Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə56/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   52   53   54   55   56   57   58   59   ...   164

tiyacı yoxdur. Özünün gizli mahiyyəti ilə Allah irrasional və 

ağılüstüdür. 

Berdyayevin  fikrincə  fəlsəfə  elm  deyil,  təlimdir,  özünün 

idrak  obyekti  yoxdur.  Obyektiv,  maddi  dünyanı  tədqiq  etmək 

fəlsəfənin  vəzifəsinə  daxil  deyil,  o  yalnız  insan  ruhunun 

öyrənilməsi ilə məşğul olmalıdır. O, göstərirdi ki, fəlsəfə eyni 

zamanda  incəsənətdir,  çünki  fəlsəfə  yaradıcılıqdır,  yuxarıdan 

gələn vergi və istedaddır. Burada  yaradıcının şəxsiyyəti özünü 

poeziyada  və  rəssamlıqda  olduğundan  az  göstərmir.  Lakin 

fəlsəfə  hər  halda  xüsusi  sənətdir,  poeziyadan,  musiqidən  və 

rəssamlıqdan  prinsipcə  fərqlənən  idrak  sənətidir.  Fəlsəfə 

incəsənətdən  fərqli  olaraq  obrazları  deyil,  varlıq  ideyalarını 

yaradır. 

Allaha  həddən  artıq  bağlı  olduğunu  göstərən  Berdyayev 

yazmışdı:  «Mən  həddən  artıq  varlı  oluram,  çünki  Allah  var. 

Əgər tək özüm yaşayıramsa və məndən yüksək, məndən böyük 

heç  nə  yoxdursa  mən  çox  kasıb  oluram».'“^  Berdyayev  üçün 

mövcudat  ierarxiyasında  yaradılanların  ən  ali  varlığı  bütün 

gerçəkliyin  meyarı  olan  insandır.  Allahın  özünə  oxşar  şəkildə 

yaratdığı insan öz yaradıcısına uyğun olaraq özü də yaradıcıdır. 

Berdyayev belə nəticəyə gəlirdi ki, insana yalnız bir təskinlik 

verilib:  zərurət  pərdəsini  cırıb  yeni  dünyaya  -  İlahi  dünyaya 

çatmaq imkanına inam. O, rus xalqının dindarlığını xüsusi qeyd 

edir  və  göstərirdi  ki,  ruslar  «materialist  kommunizmə  etiqad 

edəndə də dindardın>. 

Bəşəriyyətin tarixi taleyini Berdyayev dörd dövrə və yaxud 

dörd  vəziyyətə  ayırırdı:  barbarlıq,  mədəniyyət,  sivilizasiya  və 

din.  «Bu  dörd  vəziyyəti  yalnız  vaxt  ardıcıllığında  götürmək 

olmaz; onlar yanaşı yaşaya bilərlər, bu insan ruhunun müxtəlif 

istiqamətləridir.  Lakin  bu  vəziyyətlərdən  biri  bu  və  ya  başqa 

dövrlərdə üstün olur»."^ 

Pavel  Aleksandroviç  Florenski  (1882-1943)  rus  dini 

filosofu, ilahiyyatçı olmuşdur. O, həm də fizika və riyaziyyatla 

da məşğul olurdu. Florenski hələ XX əsrin əvvəllərində artıq ila- 

Мир философии. Ч.П, M., 1991, с.56. 

H.A.Бердяев. Смысл истории. М.. 1990. с. 173. 

167 



hiyyatçı  filosof  kimi  yetişirdi.  O,  V.S.Solovyovun  rasional 

üsullarla  fəlsəfə  və  din,  deməli  həm  də  ağıl  ilə  inam  arasında 

ahəngdar  bir  əlaqə  yaratmaq  təşəbbüsünü  tənqid  edirdi.  Onun 

fikrinə görə həqiqəti müəyyənləşdirməkdə heç bir plüralizm ola 

bilməz. Florenski hesab edirdi ki, fəlsəfə, elm, sənətşünas- lıq 

sahəsindəki  araşdırmalar  dinə  nəinki  zidd  deyil,  əksinə,  dini 

müddəaların  doğruluğunu  təsdiq  edən  material  verir.  İnsan 

mədəniyyətinin bütün təzahürləri yalnız o zaman qiymətli olur 

ki,  onları  «xristian ruhuna uyğun dəyişdirmək»  mümkün olur. 

O,  özünün  elmi  fəaliyyətini  ikinci  dərəcəli  hesab  edirdi.  Flo- 

renskiyə görə bütöv həqiqət yalnız «orada, göydə» mümkündür, 

«bizdə  isə  çoxlu  həqiqət,  Həqiqətin  parçalan  van>.  Bir  sözlə, 

elmin həqiqətləri tam Həqiqətdən çıxır. 

Özünün  fəlsəfi  mühakimələrini  Florenski  S.N.Trubetskoy- 

dan  mənimsədiyi  ifadə  ilə  «konkret  idealizm»  adlandınrdı.  O, 

deyirdi  ki,  rasionalizm  və  mistisizmin  ifratçılığını  aradan 

götürməyə çalışır. «Konkret idealizm»in ən ali təzahürü «canlı 

dini təcrübədir». 

Florenskinin fikrincə idrakda əsas məsələ «ağılın varlığa və 

varlığın ağıla aidiyyətini qəbul etməkdir. Əgər belədirsə, idrak 

aktı tək qnoseoloji deyil, həm də ontoloji, tək ideal deyil, həm də 

real aktdır. İdrak... dərk edənlə dərk edilənin real birliyidir»."* 

Florenski  həqiqəti  Allaha  məhəbbətdə  axtanrdı.  O,  yazırdı: 

«Açıq  həqiqət  məhəbbət  deməkdir.  Mənim  öz  məhəbbətim  - 

Allahın  məndə,  mənim  Allahda  fəaliyyətimdİD>;  «bu  mənim 

həyata  və  Allahın  varlığına,  yəni  zəruri  məhəbbətə 

qovuşmağımın  başlanğıcı  olur,  belə  ki,  Allahın  qeyri-şərti 

həqiqiliyi  məhz  məhəbbətdə  özünü  göstərir»."’  «...Həqiqətin 

formal quraşdınl- ması, onun ağılla qaydaya salınması məsələsi 

qanunidir, onun məzmunu isə həqiqətin özüdÜD>,  yəni  Allah 

Həqiqətdir."® 

P.A.Florenski  sovet  repressiyasına  məruz  qalmış  və  siyasi 

dustaqların düşərgəsində ölmüşdü. 

* Хрестоматия по философии. M.. 

«Проспект», 1997, с.304. Yenə 

orada, s.305-306. 

Yenə orada, s.307. 

168 



XIIL Marksist fəlsəfə 

1.

 

Marksizmin meydana gəlməsinin 

tarixi şəraiti və onun nəzəri 

qaynaqları 

Marksizm Qərbi Avropada sənayenin yüksək inkişaf etdiyi, 

kapitalizmin daha da möhkəmləndiyi, eyni zamanda fəhlələrin 

öz  iqtisadi  vəziyyətlərini  yaxşılaşdırmaq  uğrunda  mübarizəsi 

şəraitində  meydana  gəlmişdir.  Proletariatın  (fəhlə  sinfinin) 

vəzifələri və proletariat diktaturası haqqında təlim marksizmin 

əsasını təşkil edir. Marksizmə görə fəhlə hərəkatı zəruri olaraq 

sosialist inqilabına və sosializmin qələbəsi üçün labüd şərt olan 

proletariat diktaturasının qurulmasına gətirib çıxarır. 

Marksizmin  nəzəri  qaynaqlan  aşağıdakılardır:  1)  alman 

klassik  fəlsəfəsi,  xüsusən  Hegelin  idealist  dialektikası  və  Fe- 

yerbaxın  antropoloji  materializmi;  2)  ingilis  klassik  siyasi 

iqtisadı, xüsusən A.Smit və D.Rikardonun təlimi; 3) XIX əsrin 

əvvəllərindəki  utopik  sosializm  təlimi,  xüsusən  S.Simon  və 

Ş.Furyenin görüşləri. 

Kari  Marks  0818-1883)  əvvəllər  gənc  hegelçilər  adlanan 

fəlsəfi məktəbin üzvü olmuşdur. Gənc hegelçilər inanırdılar ki, 

Hegelin simasında fəlsəfə başa çatmışdır və indi, fəlsəfənin axırı 

olduğu dövrdə reallığın izah edilməsinin heç bir mənası yoxdur, 

bu reallığı dəyişdirmək lazımdır. Sonralar məlum oldu ki, bunun 

real tarix üçün ağır nəticələri oldu. 

Feyerbax  fəlsəfəsinin  təsiri  altında  Marks  materializm 

mövqeyinə keçir və nəticədə özünün müstəqil fəlsəfi təlimini - 

dialektik  materializmi  yaradır.  Marks  XIX  əsrin  elə  mütə- 

fəkkirlərindəndir  ki,  onun  təlimi  XX  əsrdə  insanların  taleyinə 

böyük təsir göstərmişdir. 

Marks  yazırdı  ki,  obyektiv  qanunlar  mövcuddur;  bu 

qanunları  üzə  çıxarmaq  və  istifadə  etmək  yolu  ilə  cəmiyyətin 

inkişafını istiqamətləndirmək, sürətləndirmək və ləngitmək olar. 

Bu  zəmində  Marksın  bütün  dünyada  kommunizmin  labüd 

qələbəsi haqqında utopik ideyaları meydana çıxdı. 

169 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə