kişafı qanununa əsaslanmadan yeni heç bir şey yarada bilməz,
çünki insan öz şüurunun yaradıcı fəaliyyəti nəticəsində yeni nə
yaradırsa, mövcud olan obyektiv qanunlara tabe olmalıdır.
Marksistlərin fikrinə görə materialist dialektika, onun qanun və
kateqoriyalarının sistemi yalnız nəzəri planda (idrakda) deyil,
həm də insanın gerçəkliyə praktiki münasibətində özünü
göstərməlidir.
İdrak prosesində insan fərdin malik olduğu bütün
informasiyadan istifadə edir, məsələnin şərtlərinə açıq şəkildə
daxil olmayan məzmunu açır, onu məlum olan biliklə müqayisə
edir, öyrənir, problem vəziyyəti yenidən dəyişir və məsələnin
həllinə başlayır. Təfəkkür vasitəsilə insan yalnız yeni bilik
yaratmır, həm də onun sonrakı inkişafı üçün yeni metodlar
hazırlayır. Bu yolla həyata keçirilən vəzifələrin dairəsi genişlənir.
Bu o deməkdir ki, insan təfəkkürü yaradıcı xarakter daşıyır.
Yaradıcılıq subyekt ilə obyektin elə qarşılıqlı təsiridir ki,
burada subyekt fəaldır, xarici aləmi dəyişdirir, obyekt isə
subyektin öz fəaliyyətini yönəltdiyi şeydir. Obyektin xüsusiyyəti
həmin fəaliyyətin xarakterini müəyyənləşdirir. Bununla yanaşı
yaradıcılıq həm də subyektin özünün dəyişməsi, onun mənəvi və
fiziki qabiliyyətinin inkişafı deməkdir.
İdrakın fəaliyyət vəzifələri ilə əlaqəsi onun axtarmaq və
tədqiq etmək xarakterini müəyyənləşdirir. İdrak həm də problem
xarakteri daşıyır. Öz fəaliyyətində subyekt varlığın əvvəllər ona
məlum olmayan yeni tərəfləri ilə, yeni-yeni problemlər ilə
qarşılaşır. Problem elmi nəzəriyyənin yalnız yaranmasının
başlanğıcı deyil, o eyni zamanda nəzəriyyənin inkişafı prosesinə
daxil edilir.
Yeni biliklərin meydana gəlməsi ilə əlaqədar elm daimi
hərəkət vəziyyətindədir. Bu mənada elmi - yeni biliyin meydana
gəlməsi sahəsi hesab etmək lazımdır. Çünki idrak subyektin aktiv
fəaliyyəti olduğu üçün ondan böyük zehni və emosional gərginlik
tələb edir. Bütün əmək sahələri kimi elmi idrak fəaliyyəti də
yaradıcı, pozitiv əməkdir.
Bir cəhəti də xüsusi qeyd etmək lazımdır ki, elm konkret
şəxsiyyətlər, yaradıcı adamlar tərəfindən yaradılır. Yaradıcılıq
287
sahəsi kimi elmdə şəxsiyyətin rolu olduqca böyükdür. Böyük
elmi məktəblər böyük alimlərin ətrafında yaranır.
Bununla yanaşı qeyd etmək lazımdır ki, öz-özlüyündə
qabiliyyət, istedad, tərbiyə, təhsil insanı yaradıcı etmir. Tarixdə
elə hallar məlumdur ki, bəzi böyük yaradıcılar sözün ümumi
mənasında o qədər də mədəni, tərbiyəli adamlar olmamışlar. Belə
bir paradoksu müşahidə etmək olar: insan geniş biliyə malik ola
bilər, kəşflər edər, elmi irəli aparar, ancaq eyni zamanda
ümumiyyətlə məhdud, təkəbbürlü, saxta və yaxud sadəlövh ola
bilər.
2.
Elmi idrak və onun metodları
2.1.
Elmi idrakda ideya, problem, hipoteza,
konsepsiya, nəzəriyyə anlayışları
İdeya (yun. «idea» - görünən şey, obraz) «məna»,
«əhəmiyyət», «mahiyyət» anlayışlannı ifadə edən fəlsəfi
termindir. İdeya real (istər maddi, istərsə də mənəvi) hadisələri
başa düşmək formasıdır. İdeyada fikrin məzmunu ilə faktların
daha dolğun uyğunluğu baş verir. Reallığın öyrənilməsi və insan
qarşısında praktiki vəzifələrin qoyuluşu ideyanın xüsusiyyətini
müəyyənləşdirir.
Bəzi fəlsəfi sistemlərdə ideya çox geniş rriənada insanm
bütün mənəvi dünyasını idarə edən ruhun ən fəal fenomeni kimi
şərh edilir.
Problem (yun. «problem» - maneə, çətinlik, vəzifə) idrakın
inkişafı prosesində meydana çıxan və həll edilməsi mühüm əməli
və ya nəzəri maraq kəsb edən məsələ və ya məsələlər
kompleksinə deyilir. Başqa sözlə, elmi problem obyekt, onun
əsaslandırılması haqqındakı bilik ilə yeni empirik məlumatlar
arasında baş verən və keçmiş nöqteyi-nəzər ilə izah edilə
bilməyən ziddiyyətdir.
Problemlər fundamental (nəzəri) və tətbiqi (texnoloji)
hissələrə bölünür. Belə bölgü, əlbəttə nisbidir. Çünki müasir
elmdə idraki və tətbiqi aspektlər getdikcə daha çox bir-birinə
nüfuz edir.
288
K.Popperə görə «...elm problemlərdən başlayır və sonra isə
onlarla rəqabətdə olan və tənqidi dəyərləndirilən nəzəriyyələrə
doğru inkişaf edin>.^‘ Belə fikir hermenevtika təmsilçisi
X.Hadamerin kəskin etirazına səbəb oldu. O, sübut etməyə
çalışırdı ki, problemlər alternativ fikirlərlə, dəlillərlə həll edilə
bilməyən ən ümumi məsələlərə aiddir. Ona görə də Hadamer
problemi «sual və cavab məntiqi vasitəsilə» anlamağı tənqid
edirdi.^^
Bizim nəzəriyyələr tarixən bizim problemlərdən əvvəl gəlir.
Lakin elm müşahidələrdən deyil, yalnız problemlərdən başlayır.
Nəzəriyyələr bizi çətinliklərə və ziddiyyətlərə gətirib çıxaranda
adətən problemlər meydana gəlir. Ziddiyyətlər isə bəzi aynca
nəzəriyyədə, yaxud iki müxtəlif nəzəriyyənin və yaxud nəzəriyyə
ilə müşahidənin toqquşduğu vaxt yaranır. Məhz problem bizi
öyrənməyə, biliyimizi inkişaf etdirməyə, eksperiment keçirməyə
və müşahidə etməyə məcbur edir. Elm bir problemdən başqa
problemə, dərin olmayan problemdən daha dərin problemə
keçməklə tərəqqi edir.
Hipoteza (yun. «hypothesis» - əsas, ehtimal, güman) elə elmi
ehtimaldır ki, həqiqiliyi hələ sübut tələb olunur. Hipote- zanın
zəruriliyi onunla şərtlənir ki, qanunlar bilavasitə ayn- ayrı
faktlarda üzə çıxarılmır, çünki mahiyyət heç vaxt əşyanın
səthində olmur.
Hipoteza - müəyyən fakt və hadisələri doğuran səbəblər
haqqında
əsaslandırılmış,
elmi
cəhətdən
nizamlanmış
məlumatlara zidd olmayan fərziyyəyə deyilir. Hipoteza öyrənilən
hadisənin səbəbini tam dəqiqliklə üzə çıxarmaq çətin olduqda və
yaxud qətiyyən mümkün olmadığı hallarda irəli sürülür.
Hipoteza məntiq qanunlarına uyğun olaraq obyekt və onun
vəhdətini fikirdə yenidən yaratmaqdır. Deməli, hipoteza elmi
problemin məntiqi yolla həll edilməsidir. Hipoteza nəzəriyyə ilə
müqayisədə obyekt haqqında ehtimal olunan bilikdir.
Hipotezanın əsas xüsusiyyəti onun güman xarakteri
daşımasıdır. Biz bilmirik ki, hipoteza həqiqət və ya yanlış olacaq.
5' К.Поппер. Логика и рост научного знания. М., «Прогресс», 1983, с.485. Х.Г.Гадамер.
Истина и метод. М., «Прогресс». 1988, с.443.
289
Dostları ilə paylaş: |