
188
«Fəlsəfi tədqiqatlan>da Vitgenşteyn artıq inkar etmir ki,
Allah, Dünya, həyat, xeyir və şərə aid problemlər nə isə daxildə
yaşanılan, yəni «mistik» təcrübədə «qavranıla» və yaxud «başa
düşülə» bilər. O, yalnız əsl problemlərin əsası ola biləcək
şeyləri, yəni cavab ehtimalı yaradan problemləri rədd edirdi. Elə
buna görədə Vitgenşteyn öz əsərini aşağıdakı sözlərlə
tamamlayır: «Nəyin haqqında danışmaq olmazsa, o barədə
susmaq lazımdiD).
,
3. XX əsrdə ABŞ-da fəlsəfə
3.1.
Praqmatizm
Amerika filosofları Ç.Pirs (1839-1914), U.Ceyms (1842-
1910) və C.Dyüi (1859-1952) praqmatizmin əsasını qoymuşlar.
Sonralar praqmatizm amerikalıların fəlsəfəyə gətirdikləri
yenilik hesab edilmişdi. Praqmatizmə maraq indi də zəifləmir.
Praqmatizm XX əsr Qərb fəlsəfəsinin əsas fərqləndirici
əlamətlərindən biri olan insan fəaliyyəti mövzusunu bu
fəlsəfəyə daxil edib və diqqətlə işləməyə çalışmışdır.
Praqmatizm tərəfdarları elan edirlər ki, ənənəvi fəlsəfə əməli
əhəmiyyətə malik deyil, insanların real fəaliyyəti, həyatı ilə
əlaqəsi yoxdur, heç bir yenilik yaratmağa qadir deyil. Onların
fikrincə praktikadan, təcrübədən kənarda heç nə yoxdur və ola
da bilməz. Deməli, insanın vəzifəsi bu dünyada öz həyatını daha
yaxşı qurmaq, praqmatizmin vəzifəsi isə bu işdə ona yardım
göstərməkdir.
Filosofların
əksəriyyəti
qeyd-şərtsiz
elmi
biliyin
əsaslandırılması prinsipini qəbul edirlər. Praqmatistlər isə
göstərirlər ki, elmdə heç bir belə əsas yoxdur, bu heç lazım da
deyil. Onlar «hər cür əsaslandırmadan imtina etməyin
skeptisizmə (və yaxud relyativizmə) gətirməsi əqidəsini qəbul
etmirdilər. Onlar hər bir tədqiqatda səhv etmək imkanının^
yanlışlığın olduğunu xüsusi qeyd edirdilər. Ona görə də Pirsdən
başlayaraq bütün praqmatistlər öz diqqətlərini elmi bilikdə
cəmləyərək, mütləq (absolyut) əsaslandırmaq iddiasını təftiş və
tənqid edirdilər.
189
Onların hamısı eksperimental elmi yüksəyə qaldırır və fəlsəfə ilə
dəqiq elmlər arasında hər çür sədd çəkməyə şübhə ilə
yanaşırdılar. Onlar təbiət elmlərinin tənqidi və eksperimental
ruhunu fəlsəfəyə keçirməyə çalışırdılar».'^*
Praqmatizmin yaradıcılarından biri U.Ceyms bu təlimi daha
ətraflı şərh etdiyi «Praqmatizm» əsərinin (1907) «Təfəkkürün
bəzi köhnə üsulları üçün yeni ad» sərlövhəsində göstərirdi ki, bu
əsəri «ağılın praqmatik açıqlığını ilk dəfə öyrəndiyim C.Stüart
Millə» həsr edirəm. Burada U.Ceyms praqmatizmin Britaniya
empirizmi ənənəsi ilə əlaqəsini göstərir. Praqmati- stin etdiyi ilk
iş odur ki, ənənəvi empirizmdə olduğu kimi, faydalı anlayışlar
təcrübəyə əsaslanmalıdır, necə ki, xeyir gətirən hərəkət onun
nəticəsi ilə yoxlanılır. U.Ceyms utilitarist kimi çıxış edirdi.
«Rasionallıq hissi» əsərində (1879) U.Ceyms özünün əsas
tezisində göstərirdi ki, insan hiss üzvlərinin verdiyi faktiki mə-
lurnatlardan kənara çıxa bilməz. O, ölümündən sonra çap olunan
«Radikal empirizm oçerkləri» kitabında (1912) yazırdı: «Mənim
tezisim belədir ki, əgər biz dünyada guya yalnız bir ilkin maddə
və yaxud material olması ehtimalından başlasaq, hər şeyin ondan
ibarət olduğunu desək, əgər onu «təmiz təcrübə» adlandırsaq,
onda idrakı təmiz təcrübəni təşkil edən bütün hissələrin daxil ola
biləcəyi xüsusi bir münasibət kimi sadə izah etmək mümkün
olardı».'”
Praqmatizm ilə absolyutizm arasında yalnız xarici oxşarlıq
olmadığını daha yaxşı C.Dyüinin fəlsəfəsi göstərdi. O, özünün
keçdiyi yolu iki sözlə ifadə etmişdi: «absolyutizmdən eksperi-
mentalizmə». Fəlsəfəyə maraq onda Hekslinin fiziologiyaya aid
əsərləri ilə tanışlıqdan sonra yaranmışdı. Sonra Hegelin fəlsəfəsi
ona daha çox təsir göstərmişdi. Onun fikrincə Hegel «Mən» ilə
dünya, ruh ilə bədən, Allah ilə təbiət münasibətlərindəki
arakəsmələri sındırdı. Bu arakəsmələr insan ruhunu yerdə qalan
təbiətdən təcrid edirdi. C.Dyüinin fəlsəfəsində Hegelin göstərdiyi
bu vəhdət naturalist terminlər ilə ifadə edilirdi.
'■* Bax: Журн. «Вопросы философии», № 5,2000, с. 107.
Sitat götürülüb: Дж.Пасмор. Сто лет философии. М.. «Прогресс-Традиция». 1998, с.79.
190
Dostları ilə paylaş: |