Bu qətiyyən 0 demək deyil ki, dil anlayışına tərif verərək
fəlsəfə xüsusi elmlərin nəticələrini diqqətdən kənarda qoymalıdır
və yaxud qoya biləD),^**
4.3.
Mənlik şüuru
Ümumiyyətlə, şüurun ayrılmaz hissəsi olan mənlik şüuruna -
insanın özü-özünü əks etdirməsi, özünü ətraf dünyadan ayırmaq
qabiliyyəti, özünün dünyaya münasibətini, bir şəxsiyyət kimi
bütövlükdə özünü, özünün hərəkətlərini, düşüncələrini,
maraqlannı, ideallarını və s. başa düşmək və qiymətləndirmək
daxildir.
Hegelə görə mənlik şüuru öz-özlüyündə kifayət deyil, onun
başqa adamın mənlik şüuru olduğunun qəbul edilməsinə ehtiyacı
var. Lakin bundan sonra o öz doğruluğunu, öz varlığına inamını
itirir. «Mənlik şüuru özü-özündə və özü üçün ona görə və onun
sayəsində ola bilir ki, o özündə və özü üçündür, kiminsə
başqasmmdır (mənlik şüurudur), yəni o nə isə qəbul olunan bir
şeydir».^^
Başqa adamın mənlik şüuru ilə dialoq prosesində bizim
mənlik şüuru özündən kənara çıxır, özünü başqa birisinin mənlik
şüuru ilə eyniləşdirir. Yalnız bu yolla özünü başa düşmək və
qarşılıqlı anlaşma mümkün olur. Biz başqasının bizə
münasibətinə cavab veririk, özümüzün daxilində başqasına da
belə münasibət yaradırıq.
4.4.
Ağıl və düşüncə
Ağıl və düşüncə - təfəkkür fəaliyyətinin iki səviyyəsini ifadə
edən fəlsəfi kateqoriyalardır.
Ağıl - insan ruhunun elə qabiliyyəti, elə fəaliyyətidir ki, yalnız
səbəbi müəyyənləşdirməyə deyil, həm də dəyərlərin dərk
edilməsinə, predmet və hadisələrin universal əlaqəsinə və bu
əlaqələr daxilində məqsədəuyğun fəaliyyətə doğru yö-
■‘’Bax: Журн. «Вопросы философии», № 1, 1997, c.78.
Гегель. Сочинения. T.IV. M., 1934, c.99.
265
nəlir. Ağılın yardımı ilə dünyanı başa düşmək cəhdinə rasio-
nalizm deyilir.
Orta əsr ərəb filosofu İbn Rüşd deyirdi ki, yalnız bir fəal ağıl
mövcuddur - İlahi ağıl, o da fərdin intellektini fəallaşdırır. Bütün
insanlar üçün bir ümumi, əbədi ağıllı Ruh mövcuddur, fərdi
ruhlar isə ölür.
Kanta görə, düşüncə həmişə sonlu, məhdud xarakter daşıyır,
ağıl isə elə təfəkkürdür ki, sonsuz, şərtsiz və mütləq olanı
tapmağa çalışır. Təfəkkür - təcrübə sahəsində vəhdəti
formalaşdırmaq qabiliyyətidir. Bu qabiliyyətdə Kant iki
səviyyəni ayırır: qaydalar (yəni kateqoriyalar) vasitəsilə vəhdət
yaradan düşüncə və prinsiplər vasitəsilə düşüncə qaydalannın
vəhdətini yaradan ağıl. Bu o deməkdir ki, ağıl hissi idrakın,
təcrübənin materiallarını deyil, düşüncənin özünü təşkil edir.
Kant yazırdı: «Bizim hər cür biliyimiz hisslərdən başlayır, sonra
düşüncəyə keçir və ağılda qurtarır; bizdə müşahidə materialını
işləyib hazırlamaq və onu təfəkkürün ali vəhdətinə çatdırmaq
üçün ağıldan yüksək heç nə yoxdun>.^*
Kanta görə ağıl mühakimə və əqli nəticəyə əsaslanır. Onun
fikrinə görə «...ağıl xüsusini ümumidən çıxarmaq və bu xüsusini
prinsiplərə görə və nə isə zəruri bir şey kimi təqdim etmək
qabiliyyətidir. Beləliklə, ağıla əsas müddəalara görə hökm
vermək və (praktiki cəhətdən) onların əsasında hərəkət etmək
qabiliyyəti kimi tərif vermək olar»; «...düşüncə qaydalar
(vermək) qabiliyyətidir...».” Kant hesab edirdi ki, ağıldan yüksək
heç nə yoxdur. Ağıl prinsiplər yaratmaq vasitəsidir. Məhz
prinsiplər, yəni əsas məntiqi başlanğıclar yaxşı nəticə verən hər
bir düşüncənin ilkin şərtidir. Prinsip, axtaran fikrin istiqamət
verən momentidir.
Hegel ağıl və düşüncənin dialektikasını bir qədər başqa cür
izah edirdi. O, göstərirdi: «...Bizim rasional adlandırdığımız şey
əslində düşüncə sahəsinə aiddir, irrasional adlandırdığımız şey
isə daha çox ağıllı olmağın başlanğıcı və nişanəsidin>.”
И.Кант. Сочинения. В 6-ти rr., Т.З. M.. 1964, с.340.
Yenə orada. Т.6, M.. 1966, s.438.
Гегель. Энциклопедия философских наук. Т.1, М., 1974, с.415.
266
Hegel real aləmi daxili impuls kimi ziddiyyətlərin təsiri
altında inkişaf edən mütləq ağılın təcəssümü hesab edirdi. O,
deyirdi ki, ağıl tarixdə şəxsiyyətüstü qüvvə kimi, şüur kimi çıxış
edir, varlığı istiqamətləndirir və onu özünün xüsusi şüuruna
çevirir.
A.Şopenhauerə görə ağıl xüsusi, başlanğıcdan insana xas olan
mənəvi qüvvə deyil. Bu insanda daha əhəmiyyətli təməlin, ilk
növbədə təbii xüsusiyyətlərin sönməsinin ağır nəticəsidir.
F.Nitsşe isə ağılın qabiliyyətinə qarşı daha kəskin çıxış edir. O,
ağılı tor toxuyan «xəstə hörümçək» hesab edirdi. Həmin tor insan
həyatını dolaşdırır, onu qurudur və cansız bir hala gətirir.
Freydizmə görə isə ağıl başqa psixi hadisələrin mənfi təsiri
altındadır. Freydin davamçısı E.Fromm yazmışdır: «Freyd
göstərmişdir ki, insanın ən qiymətli və insani keyfiyyəti olan ağıl
özü də ehtiraslann pozğun təsirinə məruz qalır və yalnız bu
ehtirasları başa düşmək ağılı azad edə bilər, onun normal işini
təmin edər».^‘
K.Yaspersin əsərlərində «ağıl» anlayışı almanlara xas olan
qaydada qəbul edilir. Yəni «ağıl» dəqiq olaraq «düşüncə»dən
fərqlənir. Yaspersə görə düşüncə ayırır, fərqləndirir, ağıl isə,
əksinə, birləşdirir, bizə yalnız xüsusi biliklə kifayətlənməyi yasaq
edir; elm xüsusi biliklə məhdudlaşır.
Ağıl və düşüncə kateqoriyalarının dialektikasının əsasını
nəzəri idrakdakı ziddiyyətlər təşkil edir. Məlumdur ki, nəzəriyyə
həmişə prinsipcə sistemli xarakter daşımalıdır, lakin hər dəfə yeni
ideyalann təzyiqi altında bu sistemin dağılması qaçılmazdır. Bu
ziddiyyətlərdə sabitlik və sistemlik momenti - ağıl kateqoriyası
ilə, dəyişgənlik və tarixilik momenti isə - düşüncə kateqoriyası ilə
təmsil olunur. Beləliklə, nəzəri idrakda düşüncə və ağıl
momentləri arasındakı ziddiyyət nəzəri (elmi) idrakın, bununla da
ümumiyyətlə idrakın hərəkətverici qüvvəsi kimi çıxış edir. Lakin
bu o demək deyil ki, ağıl və düşüncə bütün hallarda yalnız
ziddiyyətdə olurlar; onlar eyni zamanda bir-birini qarşılıqlı
şərtləndirirlər. Ağıl mövcud bilik
Э.Фромм. Психоанализ и религия. В ки.: Сумерки богов. М., 1990, с. 147.
267
Dostları ilə paylaş: |