11.
Tənqidi fəlsəfə: Frankfurt məktəbi
Frankfurt məktəbi - Maks Horkhaymerin (1895-1973) 1930-
cu ildən başlayaraq rəhbərlik etdiyi Sosial Tədqiqatlar
İnstitutunun əməkdaşlarının çoxunu birləşdirən, fəlsəfi görüşləri
uyğun gələn intellektualların yaratdığı qrupun şərti adıdır.
M.Horkhaymer və T.Adomo (1903-1969) Frankfurt məktəbinin
həqiqi yaradıcılarıdırlar. Onların görüşlərini çox vaxt «tənqidi
nəzəriyyə» adlandırırlar. Yurgen Habermas (1929) və Karl-Otto
Apel (1922) Frankfurt fəlsəfə məktəbinin sonrakı təmsilçiləri
hesab edilirlər. Onların hər ikisi kommunikativ rasionaUıq
adlanan cərəyanın tərəfdarıdırlar. V.Benyamin, E.Blox,
H.Markuze, E.Fromm kimi görkəmli alimləri də Frankfurt
məktəbinə aid edirlər.
Sosial Tədqiqatlar İnstitutu 1923-cü ildə rəsmən kommunist
olmayan, lakin marksizmə rəğbət bəsləyən Feliks Vayi fondunun
vəsaiti ilə yaradılmışdı.
Frankfurt tənqidi fəlsəfəsinin yaranmasında M.Horkhayme-
rin «Ənənəvi və tənqidi nəzəriyyə» (1937) məqaləsinin həlledici
rolu olmuşdur. Məqalə müəllifi nə Kanta, nə də Marksa müraciət
etmir. M.Horkhaymer üçün faktlar ilə müqayisə etmək ehtimalını
yarada bilən ümumi prinsipləri əldə rəhbər tutan hər bir nəzəriyyə
ənənəvidir.
M.Horkhaymer və T.Adomo birgə yazdıqları «Maarifçiliyin
dialektikası» əsərində göstərirlər ki, ağılın tarixi onun ənənəvi-
liyini açmalıdır. Maarifçilik burada tarixi dövr kimi deyil, ağıl
kimi başa düşülür. Təbiət üzərində hökmranlığa can atan insan
ağlı həmin təbiəti dağıdır, öz iddiasının qurbanı olur. Onlar
yazırdı: «Tədqiq edilməsi lazım olan ilk predmet Maarifçiliyin
öz- özünü dağıtmasıdır. Biz qətiyyən şübhə etmirik ki,
...cəmiyyətdə azadlıq maariflənmiş təfəkkürdən aynlmazdın>.“’^
T.Adomonun «idarə edilən dünya» adlandırdığı cəmiyyət
qurmaq istəyi onu ənənəvi qnoseoloji (epistemoloji) ideyalann
əleyhdarlan və cəmiyyətdə radikal dəyişikliklərin tərəfdarları
М.Хорк.хаймср. T.B.Адорно. Диалектика Просвешеиия. М.-СПб, «Медиум. Ювеита».
1997, с. 10.
215
sırasına gətirmişdi. İdrak məsələlərinə həsr etdiyi əsərlərində,
məsələn «Neqativ dialektika»da o, ehkama (doqmaya) çevrilən
bütün nəzəri sxem və konseptual mühakimələrdən, o cümlədən
marksizmdən imtina etməyə çağınrdı. Adorno empirizm və po-
zitivizmi də inkar edirdi.
Frankfurt məktəbinin görkəmli nümayəndələrindən biri də
Y.Habermas olmuşdur. Onun fəlsəfəsində, özünün dediyi kimi,
apancı cəhət etikanın, dil nəzəriyyəsinin və fəaliyyətin əsas
məsələlərini aydınlaşdırmağa xidmət edən kommunikativ
rasionallıq və həm də ağıl anlayışıdır. Bu barədə o,
«Kommunikativ hərəkət nəzəri)^əsi» adlı ikicildlik əsərində
ətraflı bəhs edir.
Y.Habermasdan fərqli olaraq K-O.Apelin Frankfurt məktəbi
ilə əlaqəsi o qədər də sıx deyil, lakin onlann adlan bir sırada
çəkilir. Apel hesab edirdi ki, filosofluq edərkən biz ideal
kommunikativ birlik imkanı şəraitindən çıxış edirik. Bu şəraiti
həyat yaratmır, o transsendentaldır. Apelin dediyinə görə, filosof
hər şeydən əvvəl əxlaq mütəxəssisidir, çünki müəyyən etika -
kommunikativ birlikdə razılığa çatmaq deməkdir.
12.
Fəlsəfədə realist cərəyanlar
12.1.
Neorealizm
Neorealizm XX əsr ingilis fəlsəfəsinin əsas cərəyanlarından
biridir və 1903-cü ildə Kembricdə C.E.Mur (1873-1958)
tərəfindən əsası qoyulub. O, həmin ildə çap etdirdiyi məşhur
«İdealizmin inkan» məqaləsində idealizmin fundamental hesab
etdiyi «esse est perciri» (mövcud olma qavranılmaqdır) te-
zisimjo^ntiqi analiz yolu ilə tənqid edirdi.
fpT^i ildə altı müəllif - E.B.Holt, R.B.Perri, U.P.Mon-
teqyjı^.Spoldinq, U.Pitkin və U.Marvin «Yeni realizm» adlı kitab
dərc edirlər. Bununla da neorealizm Amerikada bu müəlliflər
tərəfindən xüsusi bir doktrina kimi inkişaf etdirilir.
Neorealistləri birləşdirən aşağıdakı iki müddəadır: «1. Əşya,
hər bir dərk edilən obyekt dərk edən subyektdən və onun
dərketmə səylərindən qətiyyən asılı olmadan mövcuddur. İdrak
aktı heç cürə dərk edilən obyektə təsir etmir, deməli, o bu
216
akta qədər necə idisə, elə də qalır. 2. İdrak prosesində dərk edilən
şeyin oxşan, surəti və yaxud saxta forması deyil, onun özü dərk
edilir, xüsusən duyulur, qavranılın>.‘^^
12.2.
Tənqidi realizm
Tənqidi realizm neorealizmə müxalifət kimi meydana çıxıb və
aşağıdakı nəzəri problemləri həll etməyə can atır.
1.
Tənqidi realizm idrak obyekti olan şeylərin real və ya
müstəqil mövcudluğunu qəbul edən neorealizm ilə razıdır. Hər
şeydən əvvəl o ümumiyyətlə realizmin hansısa dərk edən
subyektdən asılı olmayan real dünyanın mövcudluğuna inanmaq
hüququnu əsaslandırmağa can atır.
2.
Neorealizmdən fərqli olaraq tənqidi realizm bu məsələdə
bəzi metafizik konsepsiyalan qəbul etməyə hazırdır.
3.
Tənqidi realizm dərk edilən şeyin birbaşa şüura daxil
olması haqqında neorealist konsepsiya ilə qətiyyən razı deyil.
4.
İdrak prosesi mexanizmini izah etmək üçün tənqidi
realistlər, görünür C.E.Murdan mənimsədikləri hissi məlumatlar
anlayışından istifadə edirlər.
5.
Neorealistlərin əsas vəzifəsi və çətinliyi - dərk edən
subyektin şüuru ilə dərk edilən obyekt arasındakı qarşılıqlı
əlaqənin xarakteri və təbiətini müəyyənləşdirməkdədir. Əgər
şüurda dərk edilən şey yoxdursa, bəs onda, neorealistlərin
düşündüyü kimi, idrak vaxtı və ya heç olmasa qavrayış vaxtı
şüurda təzahür edən nədir? Tənqidi realistlərin fikrincə, hissi
məlumatlar duyğudan başqa bir şey deyil. «Mahiyyət tənqidi
realizmin əsas anlayışıdır».
Tənqidi realizmin ən görkəmli nümayəndəsi ispan mənşəli
Amerika filosofu Corc Santayana (1863-1952) olmuşdur.
«Varlıq səltənətləri», «Skeptisizm və heyvani inam», «Ağılın
həyatı» və b. əsərlərin müəllifidir. Axınncı kitabda o, insan və
cəmiyyətin mənəvi həyatı üçün sivilizasiyanın nəticələrini şərh
edir, mədəniyyət fenomenlərini dəyərləndirir və onlann mənəvi
А.Ф.Зотов. Ю.К.Мельвиль. Западная философия XX века. М.. «Проспект». 1998. с.67.
Ycno orada, .s.86-87.
217
Dostları ilə paylaş: |