Bu məsələdə pozitivizm də oxşar mövqedə durur. Neopozi-
tivizm konsepsiyalarında isə elmi və qeyri-elmi bilikləri
fərqləndirməyin effektli metodlarını yaratmaq problemi ön
plana çəkilir.
Eyni vaxtda əks dünyagörüşü mövqeyində duran antistsien-
tizm meydana gəlir. Stsientizm elmi bütün mədəniyyətin mütləq
etalonu hesab edirdisə, antistsientizm bəzi mənfi nəticələrə
gətirdiyi üçün elmi biliyi kəskin tənqid edirdi.
Əgər
stsientizm
fəlsəfi
biliyin
rasional-nəzəri
komponentlərini mütləqləşdirirsə, antistsientizm fəlsəfənin ən
vacib əlamətinin onun dəyər xarakteri daşıması fikrindən çıxış
edir. Fəlsəfənin məqsədi yalnız elmi idrakı təhlil etmək deyil,
həm də insan mədəniyyətində mövcud olan bütün dəyərlər
sistemini tədqiq etməkdən ibarətdir. XX əsrin böyük filosofları
M.Hay- degger və K.Yaspers fəlsəfəni antistsientizm
mövqeyindən çıxış edərək izah edirdilər.
Antistsientizmə görə elm həmişə predmetə doğru yönəlir. Bu
onun təbiətindən irəli gəlir və bu sahədə onun bərabəri yoxdur.
Fəlsəfənin təbii tələbatı isə varlıq və insanın ondakı yeridir.
Burada elm gücsüzdür.
9.2.
İndustrial və postindustrial cəmiyyət
nəzəriyyəsi
İndustrial cəmiyyət nəzəriyyəsi gerilikdən qabaqcıl, səna-
yecə inkişaf etmiş, kütləvi bazar iqtisadİ3^atı və demokratik
quruluşu olan industrial cəmiyyətə keçidi sosial tərəqqinin əsası
sayır. Bu keçidin mərkəzində ardıcıl olaraq yeni texnikanın
tətbiq edilməsi prosesi durur.
İndustrial cəmiyyət termini fransız mütəfəkkiri, qraf Sen-
Simonun (1760-1825) sayəsində ictimai elmlərə daxil oldu. Onu
Kont, Spenser, Dürkheym müdafiə etdilər. Bu təlimin
tərəfdarları yalnız bir sıra Qərbi Avropa ölkələri üçün xarakterik
olan
kapitalizmi
industrializasiyanın
(sənayeləşmənin)
başlanğıcı hesab edirdilər.
206
Müasir sənayeləşmə İngiltərədə XVIII əsrdə baş verən
«sənaye inqilabı» nəticəsində meydana gəldi. Bu termin ilə
yaşamaq üçün lazım olan vəsaitin əldə edilməsi üsullarında baş
verən bir sıra mürəkkəb texnoloji dəyişikliklər ifadə edilirdi. Bu
dəyişikliklər - yeni maşınların ixtira edilməsi (məsələn, toxuma
dəzgahı), istehsalatda yeni enerji mənbələrindən istifadə
edilməsi (xüsusən su və buxardan), həmçinin istehsalı
təkmilləşdirmək üçün elmi metodların tətbiq edilməsi ilə
əlaqədardır. İndustrial cəmiyyətlərdə texnoloji yeniləşmə tempi
ənənəvi cəmiyyətə nisbətən daha yüksəkdir. Belə ki, bu sahədə
ixtira və kəşflər başqa sahələrdə daha çox kəşflərə gətirib
çıxarır.
İndustrial cəmiyyətin daha bir xüsusiyyəti - ənənəvi idarə
formasına nisbətən daha inkişaf etmiş və təsirli siyasi sistem ilə
bağlı olmasıdır. Ənənəvi sivilizasiyalarda siyasi hakimiyyətin
kral və yaxud imperatorun simasında müstəqil məntəqələrdə
yaşayan əhalinin əksəriyyətinin davranış və adətlərinə praktiki
olaraq birbaşa təsir etmək imkanı olmur. Sənayeləşmə prosesi
ilə əlaqədar nəqliyyat və rabitə daha sürətli olur ki, bu da «milli»
birliklərin böyük inteqrasiyasına təkan verir. İndustrial
cəmiyyətlər ilk milli dövlətlər oldular. Bu dövlətlər elə siyasi
birliklərdir ki, bir-birindən dəqiq sərhədlərlə aynlırlar. Ənənəvi
dövlətlərdə isə sərhəd anlayışı qeyri-müəyyən, dumanlı olur.
Milli dövlətlərin hökumətləri öz vətəndaşlarının həyatlannın
çox sahələri üzərində müstəsna hakimiyyətə malikdir və
dövlətin ərazisində yaşayanlann hamısı üçün məcburi olan
qanunlar qəbul edir.
Postindustrial cəmiyyət konsepsiyası industrial cəmiyyət
konsepsiyasının daha da inkişaf etdirilməsidir. Cəmiyyətin
inkişafının əsasında istehsalın texniki səviyyəsi, əməyin
sahələrə və peşələrə görə bölünməsi durur. Bu konsepsiya
müasir cəmiyyətin sosial və iqtisadi problemlərini elmi-texniki
tərəqqinin xarakteri ilə müəyyənləşdirir; cəmiyyətin sənaye
istehsalından asılılığını azaltmağı, yeni xidmət sahələrinin
meydana gəlməsini, biliyin istehsalda, məişətdə və asudə vaxtda
əhəmiyyətini ön plana çəkir.
207
Yeni sosial-iqtisadi qaydalan təsvir etmək üçün bir sıra
terminlər icad edilib: xidmət cəmiyyəti, informasion cəmiyyət,
bilik cəmiyyəti və s. Sənayenin inldşafmm əvvəlki formalarm-
dan kənara çıxması bir çox tədqiqatçılarda əvvəlcə qəbul edilmiş
terminlərə «posb> («sonra») önşəkilçisini əlavə etmək fikrini
yaratdı. Lakin amerikalı Daniel Bell (1919) və fransız Alen
Turen (1925) tərəfindən təklif edilən «postindustrial cəmiyyət»
ən çox işlədilən termin oldu. Bu konsepsiya Daniel Bellin 1974-
cü ildə çap olunan «Gələcək postindustrial cəmiyyət» kitabında
yetkin nəzəriyyə şəklini aldı. Rus alimi V.L.İnozemtsev yazır:
«Postindustrial cəmiyyət nəzəriyyəsi bu gün Qərb sosioloji
ənənəsi tərəfindən bütövlükdə qəbul edilən yeganə sosial me-
tanəzəriyyədir».*'*^ «...Postindustrial cəmiyyət nəzəriyyəsinin
Qərb sosiologiyasında heç vaxt açıq müxalifətlə qarşılaşmaması
sosial təlimlərin inkişaf tarixində unikal fakt kimi qəbul edilməyə
bilməz».*“*^
Şimali Amerika və bir çox Avropa ölkələri getdikcə daha artıq
dərəcədə informasion cəmiyyət olur, əldə edilmiş bilik və daha
yeni bilik istehsalı diqqət mərkəzinə gətirilir. Bu prosesin əlaməti
kimi ali təhsilin əhəmiyyətinin artmasını göstərmək olar. Bilik
yeniliyin və sosial təşkilatlanmanın qaynağına çevrilir. Biliyə
əsaslanan professional qruplar bu cəmiyyətin sosial-sinfi
çərçivəsində üstünlük təşkil edir.
D.
Bell postindustrial cəmiyyətə belə tərif verir: «Bu ilk
növbədə məlumatlann işlənib nizama salınması, idarəetmə və
informasiya ilə bağlı olan fəaliyyətdir. Bu həyat tərzidir və
getdikcə «insanların qarşılıqlı əlaqədə olması»na daha çox
müncər edilir. Daha mühüm odur ki, yeniləşmənin, hər şeydən
əvvəl texnologiyaya münasibətdə biliyin yeniləşməsinin yeni
prinsipi meydana gəlir».D.Bellin fikrincə postindustrial
cəmiyyətdə hakimiyyət mülkiyyətə deyil, biliyə əsaslanır. Bu
cəmiyyətdə alimlər, mühəndislər və texniki mütəxəssislər
(texnokratlar) aparıcı sinif olur, intellektual təşkilatlar (univer-
Новая постиндустриальная волна на Западе. М., «Academia», 1999, с.4. Yenə
orada, s.6.
Д.Белл. Грядущее постиндустриальное общество. М.. «Academia», 1999, СХ
208
Dostları ilə paylaş: |