Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə72/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   68   69   70   71   72   73   74   75   ...   164

11.

 

Tənqidi fəlsəfə: Frankfurt məktəbi 

Frankfurt məktəbi - Maks Horkhaymerin (1895-1973) 1930- 

cu  ildən  başlayaraq  rəhbərlik  etdiyi  Sosial  Tədqiqatlar 

İnstitutunun əməkdaşlarının çoxunu birləşdirən, fəlsəfi görüşləri 

uyğun gələn intellektualların yaratdığı qrupun şərti adıdır. 

M.Horkhaymer və T.Adomo (1903-1969) Frankfurt məktəbinin 

həqiqi  yaradıcılarıdırlar.  Onların  görüşlərini  çox  vaxt  «tənqidi 

nəzəriyyə» adlandırırlar. Yurgen Habermas (1929) və Karl-Otto 

Apel  (1922)  Frankfurt  fəlsəfə  məktəbinin  sonrakı  təmsilçiləri 

hesab  edilirlər.  Onların  hər  ikisi  kommunikativ  rasionaUıq 

adlanan  cərəyanın  tərəfdarıdırlar.  V.Benyamin,  E.Blox, 

H.Markuze,  E.Fromm  kimi  görkəmli  alimləri  də  Frankfurt 

məktəbinə aid edirlər. 

Sosial Tədqiqatlar İnstitutu 1923-cü ildə rəsmən kommunist 

olmayan, lakin marksizmə rəğbət bəsləyən Feliks Vayi fondunun 

vəsaiti ilə yaradılmışdı. 

Frankfurt  tənqidi  fəlsəfəsinin  yaranmasında  M.Horkhayme- 

rin «Ənənəvi və tənqidi nəzəriyyə» (1937) məqaləsinin həlledici 

rolu olmuşdur. Məqalə müəllifi nə Kanta, nə də Marksa müraciət 

etmir. M.Horkhaymer üçün faktlar ilə müqayisə etmək ehtimalını 

yarada bilən ümumi prinsipləri əldə rəhbər tutan hər bir nəzəriyyə 

ənənəvidir. 

M.Horkhaymer və T.Adomo  birgə  yazdıqları  «Maarifçiliyin 

dialektikası»  əsərində  göstərirlər  ki,  ağılın  tarixi  onun  ənənəvi- 

liyini  açmalıdır.  Maarifçilik  burada  tarixi  dövr  kimi  deyil,  ağıl 

kimi  başa  düşülür.  Təbiət  üzərində  hökmranlığa  can  atan  insan 

ağlı  həmin  təbiəti  dağıdır,  öz  iddiasının  qurbanı  olur.  Onlar 

yazırdı:  «Tədqiq  edilməsi  lazım  olan  ilk  predmet  Maarifçiliyin 

öz-  özünü  dağıtmasıdır.  Biz  qətiyyən  şübhə  etmirik  ki, 

...cəmiyyətdə azadlıq maariflənmiş təfəkkürdən aynlmazdın>.“’^ 

T.Adomonun  «idarə  edilən  dünya»  adlandırdığı  cəmiyyət 

qurmaq  istəyi  onu  ənənəvi  qnoseoloji  (epistemoloji)  ideyalann 

əleyhdarlan və cəmiyyətdə radikal dəyişikliklərin tərəfdarları 



М.Хорк.хаймср. T.B.Адорно. Диалектика Просвешеиия. М.-СПб, «Медиум. Ювеита». 

1997, с. 10. 

215 


sırasına  gətirmişdi.  İdrak  məsələlərinə  həsr  etdiyi  əsərlərində, 

məsələn  «Neqativ  dialektika»da  o,  ehkama  (doqmaya)  çevrilən 

bütün  nəzəri sxem  və konseptual  mühakimələrdən, o cümlədən 

marksizmdən  imtina  etməyə  çağınrdı.  Adorno  empirizm  və  po- 

zitivizmi də inkar edirdi. 

Frankfurt məktəbinin görkəmli nümayəndələrindən biri də 



Y.Habermas olmuşdur. Onun fəlsəfəsində, özünün dediyi  kimi, 

apancı  cəhət  etikanın,  dil  nəzəriyyəsinin  və  fəaliyyətin  əsas 

məsələlərini  aydınlaşdırmağa  xidmət  edən  kommunikativ 

rasionallıq  və  həm  də  ağıl  anlayışıdır.  Bu  barədə  o, 

«Kommunikativ  hərəkət  nəzəri)^əsi»  adlı  ikicildlik  əsərində 

ətraflı bəhs edir. 

Y.Habermasdan fərqli olaraq K-O.Apelin Frankfurt məktəbi 

ilə  əlaqəsi  o  qədər  də  sıx  deyil,  lakin  onlann  adlan  bir  sırada 

çəkilir.  Apel  hesab  edirdi  ki,  filosofluq  edərkən  biz  ideal 

kommunikativ  birlik  imkanı  şəraitindən  çıxış  edirik.  Bu  şəraiti 

həyat yaratmır, o transsendentaldır. Apelin dediyinə görə, filosof 

hər  şeydən  əvvəl  əxlaq  mütəxəssisidir,  çünki  müəyyən  etika  - 

kommunikativ birlikdə razılığa çatmaq deməkdir. 

12.

 

Fəlsəfədə realist cərəyanlar 



12.1.

 

Neorealizm 

Neorealizm XX əsr ingilis fəlsəfəsinin əsas cərəyanlarından 

biridir  və  1903-cü  ildə  Kembricdə  C.E.Mur  (1873-1958) 

tərəfindən  əsası  qoyulub.  O,  həmin  ildə  çap  etdirdiyi  məşhur 

«İdealizmin  inkan»  məqaləsində  idealizmin  fundamental  hesab 

etdiyi  «esse  est  perciri»  (mövcud  olma  qavranılmaqdır)  te- 

zisimjo^ntiqi analiz yolu ilə tənqid edirdi. 

fpT^i  ildə  altı  müəllif  -  E.B.Holt,  R.B.Perri,  U.P.Mon- 

teqyjı^.Spoldinq, U.Pitkin və U.Marvin «Yeni realizm» adlı kitab 

dərc  edirlər.  Bununla  da  neorealizm  Amerikada  bu  müəlliflər 

tərəfindən xüsusi bir doktrina kimi inkişaf etdirilir. 

Neorealistləri birləşdirən aşağıdakı iki müddəadır: «1. Əşya, 

hər  bir  dərk  edilən  obyekt  dərk  edən  subyektdən  və  onun 

dərketmə səylərindən qətiyyən  asılı  olmadan mövcuddur.  İdrak 

aktı heç cürə dərk edilən obyektə təsir etmir, deməli, o bu 



216 


akta qədər necə idisə, elə də qalır. 2. İdrak prosesində dərk edilən 

şeyin oxşan, surəti və yaxud saxta forması deyil, onun özü dərk 

edilir, xüsusən duyulur, qavranılın>.‘^^ 

12.2.

 

Tənqidi realizm 

Tənqidi realizm neorealizmə müxalifət kimi meydana çıxıb və 

aşağıdakı nəzəri problemləri həll etməyə can atır. 

1.

 



Tənqidi  realizm  idrak  obyekti  olan  şeylərin  real  və  ya 

müstəqil  mövcudluğunu  qəbul  edən  neorealizm  ilə  razıdır.  Hər 

şeydən  əvvəl  o  ümumiyyətlə  realizmin  hansısa  dərk  edən 

subyektdən asılı olmayan real dünyanın mövcudluğuna inanmaq 

hüququnu əsaslandırmağa can atır. 

2.

 



Neorealizmdən  fərqli  olaraq  tənqidi  realizm  bu  məsələdə 

bəzi metafizik konsepsiyalan qəbul etməyə hazırdır. 

3.

 

Tənqidi  realizm  dərk  edilən  şeyin  birbaşa  şüura  daxil 



olması haqqında neorealist konsepsiya ilə qətiyyən razı deyil. 

4.

 



İdrak  prosesi  mexanizmini  izah  etmək  üçün  tənqidi 

realistlər, görünür C.E.Murdan mənimsədikləri hissi məlumatlar 

anlayışından istifadə edirlər. 

5.

 



Neorealistlərin  əsas  vəzifəsi  və  çətinliyi  -  dərk  edən 

subyektin  şüuru  ilə  dərk  edilən  obyekt  arasındakı  qarşılıqlı 

əlaqənin  xarakteri  və  təbiətini  müəyyənləşdirməkdədir.  Əgər 

şüurda  dərk  edilən  şey  yoxdursa,  bəs  onda,  neorealistlərin 

düşündüyü  kimi,  idrak  vaxtı  və  ya  heç  olmasa  qavrayış  vaxtı 

şüurda  təzahür  edən  nədir?  Tənqidi  realistlərin  fikrincə,  hissi 

məlumatlar  duyğudan  başqa  bir  şey  deyil.  «Mahiyyət  tənqidi 

realizmin əsas anlayışıdır». 

Tənqidi  realizmin  ən  görkəmli  nümayəndəsi  ispan  mənşəli 

Amerika  filosofu  Corc  Santayana  (1863-1952)  olmuşdur. 

«Varlıq  səltənətləri»,  «Skeptisizm  və  heyvani  inam»,  «Ağılın 

həyatı»  və  b.  əsərlərin  müəllifidir.  Axınncı  kitabda  o,  insan  və 

cəmiyyətin  mənəvi  həyatı  üçün  sivilizasiyanın  nəticələrini  şərh 

edir, mədəniyyət fenomenlərini dəyərləndirir və onlann mənəvi 



А.Ф.Зотов.  Ю.К.Мельвиль.  Западная  философия  XX  века.  М..  «Проспект».  1998.  с.67. 

Ycno orada, .s.86-87. 

217 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə