ideologiya şüurun nəzəri səviyyəsinin xüsusi analoqudur ki,
burada müəyyən sosial qruplann, siyasi partiyalann
mövqeyindən sosial gerçəkliyə sistemli qiymət verilir. Ən geniş
mənada «ideologiya» termini ideyalar haqqında təlim deməkdir.
İdeologiya - sosial psixologiya ilə sıx əlaqədədir. Bu vəziyyət
özünü onda göstərir ki, onlar insanın həm emosional (hissi),
həm də rasional (əqli) seçmə sferasını formalaşdıraraq bir-birini
tamamlayır.
İdeologiya - müəyyən siyasi qüvvələrin mənafeyini nəzəri
cəhətdən formalaşdırmaq və ifadə etmək üçün insanlann fəlsəfi,
dini, əxlaqi, estetik və başqa görüşlərinin cəminə deyilir. Bütün
görüşlər, davranış normaları və onlara verilən qiymət həlledici
dərəcədə həmin siyasi qüvvələrin ideologiyasından asılıdır. Hər
bir siyasi qrup özünün rolunu başa düşərək xüsusi ideoloq
dəstəsini irəli sürür ki, onlar da bu və ya digər dərəcədə elmə
əsaslanaraq həmin qrupun adi şüurunun verdiyi materiallardan
siyasi ideologiya yaradırlar.
Beləliklə, alimlərin çoxunun fikrincə ideologiya cəmiyyətin
həyat və fəaliyyətini istənilən şəkildə təşkil etmək üçün praktiki
vəzifələrin həll edilməsinə yönəldilmiş biliklərin sintezidir.
İdeologiya insana və bütövlükdə cəmiyyətə necə yaşamağı, nə
üçün başqa cür yox, məhz belə yaşamağı izah etməyə çalışır.
Cəmiyyətə ideologiya lazımdırmı? Əlbəttə lazımdır. Lakin
heç bir ideologiya cəmiyyətə zorla qəbul etdirilməməlidir, çünki
demokratik dövlətdə bir rəsmi hakim ideologiya ola bilməz.
Dövlət qanunlarla idarə edilməlidir.
«İdeologiya» terminini 1801-ci ildə fransız filosofu və
iqtisadçısı Antuan Destyüt de Trasi (1754-1836) elmə
gətirmişdir. Onun diqqət mərkəzində aşağıdakı məsələ dururdu:
nə üçün ideyaların müəyyən kompleksi cəmiyyətə ciddi təsir
göstərə bilir, başqa (özlüyündə doğru) ideyalar isə belə təsir
göstərə bilmir. «İdeologiyanın elementləri» əsərində o,
«ideologiya»nı insan ideyalarının hissi təcrübədən meydana
gəlməsi qanunları haqqında elm hesab edirdi. O, hesab edirdi ki,
siyasət, etika və s. həmin elmin əsas prinsiplərinə
əsaslanmalıdır.
399
Marksizmə görə isə ideologiya sinfi xarakter daşıyır. İnqilabçı
sinfin - proletariatın ideologiyası «mürtəce burjua ideo-
logiyası»na qarşı banşmaz mübarizə apanr. İdeoloji mübarizədə
kompromis ola bilməz.
K.Marks ideologiyanın sosial-iqtisadi nəzəriyyəsinin banisi
oldu. Onun fikrincə hər bir ictimai nəzəriyyənin arxasında
müəyyən maraqlar dayanır. Bu fenomeni və ya sosial, həyati
maraqlar ilə şərtlənən təfəkkürü Marks ideologiya adlandırdı.
Eyni zamanda o, görmürdü və yaxud görmək istəmirdi ki, öz
nəzəriyyəsi də ideoloji xarakter daşıyır və bəzi hallarda
birtərəflidir, tənqid etdiyi kapitalizmi və burjua nəzəriyyələrini
təhlil edir. Siyasi nəzəriyyədə ideologiya deyəndə kiminsə
maraqlanna xidmət edən ideyalar sistemi başa düşülür. Marksa
görə ideologiya elə rasional-zehni üsuldur ki, hökmranlıq və tabe
olmağın real iqtisadi münasibətlərini gizlədir. İdeologiya maddi
həyati münasibətləri əks etdirən yanlış şüurdur.
XX əsrin 60-cı illərində Qərbdə qısa müddət, lakin çox kəskin
şəkildə «ideologiyanın sonu», «deideologizasiya» fikri geniş
yayılmışdı. İndiki zamanda da bu fikrin tərəfdarlan az deyil. Belə
halda ümumbəşəri dəyərlər ön plana çəkilir.
Lakin tezliklə millətçiliyin, separatizmin, fundamentalizmin
müxtəlif variantlarının güclənməsi göstərdi ki, ideologiyanın
sonu haqqında danışıqlar həddən artıq şişirdilib. Əksinə,
ideologiya bir çox alimlər (Corc Loc ABŞ-da, Martin Seliger
İngiltərədə və b.) tərəfindən ən vacib milli ehtiyat, ölkənin
modernləşməsinin
və
onun
dünyada
tutduğu
yeri
müəyyənləşdirən bir amil kimi qiymətləndirilir.
Bəs fəlsəfənin ideologiyaya münasibəti necə olmalıdır?
Fransız marksist filosofu Lüi Altüsser göstərirdi ki, fəlsəfə təmiz
nəzəri idrak olduğu üçün onun əsas vəzifəsi ideologiya ilə elm
arasında dəqiq sərhəd xətti çəkməkdir. İdeologiya praktiki
xarakter daşıyır, o reallığa müəyyən dəyərləri zorla qəbul
etdirmək, onu dəyişdirmək istəyir; lakin ideologiyanın reallığı
təmsil etməsi haqqında iddiası əsassızdır. Fəlsəfə bu iddianı
gözdən salmalı, nəyin ideologiya, nəyin isə elm olmasını
müəyyənləşdirməlidir.
400
Çoxpartiyalı sistem şəraitində tədricən yeni, praqmatik
model yaranır ki, burada siyasət ön plana çəkilir, ideologiya isə
ona xidmət edir. İdeologiya siyasi prosesin kənarlarına doğru
uzaqlaşdırılır. İdeyaların rəqabəti öz yerini partiyaların
rəqabətinə verir. Belə halda yüksək ideyanın cazibədarlığı deyil,
hakimiyyətdə olan partiyanın konkret praktiki məsələləri nə
dərəcədə səmərəli həlletmə qabiliyyəti əsasdır. Lakin bu o
demək deyil ki, ideologiya ümumiyyətlə yox olur. İdeologiya
siyasi, hüquqi, fəlsəfi, əxlaqi, dini, estetik ideya və görüşlərin
sistemi kimi qalır. Bu o deməkdir ki, ideologiyasız cəmiyyət
mümkün deyil.
İdeologiya ətrafında mübahisələr davam edir və indi də
müxtəlif fikirlər irəli sürülür. Filosofların çoxu tərəfindən
göstərilən dilemma belədir: «İdeologiya yaxud həqiqət». Bu
məsələnin üç mümkün alternativ həlli irəli sürülür: 1) hər bir
ideologiya yalandır, çünki hər hansı sosial qrupun, sinfin marağı
keçicidir. Özünü və marağını əbədiləşdirməyə çalışan sinif,
qrup, partiya yabançılaşmış yalan şüur, yəni həqiqət üzərində öz
monopoliyasını yaradan və bunun nəticəsində onu məhv edən
ideologiya yaradır; 2) həqiqət elm vasitəsilə üzə çıxanlır və
ideologiya ilə bir araya sığmır. Sosial maraqların ifadəsi kimi
ideologiya həmişə həqiqətin şüurlu və yaxud şüursuz təhrifinə
gətirib çıxanr. Ona görə də həqiqəti axtarmaq avtomatik olaraq
ideologiyanın dağılmasına gətirib çıxanr; 3) sosial- siyasi elmlər
sahəsində
ideologiyanı
həqiqətdən
ayırmağın
mümkünsüzlüyünü qəbul etmək. İdeologiya həm də müsbət
funksiyanı yerinə yetirir.
İctimai-kütləvi şüurun bütün formalarının fəaliyyət
göstərdiyi diapazon - onun əsas struktur səviyyələri ən ümumi
şəkildə yuxarıda göstərilənlərdən ibarətdir.
6.
İnsan fəlsəfəsi
6.1.
İnsan haqqında ümumi anlayış.
İnsanın təbiəti, ictimai mahiyyəti, taleyi
Fəlsəfə tarixində insan varlığı geniş tarixi-nəzəri səpkidə
araşdırılır; həyatın mənası, insanın mahiyyəti, məqsədi və
401
Dostları ilə paylaş: |