Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə68/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   64   65   66   67   68   69   70   71   ...   164

isə öl yerini müəyyən edə bilməmək, sərhəd xətlərdə dolaşma 

ilə izah edilir. 

Mətnlərin  bu  vaxta  qədər  mövcud  olan  başqa  mətnlər 

arasında  yaranması  fikri  dekonstruksiyanm  əsas  müddəasıdır. 

Mətnlər  və  mənalar  daim  bir-birinə  qarışdığına  görə  mətnlər 

üzərində  nəzarət  mümkün  deyil.  Dekonstruksiya  bir  mətni 

başqasının içərisində axtarmaq, bir mətni başqasının daxilində 

əritmək,  bir  mətni  başqasında  quraşdırmaq  istiqamətində 

fəaliyyət göstərir. 

«Hermenevtika»  sözü  qədim  yunan  mifologiyasında 

allahların  elçisi və onların  iradəsinin şərhçisi,  yozucusu hesab 

edilən Hermesin adından götürülübdür. Bu sözü Platon işlətmiş, 

lakin fəlsəfi dilə Aristotel daxil etmişdi. Bu söz bütün Avropa 

dillərində  mətnlərin  (tekstlərin)  mənasını  aydınlaşdırmaq 

məqsədi daşıyan sənət və idrak nəzəriyyəsi anlamında işlədilir. 

Hermenevtika  öz  inkişafında  bir  çox  mərhələlərdən 

keçmişdir.  İlk  mərhələ  hələ  qədim  yunan  mifologiyasında 

«allahların  dili»ni  sadə  insanlara  başa  salan  ara  adamlarının 

xidməti ilə səciyyələnir. 

Yazı  meydana çıxandan sonrakı  mərhələdə isə hermenevti- 

kanın  qarşısında  danışıq  nitqini  tərcümə  etmək  vəzifəsindən 

fərqli olan yeni vəzifə - yazılı mənbələrin izah edilməsi tələbatı 

yaranır. 

Orta əsrlərdə isə Bibliya və başqa müqəddəs kitabların yazılı 

şərhi ön plana çəkilir. 

Filoloji  hermenevtikanın  inkişafı  intibah  dövründə  antik 

yunan-latın  mətnlərinin  izah  edilməsi  ilə  əlaqədardır.  Alman 

alimi Vilhelm Humboldt (1767-1835) anlama problemini dilin 

funksiyasının  əsası  kimi  irəli  sürdü,  dili  «insanın  daxili 

varlığının  orqanı»  və  düşünən  subyektlər  arasında  vasitə  kimi 

nəzərdən keçirdi. 

Konkret 

hermenevtikanın 

inkişafı 

ümumi 


nəzəri 

problemlərin tədqiq edilməsi ilə müşayiət edilir ki, bu da daha 

çox  fəlsəfi  statusa  malik  olan  ümumi  anlama  nəzəriyyəsinin 

formalaşmasının  başlanğıcı  və  ilkin  şərti  oldu.  Almaniyalı 

ilahiyyatçı filosof Fridrix Şleyermaher (1768-1834) öz qarşısına 

universal 



203 


fəlsəfə yaratmaq vəzifəsi qoydu. Onun fikrincə fəlsəfi herme- 

nevtika bu funksiyanı yerinə yetirə bilər. 

XIX

 

əsrin  axırlannda  fəlsəfi  hermenevtika  ilk  növbədə 



alman  filosofu  Vilhelm  Dilteyin  (1833-1911)  əsərlərində  yeni 

kantçılığın müəyyən təsiri altında «həyat fəlsəfəsi» ilə birləşir. 

XX

 

əsrdə alman ekzistensializmin banisi Martin Haydegger 



özünün «Varlıq və zaman» (1927) adlanan əsərində hermenev- 

tikaya  yeni  məna  verdi:  hermenevtika  ontoloji  xarakter 

daşımalıdır və şüurun bütün fenomenlərinə yeni izah verməlidir. 

XX əsrdə hermenevtikanın ən görkəmli nümayəndəsi Hans 



Georq  Hadamer  (1900-2002)  hesab  olunur.  Onun  fikrincə 

hermenevtika  üçün  başlanğıc  problemi  yoxdur,  «çünki  son 

əvvəli,  əwəl  isə  sonu  müəyyənləşdirin).Bu  onu  göstərir  ki, 

Hadamer hermenevtik dairə ideyasının tərəfdandır. «...Anlama 

prosesi daim bütövdən hissəyə və yenidən bütövə keçir. Vəzifə 

konsentrik  dairələr  vasitəsilə  başa  düşülmüş  mənanın 

bütövlüyünü  genişləndirməkdİD).'“*'*  «Kim  mətni  başa 

düşmək  istəyirsə,  daim  mənanın  layihəsini  cızır.  Mətndə  hər 

hansı  bir  məna  görünən  kimi,  0  bütövlükdə  mətnin  ümumi 

mənasını təsvir edir. Lakin bu birinci məna öz növbəsində məhz 

ona görə aydınlaşu* ki, biz lap əvvəldən mətni oxuyarkən onda 

hər  hansı  müəyyən  məna  tapmağı  gözləyirik»*"*^  Məlumdur 

ki, dairədə başlanğıc yoxdur. Hadamer «lap əvvəldən» deyəndə 

anlama  prosesinin  vaxt  mənasında  başlanğıc  vəziyyətini 

nəzərdə tutur. 

Hadamerin  hermenevtikası  bir  sıra  mühüm  məsələlərdə 

ənənəvi  hermenevtikadan  əhəmiyyətli  dərəcədə  fərqlənir.  Bir 

neçə  misal  göstərək.  Ənənəvi  hermenevükaya  görə  (F.Şle- 

yermaher,  V.Diltey  və  b.)  bu  təlim  başa  düşmək  sənətinin 

nəzəriyyəsidir;  Hadamerin  fikrincə  isə,  hermenevtika 

nəzəriyyə  deyil,  fəlsəfədir.  Ənənəvi  hermenevtika:  müəllifi, 

onun özündən daha  yaxşı  başa düşmək olar.  Hadamer: faktın 

həqiqiliyini, mətni başa düşmək daha vacibdir, mətnin mənası 

müəllifin 



Г.Г.Гадамср. Истина и метод. Основы философской герменевтики. М. 

«Прогресс», 1988, с.546. 

Yenə  orada,  s.345. 

Yenə orada, s.3l8. 

204 


anlamını  üstələyir.  Ənənəvi  hennenevtika:  məsələnin  herme- 

nevtik  qoyuluşu  şərh  edənin  subyektivliyini,  mənanın  isə 

obyektivliyini tələb edir. Hadamer: subyektivlik və obyektivliyi 

bir-birinə  qarşı  qoymaq  yolverilməzdir,  çünki  əks  halda 

bütövlük  pozulur.  Ənənəvi  hermenevtika:  hermenevtika 

mənanı  anlayır  və  şərh  edir.  Hadamer:  hermenevtika  mənanı 

başa düşür, şərh edir və tətbiq edir. 

Beləliklə,  müasir  hermenevtika  öz  fəlsəfəsinin  ümumiliyi 

iddiasındadır,  mətn  və  nitqi  demək  olar  ki,  fəlsəfənin  əsas 

predme-  tinə  çevirir.  İzahetmə  fılosofluq  etməyin  əsası  hesab 

olunur. 

9.

 

Elmi-texniki inkişaf və fəlsəfə 

9.1.

 

Stsientizm və antistsientizm 

Stsientizm  (lat.  «scientia»-bilik,  elm)  konsepsiyasında  elmi 

bilik ən yüksək mədəni dəyər hesab edilir. Elmi-texniki tərəqqi 

nəinki problemlər və ziddiyyətlər doğurur, o eyni zamanda yeni 

elm  sahələri  və  yeni  texnikanın  köməkliyi  ilə  nəhayət  insan 

həyatının  çətin  problemlərini  və  ziddiyyətlərini  həll  etmək 

ümidi də yaradır. Bir sözlə, elmi-texniki zəkaya pərəstiş təbliğ 

edilir. 

Fəlsəfədə  stsientizmin  yaranmasını  Kant  fəlsəfəsinin 

parçalanması  və  yeni  kantçılığın  müxtəlif  məktəblərinin 

meydana  gəlməsi  timsalında  izləmək  olar.  Məsələn,  G.Kogen 

(1842-  1918),  P.Natorp  (1854-1924),  E.Kassirer  (1874-1945) 

kimi  böyük  təmsilçiləri  olan  Marburq  məktəbində  Kant 

fəlsəfəsinin  antipsixoloji  fikirləri  özünün  sonrakı  inkişafını 

tapır. Burada elm kimi çıxış etmək qabiliyyəti olan və müvafiq 

meyara cavab verən fəlsəfə təfəkkürün rasional-nəzəri forması 

kimi  izah  edilir.  Bu  məktəbin  nümayəndələri  üçün  elm  insan 

mədəniyyətinin  ali formasıdır və ağılın  birbaşa ifadəsidir,  ağıl 

isə  elmdə  özünə  əsl  sığınacaq  yeri  tapır.  Ağıl  elm  ilə 

eyniləşdirilir, 

ağıl 


mütləqləşdirilir, 

təfəkkür 

obyekti 

müəyyənləşdirən  yeganə  meyar  elan  edilir  (Kogen).  Nəticədə 

elmi  fikrin  inkişaf  məntiqi  gerçəkliyin  inkişaf  məntiqinə 

keçirilir,  dəqiq  elmi  qurmaq  fəlsəfə  qurmağın  nümunəsinə 

çevrilir. 

205 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə