Cəmiyyət ilə təbiət arasındakı qarşılıqlı təsirin xarakteri, bir
tərəfdən istehsal üsulu, digər tərəfdən isə daxilində cəmiyyətin
inkişaf etdiyi və təmasda olduğu təbii mühitin xassələri ilə
müəyyən edilir. Qarşılıqlı təsir prosesinin idarə edilməsi həm
istehsala təsir etməklə, məsələn, texnologiyanın dəyişməsi yolu
ilə, həm də təbiətə təsir etməklə, məsələn, canlı ehtiyatlan yenidən
yaratmaq prosesini qaydaya salmaq və idarə etmək metodu ilə
həyata keçirilməlidir.
İnsan müasir sivilizasiyaya təbiəti öz məqsədinə uyğun olaraq
daim dəyişməklə gəlib çıxmışdır. Məlumdur ki, insan dəfələrlə
yaxın məqsədini həyata keçirmək üçün təbiətin dağıdıcı
qüvvələrinin əl-qolunu açmışdır. Bu mənada təbiət insanın ağılsız
hərəkətlərinə görə ondan qisas alır. K.Marks yazırdı:
«...Mədəniyyət kortəbii inkişaf edirsə, şüurlu olaraq
istiqamətləndirilmirsə.,. özündən sonra boşluq qoyub gedir..
Müasir qlobal ekoloji vəziyyət insanlann daim artmaqda olan
tələbatını ödəmək üçün göstərdikləri fəaliyyət nəticəsində
yaranmışdır. Landşaftın dəyişməsi, meşələrin qınlması, torpağın
şoranlaşması, havanın çirklənməsi, oksigen yağışlan və s.
insanların öz həyat şəraitlərini yaxşılaşdırmağa can atmalarının
nəticəsidir. Məsələn, sənayenin son yüz ildəki inkişafı nəticəsində
atmosferdə karbon qazının qatılığı 20 faiz artmışdır, şəhərlərdə
atmosferin tozlanması 20 faiz çoxalmış, təbiətdə milyon tonlarla
zəhərli maddələr dövr edir və s. on min ildən sonra da atom
elektrik stansiyalarının tullantıları ona toxunan üçün təhlükəli
olacaq.
Mütəxəssislər nəinki insanın, həm də təbiətin hüquqları
haqqında danışırlar. Müasir ekologiyada bu barədə üç fikir
formalaşıb: 1) təbiət heç bir hüquqa malik deyil, onun heç bir
daxili dəyəri yoxdur, onu qoruyub saxlamaq yalnız ona görə
lazımdır ki, o insanın mövcudluğu üçün zəruri olan ətraf mühitdir.
Burada təbiət kənarda, insan isə mərkəzdədir. Yalnız insan
hüququn subyektidir; 2) təbiət müəyyən hüquqa malikdir. Bu fikir
aşağıdakı prinsipə söykənən utilitaristlərə məxsusdur: Kainatda
maksimum miqdarda rifah və minumum
K.MapKC
11
O.ƏHrejibc.
CoHHHeHHH.
T.20. c.496.
377
əzab-əziyyət. Buradan isə heyvanlan əxlaqi və hüquqi haqlar
sferasına daxil etmək zərurəti yaranır; 3) humanist ənənədə
mövcud olan prioritet qaydasının dəyişməsini tələb edən «dərin
ekologiya» tərəfdarlarının fikri. Ənənəvi prioritet qaydası belədir:
insan-heyvan-bitki və minerallar. «Dərin ekologiya» tərəfdarları
belə qayda təklif edirlər: biosfera (və ya Yer) - ümumiyyətlə
bütün canlılar - bəşəriyyət. Bu sistemdə insan ən neqativ element
kimi xoşa gəlməzdir, çünki yalnız o təbiəti məhv edə bilər. Məhz
insan təbiətin düşmənidir.
Keçmişdə insan təbiət qüvvələri və təbii ehtiyatlardan kortəbii
şəkildə istifadə edirdi. İnsan təbiətdən nə qədər imkanı varsa, o
qədər də götürürdü. Lakin elm və texnologiyanın inkişafı insanı
yeni problemlər ilə qarşılaşdırdı: təbii ehtiyatlann məhdud
olması, yaranmış sistemin dinamik tarazlığının pozulması,
bununla əlaqədar bu sistemə qayğı ilə yanaşmanın zəruriliyi
problemi. Beləliklə, əgər cəmiyyətin təbiətə münasibətinin
keçmiş tipi kortəbii (bəzən məsuliyyətsiz) xarakter daşıyırdısa,
yeni şəraitdə yeni tip münasibət meydana gəlib; belə tip
münasibət qlobal, elmi cəhətdən əsaslandırılmış tənzimləmə
olmaqla həm təbii, həm də sosial prosesləri əhatə edir, təbiəti
nəinki saxlamaq, həm də yenidən canlandırmaq məqsədilə
cəmiyyətin təbiətə mümkün ola bilən təsirinin xarakter və
sərhəddini nəzərə alır.
İnsanın texniki fəaliyyəti biosferanın təşkil olunma prinsipini
dağıtmaq deyil, qurmalıdır, vahid dinamik sistem kimi biosferanı
tamamlamalı və onunla qarşılıqlı təsirdə olmalıdır.
«Ekoloji situasiya» anlayışı «cəmiyyət-təbiət» sisteminin
inkişafında diskret (fasiləli, qırıq-qırıq), zaman-məkan çərçivəsi
ilə məhdudlaşan fraqmenti ifadə edir. Ekoloji situasiyanın iki əsas
növü mövcuddur: cəmiyyət və təbiət arasındakı dinamik tarazlıq
və ekoloji böhran vəziyyəti. Bu iki situasiya arasındakı fasilə
vaxtı cəmiyyət tarixində çoxsaylı keçid vəziyyətləri üzə çıxır.
«Ekoloji böhran» anlayışı deyəndə ekoloji situasiyanın elə
növü nəzərdə tutulur ki, o «cəmiyyət-təbiət» sisteminin dinamik
tarazlığının pozulması və «cəmiyyət-təbiət» münasibətlə
378
rinin ziddi)^ətə gətirəcək dərəcədə kəskinləşməsi ilə xarakterizə
edilir. Belə vəziyyət «cəmiyyət-təbiət» sistemi daxilindəki
əlaqələrin ekoloji fəaliyyət vasitəsilə dəyişdirilməsini zəruri edir.
Zaman baxımından lokal, regional və qlobal ekoloji böhran
növlərinin olduğu göstərilir. Mənşəyinə görə onların bəzisi təbii
baş verir, yəni insan fəaliyyətindən asılı olmayaraq təbii mühitin
spontan (öz-özünə əmələ gələn) dəyişməsi nəticəsində meydana
gəlir (zəlzələ, daşqın, vulkan və s.); bir hissəsi isə antropogen
xarakter daşıyır, yəni insanın təbiəti özünə tabe etmək və onu
dəyişdirmək istiqamətinə yönəldilən fəaliyyəti nəticəsində
yaranır (məsələn, bu günkü qlobal ekoloji böhran). Keçmişdə də
dəfələrlə antropogen böhranlar olmuşdur. Məsələn, belə ehtimal
var ki, Amerikanın qədim ink, mayya, astek sivilizasiyaları
torpaq münbitliyinin tükənməsi ilə əlaqədar baş verən ekoloji
böhran nəticəsində məhv olublar.
Əsas göstəricisi ekoloji böhran olan müasir ekoloji situasiya
öz mahiyyətinə görə sivilizasiya mənşəlidir, yəni bəşəriyyətin
ümumi sivilizasiyalı inkişafı nəticəsində meydana gəlib.
İnsan fəaliyyətinin xarakterində, istiqamətində və miqyasında
baş verən hər bir dəyişiklik təbiət və cəmiyyət münasibətlərindəki
dəyişmələrin əsasında durur. İnsanın praktiki-dəyişdirici
fəaliyyətinin inkişafı ilə əlaqədar onun biosferanın təbii
əlaqələrinə müdaxiləsinin miqyası da artır və bu müdaxilənin
nəticələrini o həmişə nəzərə ala bilmir.
Ekoloji mədəniyyət yalnız biosferanın noosferaya keçməsi
prosesində formalaşmır, özü bu keçidin şərti kimi çıxış edir.
Bəşəriyyətin olum və ölüm məsələsi mədəniyyətin nə qədər
ekoloqlaşmasından da çox asılıdır.
Bəşəriyyət elə problemlərlə üz-üzə gəlibdir ki, onlar insanın
mövcudluğunu təhlükə altına alıb. Atmosferin çirklənməsi,
torpaq örtüyünün qüvvədən düşməsi və xarab olması, su
hövzəsinin kimyəvi zəhərlənməsi belə problemlərin birincisidir.
Beləliklə, insan öz fəaliyyəti nəticəsində məskunlaşdığı şərait ilə
kəskin ziddiyyətə girib.
379
Dostları ilə paylaş: |