çoxu dövlətin zəruriliyini qeyd edir və onun müxtəlif formaları
haqqında yazırlar.
ingilis filosofu T.Hobbs göstərirdi ki, bəşəriyyətin təbii
vəziyyəti ilə dövlətin heç bir əlaqəsi yoxdur. Onun dediyinə
görə insanın təbii durumu vəhşilikdir və insanlar bir-biri üçün
təhlükə törədirlər. Başqa ingilis filosofu C.Lokk T.Hobbsun
görüşlərinə qarşı çıxaraq göstərirdi ki, insanlar bir-biri ilə dinc
yaşamaq istəyirlər; onlar hətta təbii şəraitdə də sakit yaşaya
bilərlər. O, deyirdi ki, insanlar müəyyən təbii hüquqa malikdir:
yaşamaq, azadlıq və mülkiyyət hüququ. Dövlət yalnız sülhü
təmin etmək üçün deyil, həm də müsbət (pozitiv) vəzifələri
yerinə yetirmək üçün mövcuddur (təbii hüquqlan müdafiə
etmək və onların yerinə yetirilməsini təmin etmək). Hakimiyyət
inhisarı bu vəzifələrə ziddir. Ona görə də dövlətdə hakimiyyət
məhdudlaşdırılmalı və müəyyən şəkildə müxtəlif orqanlar
arasında bölünməlidir.
T.Hobbs və C.Lokkun tərəfdarları indiki vaxtda da çoxdurlar.
XIX əsrdə geniş yayılmış və XX əsrdə də xeyli tərəfdan olan
dövlət nəzəriyyələrindən biri də anarxizmdir (yun. «an- archia»
- hakimiyyətsizlik). Adi şüurda dərin kök salan fikirdən fərqli
olaraq anarxizm sosial xaos və yaxud nəzarətsiz zorakılıq deyil.
Anarxizm nəzəriyyəsinə görə insan nəsli dövlət olmasaydı daha
yaxşı yaşayardı. Anarxistlər sübut etməyə çalışırlar ki, insan
cəmiyyətinin daha sadə və mükəmməl təşkil edilməsi metodları
var. Məsələn, fransız anarxizminin nümayəndəsi P.J.Prudona
(1809-1865) görə zorakılığın və sosial xaosun səbəbi fərdlər və
fərdlərin kiçik qrupları deyil, dövlətin özüdür.
Sol və sağ anarxizm arasındakı fərq aşağıdakılardan
ibarətdir. Sol anarxistlər (məsələn, XIX əsrdə yaşamış knyaz
Kro- potkin) inanırdılar ki, ideal (dövlətsiz) insan cəmiyyəti
könüllü demokratik korporasiya əsasında qurulacaq. Burada
xüsusi mülkiyyət demək olar ki, olmayacaq (şəxsi əmlakdan
başqa, məsələn, paltar), çünki torpaq və əsas istehsal vasitələri
ümumi istifadəyə keçir.
453
Sağ anarxistlər dövlətin tamamilə ləğv edilməsini tələb
edirdilər. Onlar inanırdılar ki, ideal insan cəmiyyəti xüsusi
mülkiyyətin tam hökmranlığına əsaslanır və ayn-ayn fərdlər və
yaxud onlann kiçik və böyük birləşmələrinə dayanan könüllü
korporasiyalar tərəfindən saxlanılır. Vergilər, inhisarlar
əleyhinə qanunlar və başqa məhdudiyyətlər aradan götürülsə,
kapitalist sisteminin təbii fəaliyyəti aşağı keyfiyyətli malları
ləğv edəcək, ətraf mühitin çirklənməsi prosesini dayandıracaq
və öz səmərəliliyini sübut edəcəkdir.
Əvvəllər sol anarxistlər sübut edirdilər ki, dövlətdən xilas
olmağın yeganə üsulu hökmdarı öldürmək və yaxud radikal
inqilab etməkdir. Burada çox vacib bir istisnanı - M.Qandi
təlimini nəzərə almaq lazımdır. O, özünəməxsus sol anarxist idi.
Qandi inanırdı ki, ən mükəmməl cəmiyyət kiçik qruplann
(kəndlərin və icmaların) könüllü korporasiyası əsasında
yaranacaq. Lakin
0, hər cür zorakılığın, o cümlədən üsyanın
əleyhinə idi və passiv müqavimət taktikasından istifadə etməyi
təklif edirdi.
Bir çox müasir sağ anarxistlər hesab edirlər ki, dövləti
demokratik siyasi vasitələrlə aradan qaldırmaq olar. Başqalan
isə göstərirlər ki, bizim həyatımıza daha çox nəzarət etdikcə
dövlət öz səmərəliliyini itirir və nəticədə təbii ölümlə öz
varlığına son qoyur. Bəzi anarxistlər hesab edirlər ki, ağıllı və
təhsilli adamları, yüksək mövqe sahiblərini və varlı adamları
(böyük iş adamlarını, generallan və b.) dövlət ilə iş birliyini
dayandırmağın zəruriliyinə inandırmaq lazımdır. Elita
anarxizmin ağlabatan olduğunu başa düşəndən sonra dövlət
öləcək.
Marksistlər deyirlər ki, yalnız zorakı inqilab insanlan
kapitalizmdən və kapitalist idarə formasından azad edəcək.
Onlar təsdiq edirlər ki, müvəffəqiyyətli antikapitalist sosialist
inqilabından sonra yeni, lakin keçici dövlət - proletariat
diktaturası qurulacaq. Bu proletar dövləti tezliklə kommunizm
ilə əvəz olunacaq və dövlət həmişəlik aradan qaldınlacaq.
Fəlsəfi mənada siyasi azadlıq. Marksist fəlsəfəyə görə dərk
edilməyən qanunlar «kor» zərurət kimi təzahür edirlər. İnsan öz
tarixinin başlanğıcında hələ təbiətin sirlərinə nüfuz
454
edə bilmədiyi üçün dərk edilməyən zərurətin qulu olaraq qalırdı,
hələ azad deyildi. Obyektiv qanunlan nə qədər dərindən
öyrənirsə insan öz fəaliyyətində o qədər şüurlu və azad olur.
Azadlığın marksist tərifi XVII əsrin niderland filosofu B.Spi-
nozanın tərifi ilə üst-üstə düşür: «Azadlıq dərk edilmiş
zərurətdir».
Spinozanm müasiri ingilis filosofu T.Hobbs hesab edirdi ki,
azadlıq müqavimətin olmamasıdır. Onun fikrincə insanın
azadlığı nəyi isə gerçəkləşdirməyə can atan iradənin
müqavimətə rast gəlməməsidir. Russo deyirdi: «Azadlıq -
bərabərlik olmadan yaşaya bilməz».
Rus yazıçısı Dostoyevskinin dediyinə görə azadlıq insan
üçün ən əzablı qayğıdır; insan və insan cəmiyyəti üçün - heç nə,
heç vaxt azadlıq qədər ağır yük olmamışdır. İnsan azad olandan
sonra tələsik axtarır ki, kimin qarşısında diz çöksün və
azadlıqdan xilas olsun.
Kant göstərirdi ki, azadlıq hərfən və mahiyyətcə ideyadır. O,
mütləq hamı üçün azadlığı nəzərdə tutur. Bütün cəmiyyəti azad
etmədən hansısa tək bir adamın təcrid olunmuş azadlığı
ağlasığan bir şey deyil.
Hegel azadlığı əsl daxili ziddiyyət hesab edirdi. Onun
fikrincə azadlıq odur ki, insan yalnız özündən asılı olsun.
Z.Freydin davamçılarından biri olan E.Fromm göstərirdi ki,
azadlıq - şəxsiyyətin özünü idarə etməsidir, onun mənəvi,
emosional qabiliyyətinin ifadəsidir.
İnsan dünya hadisələrinin içərisinə atılıb, taledən,
təsadüflərdən, dəyişgənlikdən, yanlışlıqlardan, başqalarının
iradəsindən və s. asılıdır. Lakin başqa tərəfdən, öz vəzifələrini
icra etmək üçün insan azad olmalıdır, bütün problemlərin
asanlıqla həll olunacağını gözləməməlidir. İnsandan cəhd
göstərmək, çalışqan, qabiliyyətli olmaq tələb edilir. Lakin belə
fikir də var ki, insan nə qədər çalışsa da öz həyati problemlərini
həll edə bilmir. M.Haydegger göstərirdi ki, insana Taleyi özünə
tabe etmək və yaxud dəyişdirmək nəsib olmamış, odur ki, onun
azadlığı həmin Taleyi itaətlə qəbul etməkdən ibarətdir. Hay-
degger azadlığı idrak ilə əlaqələndirirdi. O, yazmışdı: «Hər cür
455
Dostları ilə paylaş: |