rizə, tətbiq edilən qaydaların qanuniliyi ilə əlaqədə olan
problemlər, başqa sözlə ayrıca götürülmüş ölkələrin daxili hesab
etdikləri problemlər qloballaşır. Qloballaşma prosesi qeyri-
bərabər baş verdiyi üçün bəzi ölkələr və bölgələr onun təsirini
istənilən qədər hiss etmir, lakin bu iti və dayandırılmaz prosesin
onları radikal dəyişikliklərin burulğanına salması heç bir şübhə
doğurmur. XXI əsrdə dünya ümumi problemləri vahid insan
toplumu kimi birlikdə həll etməlidir».”
Artıq hamıya məlumdur ki, qloballaşma milli, dini, regional
və s. ənənələrin tədricən zəifləməsinə səbəb olursa da, tamamilə
aradan götürə bilmir. Çünki xalqlar, etnik qruplar, fərdlər öz
mədəniyyətinə, dilinə, öz evi adlandırdığı yerə bağlıdır və bütün
bunlardan elə də asanlıqla imtina etmir. ABŞ, Yaponiya,
Almaniya kimi qüdrətli ölkələr öz iqtisadiyyatlarını əgər
maraqlarına
uyğun
gəlməsə
geoiqtisadi
komplekslərə
bağlamırlar. «Qloballaşma bir tərəfdən yeni üfüqlər aça bilər və
nəhəng yaradıcı qüvvələri üzə çıxarıb azad edə bilər». «Başqa
tərəfdən qloballaşma prosesinə qoşulmaq mümkünsüz olur. Çox
vaxt qloballaşmanı müşayiət edən rekulturizasiya prosesi
amansız, qeyri-insani olur, əxlaqi dayaqları təhqir edir».^®
D, Qlobal münaqişələr. Sivilizasiyaların qarşılıqlı
münasibəti Bir sıra Qərb alimləri göstərirlər ki, yaxın gələcəkdə
dünya siyasətinin subyekti kimi sivilizasiyalar milli dövlətləri
əvəz edəcəklər. Sivilizasiyalar - bir-birindən öz tarixi, dili,
ənənəsi, daha çox dini ilə fərqlənən birliklərdir.
Harvard Universitetinin (ABŞ) professoru Semuel Hantinq-
ton yazır: «Qlobal siyasətdə prinsipial münaqişə müxtəlif
sivilizasiyalara aid millət və qruplar arasında baş verəcək.
Sivilizasiyaların toqquşması dünya siyasətində önəmli yer
tutacaq. Əgər baş tutarsa, növbəti dünya müharibəsi
sivilizasiyaların müharibəsi olacaqdır».^' S.Hantinqtonun
dediyinə görə sivilizasiyaların qarşılıqlı münasibəti potensial
olaraq müna-
” Sitat götürülüb: В.Рамзес. Глобализация стучится в дверь. - Вах: Жури. «Азия и Африка
сегодня», № 5. 2002, с.З.
А.И.Уткин. Göstorilon osor, s.244.
•' Вах: Жури. «Вопросы философии», № 2, 1998. с.20.
362
qişə daşıyıcısıdır, çünki onların əsasında müxtəlif dəyər və
əqidələr durur. Dəyər və əqidələri barışdırmaq isə iqtisadi və
siyasi mənafeləri banşdırmaqdan daha mürəkkəbdir. O, yazır:
«Qərb həqiqətən də beynəlxalq qurumlardan, hərbi qüdrətin-
dən və iqtisadi ehtiyatlarından istifadə edərək. Qərbin üstünlü-
yünü saxlamaqla, Qərbin maraqlarını qorumaqla. Qərbin iq-
tisadi və siyasi dəyərlərini yaymaqla dünyanı idarə etmək is-
təyir».^^
Sivilizasiyaların toqquşması nəzəriyyəsinə əsaslanaraq,
S.Hantinqton qlobal münaqişələri də qruplaşdıraraq altı prob-
lem üzərində dayanır.
«1. Qlobal siyasətin formalaşmasının BMT, Beynəlxalq
Valyuta Fondu və Ümumdünya Bankı kimi beynəlxalq təşki-
latların fəaliyyətinə təsir problemi.
2.
Silahların yayılmaması və silahlanmaya nəzarət, həm-
çinin qızğın silahlanma məsələsinə ziddiyyətli münasibətdə
özünü göstərən hərbi qüdrət problemi.
3.
Ticarət, investisiya və b. məsələlərdə özünü göstərən ix-
tilaf, iqtisadi qüdrət və zənginlik problemi.
4.
İnsanların problemləri. Burada söhbət həm də bir sivi-
lizasiyanı təmsil edən dövlətin başqa sivilizasiya çərçivəsində
ona qohum olan əhalini müdafiə etmək, başqa sivilizasiyanı
təmsil edən insanların diskriminasiyası və öz ərazisindən belə
adamlann qovulması cəhdindən gedir.
5.
Dəyər və mədəniyyət problemi ətrafında konflikt o za-
man baş verir ki, dövlət öz dəyərlərini başqa sivilizasiyadan
olan xalqa keçirmək və ya zorla qəbul etdirməyə çalışır.
6.
Aparıcı dövlətlərin demokratiya xətti üzrə münaqişələrdə
iştirak etdiyi vaxt meydana gələn epizodik ərazi problemlə-
rı»
23
Beləliklə, S.Hantinqton bir daha təsdiq edir ki, qlobal
münaqişələr fərqli sivilizasiyalara məxsus olan aparıcı dövlətlər
arasında baş verir.
■■ Ycno orada, s.21.
Новая постиндустриальная волна на Западе, с.541.
363
Biz belə hesab edirik ki, S.Hantinqtonun islam və başqa si-
vilizasiyalann Qərbin demokratiya dəyərləri və bazar
iqtisadiyyatı ilə bir araya sığmaması haqqında təşvişi əsassızdır.
Çağdaş dünyada heç bir sivilizasiya özünün spesifikliyinə
baxmayaraq dünyada baş verən qlobal iqtisadi və siyasi
modernləşmə prosesindən kənarda qala bilməz.
Avropada sənayeləşmənin nəticəsi kimi milli dövlətlər
yarandı. İndiki dövrdə isə inteqrasiya prosesi sürətlə davam edir.
F.Fukuyama yazır: «İqtisadi qüvvələr əvvəlcə millətçiliyi
yaratdılar, sinifləri milli maneələr əvəz etdilər, mərkəzləşmiş, dil
cəhətdən homogen birlik qurdular. Həmin iqtisadi qüvvələr
vahid, inteqrasiya olunmuş dünya bazarı yaratmaq vasitəsilə milli
maneələri (baryerləri) dağıtmağa yönəldilər. Millətçiliyin iflası
yaxın zamanın işidİD>.^'* Deməli, F.Fukuyamanın fikrincə milli
dövlətlərin hamısı yaxın gələcəkdə qüdrətli dövlətlərin təsiri
altında qloballaşmağa məhkumdur.
İndiki dövrdə dünya yalnız təbii seçmə mexanizmi kimi
bazara uyğunlaşan qabiliyyətli adamlara deyil, həmçinin öz
ölkəsində zamanın tələblərinə cavab verən sivil qaydalar qurmağı
bacaranlarla, belə qaydalan qurmağa qabiliyyəti olmadığı üçün
daha qüdrətli olanın himayəsində olmağa məcbur olanlara
bölünübdür. Bu barədə xeyli vaxtdır ki, Afrika haqqında
danışırlar, son dövrlərdə isə belə ölkələr siyahısına Müstəqil
Dövlətlər Birliyi (MDB) ölkələri də daxil edilmişdir.
Yüksək inkişaf səviyyəsinə çatmış ölkələr ilə az inkişaf etmiş
və yaxud geri qalmış ölkələr arasındakı ziddiyyətlər, münaqişələr
Qərbin daha uzaqgörən alimlərini və siyasi xadimlərini narahat
edir. Amerika politoloqu Z.Bjezinski (1928) deyir: «Mübaliğəsiz
olaraq təsdiq etmək olar ki, Qərb cəmiyyətinin daha şüurlu
dairələrində tarixi narahatlıq, bəlkə də hətta bədbinlik hiss
olunmağa başlayıb. Bu inamsızlıq soyuq müharibənin qurtarması
nəticəsində geniş yayılan ümidsizlik ilə qüvvətlənməkdədir.
Konsensus və harmoniya ilə yaradılan «yeni dünya nizamı»
keçmişdə qalan hadisə hesab edilmək
*■* Sitat götürülüb;
A.H.V
TKHH
.
Göstərilən əsər,
s.7.
364
Dostları ilə paylaş: |