tabe etmək olmaz, çünki bu, bir qayda olaraq, nervoz yaradır,
hətta psixikanın pozulmasına gətirib çıxarır. Onları özbaşına
buraxmaq da olmaz (bütünlüklə və bilavasitə özünün, məsələn,
seksual fantaziyasını və ya təcavüzkar meyllərini təmin etmək),
çünki cəmiyyət buna dözməz. Başqa sözlə, Freydə görə insan
davranışının həlledici faktoru nəticə etibarilə şüur deyil,
şüurdan kənarda olan şüursuzluq sferasıdır. O, yazırdı: «Bütün
ruhi hadisələr mahiyyətcə qeyri-şüuruduD>.'^ Son nəticədə
insan davranışının təşkilində instinktlər əsas rol oynayır.
Beləliklə, şüursuzluq hər şeydən əvvəl seksual instinktlər-
dən, özünün tam dəyərə malik olmamaq hissiyyatım
kompensasiya etmək üçün başqalarından üstün olmaq
instinktindən ibarətdir. Şüursuzluq cəmiyyətdə həm yaradıcı,
həm də dağıdıcı meyllərin qaynağı ola bilər.
Freydin instinkt haqqında mücərrəd nəzəriyyəsi insan
davranışının özünəməxsus bölünməz bioloji və psixi stereotipi
kimi anlaşılmasına və şərh edilməsinə əsaslanır. Onun fikrincə
insan həyatının formalaşmasında iki ümumi kosmik instinktin
olduqca böyük rolu var: Bros (seksual instinkt, həyat instinkti,
özünüqo- ruma instinkti) və Tanatos (ölüm instinkti, təcavüz
instinkti, de- struksiya instinkti, dağıtmaq instinkti).'^® İnsanın
həyat fəaliyyətini bu iki daimi qüvvənin mübarizəsinin nəticəsi
kimi təsəvvür edən Freyd hesab edirdi ki, bu instinktlər
tərəqqinin əsas hərəkətverici qüvvəsidir. Freydə görə Bros və
Tanatosun vəhdəti və mübarizəsi fərd varlığının yalnız
sonluğunu deyil, həm də müxtəlif sosial qrupların, xalqlann və
dövlətlərin fəaliyyətini əhəmiyyətli dərəcədə müəyyənləşdirir.
Tabu (yasaq) adətləri ilə insanı daim izləyən, ondan əl
çəkməyən nevroz arasındakı qarşılıqlı münasibəti araşdıran
Freyd yazırdı: «Yekunlaşdıraq ki, hansı nöqtələrdə tabu adətləri
ilə zəhlətökmə nevrozlan arasındakı oxşarlıq daha parlaq ifadə
olunur: 1) yasaqların əsaslandınlmamasında; 2) daxili
məcburiyyətlə onların təsdiq edilməsində; 3) onların irəliləmə
qabiliyyətində və qadağa olunandan yoluxma qorxusunda; 4)
onların
З.Фрейд. Лекции по введению в психоанализ. Т.2, М.-Пг., 1923. с.84.
Вах: З.ФреГи. «Я» и «Оно». Труды разных лет. Кн..1. Тбшшси, 1991, с.374-380.
212
mərasim hadisələrinin səbəbi olmasında və qadağadan doğan
dini tələblərdə».'“ Freyd öz fikrini belə ümumiləşdirir: «Çətin
anlaşılsa da, biz bilirik ki, qadağa olunan işi görən, tabunu pozan
hər kəs özü tabu
O
I
UD
>.'^^ Pozmayanda isə nevroz başlayır.
Freyd nevrozun mahiyyətini açmağa cəhd göstərir:
«...Seksual həvəsin sosial marağa üstün gəlməsi nevrozun
xarakter momentidİD>.'“ «Nevrozun assosial təbiəti genetik
olaraq onun ilk niyyətindən - arzuya çatdırmayan reallıqdan
fantaziyanın daha xoş dünyasına meyldən doğur. Nevrotikin
qaçdığı real dünyada insan cəmiyyəti və onun yaratdığı
təşkilatlar hökmranlıq edir; reallıqdan qaçmaq eyni zamanda
insan birliyindən çıxmaqdiD).'*’
Freydin davamçılanndan biri olan Kari Yunq (1875-1961)
əsasən «şəxsi» şüursuzluq ilə iş aparan Freyddən fərqli olaraq,
özünün dediyinə görə, şüursuzluğun fərddən kənar, qəbilə və
yaxud kollektiv qatma rast gəldi. O, özünün psixiatrik praktikası
gedişində poetik əsərlərdə, dəlilərin sayıqlamasında, şaman
ayinlərində, dərin yuxuda və s. tamamilə eyni mətnləri və ya gö-
zəgörünmələri üzə çıxarmışdı. Bu vəziyyət onda belə bir fikir
yaratdı ki, şəxsi şüursuzluq səviyyəsindən aşağıda insan
şüurunun formalaşdığı uzaq keçmişdə yaranmış psixikanın daha
qədim, daha arxaik qatlan yerləşir.
K.Yunq deyirdi: «Bir çox sənət adamları, filosoflar və hətta
alimlər özlərinin ən yaxşı ideyaları üçün qəflətən şüursuzluq-
dan meydana gələn ilhama borcludurlar. Belə materialın zəngin
qaynağına çatmaq qabiliyyəti və onu effektli şəkildə fəlsəfəyə,
ədəbiyyata, musiqiyə və ya başqa tapıntıya keçirmək dahi
adlandırılanlann xüsusiyyətlərindən biridin).“®
Neofreydizm müasir fəlsəfə və psixologiyada müstəqil
cərəyan kimi daha çox ABŞ-da yayılıb. Bu cərəyanın
təmsilçiləri
Freydin
psixoanaliz təlimini
Amerikanın
sosial-siyasi nəzəriy-
156
З.Фрейд. Тотем и Табу. M., «Олимп». 1997. с.49.
Yenə orada, s.53.
Yenə orada, s.95.
Yenə orada, s.96.
160
Хрестоматия по философии, c.301.
213
yələri ilə birləşdirməyə cəhd edirlər. Karen Homi, Harri Salli-
ven, Erix Fromm və b. neofreydizmin məşhur təmsilçiləridir.
Burada isə onlardan daha çox tanınan Fromm haqqında məlumat
veriləcək.
E.
Frommun
(1900-1980)
əsərlərində
Freydin
psixoanalizinin «inqilabi» şərhi, insan təbiətinin islaholunmaz
əlaməti kimi təcavüz nəzəriyyəsi, başlanğıc qüvvə kimi instinkti
həddən artıq tərifləmək və onu hər cür təzyiqdən azad etmək öz
əksini tapır.
Fromm göstərirdi ki, insan üçün büd, səcdəgah (idol) ya-
bançılaşmış şəkildə onun özünün həyati qüvvəsini təsvir edir.
Lakin sənayeləşmiş cəmiyyətdə yaşayan bizim müasirlərimizdə
büdpərəstliyin forma və dərəcələri dəyişmişdir. İnsan, özünün
həyatını idarə edən kortəbii iqtisadi qüvvələrin obyekti olubdur.
O, öz əli ilə yaratdığı şeylərə baş əyir və özünü də əşyaya çevirir.
Fromm hesab edirdi ki, insanın tələbatını sosial struktur
formalaşdırmır, özünün antropoloji əsası onun mövcudluq
üsulunu müəyyənləşdirir. Fromm yazmışdı: «Sosial xarakterli
anlayış ictimai prosesləri başa düşmək üçün əsasdır. Xarakter -
analitik sosiologiyanın dinamik mənasında - müəyyən
cəmiyyətdə insan tələbatının müəyyən həyat tərzinə
uyğunlaşması prosesində meydana gələn insan enerjisinin
spesifik formasıdır. Xarakter - fərdin fikrini, hissiyyatını və
hərəkətini müəyyənləşdirİD>.“’‘
«Azadlıqdan qaçma» kitabında Fromm praktiki olaraq bütün
ölkələrin tarixində baş vermiş paradoksal bir hadisəni tədqiq edir:
xalq könüllü olaraq aldığı azadlıqdan imtina edir və əvvəlkindən
daha pis vəziyyətə düşür. Almaniyanın Veymar respublikasından
faşizmə keçməsi Frommun belə fikrə gəlməsinə böyük təkan
vermişdi.
Ə
.OpoMM. BercTBO OTCBoöoaw.
M., 1990, c.23l.
214