Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə104/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   100   101   102   103   104   105   106   107   ...   164

məzmununun yeni biliklərdə saxlanılması); nisbətən sakit inkişaf 

dövrünün və fundamental qanun və prinsiplərin «kəskin şəkildə 

dağıdılması»  (elmi  inqilablar)  dövrünün  bir-birini  əvəz  etməsi; 

proseslərin  mürəkkəb  birliyi:  differensiasiya  (bütün  yeni  elmi 

fənlərin ayrılması) və inteqrasiya (elmin sintezi, bir sıra elmləri 

və  onların  metodlarını  birləşdirmək  cəhdi);  müasir  elmdə 

riyaziləşmə  və  kompüterləşmə  proseslərinin  dərinləşməsi  və 

genişlənməsi,  nəzəriyyənin  rolunun  artması;  insanların  həyat 

fəaliyyətində  elmin  rolunun  qüvvətlənməsi  və  onun  sosial 

əhəmiyyətinin artması və s. var».*' 

Hələ 

qədim 


dövrlərdə 

Misirin, 

Mesopotamiyanın, 

Hindistanın  sivilizasiyası  artıq  bir  çox  elm  sahələrinə  dair,  o 

cümlədən  astronomiya,  riyaziyyat,  biologiya,  təbabət  sahəsində 

böyük bilik ehtiyatı yaratmışdılar. 

Avropa mədəniyyətində isə xüsusi elmi bilik təxminən 2500 

il  bundan  əvvəl  meydana  gəlmişdir.  Təbiət  haqqında  təlim 

yaratmış ilk antik mütəfəkkirlər - Fales, Pifaqor, Anaksi- mandr 

Qədim 


Misir 

və 


Şərq 

müdriklərinin 

görüşlərindən 

faydalanmışlar. Lakin onların yaratdığı təlimlər öz yenilikləri ilə 

fərqlənirdi.  Birinci  növbədə,  onlar  əlaqəsiz  müşahidələr  və 

təkliflərdən  fərqli  olaraq  məntiqi  cəhətdən  əsaslandırılan  bilik 

sistemi - nəzəriyyə yaratmağa çalışırdılar. İkinci, bu nəzəriyyələr 

məhdud  praktiki  xarakter  daşımırdı.  Və  nəhayət  Qədim 

Yunanıstanda  nəzəri  biliyi  kahinlər  deyil,  dünyəvi  adamlar 

yaradır və hər bir arzu edən elmi qabiliyyətli şəxsləri öyrədirdilər. 

Aristotelin  yaradıcılığında  antik  elm  özünün  ən  yüksək 

səviyyəsinə çatmışdı. 

Orta əsrlərinüX-XIV yüzilliklərində elm müsəlman Şərqində 

sürətlə  inkişaf^fmişdi  (əl-Fərabi,  İbn  Sina,  Bəhmənyar, 

Nəsirəddin  Tusi  və b.).  Avropada isə  elmi-təbii  biliklər  İntibah 

dövründən başlayaraq yenidən inkişaf etməyə başlayır. 

Yeni  dövrdən  başlayaraq  elmin  inkişafında  adətən  dörd 

mərhələnin olduğunu göstərirlər. 

*' OHJioco(|)iifl. yHeÖHoe noco6ıtc. PocTOB-Ha-/lony, 

1998, c.509.

 

314 




L Romantik dövr (XV əsrdən XVIII əsrə qədər). Elm xüsusi 

həvəskarlıq  məşğuliyyəti  olmaqdan  çıxıb  sənətə  çevrilir.  Elmi 

nəticələr tədris edilir. 

2.

 

Klassik dövr (XVIII əsrdən XX əsrin əvvəllərinə qədər). Bu 

dövr  fundamental  nəzəriyyələrin  yaranması  ilə  əlaqədardır.  Bu 

vaxt  elm  xüsusi  nəzəriyyələrin  cəmi  kimi  çıxış  edir,  alimlərin 

nüflızu artır. 



3.

 

Postklassik  dövr  (təxminən  XX  əsrin  birinci  yarısı).  Bu 

dövrdə  dünyanın  müasir  izahının  əsas  nəzəriyyələri  yaradılır 

(nisbiyyət  nəzəriyyəsi,  yeni  kosmologiya,  nüvə  fizikası,  kvant 

mexanikası, genetika). Elmi ideyaların texniki kəşflərə, istehsala 

və məişətə geniş tətbiqi prosesi başlayır. 

4.

 

Postqeyri-klassik  dövr  indiyə  qədər  davam  edir.  Bu  vaxt 

elm,  bir  qayda  olaraq,  dövlətin  hərtərəfli  qayğısına  daxil  olur, 

geniş  miqyaslı  layihələr,  məsələn,  atom  və  ya  kosmik 

proqramların,  beynəlxalq  tədqiqatların  təşkili  və  s.  proqramlar 

həyata keçirilir. 

XX əsrdə qeyri-klassik təbiətşünaslığın meydana gəlməsi ilə 

əlaqədar 

elm 


fəlsəfəsi 

məntiqin, 

tarix 

fəlsəfəsinin, 



psixologiyanın,  sosiologiyanın  nəticələrindən istifadə edərək və 

mahiyyətcə  dünyanın  ümumi  elmi  mənzərəsinə  yönələn  fənlə- 

rarası  tədqiqat  xarakteri  daşıyaraq  peşəkar  fəlsəfənin  texniki 

cəhətdən  ən  mürəkkəb  bölmələrindən  biri  kimi  çıxış  edir.  Belə 

keyfiyyətdə  elm  fəlsəfəsi  XX  əsrin  ikinci  yarısında  artıq 

formalaşmışdı,  lakin  xüsusi  fəlsəfi  istiqamət  kimi  hələ  yüz  il 

əvvəl  yaranmış  və  hər  şeydən  əvvəl  klassik  elmin  koqnitiv  və 

yaxud epistemoloji ölçülərinin təhlilinə yönəlmişdi. Burada elm 

fəlsəfəsi  -  mərhələli  inkişaf  zamanı  formalaşan  və  daxili 

müxtəlifliyi (pozitivizm, neo - və postpozitivizm, neokantçı- lığın 

bəzi  cərəyanları,  neorasionalizm,  tənqidi  rasionalizm)  ilə 

fərqlənən,  xüsusi  fəlsəfi  istiqamət  yaradan  fəlsəfi  cərəyan  və 

məktəblərin  məcmuu  kimi  çıxış  edir.  Bununla  birlikdə  elm 

fəlsəfəsi  bir  sıra  fəlsəfi  təlimlər  (marksizm,  fenomenologiya, 

ekzistensializm,  neotomizm)  çərçivəsində  öz  mövcudluğunu 

davam  etdirir.  Birinci  halda  elm  fəlsəfəsinin  problematikası 

praktiki  olaraq  fəlsəfi  konsepsiyaların  məzmununu  tamamilə 

əhatə edir; ikinci halda isə, elmin analizi daha ümumi fəlsəfi 



315 


kontekstlərə daxil edilir və onlarla determinasiya olunur. Lakin 

ümumiyyətlə  elm  fəlsəfəsinin  tematikası,  onun  konseptual 

aparatı  və  mərkəzi  problemləri  hər  şeydən  əvvəl  xüsusi  fəlsəfi 

istiqamət kimi elm fəlsəfəsi çərçivəsində müəyyənləşir və yalnız 

onun  yardımı  ilə  başqa  fəlsəfi  məktəb  və  cərəyanların  diqqət 

mərkəzinə gətirilir.*^ 



«Diskursiv  postmodernizm»  təmsilçisi  kimi  çıxış  edən 

fransız  filosofu  Mişel  Fukonun  fikrincə  «...elm  diskursiv 

formasiya  elementində  və  bilik  əsasında  meydana  gəlİD>. 

Fukonun  sxemində  elm  zəncirin  axırıncı  həlqəsidir:  diskursiv 

praktika  -  bilik  -  elm.  Diskursiv  praktika  elmdən  genişdir.  Hər 

bilik deyil, propozisiya (cümlə) qurmağın müəyyən qanunlarına 

tabe  olan  bilik  -  elmdir.  Fuko  biliyin  dörd  səviyyəsini  göstərir: 

pozitiv, qnoseoloji, elmi və formal səviyyələr. Onun fikrincə son 

həddə  elmin  həyatiliyi  onun  diskursiv  praktikaya  aidiyyəti  ilə 

müəyyən edilir. 



«Konstruktiv  postmodernizm»in  əsas  təmsilçisi  J.F.Liotar 

XX  əsrdəki  qeyri-adi  elmi  kəşfləri  göstərməklə  elmin  artıq 

özünün  postmodemist  mərhələsinə  çatdığını  əsaslandırmaq 

istəyirdi.  Elmin  konstruktiv  postmodemist  fəlsəfəsi  qeyri- 

sabitliyin, lokal (məhdud) sahənin, təsadüfün, imkan çoxluğunun 

prioritetliyi (birinciliyi) üzərində israr edir. Elmdə məsələ - ideya 

yaratmaq,  aqnostikanı  artırmaq,  tam  olmayan  informasiya  ilə 

oyun,  praqmatik  yaradıcılıqdır.  Liotar  təsdiq  edirdi  ki,  əsl  alim 

əvvəlcə «tarixi söyləyir», sonra isə onu yoxlayır. 

«Dekonstruktiv postmodernizm»in lideri J.Derrida göstərirdi 

ki,  dekonstmksiya heç nəyə, o cümlədən nəzəriyyə ilə  faktlann 

əlaqəsinə aman vermir, çünki dekonstmktiv parçalanmadan sonra 

həmin əlaqədən - fıksiyadan, söz və şeyin zorla seçilən izindən 

başqa heç nə qalmır. Elmin mənası  mənasızlığa çevrilir, həyati 

qüvvədən  və  mənadan  məhmm  olan  elm  yaşaya  bilmir. 

Dekonstmktiv postmodernizm, hətta özlərinin «malikanələrində» 

- ədəbiyyatşünaslıq sahəsində də anti- elmi mövqe tutur. 



*- И.Т.Касавин. Теория как образ и понятие. - Вах: Жури. «Вопросы философии», №3, 2001, 

с. 105. 

316 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə