Demokratiya (yun. «demos» - xalq, «kratos» - hakimiyyət)
xalq
hakimiyyəti,
vətəndaşlann
azadlığı,
bərabərliyi
prinsiplərinə əsaslanan siyasi quruluş formasıdır.
Totalitarizm O^t. «totalis» - tam, bütöv) avtoritar dövlət
formasıdır. Totalitarizmə əsasən dörd element daxildir: 1) tota-
Шаг ideologiya - hər bir cəmiyyət üzvünün riayət etməsi lazım
olan ümumi siyasi doktrinlərin cəmidir; 2) həmin ideologiyanı
həyata keçirən və bir lider, diktator tərəfindən idarə edilən tək
partiya; 3) iqtisadiyyat, kütləvi informasiya vasitələri və silahlı
qüvvələr üzərində vahid nəzarət; 4) kütləvi repressiyalar.
Göründüyü kimi, totalitarizm - avtoritar dövlətin cəmiyyət
və ayrı-ayrı şəxslərin həyat və fəaliyyətinin bütün sahələrinə
hərtərəfli müdaxiləsi ilə xarakterizə edilən ictimai-siyasi
quruluşdur. Mütləqiyyətçi (absolyutist), bonapartist, faşist,
bolşevik rejimlər totalitar xarakter daşıyırlar. Bütün leqal
təşkilatların dövlətləşdirilməsi, hakimiyyətin qeyri-məhdud
səlahiyyətləri, demokratik təşkilatların yasaq edilməsi,
vətəndaşların hüquq və azadlıqlarının ləğv edilməsi, bir qayda
olaraq təkpartiyalı sistemin mövcudluğu, iqtisadiyyatın
hərbiləşdirilməsi, müxalifətə və başqa cür fıkirləşənlərə qarşı
repressiya - belə rejimlərə xas olan cəhətlərdir. Beləliklə,
totalitar siyasi sistemlər elə diktaturadır ki, hakimiyyət bir
adamın, insan qrupunun, güru- hun və ya partiyanın əlində
cəmləşir və idarə olunanlar tərəfindən heç bir nəzarət olmadan
həyata keçirilir.
Prinsipcə ən vacib məsələlərdən biri də hüquqi dövlətin
formalaşmasıdır. Bu vəzifə - insanın hüquq və azadlığının
maksimum təmin edilməsi, dövlətin vətəndaş qarşısında,
vətəndaşın isə dövlət qarşısında məsuliyyət daşıması, qanunun
nüfiazunun artması və onun bütün dövlət orqanları, ictimai
təşkilatlar, kollektivlər və vətəndaşlar tərəfindən yerinə
yetirilməsi, hüququ mühafizə orqanlarının səmərəli işləməsi ilə
sıx əlaqədədir.
Göstərmək lazımdır ki, vətəndaş cəmiyyətinin formalaşması
və demokratik sistemin təşəkkül tapması tarixdə ilk dəfə olaraq
Avropada baş vermişdir. Yenə də tarixdə birinci dəfə olaraq
Avropa Birliyi ölkələri üçün vahid vətəndaşlıq institu-
450
tunun formalaşması yollan axtanlır. Bütün Avropa miqyasında
açıq cəmiyyət yaratmaq vasitəsilə millət fövqündə duran
vətəndaş cəmiyyətinin formalaşması prosesi davam edir.
Dünyada baş verən qloballaşmanın əsas fenomeni ərazi deyil,
ümumdünya sistemləri yaratmaq cəhdidir. Bu sistemlər
dövlətdən yan keçərək daxili sistemlər ilə birbaşa qarşılıqlı
əlaqəyə girməyə çalışırlar. Onlar yerli təlimatlan aradan
götürmək və yaxud zəiflətmək, siyasi və iqtisadi təşkilatlardan
tutmuş sənaye standartlarına qədər olduqca geniş sahəni əhatə
edən və hamı üçün vahid beynəlxalq məcəllə yaratmaq
istiqamətində proqramlaşdırılır. Ümumdünya sistemləri,
əlbəttə, sosial həyatda dövləti tamamilə aradan götürmür. Lakin
dövlət özünün nizamlama səlahiyyətlərinin xeyli hissəsini
qeyri-dövlət təşkilatlanna və şirkətlərə verməyə məcbur olur.
Siyasi partiya müəyyən ictimai qüvvələrin mənafeyini ifadə
edən, həmin qüvvələrin daha fəal nümayəndələrini birləşdirən
və müəyyən məqsəd və ideallara çatmaq üçün onlara rəhbərlik
edən təşkilatdır.
Partiyanın meydana gəlməsi və inkişafı cəmiyyətin sosial-
siyasi qruplara parçalanması ilə əlaqədardır. Lakin yalnız yetkin
kapitalizm şəraitində partiya müxtəlif sinif və ictimai qüvvələrin
təşkil edilməsinin yüksək forması olur.
Demokratiya şəraitində müxtəlif partiyaların mövcud olması
qanunauyğundur. Çoxpartiyalılıq müxtəlif siyasi qüvvələr,
sosial qruplar və təbəqələrin maraqları arasındakı ziddiyyətlərin
əks olunmasıdır. Bəzi ölkələrdə liberallar, bəzilərində kon-
servatorlar (mühafizəkarlar) üstünlük təşkil edir. Bir çox
ölkələrdə isə sol siyasi qüvvələrin də mövqeyi möhkəmdir.
Məsələn, Böyük Britaniya, Almaniya, Avstriya, İspaniya,
Skandinaviya ölkələrində sosial-demokratlar ciddi qüvvə hesab
olunurlar.
ABŞ-da əsasən iki aparıcı partiya var: Respublikaçılar və
Demokrat partiyaları. Böyük Britaniyada da iki əsas partiya var:
Mühafizəkarlar və Leyboristlər partiyaları. Başqa çoxpartiyalı
sistem olan ölkələrdə də bir sıra siyasi partiyalar fəa-
451
liyyət göstərir. Azərbaycan müstəqillik qazanandan sonra
çoxpartiyalı sistem yaratmaq yoluna keçdi.
Partiya demokratiyasının başlanğıcında «işıqlı gələcəyə»
aparan yolu təsvir edən ideyaları formalaşdıran insanlar durur.
Bu adamlar partiyada birləşən və hakimiyyət uğrunda mübarizə
aparan həmfikirlərini tapırlar. Partiya ideologiyanın silahı kimi
çıxış edir. Siyasi mübarizə son nəticədə ideyaların rəqabəti
formasını qazanır.
Lakin vaxt keçdikcə bu klassik modeldə əhəmiyyətli
dəyişiklik baş verir. İndi heç bir partiya özünün praktiki
fəaliyyətində irəli sürdüyü ideyalar ilə məhdudlaşa bilməz,
çünki həyat həmişə kompromisə getməyi, ideyadan kənara
çıxmağı tələb edir. Ona görə də müxalifət partiyaları hakim
partiyalara nisbətən ideologiyaya daha çox bağlı olurlar və
praktiki məsələlərin həlli ilə daha az məşğul olurlar. Bundan
başqa dünya olduqca sürətlə dəyişir, əsasında nə vaxtsa partiya
yaranan ideyalar sonralar yeni şəraitə uyğun gəlmir.
Hakimiyyət belə hallarda partiya üçün adətən yüksək İdeyadan
daha qiymətli olur. Xüsusi ictimai zümrə - siyasi elita
formalaşır. Həmin zümrənin öz maraqları yaranır, ideyanın
göstərişlərindən uzaq olan, hətta bəzən ölkənin mənafeyinə zidd
olan kompromisləri, razılaşmaları, sövdələşməni özündə
birləşdirən və partiya fövqündə duran siyasət mexanizmi
inkişaf edir.
Beləliklə, çoxpartiyalı sistem şəraitində tədricən yeni,
praqmatik model yaranır ki, burada siyasət ön plana çəkilir,
ideologiya isə ona xidmət edir. İdeologiya siyasi prosesin
kənarlarına doğru uzaqlaşdırılır. İdeyaların rəqabəti öz yerini
partiyaların rəqabətinə verir. Belə halda yüksək İdeyanın
cazibədar- lığı deyil, hakimiyyətdə olan partiyanın konkret
praktiki məsələləri nə dərəcədə səmərəli həlletmə qabiliyyəti
əsasdır. Lakin bu o demək deyil ki, ideologiya ümumiyyətlə
yox olur.
Hakimiyyət və anarxiya. Alimlərin çoxu sübut edirlər ki,
dövlətin mövcudluğu zəruridir. Qədim filosoflar - Platon və
Aristotel, orta əsr filosofları - əl-Fərabi, İbn Xaldun, N.Tusi,
Makiavelli, Yeni dövr mütəfəkkirləri - Hobbs, Lokk, Mon-
teskye, J.J.Russo, Hegel, Marks və XX əsr filosoflarının da
452
Dostları ilə paylaş: |