Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə105/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   101   102   103   104   105   106   107   108   ...   164

3.3. Elmi rasionallıq haqqında 

XX əsrin elm fəlsəfəsində elmi  rasionallıq  haqqında fikirlər 

iki  istiqamətə  bölünür.  Birinci  istiqamətə  elmi  rasionallıq 

nəzəriyyəsini  aid  etmək  olar.  Bu  nəzəriyyəyə  görə  elə  bir  elm 

nümunəsi  yaradılmalıdır  ki,  onun  özünəməxsus  mühakimələri 

təşkil  etmək  qaydaları,  məntiqi,  sübut  etmək  və  həqiqətin 

meyarları (kriteriyaları və s.) olsun. İkinci istiqamətə də elə elmi 

rasionallıq  nəzəriyyəsini  aid  etmək  olar  ki,  o  elmi-tədqiqat 

işlərinin müəyyən qaydalanna və kriteriyalanna yönəlmiş olsun. 

Birinci istiqamətin tipik nümunəsi kimi rasional elm haqqında 

pozitivist təsəvvürləri, ikinci istiqamətin tipik nümunəsi kimi isə 

Popperin elm fəlsəfəsini göstərmək olar. 

Məlumdur ki, öz mülahizələrində neopozitivistlər rasional- lıq 

nümunəsi kimi riyazi fizikanı götürürlər. Onlar hesab edirlər ki, 

hər  bir  elmi  bilik  ideal  kimi  prinsipcə  bu  nümunəyə  yaxınlaşa 

bilər və yaxınlaşmalıdır. Müvafiq olaraq elmi düşüncələr o vaxt 

rasional hesab edilə bilər ki, onlar həm formal məntiqin doğruluq 

və  ciddilik  meyarlarına,  həm  də  empirik  yoxlama  qaydalanna 

cavab  verirlər.  Stiven  Tulmin  (1922-1997)  hələ  1950-ci  illərin 

əvvəllərində  bu  nümunənin  mütləqləşdiril-  məsi  əleyhinə  çıxış 

etmişdi. O, belə bir fikir irəli sürürdü ki, istisnasız olaraq yalnız 

elm dilinin məntiqi metodlar vasitəsilə təhlilinə əsaslanmaq elm 

fəlsəfəsini alimlərin real düşüncə üsullarından uzaqlaşdırır. Canlı 

elmi fəaliyyət əvəzinə belə fəlsəfə reallıqdan uzaq olan model ilə 

işləyir.  L.Vitgenşteynin  «dil  oyunları»  ideyasına  əsaslanan 

strategiyanı  Tulmin  daha  perspektivli  hesab  edirdi.  Elmi 

nəzəriyyə  və  qanunlan  o,  «elmi  dil  oyunları»nda  düşüncə 

qaydaları  kimi  nəzərdən  keçirirdi.  «Elmi  oyun»un  məqsədi 

təzahür  edən  hadisələri  izah  etməkdən  ibarətdir.  Eyni  zamanda 

hər  hansı  «elmi  oyun»un  bir-  birindən  asılı  olmayan  xüsusi 

düşüncə  standartı  ola  bilər.  Tul-  minin  fikrincə,  epistemologiya 

müxtəlif elmlərdə və hətta eyni elm sahəsində aparılan tədqiqatın 

müxtəlif  situasiyalarında  elmi  düşüncə  standartlarını  müqayisə 

etmək imkanı yaradan nəzəriyyə olmalıdır. 



317 


K.Popperə görə elmin ideal obrazı onun ictimai ideal fikirləri 

ilə qınimaz əlaqədədir. Rasionallıq yalnız elmi idrakın zəruri şərti 

deyil,  həm  də  «açıq  cəmiyyət»in  əsasını  təşkil  edir.  Belə  ki. 

Böyük Elm «açıq cəmiyyət» üçün ideal nümunə kimi çıxış edir. 

Popper, elə cəmiyyəti açıq hesab edirdi ki, orada  «fərdlər şəxsi 

qərar  qəbul  etməyə  məcburduD>.*^  Belə  cəmiyyətin  əksi  isə 

«qapalı  cəmiyyət»dir.  Burada  fərdin  «şəxsi  rasional 

cavabdehliyi» 

sosial 

yasaqlarla, 



tabularla, 

kollektivçilik 

prinsipləri ilə və inanclarla ciddi şəkildə məhdudlaşdırılır, bəzən 

heçə endirilir. «Açıq cəmiyyət»də elmlə məşğul olan hər bir fərd 

kor-koranə  avtoritetlərin  fikirlərini  və  ənənələri  əldə  rəhbər 

tutmamalı, «şəxsi qərar» qəbul etməlidir. Lakin hər bir alim qəbul 

etdiyi  qərarların  hamısına  şəxsən  məsuliyyət  daşısa  da,  bu 

qərarlar  nəzarətdə  saxlanılır  və  son  həddə  qiymətləndirilir.  Bu 

qiymətin  xarakteri  artıq  hər  hansı  «şəxsi  qərar»dan  deyil, 

«alimlərin  açıq  cəmiyyətində»  fəaliyyətdə  olan  rasional 

mühakimə qanunlarından asılıdır.  «Açıq  cəmiyyət» elə qurulub 

ki, onun demokratik mahiyyəti öz ifadəsini Ağılın Diktaturasında 

tapır. Popperin həm epistemoloji, həm də sosial idealının mənası 

məhz bundan ibarətdir. 

Başqa  fikirdə  olan  böyük  alimlər  də  var.  Məsələn,  P.Feye- 

rabend  ilk  baxışda  paradoksal  bir  fikri  əsaslandırmağa  çalışırdı 

ki,  metodoloqların  çoxunun  hesab  etdiyi  və  bizim  hamımızın 

fikirləşdiyimiz  kimi  elm  heç  də  rasional  deyil.  O,  belə  bir  sual 

irəli  sürürdü:  əgər  müasir  metodoloji  tələblər  baxımından  elm 

mahiyyətcə inasionaldırsa və daim məntiq və ağılın qanunlarını 

pozaraq  inkişaf  edirsə,  onda  elm  mifdən  nə  ilə  fərqlənir? 

«Mahiyyətcə heç nə ilə» cavabım verir. Minillər boyu insanlar öz 

həyatlarında  mifə  əsaslanmış  və  olduqca  çox  şeylərə  nail 

olmuşlar. Bu o deməkdir ki, elmi daha rasional, daha dəqiq etmək 

cəhdi onu məhv edə bilər. (Bu barədə bir qədər aşağıda yenə də 

bəhs ediləcək). 

К.Поппср. Открытое общество и его враги. Т.1. М.. 1992. с.218. 

318 



3.4. Elmlərin təsnifatı 

İnsan-fəaliyyət  vasitəsi-təbiət  sistemində  üç  hissənin  olması 

elmi  idrakda  üç  istiqamətin  ayrılmasını  şərtləndirir:  humanitar 

elmlər, texniki elmlər, təbiət elmləri. Bununla yanaşı başqa bölgü 

prinsipi də mövcuddur: fundamental («təmiz») və tətbiqi elmlər. 

Əgər  «təmiz  elmlər»  həqiqəti  aşkar  etmək  məqsədi  güdürsə, 

tətbiqi  elmlər  hər  hansı  praktiki  nəticə  almaq  istiqamətinə 

yönəldilir. Lakin bu iki sahə bir-birilə qırılmaz surətdə bağlıdır. 

Elmlərin bir sıra qarşılıqlı təsir formaları mövcuddur: 1) iki 

müxtəlif  elm  sahəsinin  qarşılıqlı  təsiri  nəticəsində  yeni  elm 

meydana  gəlir.  Məsələn,  fizika,  kimya,  kimyəvi  fizika,  bio- 

kimya,  geofizika  və  s.;  2)  bir  abstrakt  (mücərrəd)  elm  bir  sıra 

başqa elm sahələrinə nüfuz edir. Məsələn, kibernetikanın bioloji, 

texniki,  ictimai  elmlərə  münasibətdə  rolu  bu  qəbildəndir;  3) 

müxtəlif tərəflərdən eyni vaxtda eyni predmeti öyrənən bir neçə 

elmin nəinki birləşməsi, hətta tamamilə qaynayıb qarışması baş 

verir.  Məsələn,  molekulyar  biologiya  -  kimyanın,  biologiyanın, 

bioüzvi  kimyanın,  kibernetikanın,  biokibemetikanın  sintezindən 

yaranıb. 

Göründüyü kimi təbiətin, cəmiyyətin və təfəkkürün müəyyən 

fraqmentləri eyni vaxtda bir çox həm qarışıq, həm də bir-birindən 

ayrı elmlərin tədqiqat predmeti olur. Məsələn, insanın mahiyyəti 

probleminin  tədqiqində  qarşılıqlı  əlaqədə  olan  elmlərin  bütöv 

kompleksi birləşir. 

Elmi  biliklərin  sintezi  nəzəri  elmlərin  bütöv  kompleksinin 

məsələn, kibernetikanın, informasiya nəzəriyyəsinin, sistemlərin 

ümumi  nəzəriyyəsinin,  nəzəri  biologiyanın  və  b.  yaranmasında 

təzahür edir. Hətta elm haqqında elm - elmşünaslıq kimi sintetik 

elm sahəsi yaranıb. 

Yeri  gəlmişkən  həqiqi  elmdən  uzaq  olan  bir  sıra  «bilik» 

sahələrinin də qısa təsnifatını verməyə cəhd göstərilir. 

Kvazielm xəyali, həqiqi olmayan elmdir. 

Anormal  elm  müasir  elmi  ictimaiyyət  tərəfindən  qəbul 

edilmiş  normalardan  kənarda  olan  elmdir.  Lakin  elmi 

normalardan kənarda elm ola bilməz. 

319 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə