Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə81/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   77   78   79   80   81   82   83   84   ...   164

«təmiz  qeyri-müəyyənlik  və  boşluq»’  kimi  heç  nə  ilə  eynidiıy 

Lakin  varlıq  və  heçlik  eyni  zamanda  bir-birindən  fərqlənirlər: 

varlıq nəyin müsbət ifadəsidirsə, heçlik onun mənfi ifadəsi olur. 

Beləliklə, varlıq ilə heçliyin vəhdətində həm də fərqlənmə var; bu 

o deməkdir ki, varlıq və heçlik bir-birinə keçirlər və bu qarşılıqlı 

keçidin,  bir-birində  yox  olmanın  nəticəsi  kimi  yaranma,  əmələ 

gəlmə  meydana  çıxır;  bu  yaranmadan  isə  müəyyən  varlıq  kimi 

hazırda mövcud olan varlıq dünyaya gəlir. O, yazırdı: «Hazırda 

mövcud  olan  varlıq  müəyydn  varlıqdır;  onun  müəyyənliyi  əsl 

müəyyənlikdir,  keyfiyyətdir».*  Yaranmanı  varlıq  ilə  heçliyin 

vəhdəti kimi xarakterizə edən Hegel yazırdı: «Başlanan vaxt şey 

hələ  yoxdurj  lakin  başlanğıcda  nəinki  onun  heç  nəyif  həm  də 

varlığı  yerləşİD>.’^  Bu  yolla,  Hegel  qeyri  müəyyənlik  ilə 

müəyyənliyin vəhdətini xüsusi qeyd edirdi. 

XX  əsrin  30-40-cı  illərində  yeni  kantçılığın  və  neopoziti- 

vizmin  qnoseologizminə  və  metodologizminə  əks  reaksiyanın 

yaranması  və  həmçinin  alman  idealist  fəlsəfəsinin  subyekti- 

vizmini  tənqid  etmək  ilə  yanaşı  ontologiya  problemlərinə 

qayıtmaq tendensiyası başlayır. 

XX əsr Avropa fəlsəfəsində çox vaxt maddi varlıq və insan 

varlığı  bir-birindən  ayrılır,  varlığın  müxtəlif  qatları  arasındakı 

əlaqə  irəli  çəkilir.  Bəzi  filosoflar  üçün  varlıq  yalnız  varlıq 

haqqında  anlayışda  mövcuddur.  Marksizmdə  varlığın  bütün 

hallarda  maddi  əsası  olur,  sosial  varlıq  insanlann  həyat 

fəaliyyətinin  real  prosesi  kimi  başa  düşülür,  yəni  varlıq  maddi 

həyatın  özünün  istehsalı  hesab  edilir.  Təbii  və  sosial  varlığın 

qarşılıqlı  münasibət  problemində  dialektik  materializm  təbiəti 

birinci  hesab  edir.  Həyat  fəlsəfəsi  təsdiq  edir  ki,  varlıq  həyatın 

özü,  onun  artmasına  olan  tələbatdır.  Dəyərlər  fəlsəfəsi  dəyəri 

dünyanı  son  həddə  çatdırılmış  əsas  hesab  edir.  Fəlsəfi 

antropologiya varlığı insanın öz mövcudluğundan kənara çıxmaq 

qabiliyyəti hesab edir. 

^ Гегель. Наука логики. T.l. .M., 1970, c.140. 

* Yenə orada, s.I69. 

Гегель. Энциклопедия философских наук. T.l. M.. 1974. c.224. 

244 



J.P.Sartr  «varlıq»  və  «şüur»  anlayışlarını  müqayisə  edərək 

yazırdı:  «Şüur  varlıqdır;  onun  mahiyyəti  həmin  varlığın 

mövcudluğunu qəbul  edir, və əksinə, o varlığın  şüurudur, onun 

mahiyyəti  mövcudluğu  nəzərdə  tutur,  yəni  varlıq  onun 

görünməsini tələb edir».*® «...Mövcud olanın varlıq xüsusiyyəti 

ondadır ki, varlıq şüur qarşısında özünü açıb göstərmir. Mövcud 

olandan  onun  varlığını  almaq  olmaz,  varlıq  həmişə  mövcud 

olanın  göz  qabağında  dayanan  əsasıdır...».“  Sartr  qətiyyətlə 

deyirdi:  «...Varlığın  özünü  anlamaq  üçün  heç  nəyə  ehtiyacı 

yoxdur  və  onun  əsaslı  surətdə  nəzərdən  keçirilməsi  orada  heç 

nəyin  zərrə  qədər  də  izi  olmadığını  göstərir.  Lakin,  əksinə, 

olmayan  heç  nə  yalnız  başqasından  alınmış  mövcudluğa  malik 

ola bilər: o məhz varlıqdan öz varlığını alır; heç nəyin varlığına 

yalnız  varlıq  çərçivəsində  rast  gəlinir;  varlığın  tamamilə  yox 

olması  qeyri-varlığın  hökmranlığının  başlanması  ola  bilməz; 

əksinə,  o  heç  nəyin  yox  olmasını  müşayiət  edir.  Varlığın 

sBthində  olmayan  qeyri-varlıq  yoxdur»,  *^  Deməli,  heç  nəyin 

dünyaya  gəlməsinə  kömək  edən  Varlıq  özü-özünün  heç  nəyi 

olmalıdır. 

Varlıq  problemini  xüsusi  tədqiq  edən  alman  filosofu 

M.Haydegger göstərirdi ki, real mövcud olanlar o zaman varlıq 

olur ki, biz onlan hiss edir, düşünür və haqqında danışa bilirik. 

«Haqqında  danışdıqlarımızın  hamısı  mövcuddur...».*^  Əşyalar, 

hisslər,  anlayışlar,  bizim  özümüz,  fantaziyalar  və  s.  hamısı 

mövcudatdır.  «Varlıq  hər  dəfə  mövcud  olanın  varlığıdır».*'* 

Varlıq indi mövcud olan, hal-hazırda meydanda olandır. 

XX  əsrin  axırlarında  isə  müasir  dövrün  tələblərinə  uyğun 

tamamilə  yeni  bir  anlayış  -  «virtual  varlıq»  deyilən  anlayış 

meydana  gəldi.  «Virtual»  termini  -  XVII  əsrdə  klassik  mexa- 

nikada qabaqcadan düşünülən, lakin obyektiv reallıqla, məsələn, 

qoyulan məhdudiyyət və xarici əlaqələrlə sıxışdırılan bəzi riyazi 

eksperimentləri qeyd etmək üçün irəli sürülmüşdür. 



Ж.П.Сартр. Бытие и ничто. M., «Республика», 2000, с.35. 

" Yenə orada, s.36. 

'■ Yenə orada, s.54. 

М.Хайдеггер. Бытие и время. M., «AD 

Marginem», 1997, c.6. Yenə orada, s.9. 

245 


«Virtual  dünya»  anlayışı  xəyalilik,  zahirilik,  həqiqilik  mənala- 

nnı ifadə edir. 

Virtual  varlıq  kompüter  üsullan  ilə  yaradılan  süni  mühitə 

deyilir. Həmin mühitə onu daxildən dəyişərək, transformasiyanı 

müşahidə  edərək  və  bu  yolla  real  duyğunu  hiss  edərək  daxil 

olmaq  mümkündür.  Audiovizual  reallığın  belə  yeni  tipinə 

düşməklə  nəinki  başqa  insanlarla,  həm  də  süni  personajlarla 

kontakta girmək olar. 

Kompüter-virtual  dünyanın  xarakter  xüsusiyyətlərinə  aşağı- 

dakılan  aid  etmək  olar;  1)  virtual  reallıq  öz-özünü  yaratmır, 

ondan kənarda olan xarici obyekt tərəfindən meydana gətirilir; 2) 

virtual  reallığın  özünün  xüsusi  məkanı,  fərdi  zamanı, 

mövcudluğunun özünə məxsus qanunlan var; 3) virtual varlığın 

başqa sistemlər, o cümlədən onu yaradan sistem ilə fəal rabitəsi 

var. 

Beləliklə,  virtual  varlıq  maddi  gerçəklikdən  aynhb  mövcud 



olmayan  bir  şeyi  əks  etdirir  və  bu  mənada  xəyali  (ilyüzor) 

xarakter daşıyır. 



2.

 

Materiyanın fəlsəfi anlayışı 

«Materiya»  sözü  (lat.  «materia»)  maddə  deməkdir.  Belə 

mənada  həmin  termin  materiyanın  hissi  qavrayışına  əsaslanır. 

Dialektik materializmə görə qeyri-maddi materiya növü də var: 

işıq,  elektromaqnit  sahəsi,  materiyanın  sosial  forması  və  s.  Bu 

təlimə  görə  bizim  duyğulardan  kənarda  və  duyğulanmızda  əks 

olunan nə varsa - hamısı materiyadır. 

Bütün idealist konsepsiyalarda materiya - ümumiyyətlə bütün 

maddi varlıq - mənəvi, ideal varlığın törəməsidir. 

Bir  sıra  filosoflar  «varlıq»  və  «mövcudluq»  anlayışlarını 

bir-birindən  ayırırlar.  Məsələn,  M.Haydegger  yazırdı:  «Varlıq 

hansısa predmetdir, lakin heç bir mövcudluq deyil... Mövcudluq 

haqqında deyirik: o var... Biz demirik: varlıq var... lakin deyirik: 

varlıq verilib... «Var» əvəzinə biz «verilib deyirik».’^ O, davam 

edir: «Varlıq mövcudluğa nisbətən genişdir, lakin hər necə olsa 

da, o insana hər hansı mövcudluqdan yaxındiD>.“^ 



хрестоматия по философии. M., 

«Проспект». 1997. с.473. Yenə 

orada, s.474. 

246 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə