bilik məkan və zaman daxilində məhdudlaşmalıdır. Həqiqətin
konkret olması o deməkdir ki, həqiqətin öz sərhəddi var, buradan
kənarda o artıq həqiqət deyil, çünki bu halda o özünün əksi olan
yanlışlığa çevrilir. Bəzi filosoflar isə inandırmağa çalışırlar ki,
yalnız hissi qavrayışla qəbul edilən ayn-ayn əşya və hadisələr
haqqında bilik, yəni empirik bilik konkret ola bilər.
Görkəmli fizik Maks Plank (1858-1947) məsələnin
praqmatik tərifini bir qədər şişirdərək göstərirdi ki, «elmi
ideyanın əhəmiyyəti çox hallarda onun məzmununun
həqiqiliyində deyil, dəyərində
yerləşİD).'*’
İdrak hadisəsi, əlbəttə qiymətləndirilməlidir. Dəyər
münasibəti idrak üçün qaçılmazdır, çünki idrak sonra praktikaya
keçə bilər. Həqiqi qiymət mühakimə vasitəsilə verilən qiymətdir,
çünki mühakimədə hər hansı obyektə bəzi xassələrin və
münasibətlərin nə dərəcədə aid olması və ya olmaması təsdiq
edilir. Mühakimənin həqiqət haqqında müxtəlif qiymətləri ola
bilər, yəni nəticənin həqiqi, yanlış, qeyri-müəyyən, mənasız və s.
olması təsdiq edilir.
Məntiqdə,
bir
qayda
olaraq,
həqiqətin
xassəsini
müəyyənləşdirən sahə kimi yalnız mühakimə qəbul edilir.
Təfəkkürün formal məntiq tərəfindən öyrənilən əsas qanun və
formalan həqiqətən də təfəkkürün düzgünlük kriterisidir,
fikirlərin bir- biri ilə uzlaşması kriterisidir. Məntiq heç bir aralıq
qərannı qəbul etmir; ya həqiqət, ya da yanlışlıq, ya hə, ya da yox.
Həqiqət və yanlışlıq bir-birinə daban-dabana zidd olan tərəflərdir
ki, biri o birini istisna edir.
Əl-Qəzali demişdir: «Həqiqətin məntiqi yolla üzə çıxanl-
ması idrak deməkdir. Özünü belə vəziyyətə gətirmək həmin anı
bilavasitə yaşamaqdır. Xoş niyyətlə başqalan ilə söhbətdən və
onlann təcrübəsindən əldə edilməsi mümkün olan isə -
inamdır».“**
Bir şey haqqında çox həqiqətlər ola bilməz. Bu mənada
həqiqət birdir, yanlışlıq isə müxtəlifdir. K.Popper deyirdi ki, elmi
Sitat götürülüb; Сборник к столетию со дня рождения Макса Планка. М„ 1958, с.60.
Ал-Газали. Избавляющий от заблуждения. В кн.: Аверроэс. Опровержение опровержения.
С.569.
281
bilikdə həqiqəti seçmək mümkün deyil, lakin yalanı daim üzə
çıxarmaq və kənarlaşdırmaq yolu ilə həqiqətə yaxınlaşmaq olar.
Göründüyü kimi, həqiqət haqqında müxtəlif fikirlər var.
Lakin elmi idrak metodologiyasında həqiqət anlayışı əsasən iki
cür yanaşma çərçivəsində istifadə edilir: formal metodoloji və
tarixi yanaşma. Birinci yanaşma formal məntiq vasitələri və
metodlarına əsaslanır və ilk növbədə idrakın nəticələrini təhlil
etməyə yönəldilir, ikinci isə əsas diqqətini elmi biliyin inkişafına
yönəldir.
Bir çox filosofların fikrinə görə həqiqət həm mütləq, həm də
nisbi ola bilər.
Mütləq həqiqət elə bilikdir ki, elmin sonrakı inkişafı onu
inkar etmir, əksinə getdikcə o zənginləşir və həyat tərəfindən
daim təsdiq edilir.
Mütləq həqiqət obyekt haqqında tam və hərtərəfli biliyi
özündə birləşdirən həqiqətə deyilir. Elə buna görə də mütləq
həqiqət heç vaxt təkzib edilə bilməz; öz təbiətinə görə o
dəyişməzdir. Bizim idrakın sərhəddi tarixən məhduddur,
praktikanın inkişaf etməsi və təkmilləşməsi ilə əlaqədar
bəşəriyyət həmişə mütləq həqiqətə doğru irəliləyir, lakin onu
axıra qədər əhatə edə bilmir. Mütləq həqiqət məhdud, konkret
bilik sahələrinin daxilində mövcuddur.
Aksiom və teoremi də çoxları mütləq həqiqət hesab edirlər.
Aksiom deyəndə müəyyən qeyri-empirik sistemdə bütün
mümkün nəticələrin (sübutlann) başlanğıc nöqtəsi nəzərdə
tutulur. Aksiom öz aydınlığı, şübhəsizliyi ilə sübuta ehtiyacı
olmayan daimi, sarsılmaz həqiqi müddəa deyil (belə müddəa
elmdə yoxdur). Aksiom nəzəriyyənin elə elementidir ki, onunla
birlikdə sübut edilir. Aksiom həmişəlik yaradılan müddəa deyil.
İş burasındadır ki, aksiom kimi müxtəlif müddəalar seçilə bilər.
Aksiom nəzəriyyə ilə qarşılıqlı əlaqədədir. Məsələn, Evklid
həndəsəsində aksiom kimi həm «üçbucağın bucaqlarının cəmi
180 dərəcədİD) a) müddəasını, həm də «bir düzxət- dən kənarda
olan nöqtədən həmin düzxəttə yalnız bir paralel xətt çəkmək olar»
b) müddəasını götürmək olar. Əgər «a» ak
282
siom kimi götürülsə, onda «b» teorem olur; əgər «b» aksioma
hesab edilsə, onda «a» teorem olur.
Bir çox hallarda həqiqi bilik mütləq həqiqət hesab olunur: 1)
obyektiv həqiqi məzmun kəsb edəndə; 2) insan idrakının zəruri
inkişaf mərhələsi olanda, yəni əvvəlki inkişafın nəticəsi, sonrakı
inkişafın isə əsası olanda; 3) onun obyektiv həqiqi məzmunu
idrakın sonrakı bütün inkişaf mərhələlərində biliyə daxil
edilmədə.
Din isə mütləq həqiqət problemini çox sadə və asan yolla həll
edir: yalnız Allah mütləq Həqiqətdir.
Nisbi həqiqət hər hansı bir şey haqqında məhdud bilikdir.
Mütləq həqiqətə doğru hərəkət, çoxsaylı nisbi həqiqətlər
vasitəsilə baş verir. Nisbi həqiqət gerçəklik hadisələrini əsasən
düzgün əks etdirən anlayış, müddəa, nəzəriyyədir. Lakin o elm və
praktikanın inkişafı prosesində fasiləsiz olaraq dəqiqləşir,
konkretləşir, dərinləşir. Nisbi həqiqət mütləq həqiqəti
mənimsəmək yolunun momenti, tərəfi, mərhələsidir.
İdrak vasitələrinin hal-hazırdakı konkret inkişaf mərhələsinə
münasibətdə həqiqət olan bilik nisbi həqiqət adlanır. Biliyimizin
bu gün mükəmməl olmaması gələcəkdə mütləq üzə çıxır.
Mütləq, universal elmi həqiqətin ümumiyyətlə olmaması
fikrinin də tərəfdarları az deyil. Həqiqət, onların dediyinə görə
şeylərin hər hansı universal vəziyyətinin deyil, insanların öz təcili
tələbatlarının ödənilməsi üçün lazımdır.
1.6.
Həqiqətin kriterisi (meyarı) anlayışı.
İdrak prosesində praktikanın rolu
Hər hansı fikrin həqiqiliyi və ya yanlışlığı məsələsini həll
etmək üsuluna həqiqətin kriterisi deyilir.
Dialektik materializmə görə praktika gerçəkliyin adekvat
inikasının (əks olunmasının) fundamental kriterisidir (məsələn,
mühakimənin həqiqiliyi) və həm də idrakın inkişaf etməsinin
əsasıdır. Lakin həqiqətin yardımçı kriteriləri də var. Məsələn,
empirik mühakimənin həqiqiliyini bir başa empirik metodların
283
Dostları ilə paylaş: |