fəaliyyət yalnız elmi tədqiqat üçün deyil, eyni zamanda insanın
başqa fəaliyyət növləri üçün də xarakterikdir. Elmi idrakın
müxtəlif üsullarını - həm maddi (cihazlar+ölçü texnikası), həm də
sırf intellektual (riyaziyyat+nəzəri sistemlər) üsullannı -
hazırlamaq, təkmilləşdirmək və tətbiq etmək elmi fəaliyyətin
spesifikasını şərtləndirir.
Elmi nəzəriyyələr tədqiqatın ən əsas mənəvi və intellektual
silahıdır. Elmi metoda yeni bilik əldə edərkən fəaliyyətdə olan
nəzəriyyə kimi tərif vermək olar. Nəzəriyyənin elmi metodun
strukturuna daxil edilməsi ona gətirib çıxarır ki, gerçəkliyin
müxtəlif fraqmentlərinin öyrənilməsi işində metod daha səmərəli
olur.
2.4.
Sinergetika
XX əsrin axırlarında sinergetika adlanan elm sahəsi geniş
inkişaf etdi. Bu elm, müasir dövrümüzdə ümumi metodologiya
rolunu oynamaq iddiasındadır. Dünyaya yeni baxışın əsaslanm
formalaşdırmağa çalışan sinergetika təbii və sosial sistemlərin
ümumi qanunauyğunluqlarını axtarır, onların inkişaf ssenarisini,
müxtəlif tipli strukturların meydana gəlməsi mexanizmini,
insanın və təbiətin təkamülünü, həmçinin mürəkkəb sosial və so-
sioekoloji sistemləri təhlil edir.
Sinergetika - mürəkkəb sistem, xaosda müəyyən qaydanın
necə yaranması və həm də bu qaydanın gec-tez dağılması
haqqında elmdir. Maraqlıdır ki, qayda-nizamın yaranması və
dağılmasında kiçik təsirlərin (fluktuasiyanın) (lat. «fluctatio» -
dalğalanma) rolu böyükdür. Belə təsirlər sayəsində bəzi hallarda
sistem nizama salınır, başqa hallarda bu nizam özünü
tükəndirərək dağılır və belə halda sistem qeyri-sabit vəziyyətə
düşür. Deməli, həm sabitlik, həm də qeyri-sabitlik rejimləri daim
dəyişir. Sinergetikanın meydana gəlməsinə qədər elm xaos və
qayda-nizamı ayrı-ayrılıqda nəzərdən keçirirdi. Həm də əsas
diqqət məhz qayda-nizama yönəldilirdi, çünki onu nisbətən sadə
riyazi tənliklərlə təsvir etmək mümkündür. Sinergetika xaosda
qayda-nizamın yaranması, saxlanması və parça
299
lanması yollarını üzə çıxarır. Beləliklə, sinergetika öz-özünü
təşkil edən mürəkkəb sistemlər haqqında nəzəriyyədir.
Mütəxəssislərin fikrincə sinergetika - qeyri-klassik dövrdən
sonra gələn dövrdə ən vacib paradiqmadır.*^^
Sinergetikanın yaradıcısı German Haken (1927) bu elm
sahəsinin predmetini aşağıdakı kimi müəyyənləşdirir: «Mən
«sinergetika» sözünü təklif edərkən aşağıdakı izahatı əlavə etdim:
«qarşılıqlı təsir haqqında təlim»; «ayrı-ayrı hissələrdən ibarət
olan sistemlərdə fəaliyyət göstərən ümumi qanunauyğunluqların
tədqiqi».“
G.
Haken sinergetikanın əsas müddəalarını belə qruplaşdırır:
«Mən sinergetikanın mahiyyətini açan aşağıdakı mühüm
müddəa- lan seçərdim.
1.
Sistemin tədqiqi bir-birinə qarşılıqlı təsir göstərən bir neçə
və ya daha çox eyni və yaxud müxtəlif hissələrdən ibarətdir.
2.
Bu sistemlər xətti deyil.
3.
Fiziki, kimyəvi və bioloji sistemləri nəzərdən keçirəndə
istilik müvazinətindən uzaq olan açıq sistemlərdən söhbət gedir.
4.
Bu sistemlər daxili və xarici tərpənmələrə məruz qalırlar.
5.
Sistemlər qeyri-stabil ola bilər.
6.
Keyfiyyət dəyişiklikləri baş verir.
7.
Bu sistemlərdə yeni emercent (meydana gələn - Y.R.)
keyfiyyətlər üzə çıxır.
8.
Məkant zamany məkan-zaman və yaxud funksional
strukturlar meydana gəlir.
9.
Strukturlar nizamlanmış və yaxud xaotik vəziyyətdə ola
bilərlər.
10.
Çox
hallarda riyaziləşmə mümkündüD>.“
Son vaxtlar «sinergetika» sözü bir çox hallarda «mürəkkəbin
tədqiqi» ifadəsi ilə əvəz edilir. «Nizam xaosdan yaraniD> fikri
sinergetika metodologiyasının təməlidir.
* **
Paradiqma (yun. «paradciqma» - misal, nümuno) todqiqat mosololərini həll etmək üçün
nümunə kimi götürülmüş nəzəriyyə və yaxud problemin qoyuluş modelidir.
** Bax: Журн. «Вопросы философии», № 3, 2000, c.54.
Yenə orada, s.55.
300
2.5. Əsas elmi və məntiqi metodlar
Elmi və məntiqi metodlar bir-biri ilə aynimaz əlaqədə olduğu
üçün onlan bir yerdə təhlil etməyi məqsədəuyğun sayınq.
Müşahidə tədqiq olunan obyektlərə aid hadisələrin
məqsədyönlü, əvvəlcədən düşünülmüş şəkildə qəbul edilməsi,
qavranılmasıdır. Müşahidədə aparıcı rolu hiss üzvləri oynayır,
onlar bilavasitə və bilvasitə (birbaşa və ya dolayı) olurlar.
Müşahidənin zəruri tərəfi təsvir etməkdir. Müşahidə təzahürlərin
mənasını öyrənmək üçün keçirilir.
Müşahidəçinin vəziyyətindən asılı olaraq iki cür müşahidənin
olduğunu göstərirlər: 1) hadisələrin kənardan qeydə alınması ilə
məşğul olan sadə (və yaxud adi) müşahidə; 2) birgə həyata
keçirilən və sanki hadisəni «içəridən» təhlil edən müşahidə.
Elmin inkişafı ilə əlaqədar müşahidə daha mürəkkəb olur və
birbaşa tətbiq edilmir, eksperiment ilə birləşir. Təcrübənin
səviyyəsi və müşahidəçinin ixtisas dərəcəsi müşahidənin
nəticəsinə daha çox təsir göstərir.
Elmi tədqiqatın nəzəriyyəyə müraciət etmədən birbaşa təmiz
müşahidələrdən başlaya biləcəyinə inanmaq cəfəngiyatdır.
Müşahidə həmişə seçici xarakter daşıyır. Tədqiqat obyektini,
müəyyən məsələni seçmək üçün hər hansı marağın, baxışın,
problemin olması lazımdır. Ən maraqlı müşahidə və eksperiment
bizim nəzəriyyələrimizin, xüsusən yeni nəzəriyyələrimizin
yoxlanması üçün əvvəlcədən təyin edilir.
Eksperiment (lat. «experimentum» - sınaq, təcrübə) elə
tədqiqat metoduna deyilir ki, o obyektin xassə və əlaqələri
haqqında informasiya əldə etmək məqsədilə yaradılmış xüsusi
şəraitdə onun uyğun şəkildə dəyişdirilməsini və ya yenidən
yaradılmasını tələb edir. Eksperiment həmişə müşahidə ilə
əlaqədə olur. Lakin eksperiment aparılan prosesdə insan
hadisələri yalnız passiv şəkildə müşahidə etmir, əksinə, fəal
surətdə onlara müdaxilə edir. Təbii vəziyyətdə bunu etmək ya
olduqca çətindir, ya da heç mümkün deyil.
Eksperiment - şəraitdən asılı olan hadisələri öyrənmək
məqsədilə həmin şəraiti planlı qaydada təcrid etmək, quraşdır-
301
Dostları ilə paylaş: |