və s.) ictimai münasibətlərlə deyil, «əbədi təbii qanun»la
şərtlənir. Bu qanunun mahiyyəti aşağıdakı kimidir: əhali -
həndəsi silsilə, yaşayış vasitələri isə - ədədi silsilə ilə artır. Ona
görə də əhalinin ixtisar edilməsi zəruridir. Maltus aclığı,
yoluxucu xəstəlikləri, müharibəni bəzi hallarda «müsbət amil»
adlandırırdı. Onun indiki davamçıları da hesab edirlər ki. Yer
üzərində əhalinin sayı həddən artıqdır, maddi ehtiyatlar isə
olduqca məhduddur. Bu vəziyyət isə cəmiyyətin gələcəyi üçün
fəlakətdir. Onlar əsasən doğru deyirlər.
Aclıq, dilənçilik, xəstəlik və savadsızlıq indiki dövrdə dünya
əhalisinin beşdə bir hissəsinin nəsibidir. Əhalinin sayının artma
tempi cəmiyyətdə yaranmış istehsal və istehlakm həcmi və
strukturuna böyük təsir göstərir. Lakin onların da müəyyən həddi
var, onu aşanda təbii ehtiyatlara, suya, havaya, meşə sahələrinə,
faydalı qazıntıya mənfi təsir göstərilir.
Nəzarət edilməyən demoqrafik proseslər əhalinin zəruri
xidmətlərlə (o cümlədən təhsil və səhiyyə sahəsində) təmin
edilməsi işində cəmiyyətin imkanlarını iflic vəziyyətə gətirir.
Lakin Çində, Hindistanda, bir çox Afrika ölkələrində doğumu
məhdudlaşdırmaq sahəsindəki tədbirlər hələ ki, elə bir
əhəmiyyətli nəticə verməmişdir.
Qərb ölkələrində demoqrafik proseslər yüz illərdir ki,
cəmiyyət tərəfindən çox ciddi şəkildə tənzim edilir. Bu ölkələr
üçün son onilliklərdə iqtisadi və ekoloji cəhətdən əlverişli
olmayan ölkələrdən gizli olaraq gələn əhali axınının getdikcə
çoxalması çox ciddi problemlər yaradır. Böyük şəhərlərə arası
kəsilmədən gələn əhali şəhər strukturlarına həddən artıq təzyiq
göstərir, sanitar-gigiyena şəraitini pisləşdirir, şəhərlilərin
həyatının rahatlıq səviyyəsini aşağı salır. Yay aylarında böyük
əhali kütləsi əhalinin çox sıx olduğu şəhər mərkəzindən ətraf
ərazilərə yığılır, oranın da ekoloji vəziyyətini mürəkkəbləşdirir.
Keçid mərhələsində olan ölkələrdə, hətta böyük əhali artımına
məruz qalmasalar da, qəflətən meydana çıxan iqtisadi çətinliklər,
həmçinin dərin sosial çaxnaşmalar, nisbətən çox əhalisi olan
ölkələrin həll edəcəyi problemlərə oxşar problemlərlə
qarşılaşırlar.
383
Fəqət indiki zamanda əhali artımının bir qədər azalması
müşahidə edilir. Ölkələrin çoxunda əhali artımını tənzimləmək
istiqamətində bəzi tədbirlər görülür. Məsələn, yüksək inkişaf
etmiş ölkələrdə əhali artımı stimullaşdırılır (həvəsləndirilir), geri
qalmış ölkələrdə isə, əksinə, onun qarşısı alınır.
Əhalinin təkrar istehsalı sosial orqanizmin bütün tərəfləri ilə
əlaqədədir: insanın maddi təminat dərəcəsi, təhsilin səviyyəsi,
qanunvericilik, təbabətin və səhiyyənin vəziyyəti, qadının ictimai
vəziyyəti, ailə və məişət ənənələri, din və s.
384
4.
Cəmiyyətin sosial sferası
4.1.
Sosial sfera anlayışı
Sosial struktur cəmiyyətin ayrı-ayrı təbəqə və qruplara ,
bölünməsini göstərir. Həmin təbəqə və qruplar bir və ya bir neçə
əlamətə görə birləşir, özlərinin ictimai mövqelərinə görə fərqlənirlər.
Bu, sosial sistemdə elementlərin sabit əlaqəsidir. Sosial münasibətlərin
əsas elementləri - sosial birliklərdir (millət, sinif və başqa sosial
təbəqələr, peşəyə görə birliklər, demoqrafik və s. qruplar).
Sosial struktur təklərin sadəcə olaraq cəmi deyil, qarşılıqlı
əlaqədə olan elementlərin üzvi birliyidir. Bu elementlər
arasındakı münasibətlər müxtəlif tipli, yəni əməkdaşlıq və yaxud
münaqişə şəklində ola bilər.^
Hər bir cəmiyyət insanların məlum çoxluğundan yaranır.
İnsan çoxluğunda biri o birindən fərqlənən, bir-biri ilə və bütün
cəmiyyət ilə əlaqədə olan müəyyən sosial qruplar əmələ gəlir. Bu
planda insan cəmiyyəti müxtəlif qrupların, onlann əlaqəsinin və
qarşılıqlı təsirinin mürəkkəb cəmidir.
Beləliklə, müxtəlif tendensiyalann çoxplanlı, dolaşıq, qanşıq
olmasına baxmayaraq sosial sfera tam, vahid bir sahədir. Başqa
sözlə, sosial sfera müxtəlif sosial birliklərin sadəcə çoxluğu
deyil, bu birliklərin və onlar arasındakı münasibətlərin
keyfiyyətcə müəyyən sistemidir. Sosial struktur anlayışı sinfi
struktur anlayışından daha genişdir, çünki sosial struktur həm də
demoqrafik, peşə, etnik və b. qrupları da birləşdirir.
4.2.
Siniflər, sosial qruplar və
onlar arasındakı münasibət
İctimai istehsal prosesini birlikdə həyata keçirən insanların
tarixi inkişaf prosesində ictimai əmək bölgüsünün xüsusi yeri
var. Əmək bölgüsünü o vaxt ictimai adlandırmaq olar ki, əməyin
bu və ya başqa növləri ilə sosial cəhətdən təşkil olunmuş
müəyyən insan qrupları məşğul olur. Bir qrup insanlar idarə
etmək funksiyasını öz üzərinə götürür, başqalan isə onlara tabe
olurlar. Bu yolla siniflərə və sosial qruplara bölünmə
385
baş verir. İnsanların öz həyatlarını istehsal etməsi prosesində iş
verən sahibkarlar və işçilər qrupu yaranır, sosial ferqlər,
bərabərsizlik meydana gəlir. Hakimiyyət funksiyasını həyata
keçirən ixtisaslaşmış insan qruplan hazırlanır. Əmək bölgüsü
nəticəsində ictimai struktur formalaşır.
İnsanlann peşəyə görə bölünməsini də əməyin ictimai
bölgüsünün təzahürü adlandırmaq olar. Bir qrup insanlar maddi
məhsullar (məsələn, fəhlələr), başqaları isə mənəvi istehsal
sahəsində çalışırlar (məsələn, alimlər, ruhanilər), bir qrup
insanlar isə sosial varlıq kimi insanın mənəvi-əxlaqi, elmi
cəhətdən hazırlanmasında iştirak edirlər (məsələn, müəllimlər).
Mülkiyyət haqqında təlimin tarixi göstərir ki, bütün xalqlarda
mif və utopiya formasında «qızıl
ƏSD
>
ideyası olmuşdur; guya
həmin dövrdə xüsusi mülkiyyət olmamış, əmlak ümumi hesab
edilmiş, bu isə sülh, əminamanlıq, xeyirxah xasiyyət və gələcəyə
inam yaratmışdı. Cəmiyyətin belə üsulla təşkil olunduğu şəraitdə
«hər bir mülkiyyətçi ya oğrudur, ya da oğrunun varisidir»
formulu doğru hesab edilir. Bu fikri XIX əsrdə Pri- don məşhur
frazada ifadə edib: «Mülkiyyət oğurluqdun>. Platon yazırdı ki,
həddən artıq dövlətli olub eyni zamanda xeyirxah olmaq
mümkün deyil. Varlanan hər bir kəs bunu başqasının hesabına
edir.
V.İ.Lenin sinfə aşağıdakı marksist tərifi vermişdi: «Sinif-
ictimai istehsalın tarixən müəyyən sistemindəki yerinə, istehsal
vasitələrinə
münasibətinə
(əksər
hallarda
qanunla
möhkəmlənmiş və rəsmiləşdirilmiş), əməyin ictimai təşkilindəki
roluna, buna görə də malik olduqları ictimai sərvətdən pay
almağın üsuluna və miqdarına görə fərqlənən böyük insan
qruplarına deyilir. Siniflər elə insan qruplarıdır ki, onlardan biri
ictimai təsərrüfatın müəyyən ukladındakı yer fərqi sayəsində
başqasının əməyini mənimsəyə bilİD)."*®
Bu tərifdə sinfin aşağıdakı sosial-iqtisadi əlamətlərini
ayırmaq olar: 1) sinfin ictimai istehsalın tarixən müəyyən
sistemindəki yeri; 2) sinfin istehsal vasitələrinə münasibəti; 3)
sinfin əməyin təşkilində rolu; 4) ictimai sərvətdən pay almağın
•">
B.H.JI
CHHH
.
ncc.
T.39. c.l5.
386
Dostları ilə paylaş: |