üsulu və miqdarı. Sinfin formalaşmasını və son nəticədə siniflər
arasındakı fərqi şərtləndirən əsas amil insanlann istehsal
vasitələrinə olan münasibətidir.
Hələ Marksa qədər siniflərin mövcudluğu və onlar arasında
münaqişənin olması haqqında deyilmişdi. Bəs Marks siniflər
haqqında təlimə hansı yeniliklər gətirmişdir? O, yazırdı: «Mən
yeni nə etmişəmsə, bu aşağıdakılan sübut etmək olmuşdur: 1)
siniflə- rin mövcudluğu yalnız istehsalın inkişafının müəyyən
tarixi fazaları ilə əlaqədardır; 2) sinfi mübarizə zəruri olardiq
proletariat diktaturasına apanr; 3) bu diktaturanın özü yalnız
hər cür siniflərin ləğv edilməsinə və sinifsiz cəmiyyətə keçidi
təşkil edİD)."”
Marksın bu fikrinin 2-ci və 3-cü hissələrinin əsassız olduğu
sonralar sübut edildi və tarixin inkişafı onlan inkar etdi.
Marksizmə görə sinfi mübarizənin üç forması var: iqtisadi,
ideoloji və siyasi mübarizə. Axınncı ən kəskin mübarizə forması
hesab edilir.
Göstərmək lazımdır ki, sinfin əsas əlaməti kimi istehsal
vasitələrinə münasibətin seçilməsi, ümumiyyətlə cəmiyyətin
izah edilməsinin əsas prinsipi kimi insanlann istehsal
fəaliyyətinin götürülməsi inkişaf etmiş müasir cəmiyyətlərin
(postindustrial, informasion) təhlil edilməsi işində özünü
doğrultmur. Çünki bu cəmiyyətlərdə əhalinin yalnız 1/4 hissəsi
istehsal fəaliyyəti ilə məş^ldur. İnformasiyaya, yüksək ixtisasa,
biliyə, istedada malik olmaq ictimai istehsal vasitələrinə sahib
olmaqdan daha çox imtiyaz gətirir. İstehsal vasitələrinə sahib
olanlann özlərini də aynca qruplara bölmək çətindir.
Sosial-siyasi elmlərdə sinif haqqında aşağıdakı tərifin daha
çox tərəfdan var: müasir cəmiyyətdə öz gəliri, təhsili,
hakimiyyəti, hörməti ilə başqalarından fərqlənən hər bir sosial
qrupa sinif deyilir.
Sosiologiyada dörd əsas stratifıkasiya'*^ tipi məlumdur:
quldarlıq, kasta (silk), təbəqə (zümrə) və sinif Əvvəlki üç tip -
qapalı cəmiyyəti, axınncı isə - açıq cəmiyyəti xarakterizə edir.
Qapalı o cəmiyyətə deyilir ki, aşağı stratdan yuxanya yer
dəyişmə
K.Маркс и Ф.Энгсльс. Сочинения, Т.21, с.427.
■*’ Stratinkasiya (lat. «stratum» - təbəqə, «facere» - etmək, düzəltmək) geologiyaya aid olan
termindir. Bu nəzəriyyəyə görə cəmiyyət müxtəlif sosial təbəqələrə (stratlara) bölünür.
387
ya tamamilə yasaq edilir, ya da xeyli məhdudlaşdınlır. Açıq
cəmiyyətdə isə belə yerdəyişmə rəsmən məhdudlaşdınlmır.
Müasir cəmiyyətdəki sinifləri tarixi inkişafın əvvəlki mərhə-
lələrindəki tarixi formalardan ayırmaq lazımdır. Məsələn,
quldarlıq insanlann tam hüquqsuzluğa və ifrat bərabərsizliyə
məhkum edilməsinin iqtisadi, sosial və hüquqi formasıdır.
Feodalizm cəmiyyəti üçün zümrə təbəqələşməsi xarakterik
olmuşdur. Zümrə elə sosial qrupdur ki, adətdə və yaxud qanunda
möhkəmlənmiş və irsən keçən davranış və imtiyazlara malikdir.
Zümrəyə yaxın olan başqa sosial qrup - kastadır. Kasta elə
qapalı insan qrupudur ki, onun üzvlərini irsən keçən peşə
mənsubiyyəti müəyyənləşdirir.
Marksist izahata görə, əsas və qeyri-əsas siniflər mövcuddur.
Məsələn, kapitalizmdə əsas siniflər burjuaziya və proletariat,
qeyri-əsas isə mülkədarlar, kəndlilər və başqaları hesab edilirlər.
Qeyd etmək lazımdır ki, XX əsrin ikinci yansında ictimai
həyatın xarakteri bir çox keyfiyyətlərə, parametrlərə görə kəskin
dəyişibdir. Hər şeydən əvvəl «əsas və qeyri-əsas siniflər»
anlayışı indi müasir gerçəkliyi hətta təxmini dəqiqliklə də əks
etdirmir. İnkişaf etmiş ölkələrdə fəhlə sinfi artıq vahid sosial
birlik kimi çıxış etmir; onun görüşləri və mövqeyi heç də həmişə
mütərəqqi olmur. Bütövlükdə siniflər bəşəriyyətin sosial qrupları
kimi ictimai həyatı müəyyənləşdirmək qabiliyyətini çoxdan
itiribdir; sinfi mübarizəni isə tarixi prosesin hərəkətverici
qüvvəsi kimi izah edən marksist təlim sadəcə olaraq qəbul
edilməzdir. Sinfi fərqlər hər şeydən əvvəl insanlann maddi rifah
halından və məşğuliyyət növündən asılıdır. XX əsrdə Qərb
cəmiyyətində aşağıdakı siniflər olmuşdur: ali i7/ız/(varlı- lar,
sahibkarlar, sənayeçilər və həmçinin istehsal vasitələrinə
bilavasitə nəzarət edən idarəçilər); orta sinif («ağ yaxalı»
adlanan məmurların çoxu və mütəxəssislər); fəhlə sinfi («göy
yaxalılar»). Yüksək texnologiyanın tətbiqi kəndlilərin sayını
olduqca azaldıbdır. Lakin inkişaf etməkdə olan ölkələrdə bu
günə qədər kəndlilər daha çoxsaylı sinif olaraq qalır.
Elə fikirlər də var ki, sinif heç də insan qrupları deyil,
müəyyən mövqe tuta bilmək imkanı yaradan sistemdir. Məsə-
388
lən, ABŞ sosioloqu Daniel Bell yazır: «Son nəticədə sinif
konkret insan qrupu deyil, müxtəlif səlahiyyətlər və onlarla
bağlı olan imtiyazları əldə etmək, onlara sahib olmaq və
ötürmək üçün əsas qaydaları yaradan sistemdir».^'^
Fikirlər müxtəlif və bəzən bir-birinə zidd olur. Bir sıra
müəlliflər təsdiq edirlər ki, müasir Qərb cəmiyyətlərində siniflər
öz əhəmiyyətini ümumiyyətlə itirib. Onlar razılaşırlar ki, yüz
əlli il bundan əvvəl sənaye kapitalizmi inkişaf edərkən sinfi
fərqlər özünü kəskin şəkildə göstərirdi. Hətta marksizm
nəzəriyyəsinə daha tənqidi yanaşanlar da etiraf edirlər ki,
həqiqətən də zəhmətkeş yoxsullar ilə zəngin işverənlər -
sənayeçilər arasında kəskin ziddiyyətlər mövcud olmuşdur.
Lakin o dövrdən indiyə qədər keçən vaxt ərzində sənaye
ölkələrində maddi bərabərsizlik əhəmiyyətli dərəcədə azalıbdır.
Varlılardan alınan yüksək vergi, işsizlərə və əmək qabiliyyəti
olmayanlara verilən mükafat yuxarı və aşağı təbəqələr
arasındakı fərqi azaldır. Üstəlik, təhsilin hamı üçün mümkün
olması amili istedadı və qabiliyyəti olan hər bir kəsə sosial və
iqtisadi nərdivanın ən yüksək pilləsinə qalxmaq imkanı yaradır.
Bununla yanaşı göstərmək lazımdır ki, mülkiyyət, sərvət
fərqi insanlar arasında bərabərsizliyi saxlayır. İngilis sosioloqu
Entoni Giddens yazır: «Var-dövlət konkret insana aid olan
bütün əmlaka deyilir: səhm, qənaət yolu ilə yığılan sərvət,
daşınmayan mülk, məsələn, ev və yaxud torpaq - bir sözlə satıla
bilən hər şey. Gəlir çəkilən zəhmətə görə verilən əmək
haqqından, həm də kapital qoyuluşundan (faiz və dividenddən)
əldə edilən «zəhmətsiz qazanılan» puldan ibarətdir. İnsanlann
əksəriyyəti gördüyü iş üçün aldığı pul ilə yaşadığı halda, varlılar
öz gəlirlərinin əsas hissəsini investisiyalardan əldə
edirləD>.‘*‘*
Lakin Qərb alimlərinin əksəriyyəti sosial qruplar arasındakı
bərabərsizliyi təbii hesab edirlər.
Sahibkarların getdikcə sıxışdırılması və nəzarətin tədricən
kapital funksiyasından çıxaraq daimi maaş alan muzdlu əmək
adamları olan peşəkar idarəçilərin texniki kompetensiyasına
Д.Белл. Грядущее пост
1
шдустриальное общество. M.. «Academia», 1999, c.485.
Э.Гидденс. Социология. M.. «Эдиторнал УРСС», 1999, с.205.
389
Dostları ilə paylaş: |