Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə101/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   97   98   99   100   101   102   103   104   ...   164

sədyönlü  təsir  göstərməyə  deyilir.  Modelləşdirmə  xüsusi 

yaradılmış  başqa  obyektdə  (modeldə)  tədqiq  edilən  obyektin 

müəyyən xassə və əlaqələrinin yenidən canlandınimasıdır. 

«Modelləşdirmə» anlayışı həm geniş, fəlsəfi mənada, həm də 

dar, xüsusi mənada istifadə edilir. Geniş mənada modelləşdirmə 

idrak  prosesinin  bəzi  ümumi  aspektini  ifadə  edir.  Obyekti  dərk 

etmək  -  onun  modelini  yaratmaqdır.  Bu  mənada  anlayış, 

kateqoriya, elmi nəzəriyyə də modeldir. 

Sözün  dar  mənasında  modelləşdirmə  idrakın  elə  xüsusi 

üsuludur  ki,  bir  sistem  (tədqiqat  obyekti)  başqa  sistemdə 

(modeldə)  yenidən  canlandırılır.  Modelin  əsas  keyfiyyəti  onun 

sistemə - orijinala uyğun gəlməsi, oxşamasıdır. Lakin heç bir qu- 

raşdınlan model orijinala tam oxşar, adekvat ola bilməz. 

Modellər  cismani  (fiziki,  kimyəvi  və  s.)  komponentlərdən 

düzəldilən  maddi  və  müxtəlif  əqli  (məntiqi,  riyazi  və  s.)  for- 

malann birləşməsindən yaranan ideal modellər kimi iki növ təşkil 

edirlər.  Elmin  inkişafı  ilə  əlaqədar  olaraq  müasir  dövrdə  ideal, 

məntiqi-riyazi modelləşdirmənin rolu getdikcə artır. 

Əqli  proseslərin  modelləşdirilməsində  öz-özlüyündə  nəticə 

deyil,  müəyyən  nəticəyə  gətirə  biləcək  proses  daha  vacibdir. 

Təfəkkürün  modelləşdirilməsi  müəyyən  obyektin  -  təfəkkürün 

dərk edilməsinə tətbiq  edilən model metodudur. Modelləşdirmə 

ümumiyyətlə,  insan  idrakının  əsas  yollanndan  biridir. 

Modelləşdirmə  anlayışı  ilə  ifadə  olunan  idrak  üsullan  modelin 

quraşdırılması və analizindən əldə edilən biliyin modelləşdirilən 

obyektə  (orijinala)  keçirilməsinə  əsaslanır.  Modelləşdirmə 

metodunun  məntiqi  əsasını  analogiya  təşkil  edir.  Təfəkkürün 

bilavasitə dərk edilməsi çox çətin məsələdir. Ona görə də alimlər 

bu işi modelləri  tətbiq  etmək  yolu  ilə sadələşdirməyə çalışırlar. 

Kompüterlərin  meydana  gəlməsi  əqli  proseslərin  texniki 

modelləşdirilməsi üçün ilkin şərait yaratdı. 

Beləliklə,  elmi  modelləri  aşağıdakı  qaydada  qruplaşdırmaq 

olar:  1)  bir  hadisəni  başqası  vasitəsilə  təsəvvür  etmək,  məsələn 

analogiya və metafora; 2) münasibətlər cəminin formal təsəvvürü 

(riyazi və yaxud formal məntiqi); 3) münasibətlər cəminin fiziki, 

coğrafi və ya sxematik (xəritə də daxil olmaqla) 



305 


ifadəsi;  4)  real  dünya  proseslərini  modelləşdirməyə  imkan 

yaradan  kompüter  modelləri;  və  nəhayət,  mücərrəd  ümumi 

anlayışları  (məsələn,  ideal  tip)  və  yaxud  nəzəriyyəni  də  model 

kimi  göstərmək  olar.  Nəticə  etibarilə  «model»  və  «nəzəriyyə» 

terminləri  arasında  ciddi  fərq  olmur,  çünki  onların  hər  ikisi  də 

ümumiləşdirmə  üçün  zəruri  olan  gerçəkliyin  müəyyən  qədər 

sadələşdirilməsini nəzərdə tutur. 

İntuisiomzm  və  yaxud  konstrııktiviznıin  banisi  Hollandiya 

riyaziyyatçısı  LBaıterdir,  İntuisionistlər  riyaziyyata  etibarlı 

mövqe  təmin  etmək  üçün  aşağıdakını  təklif  edirlər:  riyazi 

əməliyyatların başlanğıcını - formalistlər etdiyi kimi simvollar ilə 

deyil, 

intellektin 



əyani-aydın 

riyazi 


intuisiyalan 

ilə 


əlaqələndirmək  lazımdır;  fonnulalar  çıxarmaq  deyil,  riyazi 

obyektlər  qurmaq  (konstruksiya  etmək)  zəruridir;  aktual 

sonsuzluq anlayışından imtina etməli, çünki sonsuzluğu qurmaq 

olmaz; qurmaq prosesində atılan addımların intuitiv yolla təsdiq 

edilən  və  sərbəst  meydana  gələn  ardıcıllığından  istifadə 

edilməlidir. 



Mücərrədləşdirmə  (abstraktlaşdırma)  və  konkretləşdirmə. 

Abstraksiya (lat. «abstractio» - aralanmaq, uzaqlaşmaq) ən geniş 

mənada obyektin indiki tədqiqat mərhələsində təfəkkürün ən əsas 

əməliyyatlarından  biridir.  Belə  ki,  fikir  nəyisə  bilavasitə 

qavranılan  təfəkkürdən  ayırır,  onun  bir  hissəsini  tədqiqatın 

sonrakı mərhələsində istifadə etmək üçün saxlayır. «Abstraksiya 

dar  mənada  təfəkkürün  elə  prosesidir  ki,  burada  biz  təsadüfi, 

əhəmiyyətsiz  tərəflərdən  uzaqlaşır  və  elmi,  obyektiv  idraka 

çatmaq  üçün  ümumi,  zəruri,  əhəmiyyətli  cəhətləri  ayın-  nq. 

Abstraksiya anlayışların yaranması Vasitəsidir».’'* 

Hər  bir  predmetin,  hadisənin  saysız-hesabsız  mürəkkəb 

xassələri,  əlaqələri  və  münasibətlərinin  bütün  cəmi  ilə  birlikdə 

fikri  obrazına  idrakda  konkretlik  deyilir  (lat.  «concretus»  - 

bitişmə). Fəlsəfə dilində müxtəlifliyin vəhdəti konkretlik adlanır. 

Fikrin  ayrı-ayrı  abstraksiyalardan  onların  sintetik  birliyinə 

doğru  hərəkətinə  -  mücərrəddən  konkretə  yüksəlmək  metodu 

deyilir. 



n;ıoco(})CKnrı iHUHKJioncaıiMecKiiH cjıOBapb. M.. MHtDPA. 1999. c.9. 

306 


Analiz  və  sintez  bütöv  sistemin  dərkedilmə  üsulu  kimi 

mücərrədləşdirmə və konkretləşdirmə ilə əlaqədədir. Mücərrədli- 

yin  yaranma  yolu  hər  şeydən  əvvəl  analitik  yoldur,  yəni  pred- 

meti onu təşkil edən komponentlərə, tərəflərə bölmək və onlardan 

əsaslanm,  ən  mühümlərini  seçib  ayırmaq  yoludur.  Konkretlik 

sintezin,  yəni  mücərrədləşdirmə  prosesində  seçilib  aynlan 

anlayışlann nə isə bütöv, tam halında yenidən birləşdirilməsinin 

nəticəsidir.  Bu  birləşdirilmənin  (sintezin)  nəticəsi  həm  konkret 

anlayış, həm də elmi nəzəriyyə ola bilər. K.Marksın dediyinə görə 

«konkret  ona  görə  konkretdir  ki,  o  çoxlu  təriflərin  sintezidir, 

deməli müxtəlifliyin vəhdətidİD>.’^ 

«Konkret»  və  «mücərrəd»  (abstrakt)  fəlsəfənin  elə  kateqo- 

riyalandır  ki,  həm  real  mövcud  olan  predmeti,  həm  də  idrakı 

xarakterizə edir. 

Məntiqi baxımdan «konkret» və «mücərrəd» obyekt haqqında 

biliyi xarakterizə edir. Mücərrəd deyəndə tam olmayan, birtərəfli 

bilik  başa  düşülür;  belə  bilik  obyektin  ayn-ayrı  tərəflərini  əks 

etdirən  anlayış  və  kateqoriyalarla  ifadə  edilir.  Konkretlik  isə 

obyektin bütün tərəf və əlaqələrinin tam məcmuunu əks etdirən 

hərtərəfli və tam bilikdir. Konkretlik çoxlu tərəflərin sintezi, tam 

bilik verən mücərrədlik sistemidir. 

Hegelin  mütləq  ideyanı  əsaslandırmaq  üçün  istifadə  etdiyi 

mücərrəddən  konkretə  yüksəlmək  metodu  Marks  tərəfindən 

materialist  baxımdan  yenidən  işlənmiş  və  kapitalist  istehsal 

üsulunun  təhlilində  geniş  istifadə  edilmişdir.  Marks  yazırdı: 

«Hegel...  reallığı  özü-özündə  sintez  edən,  özündə  dərinləşən, 

öz-özündən  inkişaf  edən  təfəkkür  hesab  edərkən  xülyaya 

qapılır...».^®  O,  hesab  edirdi  ki,  «mücərrəddən  konkretə 

yüksəlmək  metodu  elə  üsuldur  ki,  onun  köməkliyi  ilə  təfəkkür 

özü  üçün  konkretliyi  mənimsəyir,  onu  mənəvi  konkret  kimi 

yenidən ya- radiD>.’’ Marksm fikrincə gerçəkliyin şüurda hər cür 

əks olunması obyektin və anlayışın, predmetin və onun obrazının 

məlum  olan  qarşıdurmasıdır.  Konkretlik  müxtəliflik  daxilində 

olan vəhdətdir. 



” К.Маркс и Ф.Энгельс. Сочинения. Т.12, с.727. 

Yenə orada. 

’’ Yenə orada. 

307 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə