Sonrakı yoxlama prosesində hipoteza təsdiq oluna və həqiqi bilik
statusu qazana bilər. Lakin ola bilər ki, bizim fərziyyəmiz səhv
olsun və ondan imtina edilsin. Elmi hipoteza adi təxmini bilikdən
özünün müəyyən qədər əsaslandırılması ilə fərqlənir. Müasir
elmdə hipotezalar hipotetik-deduktiv metodun elementi kimi
istifadə edilir.
Konsepsiya (lat. «conseptio» - anlama, sistem) əsas fikir,
ideya, hər hansı hadisəni başa düşmək və izah etmək üsuludur.
XX əsrin axırlarından başlayaraq Qərb fəlsəfəsində daha çox
«konsept» (lat. «conseptus» - fikir, təsəvvür) termini işlədilir. Bu
söz «konsepsiya» və «kateqoriya» terminlərinin hər ikisinə
olduqca yaxın anlayışdır.
Fransız filosofları Jil Delez və Feliks Qvattari bu anlayışı
olduqca geniş mənada işlədir və onun fəlsəfədə rolunu həlledici
hesab edirlər. Onlar yazırlar; «...Fəlsəfə konsept formalaşdırmaq,
ixtira etmək, düzəltmək sənətidir».^^ «Filosof konsep- tin
dostudur və potensial olaraq ondan asılıdır. Bu o deməkdir ki,
fəlsəfə sadəcə olaraq konsept formalaşdırmaq, ixtira etmək və ya
düzəltmək sənəti deyil, çünki konsept hökmən forma, tapıntı və
ya məhsul deyil. Daha dəqiq deyilsə, fəlsəfə konsept
yaradıcılığından ibarət bir fənndir».^"* Onların fikrincə eyni
tərkibli, yekcins konsept olmur. «Konsept çoxluq deməkdir,
baxmayaraq ki, hər çoxluq konseptual olmur. Yalnız bir tərkibdən
ibarət konsept olmur...». «Dekart, Hegel, Feyerbax nəinki eyni
konseptdən başlamır, hətta başlanğıc konsepti onlarda eyni deyil.
Hər bir konsept minumum ikili, üçlü və s. olur. Həm də bütün
tərkiblərə malik olan konsept olmur, çünki belə halda o sadəcə
olaraq xaos olar; hətta universalium adlanan da konseptin axırıncı
mərhələsi kimi xaosdan ayrılmalıdır...».^'^
Nəzəriyyə (yun.«theoria» - müşahidə, tədqiqat) elə idrak
formasıdır ki, idrakın bütün başqa formalarını bir bütöv halında
birləşdirir və mükəmməl məntiqi sistemə çevirir.
Ж. Делез, Ф.Гваттарн. Что такое философия? СПб, «Алетейя», 1998, с. 10. Yenə
orada, s.13-14.
Yenə orada, s.25.
290
2.2.
İdrakın empirik və nəzəri səviyyələri
Elmi idrakın iki növü mövcuddur: rasional və empirik idrak.
İdrakın empirik növünün tərəfdarlan təbii olaraq təcrübənin
əhəmiyyətini ön plana çəkir, təməl elementləri kimi bilavasitə
hissi təcrübənin məlumatlarını götürürlər. Bizim bütün
biliyimizin öz hissi təcrübəmizdən törəməsi fikri empirizmin
(yun. «empeiria» - təcrübə) əsas prinsipini ifadə edir. Bu təlimə
görə biz heç vaxt hiss üzvlərinin verdiyi imkandan artıq bilik əldə
edə bilmərik. Empirizmin mövqeyi çox sərt çərçivə daxilində
yerləşir və buradan xaricə çıxmaq mümkün deyil. Çünki
müşahidə edilən şeyin sərhəddini keçmək olmaz. Empirik idrak
insanlann hissi-praktiki fəaliyyəti kimi başa düşülən təcrübə ilə
bilavasitə bağlıdır. Bu yolla mahiyyət deyil, təzahür dərk edilir.
Kant təmiz və empirik idrakı bir-birindən ayırırdı. Hər bir
idrak təcrübədən başlayır. Xarici predmetlər bizim hiss
üzvlərimizə yalnız təsir göstərir, insanın idrak qabiliyyətini
hərəkətə gətirir. Düşüncə alman təsəvvürləri əlaqələndirir,
müqayisə edir, təhlil edir, hissi təəssüratı idraka çevirir. Belə
idrakı Kant təcrübə adlandırırdı. Onun fikrincə idrak zaman
etibarilə təcrübədən əvvəl gələ bilməz. İdrak təcrübədən başlayır.
Elmin empirik mərhələsində əsas vəzifə fakt toplamaqdır.
Latın dilində «factum» «görülən iş», «baş verən iş» deməkdir.
Elmdə «fakt» termini iki mənada işlədilir: 1) fakt real olaraq
mövcud olan (və ya mövcud olmuş) hadisə kimi; 2) bu və ya digər
konsepsiya kontekstində faktın təsvir edilməsi.
Rasionalizm hiss üzvlərinin verdiyi məlumatı məhdud hesab
edən, biliyimizin əsas hissəsinin qaynağını ağılda axtaran
nəzəriyyədir. Ona görə də biz şeylər haqqında hiss üzvlərinin
bacarmadığı və onların verdiyi məlumatdan daha doğru və
mükəmməl bilik əldə edirik.
Rasional idrakın çox məşhur təmsilçisi Dekart hesab edirdi ki,
intuisiyanın®^ köməkliyi ilə doğruluğuna heç bir şübhə yeri
İntuisiya (lat. «intucri» - diqqətlə baxma) heç bir sübut olmadan dərk etmək qabiliyyətinə
deyilir.
291
qalmayan tamamilə aydın, dəqiq ideyalar üzə çıxarmaq müm-
l^ndür. O, «Allahın mövcud olması», «Mənim mövcud
olmağım», «Tam hissədən böyükdün> və s. bu kimi ideyalan belə
ideyalardan hesab edirdi, çünki onlar ağılın təbii işığı ilə aydm-
laşdınlıb. Belə təməl ideyalardan çıxış edərək deduksiyanm
köməkliyi ilə biliyin yerdə qalan bütün sistemini qurmaq olar.
Nəzəri idrak empirik biliyin verdiyi məlumatlann rasional
(əqli) üsullarla araşdırmaq vasitəsilə həyata keçirilir. Bu o demək
deyil ki, nəzəriyyə bütün hallarda empirik məlumatlardan çıxış
edir. Nəzəriyyə biliyi (həm empirik, həm də rasional)
ümumiləşdirir, sistemləşdirir.
Nəzəriyyə kateqoriyalar sistemidir. Biliklərin cəmi nəzəriyyə
kimi çıxış edir və buna görə də nəzəriyyə mücərrəd (ab- strakt)
zehni fəaliyyətin nəticəsi hesab edilir. Empirik idraka
münasibətdə isə nəzəriyyə empirik məlumatlara əsaslanan
diqqətlə işlənib hazırlanmış baxışlar sistemidir.
Nəzəriyyənin tamamilə təcrübədən asılı olması fikri XX əsr
Amerika fəlsəfəsində çox geniş yayılmışdır. Bu fikrin tərəfdarları
Böyük Britaniyada da az deyil. Bunu nəzərə alaraq bir qədər
ətraflı da olsa Amerika filosofu və sosioloqu T.Parsonsun
(1902-1978) nəzəriyyə haqqında baxışları üzərində dayanmağı
lazım bildik. O, hesab edirdi ki, idrak tamamilə kəmiyyət
məsələsidir, bu vaxta qədər müşahidə edilməyənləri müşahidə
etmək əsas məsələdir. Bu fikrə uyğun olaraq nəzəriyyə dərk
edilən faktlardan ibarət olmalıdır, yəni ümumi nəticələr belə
faktların cəmi ilə təsdiq edilməlidir. T.Parsons yazırdı: «Əlbəttə,
həqiqi nəzəriyyə faktlara uyğun olmalıdır, lakin buradan elə
nəticə çıxmır ki, nəzəriyyədən asılı olmayaraq üzə çıxarılan
faktlar nəzəriyyənin necə olmasını müəyyən edir və yaxud
nəzəriyyə hansı faktlann açılacağını müəyyən etməlidir və elmi
axtarışlar hansı istiqamətdə apanlmalıdır».^’ Bununla yanaşı
T.Parsons qətiyyətlə göstərirdi ki, nəzəriyyə mütləq məntiqə
əsaslanmalıdır. «Hər bir nəzəri sistem kifayət qədər
Т.Парсонс. O структуре социального действия. M., «Академический Проект», 2000.
с.47-48.
292
Dostları ilə paylaş: |