mənəvi həyatının xüsusi səviyyəsindən gedir. Mənəvi sfera
dövlət və ictimai-siyasi təşkilatlar tərəfindən məqsədyönlü
şəkildə təşkil edilən mənəvi həyatdır ki, onun sahələri və ya-
rımsistemləri kimi ideoloji, elmi, bədii-estetik sahə, həmçinin
şəxsiyyətin formalaşması və inkişafını, mənəvi dəyərlərin
saxlanmasını və ötürülməsini təmin edən tərbiyə və təhsil sistemi
çıxış edir. Mənəvi həyatın formalaşmasında dinin rolu əvəzsizdir.
Cəmiyyətin mənəvi həyatı ayn-ayrı fərdlərin mənəvi
dünyasının mexaniki cəmi deyil. Hər bir düşünən, normal
təfəkkürə malik insanın mənəviyyatı özünəməxsus xüsusiyyətləri
ilə seçilir.
Mənəvi sferada insanı başqa canlılardan fərqləndirən cəhət
meydana gəlir və həyata keçirilir - ruh, mənəviyyat. Burada ən
sadə mənəvi əməliyyatdan tutmuş ən incə mənəvi tələbatlar
yaranır, insan ruhunun ən unikal məhsulu olan ideya meydana
gəlir. Deməli, ruh insanın mənəvi həyatının nüvəsidir. Fransız
filosofu Reymon Aron yazırdı: «Mənəvi dəyərlər özlüyündə öz
mənşəyinə və hər bir reallığa transsendent münasibətdədir. Ruh
sadəcə olaraq irrasional qüvvələrin əks olunması və yaxud ifadəsi
deyil, yaradan qüvvədir».^* Doğrudan da ruh və onun yaratdığı
ideya cəmiyyətin mənəvi həyatının əsasında dayanır.
5*2. İctimai-kütləvi və fərdi şüur anlayışları
İctimai varlıq və ictimai şüur dialektik materializmin
fundamental kateqoriyalarıdır. K.Marks yazmışdı; «İnsanlann
şüuru onların varlığını deyil, əksinə, onların ictimai varlığı
onların şüurunu müəyyən edir».*^ İctimai şüur insanların ictimai
varlığını, onlann maddi həyat şəraitini əks etdirən və cəmiyyətdə
mövcud olan ideyaların, nəzəriyyələrin, görüşlərin, hisslərin,
əhvali-ruhiyyənin,
adət-ənənələrin
məcmusu
deməkdir.
Ümumiyyətlə, şüur ondan kənarda və asılı olmayaraq mövcud
olan gerçəkliyin əksi olduğu kimi, ictimai şüur da ictimai varlığın
əks olunmasıdır. Marksist fəlsəfəyə görə ictimai şüurun icti-
5' P.ApoH. Избранное; Введение в философию истории, с.459. 5-
К.Маркс и Ф.Энгельс. Сочинения, Т.13, с.7,
396
mai varlıqdan asılılığı o demək deyil ki, ictimai şüur varlığı
passiv əks etdirir və heç bir müstəqilliyi yoxdur. İctimai şüur
böyük müstəqilliyə malikdir. Əks halda mənəvi həyatın
mürəkkəb inkişafını izah etmək olmazdı. İctimai şüurun
müstəqilliyi hər şeydən əvvəl onun ictimai varlığa əks təsirində
özünü göstərir. Bu təsir cəmiyyətin inkişafı ilə əlaqədar daha da
artır.
İctimai-kütləvi şüurun ictimai varlığa bilavasitə təsir
etməsinin mümkünlüyü yalnız şüurun varlığı düzgün əks
etdirilməsində deyil, həm də şüurun özünün fərdi
xüsusiyyətində özünü göstərir.
İctimai-kütləvi şüurda hər şey insanın özü tərəfindən
yaradılır. Bununla yanaşı ictimai-kütləvi şüur fərdi şüurlann
mexaniki cəmi deyil, xüsusi təşkil olunmuş elə ideal
gerçəklikdir ki, fərd onun tələbləri və iradəsi ilə hesablaşmalı
olur. İctimai şüur fərd üçün hər hansı xarici mexaniki qüvvə
kimi mövcud olmur. Bizim hər birimiz özümüzün şəxsi, fərdi
xüsusiyyətlərimizə, fitri əqli qabiliyyətimizə uyğun olaraq
müxtəlif şəkildə bu qüvvəni qəbul edirik, ona müxtəlif cür
reaksiya veririk və hər birimiz ictimai şüura müxtəlif formada
təsir edə bilirik. Hər bir fərdi şüur eyni zamanda öz inkişafının
xüsusi qaynaqlarına malikdir, odur ki, hər bir şəxs, ümumi insan
mədəniyyətinin olmasına baxmayaraq təkdir.
Deməli, şüur özünün mövcudluğunun yalnız fərdi formasına
müncər edilə bilməz. İctimai şüurun daşıyıcısı yalnız fərd deyil,
həm də sosial qruplar, bütövlükdə cəmiyyətdir.
İctimai rəy müxtəlif insan qruplarının açıq və yaxud gizli
şəkildə sosial gerçəkliyin hadisə və faktlarına münasibətini
özündə birləşdirən kütləvi şüurun həmin vaxtdakı vəziyyətinə
deyilir. İctimai rəy fərdi rəylərdən ayrı mövcud ola bilməz.
Lakin fərdi rəylərin ictimai rəydəki ifadəsi heç də birbaşa,
bilavasitə olmur. Nəzərə almaq lazımdır ki, ayrı-ayrı adamlar,
məsələn, siyasi xadimlər, deputatlar, ictimai təşkilatlar və
partiyaların rəhbərləri, tez-tez, bəzi hallarda müvəffəqiyyətlə,
özlərinin şəxsi fikirlərini ictimai fikir kimi göstərirlər. Çünki
ictimai rəyin təsiri olduqca güclü olur.
397
5.3.
İctimai-kütləvi şüurun
strukturu: adi və nəzəri
şüur.
Sosial psixologiya. İdeologiya
Adi şüur gerçəklik ilə bilavasitə təmas nəticəsində yaranır;
onu fərdi şüur ilə eyniləşdirmək olmaz, çünki onun başlanğıc
nöqtəsi yalnız şəxs, fərd deyil, həm də sosial qrup ola bilər. Adi
şüur bilavasitə həyatda, əmək prosesində əldə edilən empirik
təcrübə və biliyi, əxlaqi normalan, təbiət və özünün sosial
vəziyyəti haqqında kor-təbii təsəvvürləri əks etdirir. Adi şüur -
görüş və rəylərin nizamsız yığımıdır; burada gerçəkliyin xarici,
empirik məlumatlan, əlaqə və münasibətləri öz əksini tapır.
Adi şüur şüurun nəzəri formalanna xas olmayan həyatı tam və
bütövlükdə duymaq keyfiyyətinə malikdir. Bu şüur nəzəri şüura
nisbətən gerçəkliyə bilavasitə yaxındır.
Adi şüurun istiqamətləndirmə vasitəsi kimi imkanlan çox
məhduddur. Bu məhdudluq nəzəri şüur səviyyəsində aradan
götürülür. Nəzəri şüur reallığın əsas əlaqə və münasibətlərini
ifadə etmək iddiasındadır. Nəzəri şüur - sistemliyi, rasional- lığı,
anlaşıqlığı ilə seçilir. Bu şüur - fəal fikri proses ilə qınl- maz
surətdə bağlıdır.
Adi şüur ilə nəzəri şüuru mütləq olaraq bir-birinə qarşı
qoymaq olmaz. Hər şeydən əvvəl ona görə ki, nəzəri
təsəvvürlərin formaları genetik olaraq adi şüurdan başlayır.
Sosial psixologiya adi şüur səviyyəsinin xüsusi analoqudur
(oxşarıdır). Bu - sosial qruplar, siniflər, millətlər, xalqların həyat
şəraitlərinin ümumiliyi sayəsində onların psixologiyasında
təzahür edən hisslər, iradələr, adətlər, davranışlar, ənənələrin
məcmusudur.
Sosial psixologiya sinkretikdir, yəni burada müxtəlif zidd
görüşlər, təsəvvürlər, sosial meyllər birləşə bilir. Bu psixologiya
başlıca olaraq emosiya və iradə sahəsini əhatə edir (lakin tək
onlara müncər edilmir), sosial qrupların bilavasitə maraqlarını
ifadə edir. Sosial psixologiya kifayət qədər sabit hadisədir və ona
görə də ictimai varlıq dəyişərkən o tezliklə dəyişmir. Məsələn,
həyat şəraitinin dəyişməsinin zəruriliyini insanlara başa salmaq
üçün çox iş görmək tələb olunur.
398
Dostları ilə paylaş: |