hətta təbiət aləmi olardı. Çünki bu ideyalar elə məntiqi əsasdır ki,
təbiət və insan aləmini, düşünən və düşünməyən varlığı mümkün
edir. Deməli, Hegelə görə bu ideyalar nəinki təbiətin, həm də
tarixin əsasını təşkil edir.
Təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsi artıq bizim planetin
miqyası ilə məhdudlaşmır. Bu kosmonavtikanın inkişafı,
kosmosun və Yerin tədqiq edilməsi və istifadə olunması üçün
qurulan kosmik vasitələrin yaradılması nəticəsində baş veribdir.
İndiki zamanda bizim sivilizasiya ilə Kainatda mövcudluğu
ehtimal edilən başqa canlılar və sivilizasiyalar arasında əlaqələrin
olması ideyası geniş yayılıbdır. Tanınmayan uçan obyektlərə,
təbii-kosmik mühitin insan taleyinə təsiri (astrologiya) və yaxud,
əksinə, insanın təbii qanunauyğunluqdan asılı olmasına
(levitasiya) marağın olması da bu qəbildəndir.
Bizim zamanımızda insan ilə təbiətin qarşı-qarşıya
durmasının yolverilməzliyi, onlar arasında tam ahəngdarlığın
yaranması zərurəti sosial praktikanın ən aktual və birinci növbəli
məsələsi kimi dərk edilir.
Təbiət ilə müasir elmin kəşf etdiyi eksperimental dialoq
passiv müşahidəni deyil, fəal müdaxiləni nəzərdə tutur. Alimlər
qarşısında fiziki reallığı idarə etməyi öyrənmək, onun nəzəri
təsvirə daha yaxın hərəkət etməsinə nail olmaq vəzifəsi qoyulur.
Göstərmək lazımdır ki. Yerin təbiətinə ziyan vurmadan
insanın daim artan tələbatını ödəmək hələlik mümkün olmur.
A.Eynşteyn deyirdi ki, təbiət ona verilən sualların çoxuna «yox»
cavabı verir və çox nadir hallarda ondan ümidverici «ola bilər»
ifadəsini eşitmək olur. Alim ağlına nə gəlirsə elə də hərəkət edə
bilməz və təbiəti məcbur edə bilməz ki, onun istədiyini desin. Bu
yolverilməzdir.
Kant bu məsələdə daha qətiyyətli idi: elm təbiət ilə dialoqa
girmir, öz dilini təbiətə zorla qəbul etdirir. Biz insanlar
suallarımızı hazırlayıb təbiətə veririk və bu suallan həmişə elə
qoyuruq ki, aydın olaraq «hə» və ya «yox» cavabını ala bilək
(çünki təbiət, onu məcbur etməsən cavab vermir). Son nəticədə
cavabı biz özümüz veririk.
374
M.Haydegger elmi tədqiqata qarşı kəskin tənqidi mövqedən
çıxış edirdi. Çünki, onun fikrincə elmin əsas məqsədi təbiəti zorla
tabe etməkdir. Bizim elmi nəzəriyyə adlandırdığımız şey,
Haydeggerə görə şeyləri özümüzə tabe etmək üçün onları
sorğu-suala tutmaqdır. Alim də texnoloq kimi biliyə can atmaq
pərdəsi altında hakimiyyətə gəlmək istəyən iradənin (volya- nın)
əlində bir oyuncaqdır. Alimin tədqiqat obyektinə ilk yaxınlaşması
göstərir ki, həmin obyekt sistematik olaraq zorakılığa məruz
qalır. Məsələn, Reyn çayı insanlara qulluq etməyə məcbur edilir,
hərçənd sənaye tullantıları ilə çirklənən bu çayda bütün canlılar
məhv edilə bilər.
M.Haydeggerin müasiri K.Yaspers təbiət və cəmiyyətin
(tarixin) qarşılıqlı əlaqəsi haqqında yazmışdır: «Təbiətdə canlı
nəsillərin əvəz olunması prosesində baş verən əllə tutulmayan,
hiss edilməyən dəyişiklikdir, mutasiyalarda həyata keçirilən
sıçrayışların ardıcıllığıdır. Tarix isə mənəvi böhranları aradan
qaldırmaqdır və insanın ictimai vəziyyətinin yeni şəkilə
salınmasında həyata keçirilir. Tarix sonda həmişə hansısa insan
qərannin nəticəsidir, canlı təbiətdə gərginlik formalann fasiləsiz
olaraq qayıtmasında, bütün baş verənlərin tabe olduğu
qanunlarda olmasıdır. Tarixdə isə biz məqsədi sağ qalma, artma
olan birdəfəlik daxili gərginlik, bununla da yaradıcılıq, qurma
imkanı haqqında danışırıq».^*^
Təbiətlə qarşılıqlı münasibətdə insan hansı mövqedən çıxış
etməlidir? Hər şeydən əvvəl Yer üzərindəki bütün canlılar kimi
insan da biosferadan ayrılmazdır. Biosfera şəraiti insanın
yaşaması üçün zəruri təbii amildir. Yalnız cəmiyyət təbiətdən
deyil, həm də təbiət (o cümlədən insan ayağı dəyməyən təbiət)
cəmiyyətdən asılıdır. İstifadə edilən təbiət (meşə, torpaq və s.)
bərpa edilməyə möhtacdır. Təbiət nisbətən ləng dəyişir və onun
cəmiyyətin inkişafına təsiri az və ya çox sabitdir. Cəmiyyət isə
təbiətə nisbətən daha tez dəyişir.
İnsanın, təsərrüfat məqsədilə bizim planetimiz Yerdən daha
çox istifadə etməsi ilə əlaqədar təbiət və cəmiyyətin qarşılıqlı
şərtlənmələri daha da güclənir. İctimai tərəqqi zəruri olaraq
К.Яспсрс. Всемирипя история философии. СПб. «Наука». 2(КЮ. с.61.
375
Yer üzərində həyatın tərəqqisini tələb edir. Bu həqiqət indiki
dövrdə xüsusi əhəmiyyət kəsb edir.
3.4.
Ekologiya: sosial-fəlsəfi problemlər
Ekologiya (yun. «oikos» - məskən, yer) təbiət ilə cəmiyyət
arasında dinamik tarazlığı saxlamaq məqsədilə canlılar ilə onların
məskunlaşdığı xarici şərait arasındakı qarşılıqlı təsirin
qanunauyğunluqlarını öyrənən elmdir.
«Ekologiya» termini elmə 1866-cı ildə alman darvinist
bioloqu E.Hekkel
(1834-1919) tərəfindən gətirilib.
O,
ekologiyaya orqanizmin xarici aləm ilə olan bütün əlaqələrini
öyrənən elm kimi tərif vermişdir. Xarici aləm deyəndə o, sözün
geniş mənasında mövcud olmağın bütün şəraitini, həm üzvi, həm
də qeyri-üzvi aləmi buraya aid edirdi.
Elm kimi ekologiyanın vəzifəsi yalnız fəlakətli nəticələri
aradan qaldırmaq deyil, həm də Yer üzərindəki bütün insanların
və canlı varlığın bioloji və sosial inkişaf şəraitini əhəmiyyətli
dərəcədə yaxşılaşdırmaq məqsədilə ətraf mühitə təsir vasitələrini
axtarmaq və təklif etməkdir.
Ekoloji fəaliyyət elə prosesdir ki, cəmiyyət və təbiət
arasındakı müvazinəti saxlamağa, əgər bu müvazinət pozulubsa
onu bərpa etməyə yönəldilir. Ekoloji fəaliyyətin nəticələri heç də
həmişə qoyulan məqsədə uyğun gəlmir. Əgər bu və ya digər
səbəbə görə məqsədə nail olunmasa, onda müsbət nəticə əvəzinə
təbii mühiti poza bilən nəticə alınması realdır. Bu işdə həddən
artıq diqqətli olmaq lazımdır.
Hava, su və torpağın çirklənməsi iqlim, bioloji növlər, bərpa
olunan və olunmayan təbii ehtiyatlar üçün təhlükə yaradan qlobal
dəyişikliklər - iri tankerlərin qəzaya uğraması nəticəsində neftin
dənizə axması, atom elektrik stansiyalarında baş verən qəza və
yaxud kimya zavodlarındakı fəlakət kimi hadisələr ilə şərtlənmir.
Bu əsasən bizim texnologiyanın normal fəaliyyətindən istifadə
etməyimizin,
sənaye və kənd təsərrüfatının gündəlik
praktikasının, həmçinin bizim adi istehlak vərdişlərimizin
nəticəsidir.
376
Dostları ilə paylaş: |