Antielm elmə qarşı düşmən münasibət bəsləməkdir. Antielm
nəinki elmdən, hətta mədəniyyətdən uzaq olan adamlann
uydurmasıdır.
«Yabançı elm» terminini «antielm» termininin sinonimi
hesab etmək olar.
XX əsr Avropa filosoflarının əksəriyyəti hissi idrak vasitəsilə
qavranılan dünyanın sonsuz dərəcədə elementlərdən ibarət
olduğu üçün onun axıra qədər dərk olunmasını mümkün hesab
etmirlər. Məsələn, fransız filosofu Reymon Aron yazırdı: «Dərk
etmək istədiyimiz bizi əhatə edən reallıq qarşımızda nə isə sonsuz
bir şey kimi iki məna daşıyır: ekstensiv və intensiv. Şeylər
məkanda sonsuz olaraq genişlənir, hadisələr vaxt daxilində
inkişaf edir. Materiyanın hər bir santimetri özündə sonsuz
dərəcədə xassə gizlədir». «Dünyanın fasiləsizliyini xarakterizə
edən, bizim hissi qavrayışlanmızla alınan bu sonsuzluq düşüncə
ilə anlaşılmiD). «Bütün elmlərin ümumi əlaməti var: onlar hissi
sonsuzluğu aradan qaldınr. Onlar eyniyyətin zəruriliyini təmin
edən üsullar ilə fərqlənirləD).*“*
R.Aronun gəldiyi nəticə çox maraqlıdır. Elmlərin hamısı
«eyniyyətin zəruriliyi»ni qəbul edir, yalnız bu zəruriliyi
müəyyənləşdirən metodlarla fərqlənirlər.
Hələ orta əsrlərdə müsəlman Şərqi filosofları elmləri iki
hissəyə bölürdülər: zahiri və daxili, başqa sözlə maddi və mənəvi
dünyam öyrənən elmlər. Əl-Qəzali deyirdi: «Zahiri elm
duyğularla qavranılan elmdir».*^ Lakin «bütün elmlər duyğu
vasitəsilə gəlməz... könül bu aləmdən deyil. Bəlkə mələklər
aləmindəndin Bu dünya üçün yaradılan duyğular mələklər
aləmini öyrənməyə mane olur. Bu halda könül duyğular bağından
azad olmadıqca, o aləmə yol tapa bilməz».*^ Əl-Fərabi isə bütün
elmlərin fovqündə duran bir elm tanıyırdı. O, deyirdi ki, təbiət
haqqında elmlərin meydana gəlməsi səbəblərini tədqiq etmək
«Allahı dərk etməyə və Onun substansiya və aksiden-
* **
P.ApoH. Избранное: Введение в философию истории. М.-СПб, «Университетская
книга», 2000, с.78.
” İmam Qazali. Kimyayi Saadat. Beyazit-İstanbul, 1981, s.24.
** Ycno orada, s.25.
320
siyanın yaradıcısı olmasını etiraf etməyə səbəb olur. Nəticədə elə
təfəkkür yaranır ki, bizi Onun varlığına gətirib çıxanr, bizi Onu
dərk etməyə qaldmr, çünki O mövcuddur. Bu elm - fövqəltəbii
elm - metafizika və yaxud İlahi elm adlanır. Bu elm elmlərin sonu
və yekunudur, ondan sonra tədqiq olunası bir şey qalmır. O elə bir
məqsəddir ki, bütün tədqiqatlar ona can atır və onda rahatlıq
tapm>.*’
Tomas Kun (1922-1996) və Pol Feyerabend (1924) bir-
birindən asılı olmayaraq belə nəticəyə gəldilər ki, elmi metodun
təbiətini müəyyən etməyin ən yaxşı üsulu filosofluq etmək deyil,
keçmiş və indiki alimlərin əsərlərini müşahidə edib qeyd
aparmaqdır.
Elm tarixini mükəmməl öyrənmək nəticəsində T.Kun elmin
mövcudluğunun iki müxtəlif forması olduğunu göstərir: normal
və inqilabi formalar.
Normal elm yeni nəzəriyyə yaratmır və köhnənin adekvat-
lığını yoxlamır. Belə elm sadəcə olaraq qəbul edir ki, indiki
zamanda işləyən nəzəriyyələr doğrudur. Normal elmin
metodologiyası doğru-yalan yolla təbiəti əvvəllər hazırlanmış
müxtəlif nəzəri qəliblərə yerləşdirməkdən ibarətdir.
T.Kun göstərir ki, vaxtaşırı elmi inqilablar baş verir. Belə
inqilablar həddən artıq az və mövcud nəzəriyyələrin tamamilə
gücsüz olduğu vaxt baş verir. Bir müddət müxtəlif nəzəriyyələr
(və müxtəlif alimlər) bir-biri ilə rəqabət aparır, sonra isə onlardan
biri o birilərindən üstün hesab edilir.
P.Feyerabend, T.Kunun inqilabi elm adlandırdığı dövrə
bö}nik diqqət yetirərək göstərir ki, məhz həmin dövrdə yeni
nəzəriyyələr yaranır, köhnələr isə aradan götürülür. Onun əsas
müddəası odur ki, alimlərin heç vaxt xüsusi metodologiyası
olmur. P.Feyerabend elmi anarxizmdən danışır, çünki elmdə daha
münasib universal iş qaydaları yoxdur. İnsan ağlı yüksək
dərəcədə yaradıcı xarakter daşıyır, intellektual çağırışa həmişə
yeni və əvvəlcədən gözlənilməyən üsullarla cavab verməyə
qadirdir.
Ajı-OapaÖH. EcrecTBeHHO-HayHHue rpaıcTaTbi, c.99.
321
3.5. Elm və fəlsəfə
«...Elm fəlsəfəsi xüsusi fəlsəfi cərəyan, təbiət və cəmiyyət
elmlərinin fəlsəfi problemləri deyil, elmin idrak fəaliyyəti kimi
öyrənilməsi deməkdir. Bəzən elmin fəlsəfəsini, elmi metodlara
diqqəti yönəltmək üçün elmi idrakın metodologiyası
adlandırırlar. Elmin fəlsəfəsini elmin bu və ya digər tərəfini
tədqiq edən fənlərin cəmi olan elmşiutaslığa daxil edirlər».**
Fəlsəfə ilə elmin qarşılıqlı əlaqəsi məsələsi həmişə fəlsəfənin
mərkəzi problemlərindən olmuşdur. Fəlsəfənin yalnız ağıla
əsaslanan metodları xüsusi elmlərin istifadə etdiyi metodlardan
prinsipcə fərqlənir. Amerika filosofu T.Parsons yazır:
«...Fəlsəfəyə qalıq kateqoriya kimi tərif vermək ədalətli olardı.
Fəlsəfə empirik elmin metodlarından fərqli metodlarla insan
varlığını ağılla başa düşmək cəhdidir.
Fəlsəfə ilə elm arasında ciddi əlaqənin mövcudluğu, onlar
arasındakı fərqin artıq müəyyən edilməsi ağılın öz ümumi
təbiətindən çıxarılan sadə deduksiyadır. Ümumi prinsip ondan
ibarətdir ki, ağıl öz təbiətinə görə onun sərhədləri daxilində olan
bütün təcrübənin rasional ardıcıl izahına can atır. Bir halda ki,
fəlsəfi, həm də elmi müddəalara eyni ağılın diqqəti yönəldilir,
onlar arasında məntiqi uzlaşma yaratmaq meyli təbiidir. Buradan
həm də dəqiq olaraq belə çıxır ki, insan təcrübəsində keçilməz
maneə mövcud ola bilməz. Rasional (əqli) idrak vahid üzvi
bütövlükdür».*’ Deməli, T.Parsonsun fikrincə fəlsəfəni bütün
elmlərlə birləşdirən ümumi cəhət rasional idrakdır.
Fəlsəfi tədqiqatların xüsusi sahəsi kimi elm fəlsəfəsi - XIX
əsrin ortalarında ingilis filosofu və elm tarixçisi Uilyam Uevell və
onun həmyerlisi C.S.Mili, həmçinin pozitivizmin banisi Oqüst
Kontun və başqalarının əsərlərində formalaşmağa başlayır.
Əlbəttə, bundan əvvəllər də filosofların elm haqqında fikirləri
olmuşdur, lakin bu fikirlər insan təfəkkürünün təbiəti haqqında
ümumi təsəvvürlər çərçivəsində deyilirdi, elmi idrak isə
təfəkkürün ən ali təzahürlərindən biri hesab edilirdi.
****
**** А.Л.Никифиров. Философия науки. M.. «До.м интеллектуальной книги», 1998. с.9.
Т.Парсонс. О структуре социального действия. с.66.
322
Dostları ilə paylaş: |