daxildir. Siyasi sistem yalnız formal-hüquqi deyil, həm də
faktiki sosial birlikdir. Onun tərkibinə rəsmi tanınan siyasi
təşkilatlardan başqa həm də rəsmi tanınmayan təşkilat və
birləşmələr də daxildir.
Geniş xalq kütlələrinin təşkilatlanma dərəcəsinin və siyasi
şüurunun artması cəmiyyətin siyasi sisteminin dəyişməsinin
vacib qanunauyğunluğudur. İctimai inkişafda kütlələrin rolunun
artması tarixin çox əhəmiyyətli hadisəsidir.
Əks tərəfin müqavimətini zəiflətmək və yaxud böyük əhali
kütləsini hərəkətə gətirmək siyasi fəaliyyətin əsas məqsədidir,
çünki bunsuz nə mövcud quruluşu saxlamaq, nə də onda hər
hansı ciddi dəyişikliklər aparmaq mümkündür.
Beləliklə, cəmiyyət həyatının siyasi sferasına - siyasi şüur,
siyasi münasibətlər, siyasi təşkilatlar və fəaliyyətlər daxildir.
Dövlət Siyasi sistemin əsas tərkib hissələrindən biri
dövlətdir. Dövlət haqqında olduqca çox fikirlər söylənilib.
Bəziləri hesab edirlər ki, dövlət nə isə bir ilahi qüvvədir, mistik
bir təşkilatdır və öz təbəələrinin iradəsini əzir. Bəziləri dövləti
bütün bədxahlığın qaynağı, başqaları isə, əksinə, bütün
xeyirxahlığın əsası hesab edir. Başqaları isə qüvvətli dövlət və
hakimiyyətin olmasını tələb edir və s. və i.
Bununla yanaşı göstərmək lazımdır ki, dövlətin mənşəyi,
mahiyyəti və cəmiyyətdə rolu haqqında əsasən iki konsepsiya
var: sivilizasion və formasion konsepsiyalar. Onlann ikisi də
dövlətin ictimai inkişafın daha sonrakı məhsulu olduğunu, onun
müəyyən şəraitdə müəyyən vəzifələri həyata keçirdiyini
göstərirlər. Lakin sivilizasion konsepsiya dövlətin əbədi olması
ideyasını müdafiə edir. Sivilizasiyanın keçici olmayan əlaməti
olduğu üçün dövlət heç vaxt ləğv olunmayacaq.
Formasion konsepsiyaya görə dövlət siniflər ilə eyni vaxtda
yaranır, siniflər isə bir-birindən istehsal vasitələrinə münasibət,
əmək məhsullarını bölmək, ictimai sərvəti mənimsəmək
üsullarına görə fərqlənirlər. Məsələn, F.Engels dövlətin
meydana gəlməsinin ilkin maddi şərtlərini müəyyən edərək
göstərdi ki, dövlət cəmiyyətə haradansa kənardan qəbul
etdirilməmiş, o məlum inkişaf pilləsində cəmiyyətin öz
məhsuludur.
447
Dövlətin yaranmasının əsas ilkin şərtləri aşağıdakılardır: xüsusi
mülkiyyətin meydana gəlməsi, cəmiyyətin siniflərə bölünməsi
və onlar arasında antaqonist (barışmaz) ziddiyyətlərin
kəskinləşməsi.
Marksizm sübut etməyə çalışır ki, dövlət - hakim siniflərin
əlində öz iqtisadi və siyasi məqsədlərini həyata keçirmək
alətidir. Dövlətin köməkliyi ilə bu və ya digər sinif öz
diktaturasını həyata keçirir.
Göründüyü kimi, marksistlər dövlətin yaranmasını və onun
mahiyyətini izah edərkən yalnız sinfi münasibəti əsas
götürürlər. Fəqət tarixi təcrübə göstərir ki, demokratik ölkələrdə
dövlət yalnız bir sinfin mənafeyinə qulluq edə bilməz, o bu və
ya digər dərəcədə ümumi mənafeyi təmin etməlidir. Ona görə
də dövlətin müxtəlif funksiyalarını yalnız bir məqsədə müncər
etmək olmaz; əzmək və zülm etmək, yəni repres- siv funksiya
dövlətin flınksiyalanndan biri ola bilər.
Dövlətin atributlanndan biri ümumi (açıq) hakimiyyətdir»
Ümumi hakimiyyət cəmiyyətdən yuxarıda durur və silahlı
birləşmələrdən ibarət olan xüsusi insan dəstələri (ordu, polis və
s.) və müvafiq idarələr (məhkəmə, prokurorluq, həbsxanalar)
vasitəsilə həyata keçirilir. Göstərilən birləşmələr və idarələrin
maliyyələşməsi əsasən əhalidən yığılan vergi hesabına olur.
Dövlətin yaranması ilə bərabər hüquq da yaranır. Hüquq dövlət
tərəfindən təsdiq edilmiş müvafiq normalar sistemini
möhkəmləndirir. Başqa sözlə, hüquq hakim siyasi qüvvələrin
iradəsinin qanun səviyyəsinə yüksəldilməsidir. Ümumi açıq
hakimiyyətdən və hüquqdan başqa müəyyən ərazi və suverenlik
də dövlətin əsas əlamətləridir. Suverenlik dövlət hakimiyyətinin
daxildə hökmranlığını və xarici münasibətlərdə müstəqilliyidir.
Sənaye inqilabı nəticəsində milli dövlətlər yaranır. Milli
dövlət elə dövlətə deyilir ki, onun dəqiq müəyyənləşmiş sər-
həddi var, dövlət və cəmiyyət həmin çərçivədə birgə yaşayırlar.
Başqa sözlə, dövlətin ərazi iddiaları adətən onun mədəni,
linqvistik və etnik xüsusiyyətlərinə uyğun gəlir. Bu mənada
dövlətin müasir milli formalan əvvəllər müvəffəqiyyətlə fəa-
448
liyyət göstərən dövlətlərdən, məsələn, sənayeləşmə dövrünə
qədər olan imperiyaların çoxundan fərqlənirlər. Belə ki, əvvəlki
formalarda adətən mədəni inteqrasiya yaratmaq qabiliyyəti olan
inzibati və başqa resurslar olmurdu. İmperiyaların sərhəddi şərti
olurdu.
Dövlət sosial əlaqə və hadisələrin elə xüsusi tipidir ki,
aşağıdakılarla xarakterizə edilir: hakimiyyət və tabeçilik
münasibətləri; hakimiyyətdə olanların gücdən istifadə etmək
monopoliyası;
yuridik
qaydaların
mövcudluğu;
nisbi
dəyişməzlik; institusion ölçü.
Hakimiyyət - cəmiyyəti təşkil etmək, onun bütövlüyü və
vahidliyi üçün zəruridir. Dövlət iqtisadi həyatın təşkil
edilməsini də təmin etməlidir. O bir çox vasitələr ilə (iradə,
nüfuz, hüquq, zorakılıq və s.) insanların fəaliyyətinə,
davranışına müəyyən təsir göstərir.
Tarixdə müxtəlif dövlət quruluşlarının olduğu məlumdur:
monarxiya, aristokratiya, oliqarxiya, demokratiya, respublika və
b. Məsələn, monarxiya və respublika hakimiyyət formalarını
bir-birindən necə ayırırlar? Monarxiya (yun. təkhaki-.
miyyətlik) elə dövlət formasıdır ki, monarx (kral, şah, imperator
və b.) qeyri-məhdud hakimiyyətə malikdir. Burada hakimiyyət
irsən keçir. Respublika (lat. «res» - iş və «publikus» -
ümumxalq) elə idarə formasıdır ki, hakimiyyət seçkili orqanlar
vasitəsilə həyata keçirilir, yəni qanuna görə hakimiyyətin
mənbəyi kimi xalqın əksəriyyəti çıxış edir.
Eyni tip bir dövlətdə müxtəlif dövlətçilik formalan ola bilər.
Məsələn, hakimiyyət eyni zamanda monarxiya və respublika
əlamətlərinin birliyi şəklində həyata keçirilə bilər (məsələn,
Böyük Britaniyada).
Dövlət haqqında danışarkən siyasi rejimi də nəzərə almaq
lazımdır. Siyasi rejim cəmiyyətdə dövlət rəhbərliyinin həyata
keçirilmə metodlarına deyilir. Məsələn, dövlət öz hakimiyyətini
parlamentarizmin demokratik metodları və yaxud totalitarizmin
antidemokratik metodları ilə həyata keçirə bilər.
449
Dostları ilə paylaş: |