Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə96/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   92   93   94   95   96   97   98   99   ...   164

Sonrakı yoxlama prosesində hipoteza təsdiq oluna və həqiqi bilik 

statusu qazana bilər. Lakin ola bilər ki, bizim fərziyyəmiz səhv 

olsun və ondan imtina edilsin. Elmi hipoteza adi təxmini bilikdən 

özünün  müəyyən  qədər  əsaslandırılması  ilə  fərqlənir.  Müasir 

elmdə  hipotezalar  hipotetik-deduktiv  metodun  elementi  kimi 

istifadə edilir. 



Konsepsiya  (lat.  «conseptio»  -  anlama,  sistem)  əsas  fikir, 

ideya, hər hansı hadisəni başa düşmək və izah etmək üsuludur. 

XX əsrin axırlarından başlayaraq Qərb fəlsəfəsində daha çox 

«konsept» (lat. «conseptus» - fikir, təsəvvür) termini işlədilir. Bu 

söz  «konsepsiya»  və  «kateqoriya»  terminlərinin  hər  ikisinə 

olduqca yaxın anlayışdır. 

Fransız  filosofları  Jil  Delez  və  Feliks  Qvattari  bu  anlayışı 

olduqca geniş mənada işlədir və onun fəlsəfədə rolunu həlledici 

hesab edirlər. Onlar yazırlar; «...Fəlsəfə konsept formalaşdırmaq, 

ixtira  etmək,  düzəltmək  sənətidir».^^  «Filosof  konsep-  tin 

dostudur  və  potensial  olaraq  ondan  asılıdır.  Bu  o  deməkdir  ki, 

fəlsəfə sadəcə olaraq konsept formalaşdırmaq, ixtira etmək və ya 

düzəltmək sənəti deyil, çünki konsept hökmən forma, tapıntı və 

ya  məhsul  deyil.  Daha  dəqiq  deyilsə,  fəlsəfə  konsept 

yaradıcılığından  ibarət  bir  fənndir».^"*  Onların  fikrincə  eyni 

tərkibli,  yekcins  konsept  olmur.  «Konsept  çoxluq  deməkdir, 

baxmayaraq ki, hər çoxluq konseptual olmur. Yalnız bir tərkibdən 

ibarət  konsept  olmur...».  «Dekart,  Hegel,  Feyerbax  nəinki  eyni 

konseptdən başlamır, hətta başlanğıc konsepti onlarda eyni deyil. 

Hər  bir  konsept  minumum  ikili,  üçlü  və  s.  olur.  Həm  də  bütün 

tərkiblərə  malik  olan  konsept  olmur,  çünki  belə  halda  o  sadəcə 

olaraq xaos olar; hətta universalium adlanan da konseptin axırıncı 

mərhələsi kimi xaosdan ayrılmalıdır...».^'^ 

Nəzəriyyə  (yun.«theoria»  -  müşahidə,  tədqiqat)  elə  idrak 

formasıdır ki, idrakın bütün başqa formalarını bir bütöv halında 

birləşdirir və mükəmməl məntiqi sistemə çevirir. 

Ж. Делез, Ф.Гваттарн. Что такое философия? СПб, «Алетейя», 1998, с. 10. Yenə 

orada, s.13-14. 

Yenə orada, s.25. 

290 



2.2.

 

İdrakın empirik və nəzəri səviyyələri 

Elmi idrakın iki növü mövcuddur: rasional və empirik idrak. 

İdrakın  empirik  növünün  tərəfdarlan  təbii  olaraq  təcrübənin 

əhəmiyyətini  ön  plana  çəkir,  təməl  elementləri  kimi  bilavasitə 

hissi  təcrübənin  məlumatlarını  götürürlər.  Bizim  bütün 

biliyimizin  öz  hissi  təcrübəmizdən  törəməsi  fikri  empirizmin 

(yun.  «empeiria»  - təcrübə) əsas prinsipini ifadə edir. Bu təlimə 

görə biz heç vaxt hiss üzvlərinin verdiyi imkandan artıq bilik əldə 

edə  bilmərik.  Empirizmin  mövqeyi  çox  sərt  çərçivə  daxilində 

yerləşir  və  buradan  xaricə  çıxmaq  mümkün  deyil.  Çünki 

müşahidə edilən şeyin sərhəddini keçmək olmaz. Empirik idrak 

insanlann  hissi-praktiki  fəaliyyəti  kimi  başa  düşülən  təcrübə  ilə 

bilavasitə bağlıdır. Bu yolla mahiyyət deyil, təzahür dərk edilir. 

Kant  təmiz  və  empirik  idrakı  bir-birindən  ayırırdı.  Hər  bir 

idrak  təcrübədən  başlayır.  Xarici  predmetlər  bizim  hiss 

üzvlərimizə  yalnız  təsir  göstərir,  insanın  idrak  qabiliyyətini 

hərəkətə  gətirir.  Düşüncə  alman  təsəvvürləri  əlaqələndirir, 

müqayisə  edir,  təhlil  edir,  hissi  təəssüratı  idraka  çevirir.  Belə 

idrakı  Kant  təcrübə  adlandırırdı.  Onun  fikrincə  idrak  zaman 

etibarilə təcrübədən əvvəl gələ bilməz. İdrak təcrübədən başlayır. 

Elmin  empirik  mərhələsində  əsas  vəzifə  fakt  toplamaqdır. 

Latın  dilində  «factum»  «görülən  iş»,  «baş  verən  iş»  deməkdir. 

Elmdə  «fakt»  termini  iki  mənada  işlədilir:  1)  fakt  real  olaraq 

mövcud olan (və ya mövcud olmuş) hadisə kimi; 2) bu və ya digər 

konsepsiya kontekstində faktın təsvir edilməsi. 

Rasionalizm hiss üzvlərinin verdiyi məlumatı məhdud hesab 

edən,  biliyimizin  əsas  hissəsinin  qaynağını  ağılda  axtaran 

nəzəriyyədir.  Ona  görə  də  biz  şeylər  haqqında  hiss  üzvlərinin 

bacarmadığı  və  onların  verdiyi  məlumatdan  daha  doğru  və 

mükəmməl bilik əldə edirik. 

Rasional idrakın çox məşhur təmsilçisi Dekart hesab edirdi ki, 

intuisiyanın®^ köməkliyi ilə doğruluğuna heç bir şübhə yeri 



İntuisiya (lat. «intucri» - diqqətlə baxma) heç bir sübut olmadan dərk etmək qabiliyyətinə 

deyilir. 

291 


qalmayan  tamamilə  aydın,  dəqiq  ideyalar  üzə  çıxarmaq  müm- 

l^ndür.  O,  «Allahın  mövcud  olması»,  «Mənim  mövcud 

olmağım», «Tam hissədən böyükdün> və s. bu kimi ideyalan belə 

ideyalardan hesab edirdi, çünki onlar ağılın təbii işığı ilə aydm- 

laşdınlıb.  Belə  təməl  ideyalardan  çıxış  edərək  deduksiyanm 

köməkliyi ilə biliyin yerdə qalan bütün sistemini qurmaq olar. 

Nəzəri  idrak  empirik  biliyin  verdiyi  məlumatlann  rasional 

(əqli) üsullarla araşdırmaq vasitəsilə həyata keçirilir. Bu o demək 

deyil  ki,  nəzəriyyə  bütün  hallarda  empirik  məlumatlardan  çıxış 

edir.  Nəzəriyyə  biliyi  (həm  empirik,  həm  də  rasional) 

ümumiləşdirir, sistemləşdirir. 

Nəzəriyyə kateqoriyalar sistemidir. Biliklərin cəmi nəzəriyyə 

kimi çıxış edir və buna görə də nəzəriyyə mücərrəd (ab- strakt) 

zehni  fəaliyyətin  nəticəsi  hesab  edilir.  Empirik  idraka 

münasibətdə  isə  nəzəriyyə  empirik  məlumatlara  əsaslanan 

diqqətlə işlənib hazırlanmış baxışlar sistemidir. 

Nəzəriyyənin tamamilə təcrübədən asılı olması fikri XX əsr 

Amerika fəlsəfəsində çox geniş yayılmışdır. Bu fikrin tərəfdarları 

Böyük  Britaniyada  da  az  deyil.  Bunu  nəzərə  alaraq  bir  qədər 

ətraflı  da  olsa  Amerika  filosofu  və  sosioloqu  T.Parsonsun 

(1902-1978)  nəzəriyyə  haqqında  baxışları  üzərində  dayanmağı 

lazım  bildik.  O,  hesab  edirdi  ki,  idrak  tamamilə  kəmiyyət 

məsələsidir,  bu  vaxta  qədər  müşahidə  edilməyənləri  müşahidə 

etmək  əsas  məsələdir.  Bu  fikrə  uyğun  olaraq  nəzəriyyə  dərk 

edilən  faktlardan  ibarət  olmalıdır,  yəni  ümumi  nəticələr  belə 

faktların cəmi ilə təsdiq edilməlidir. T.Parsons yazırdı: «Əlbəttə, 

həqiqi  nəzəriyyə  faktlara  uyğun  olmalıdır,  lakin  buradan  elə 

nəticə  çıxmır  ki,  nəzəriyyədən  asılı  olmayaraq  üzə  çıxarılan 

faktlar  nəzəriyyənin  necə  olmasını  müəyyən  edir  və  yaxud 

nəzəriyyə hansı faktlann açılacağını müəyyən etməlidir və elmi 

axtarışlar  hansı  istiqamətdə  apanlmalıdır».^’  Bununla  yanaşı 

T.Parsons  qətiyyətlə  göstərirdi  ki,  nəzəriyyə  mütləq  məntiqə 

əsaslanmalıdır. «Hər bir nəzəri sistem kifayət qədər 

Т.Парсонс. O структуре социального действия. M., «Академический Проект», 2000. 

с.47-48. 

292 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə