Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə79/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   75   76   77   78   79   80   81   82   ...   164

vasitəsilə  insan  Mütləq  Ruhun  (Brahmanm)  təcrübəsini 

mənimsəyir.  Bu  təcrübə  tək  şəxsiyyət  ilə  Mütləq  Şəxsiyyətin 

vəhdətini qurur. Son nəticədə  yalnız bir Allah var,  bütün başqa 

allahlar Onun simvolik təsvirləridir. 

Radxakrişnan  öz  qarşısına  «əsl  dünya  dini»nin  əsası  ola 

biləcək fəlsəfə yaratmaq vəzifəsini qoyurdu. O, yazırdı:  «Əbədi 

din... gerçəklikdən uzaqlaşmağa çalışan irrasional, qeyri-elmi və 

yaxud  assosial  bir  şey  deyil.  Onu  qəbul  etmək  bir  çox  ümidsiz, 

çətin problemləri həll edir və vicdanlı adamlara sülh gətirir. Bu, 

müxtəlif yollarla gəldiyim şəxsi fəlsəfəmdir; bu fəlsəfə mənə ən 

çətin  sınaqlarda,  xəstəlik  və  sağlamlıq  zamanı,  qələbə  və 

məğlubiyyət dövründə kömək edir».*” «Əbədi fəlsəfə» deyəndə 

filosof  hər  hansı  konkret  dini  təlimi  deyil,  hansısa  mücərrəd, 

universal,  əbədi  dini  nəzərdə  tuturdu.  Bütün  bəşəriyyətin  bir 

ailədə birləşməsini Radxakrişnan əbədi dinin ən əsas funksiyası 

hesab edirdi. 

Radxakrişnan özünün inteqral təcrübə fəlsəfəsini 1929-cu ildə 

London və Mançestrdə oxuduğu mühazirələrdə izah etmişdir. O, 

deyirdi  ki,  müasir  fəlsəfi  sistemlərin  çoxu  idrakın  yalnız  iki 

mənbəyini  qəbul  edirlər:  hissi  qavrayış  və  məntiq.  Lakin 

Radxakrişnan  təsdiq  edirdi  ki,  idrakın  başqa  yolu  da  var  - 

intuisiya. Onun fikrincə intuisiya idrakın əsas qaynağıdır, çünki 

intuitiv aktda insan ağılı bir bütöv kimi fəaliyyət göstərir. Hissi 

qavrayış və məntiq ağılın xüsusi funksiyalarıdır. 

Radxaläişnanın sosial fəlsəfəsinin əsasında belə fikir dayanır 

ki,  bütün  insanlar  eyni  İlahi  təbiətə  malik  olduğu  üçün  eyni 

dərəcədə  qiymətlidir,  eyni  hüquqa  malikdirlər.  İnsan  şəxsiyyəti 

Yerdə Ruhun ən yüksək, ən konkret ifadəsidir və bu şəxsiyyətə və 

yaxud  onun  ləyaqətinə  ziyan  gətirən  nə  varsa  hamısı  əxlaqca 

iyrəncdir.  Özünü  reallaşdırmağa  nə  yardım  edirsə  hamısı 

nemətdir. 

Sitat götürülüb: 

A./t.JİHTMan. 

Göstorilən əsor, s.270. 

237 



5.

 

XX əsrdə Yapon fəlsəfəsi 

Yaponiyada ənənəvi dünyagörüşü nə qədər güclü olsa da bu 

ölkə  də  Qərbin  çox  ciddi  mədəni  ekspansiyasına  məruz 

qalmışdır.  Qloballaşma  da  öz  işini  görür.  Postindustrial  və  in- 

formasion  cəmiyyət  quran  Yaponiya  elm  və  texnika  sahəsində 

dünyanın  aparıcı  ölkələrindən biridir. Belə təkamül  yolu  özünü 

fəlsəfədə də göstərir. 

Nisida  Kitaro  (1870-1945)  Şərq  fəlsəfəsinin  intuitiv 

təcrübəsini Qərb tipli fəlsəfi sistemə çevirməyə cəhd edirdi. Bu 

yolla  o,  orijinal  yapon  fəlsəfəsinin  əsasını  yaratmağa  çalışırdı. 

İngilis  empirizmi  və  Uilyam  Ceymsin  psixoloji  istiqamətli 

fəlsəfəsinin  təsiri  altında  Nisida  «təmiz  təcrübə»  nəzəriyyəsini 

yaratdı.  O,  az-çox  əhəmiyyətli  əkslikləri,  məsələn,  subyekt  və 

obyekt, bədən və ruh, zaman və məkan arasındakı ziddiyyətləri 

istisna edirdi. «Təmiz təcrübə» faktların, onlar necədirsə elə də 

dərk  edilməsi  təcrübəsidir.  Özünün  «təmiz  təcrübə»  anlayışını 

daha da dərinləşdirən Nisida yeni bir anlayış irəli sürür: dzikaku - 

«özünü  oyatma».  Bu  anlayış  ona  intuisiya  ilə  ağıl  arasında 

qırılmaz bağ olduğunu izah etmək imkanı verdi. 



Tanabe  Xadzhne  (1885-1962)  Nisida  Kitaro  və  Nisitani 

Keyzi  ilə  birlikdə  Kioto  fəlsəfə  məktəbinin  banisi  hesab  edilir. 

Tanabe  öz  həmfikirləri  ilə  birlikdə  yapon  mədəni  ənənələrinin 

əsaslarını  izah  etmək  üçün  Qərbin  intellektual  fəlsəfi 

metodologiyasından istifadə edirdi. Onun fikrincə fəlsəfəni dini 

təcrübə əsasında dəyişmək mümkündür. Fəlsəfə böyük əxlaqi və 

sosial məsuliyyət daşıyır. 

Uexara Senroku (1899-1975) hesab edirdi ki, həqiqi dünya 

bütün  xalqlann  öz  mənlik  şüurunu  necə  inkişaf  etdirməsindən 

asılı  olaraq  qlobal  tarixi  şüura  əsaslanır.  İkinci  Dünya 

müharibəsindən sonrakı dövrdə yapon xalqı milli şüuru yenidən 

formalaşdırmaq vəzifəsi ilə qarşılaşanda Uexara qeyd edirdi ki, 

bu qaydalar müasir qlobal tarixi situasiya kontekstində nəzərdən 

keçirilməlidir. Beləliklə, yaponlar öz milli mənlik şüurunu dünya 

birliyinin  əksəriyyətinin  istək  və  arzularını  nəzərə  alaraq  bərpa 

etməlidir. 

238 



Nisitani  Keyzi  (1900-1990)  göstərirdi  ki,  nihilizm  XX  əsrin 

mərkəzi  fəlsəfi  problemidir.  Müasir  elm  həmin  nihilizmi 

qidalandıran  əsas  faktorlardan  biridir,  belə  ki,  elm  insan 

şüurundakı  fundamental  parçalanma  ilə  əlaqədə  olan  yanlış 

epistemologi-  yaya  (qnoseologiyaya)  əsaslanır.  Yalnız  Boşluq 

(şunyata) haqqında təlim insan şüurundakı parçalanmanı müalicə 

edir  və  nihilizmi  aradan  qaldırmaq  üçün  açar  rolunu  oynayır. 

Boşluq  haqqında  təlim  ziddiyyətlərin  toplaşdığı  sahədir.  Tarixi 

üstələyən bu təlim burada dərin kök salıb və məhz burada təzahür 

edir.  Boşluq  haqqında  təlim  Qərb  fəlsəfəsinin  əsas 

kateqoriyalarına,  0  cümlədən  Allah,  «Mən»,  zaman-məkan 

haqqında anlayışlara meydan oxuyur. Qərbin fəlsəfi ənənələri ilə 

bilavasitə tanışlıq Nisitaniyə öz təlimini Qərb fəlsəfəsi ilə dialoq 

kontekstinə daxil etmək imkanı verdi. 

Yaponiyada və Qərbdə yaxşı tanınan sosioloq və filosof Taiçi 

Sakayamn  (1935)  intellektin  yaratdığı  yeni  dəyər  haqqında 

fikirləri  olduqca  müasir  səslənir.  Onun  kitabı  belə  adlanır: 

«Biliyin  yaratdığı  dəyər  və  yaxud  gələcəyin  tarixi».  Sa-  kaya 

sübut  etməyə  çalışır  ki,  azad  rəqabətə  əsaslanan  bazar 

iqtisadiyyatı  şəraitində  bir  tərəf  udur,  o  biri  tərəf  amansız 

məğlubiyyətə düçar olsa da, nəticədə bütün cəmiyyət qazanır. 

Sakaya  hesab  edir  ki,  biliyi  düzgün  dəyərləndirmək,  onu 

çoxaltmaq cəmiyyət qarşısında duran ən vacib vəzifədir. «Biliyin 

dəyər  yaratması  prosesdir və burada əmək və istehsal vasitələri 

qırılmaz  surətdə  bağlıdır;  insanın  özü  isə  əsas  istehsal  vasitəsi 

olur».^”® 

Sakaya sübut edir ki, müasir elmi nailiyyətlər və texnologiya 

dünyanın  təkcə  mənzərəsini  deyil,  həm  də  sosial-iqtisadi 

münasibətlərin mahiyyətini dəyişir. O, deyir: «Müasir kompüter- 

kommunikasiya texnologiyasının cəmiyyətə təsiri öz xarakterinə 

görə nə vaxtsa ona daxili  yanacaq mühərriki, elektrik  və  yaxud 

kimya  sənayesinin  göstərdiyi  təsirdən  kəskin  surətdə  fərqlənir. 

Keçmişdə  ixtiralar  o  vaxt  maddi  nemətlərin  kəmiyyətcə 

artırılmasına üstünlük verilməsi cəhdinə cavab verirdi. Bu gün 

Новая постиндустриальная волна на Западе, с.356. 

239 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə