isə öl yerini müəyyən edə bilməmək, sərhəd xətlərdə dolaşma
ilə izah edilir.
Mətnlərin bu vaxta qədər mövcud olan başqa mətnlər
arasında yaranması fikri dekonstruksiyanm əsas müddəasıdır.
Mətnlər və mənalar daim bir-birinə qarışdığına görə mətnlər
üzərində nəzarət mümkün deyil. Dekonstruksiya bir mətni
başqasının içərisində axtarmaq, bir mətni başqasının daxilində
əritmək, bir mətni başqasında quraşdırmaq istiqamətində
fəaliyyət göstərir.
«Hermenevtika» sözü qədim yunan mifologiyasında
allahların elçisi və onların iradəsinin şərhçisi, yozucusu hesab
edilən Hermesin adından götürülübdür. Bu sözü Platon işlətmiş,
lakin fəlsəfi dilə Aristotel daxil etmişdi. Bu söz bütün Avropa
dillərində mətnlərin (tekstlərin) mənasını aydınlaşdırmaq
məqsədi daşıyan sənət və idrak nəzəriyyəsi anlamında işlədilir.
Hermenevtika öz inkişafında bir çox mərhələlərdən
keçmişdir. İlk mərhələ hələ qədim yunan mifologiyasında
«allahların dili»ni sadə insanlara başa salan ara adamlarının
xidməti ilə səciyyələnir.
Yazı meydana çıxandan sonrakı mərhələdə isə hermenevti-
kanın qarşısında danışıq nitqini tərcümə etmək vəzifəsindən
fərqli olan yeni vəzifə - yazılı mənbələrin izah edilməsi tələbatı
yaranır.
Orta əsrlərdə isə Bibliya və başqa müqəddəs kitabların yazılı
şərhi ön plana çəkilir.
Filoloji hermenevtikanın inkişafı intibah dövründə antik
yunan-latın mətnlərinin izah edilməsi ilə əlaqədardır. Alman
alimi Vilhelm Humboldt (1767-1835) anlama problemini dilin
funksiyasının əsası kimi irəli sürdü, dili «insanın daxili
varlığının orqanı» və düşünən subyektlər arasında vasitə kimi
nəzərdən keçirdi.
Konkret
hermenevtikanın
inkişafı
ümumi
nəzəri
problemlərin tədqiq edilməsi ilə müşayiət edilir ki, bu da daha
çox fəlsəfi statusa malik olan ümumi anlama nəzəriyyəsinin
formalaşmasının başlanğıcı və ilkin şərti oldu. Almaniyalı
ilahiyyatçı filosof Fridrix Şleyermaher (1768-1834) öz qarşısına
universal
203
fəlsəfə yaratmaq vəzifəsi qoydu. Onun fikrincə fəlsəfi herme-
nevtika bu funksiyanı yerinə yetirə bilər.
XIX
əsrin axırlannda fəlsəfi hermenevtika ilk növbədə
alman filosofu Vilhelm Dilteyin (1833-1911) əsərlərində yeni
kantçılığın müəyyən təsiri altında «həyat fəlsəfəsi» ilə birləşir.
XX
əsrdə alman ekzistensializmin banisi Martin Haydegger
özünün «Varlıq və zaman» (1927) adlanan əsərində hermenev-
tikaya yeni məna verdi: hermenevtika ontoloji xarakter
daşımalıdır və şüurun bütün fenomenlərinə yeni izah verməlidir.
XX əsrdə hermenevtikanın ən görkəmli nümayəndəsi Hans
Georq Hadamer (1900-2002) hesab olunur. Onun fikrincə
hermenevtika üçün başlanğıc problemi yoxdur, «çünki son
əvvəli, əwəl isə sonu müəyyənləşdirin).Bu onu göstərir ki,
Hadamer hermenevtik dairə ideyasının tərəfdandır. «...Anlama
prosesi daim bütövdən hissəyə və yenidən bütövə keçir. Vəzifə
konsentrik dairələr vasitəsilə başa düşülmüş mənanın
bütövlüyünü genişləndirməkdİD).'“*'* «Kim mətni başa
düşmək istəyirsə, daim mənanın layihəsini cızır. Mətndə hər
hansı bir məna görünən kimi, 0 bütövlükdə mətnin ümumi
mənasını təsvir edir. Lakin bu birinci məna öz növbəsində məhz
ona görə aydınlaşu* ki, biz lap əvvəldən mətni oxuyarkən onda
hər hansı müəyyən məna tapmağı gözləyirik»*"*^ Məlumdur
ki, dairədə başlanğıc yoxdur. Hadamer «lap əvvəldən» deyəndə
anlama prosesinin vaxt mənasında başlanğıc vəziyyətini
nəzərdə tutur.
Hadamerin hermenevtikası bir sıra mühüm məsələlərdə
ənənəvi hermenevtikadan əhəmiyyətli dərəcədə fərqlənir. Bir
neçə misal göstərək. Ənənəvi hermenevükaya görə (F.Şle-
yermaher, V.Diltey və b.) bu təlim başa düşmək sənətinin
nəzəriyyəsidir; Hadamerin fikrincə isə, hermenevtika
nəzəriyyə deyil, fəlsəfədir. Ənənəvi hermenevtika: müəllifi,
onun özündən daha yaxşı başa düşmək olar. Hadamer: faktın
həqiqiliyini, mətni başa düşmək daha vacibdir, mətnin mənası
müəllifin
Г.Г.Гадамср. Истина и метод. Основы философской герменевтики. М.
«Прогресс», 1988, с.546.
Yenə orada, s.345.
Yenə orada, s.3l8.
204
anlamını üstələyir. Ənənəvi hennenevtika: məsələnin herme-
nevtik qoyuluşu şərh edənin subyektivliyini, mənanın isə
obyektivliyini tələb edir. Hadamer: subyektivlik və obyektivliyi
bir-birinə qarşı qoymaq yolverilməzdir, çünki əks halda
bütövlük pozulur. Ənənəvi hermenevtika: hermenevtika
mənanı anlayır və şərh edir. Hadamer: hermenevtika mənanı
başa düşür, şərh edir və tətbiq edir.
Beləliklə, müasir hermenevtika öz fəlsəfəsinin ümumiliyi
iddiasındadır, mətn və nitqi demək olar ki, fəlsəfənin əsas
predme- tinə çevirir. İzahetmə fılosofluq etməyin əsası hesab
olunur.
9.
Elmi-texniki inkişaf və fəlsəfə
9.1.
Stsientizm və antistsientizm
Stsientizm (lat. «scientia»-bilik, elm) konsepsiyasında elmi
bilik ən yüksək mədəni dəyər hesab edilir. Elmi-texniki tərəqqi
nəinki problemlər və ziddiyyətlər doğurur, o eyni zamanda yeni
elm sahələri və yeni texnikanın köməkliyi ilə nəhayət insan
həyatının çətin problemlərini və ziddiyyətlərini həll etmək
ümidi də yaradır. Bir sözlə, elmi-texniki zəkaya pərəstiş təbliğ
edilir.
Fəlsəfədə stsientizmin yaranmasını Kant fəlsəfəsinin
parçalanması və yeni kantçılığın müxtəlif məktəblərinin
meydana gəlməsi timsalında izləmək olar. Məsələn, G.Kogen
(1842- 1918), P.Natorp (1854-1924), E.Kassirer (1874-1945)
kimi böyük təmsilçiləri olan Marburq məktəbində Kant
fəlsəfəsinin antipsixoloji fikirləri özünün sonrakı inkişafını
tapır. Burada elm kimi çıxış etmək qabiliyyəti olan və müvafiq
meyara cavab verən fəlsəfə təfəkkürün rasional-nəzəri forması
kimi izah edilir. Bu məktəbin nümayəndələri üçün elm insan
mədəniyyətinin ali formasıdır və ağılın birbaşa ifadəsidir, ağıl
isə elmdə özünə əsl sığınacaq yeri tapır. Ağıl elm ilə
eyniləşdirilir,
ağıl
mütləqləşdirilir,
təfəkkür
obyekti
müəyyənləşdirən yeganə meyar elan edilir (Kogen). Nəticədə
elmi fikrin inkişaf məntiqi gerçəkliyin inkişaf məntiqinə
keçirilir, dəqiq elmi qurmaq fəlsəfə qurmağın nümunəsinə
çevrilir.
205
Dostları ilə paylaş: |