oxşar aydın, obyektiv mövcudluq qazanmayıbdır. Həddən artıq
belə bir fikir var ki, guya Şərqdə həyat Qərbdəkinə nisbətən daha
mükəmməldir; lakin Şərq mədəniyyəti bizimkindən açıqca geri
qalır - burada bizim «mədəniyyət» termininə verdiyimiz məna
daha az dərəcədə həyata keçirilibdir. Avropanın şöhrəti və ola
bilsin ki, faciəsi, əksinə, həyatın belə transsen- dent ölçülərinin
bütün nəticələrinin tamamilə axıra çatdırılma- sındadır. Şərqdə
müdriklik və əxlaq heç vaxt özünün ənənəvi xarakterini
itirməmişdin).
14.
Müasir qlobal problemlərə sosial-fəlsəfi baxış
Qlobal elə problemlərə deyilir ki, onlar ümumdünya xarakteri
daşıyır.
F.
Nitsşe, A.Şopenhauer, O.Şpenqler (1880-1936) və başqa
fı- losoflann ideyalanndan istifadə edən bir çox Qərb alimləri
sübut etməyə çalışırlar ki, böhran hadisələri insan varlığının
mahiyyətindən doğur, bütün bəşəriyyətin inkişafınm daxili
ziddiyyətlərini əks etdirir. Müasir qlobal problemləri onlar həm
də sivilizasiyanın məhdud imkanlannm olduğunu sübut edən fakt
hesab edirlər. Qərb qlobalistikası sıx şəkildə fəlsəfi, sosial- siyasi
və iqtisadi konsepsiyalar ilə bağlıdır.
Qlobal problemlər ümumbəşəri xarakter daşıdığı üçün həm
indi yaşayan insanlann, həm də gələcək nəsillərin taleyinə təsir
göstərir. Ənənəvi olaraq aşağıdakı problemlər qlobal hesab edilir:
dünya nüvə müharibəsinin qarşısının alınması; ölkələrin inkişaf
səviyyələri arasındakı kəskin fərqin aradan qaldırılması,
savadsızlığın, aclığın və dilənçiliyin ləğv edilməsi; bəşəriyyətin
iqtisadi inkişafının zəruri təbii ehtiyatlar, o cümlədən ərzaq,
xammal və eneıji qaynaqları ilə təmin edilməsi; ekoloji böhranın
aradan götürülməsi; əhalinin sürətlə artmasının yaratdığı
problemlər və b.
Alimlərin bəziləri qloballaşma dedikdə beynəlxalq aləmdə
baş verən bir sıra mühüm sosial-siyasi və iqtisadi prosesləri
X.Ортега-и-Гассет. Что такое философия?, с.25-26.
221
nəzərdə tuturlar: iqtisadiyyatın beynəlmiləlləşməsi, dünyada
vahid rabitə sisteminin formalaşması, milli dövlətin
funksiyasının dəyişməsi və zəifləməsi, transmilli birləşmələrin
rolunun artması və s. Digər tərəfdən, etnik diasporanın, dini
hərəkatla- nn, mafioz qrupların fəaliyyətinin güclənməsi də bu
prosesə təsir edir. Beləliklə, qloballaşma - eyni vaxtda həm
dövlətləra- rası, həm də transmilli formalarda inkişaf edən ikili
prosesdir. Elə buna görə onun daşıyıcıları da çoxdur: dövlətlər və
onların koalisiyaları, beynəlxalq təşkilatlar, qeyri-hökumət
təşkilatlan.
Müasir dövrdə belə bir fikir geniş yayılıbdır ki, qlobal
münaqişələr fərqli sivilizasiyalara məxsus olan apancı dövlətlər
arasında baş verir (S.Hanqtinqton və b.).
222
XVI.
XX əsrdə Şərqdə fəlsəfi və sosial-siyasi fikir
1.
Şərq xalqlarının sosial-fəlsəfi irsi və müasirlik
İndiki dövrdə Qərb tədqiqatçılan bir qayda olaraq «Şərq fikir
tərzi»nin fəlsəfi təfəkkürə biganəliyi haqqında olan avropasen-
trist görüşləri qəti şəkildə inkar edirlər. Lakin bununla yanaşı
onların bir çoxu hələ də fəlsəfəni sırf «Qərb fikir tərzi» hesab
edən təsəvvürlərdən azad olmamışlar. Şərq alimlərinin
əksəriyyəti isə keçmişin milli sistemlərini Qərb fəlsəfəsinə
münasibət baxımından izah edirlər. Məsələn, «ənənəçiləD> milli
mədəniyyətdə fəlsəfənin olmasını təsdiq edərək, onu
ümumiyyətlə dünyagörüşünün yeganə həqiqi forması mövqeyinə
qaldınr və bu zəmində də Qərb fikrinin hər cür dəyərini inkar edir,
üstəlik onda müasir mənəvi böhranın, sosial ziddiyyətlərin
qaynağını görürlər.
«Qərbçilər» isə, əksinə, Avropa
mədəniyyətinin klassik nümunələri qarşısında baş əyir, öz fəlsəfi
irslərindəki zəngin ənənələrə etinasızlıq göstərirlər. Nəhayət,
mötədil islahatçılar Şərq və Qərb mədəniyyətlərinin sintezi. Şərq
və Qərb fikrinin inteqrasiyasını zəruri sayırlar.
Beləliklə, indiki dövrdə Şərq ölkələrinin əksəriyyətində siyasi
həyatın demokratikləşdirilməsi problemləri daha çox iki
bir-birinə zidd olan başlanğıcların mübarizəsi və yaxud sintezi
baxımından şərh edilir; ənənəvi (tradision) və müasir yanaşma.
Asiya və Afrikanın müxtəlif ölkələrində xalqçılığa əsaslanan
siyasi nəzəriyyələr əsasən bir-birinə oxşayır. Bu ölkələrdə
sosial-siyasi demokratiya ideallanm nəinki ideologiya və siyasi
nəzəriyyənin, hətta kütləvi şüurun tərkib hissəsinə çevirmək
cəhdləri çox qüvvətlidir. Bu ölkələrdə siyasi qüvvələr kütlələrin
ənənəvi şüuruna müraciət edərək bu ideallann birbaşa siyasi
mübarizəyə daxil edilməsinə kömək etmişlər. İnkişafın «üçüncü
yol» konsepsiyası belə yaranmışdı.
Bir çox müsəlman ölkələrində «islam sosializmi»
konsepsiyasının tərəfdarlarına indi də rast gəlmək olar. Bu
konsepsiya XX əsrin 60-70-ci illərində daha çox yayılmışdı.
Hətta 30-cu
223
illərdə məşhur Hind-Pakistan şairi və mütəfəkkiri Məhəmməd
İqbal bu fikrin ən qızğın tərəfdarlanndan olmuşdur.
Rus mənşəli amerikan sosioloqu P.Sorokin hələ 1957-ci ildə
haqlı olaraq göstərirdi ki, hələ təxminən XIV əsrə qədər Qərb
primitiv mədəniyyətə malik idi. Liderlik Asiya və Şimali
Afrikanın böyük sivilizasiyalannın əlində idi. Misir, Babilistan,
İran, Şumer, Hett, Hind, Çin, Aralıq dənizi hövzəsi
(Yunan-Roma, Krit-Makedoniya, Ərəb) və başqa sivilizasiyalar
min illər boyu inkişaf etmiş, sonralar vaxtaşın gah tənəzzülə
uğramış, gah da çiçəklənmə dövrü keçirmişlər. Hələlik Qərb
liderlik edir. P.Sorokin yazır: «...Lakin indiki dövrdə bu öndərlik
demək olar ki, sona yetibdir. Bəşəriyyətin tarixi artıq daha geniş
məkanda - Afnka, Asiya, Avropa və Amerikanın kosmopolitik
teatnnda cərəyan edir. Böyük tarixi dramanın növbəti pərdələrinin
baş qəhrəmanlan olmağa Avropadan başqa həm də Amerikanın,
Rusiyanın, dirçəlməkdə olan Hindistanın, Çinin, Yaponiyanın,
İndoneziyanın və islam dünyasının böyük mədəniyyətləri
hazırlaşırlar. Bu böyük dövr artıq hərəkətə gəlib və günü-gündən
sürətlənİD>.’’^
2.
Yaxın və Orta Şərq ölkələrində sosial-fəlsəfi fikir
Zamanın, elmi-texniki tərəqqinin tələbləri XIX-XX əsr
müsəlman alimlərinin - azərbaycanlı Cəmaləddin Əfqani, ərəb
Məhəmməd Abdo, pakistanlı Məhəmməd İqbal və başqalanmn
görüşlərinə ciddi təsir göstərmişdi. Onlar günün tələblərinə və
ideyalanna uyğunlaşmaq üçün islamı yad fikirlərdən təmizləyib
saflaşdırmağa çalışırdılar. Həmin mütəfəkkirlər inanırdılar ki,
islamın fundamental müddəaları müsəlmanlar üçün bütün
dövrlərdə aktual, dəyişməz olmuşdur. İslahatçılann təklifləri
ümumiyyətlə bir məxrəcə gətirilirdi: bütün vasitələrdən istifadə
etmək lazımdır ki. Qərbin elmi-texniki nailiyyətləri müsəlman
dünyasının malı olsun. Lakin bir şərtlə: islamın mənəvi-əxlaqi
prinsipləri saxlanmalı, müasir konstitusiyaçılıq, parlamentçilik və
sosial ədalət ideyalan ilə zənginləşdirilməlidir.
П.Сорокин. Социальная и культурная динамика. СПб, РХГИ, 2000, с. 10.
224
Dostları ilə paylaş: |