sistemindəki ziddiyyətləri üzə çıxarır, gələcəkdə yeni nəzəri
sistemin yaranması üçün əsas olan yeni ideyalar irəli sürür.
Beləliklə, biliyi müəyyən sistemə salmaq qabiliyyəti düşüncə
ilə bağlıdır. Düşüncəyə əsaslanaraq ağıl yaradıcı idrak fəaliyyəti
kimi çıxış edir, gerçəkliyin mahiyyətini açmağa çalışır. Təfəkkür
ağıl vasitəsilə idrakın nəticələrini sistemləşdirir, yeni ideyalar
yaradır.
5.
Şüurun yaradıcı xarakteri
İnsan şüuru həmişə gerçəkliyin əks olunmasını qabaqlayan
müəyyən bilik şəklində mövcud olur. İnsanın məqsəd və planları
arzu olunan gerçəkliyin ideal modelidir. Şüurun bu qabiliyyəti
elm sahəsində öncədən görmədə daha aydın təzahür edir.
Gerçəkliyin inkişaf qanunauyğunluqlannı dərindən bilmək
məlum olmayan hadisələri əvvəlcədən demək, hadisələrin
sonrakı inkişafını öncədən görmək imkanı verir.
Beləliklə, şüur yaradıcı xarakter daşıyır, xarici aləmə fəal təsir
etmək, öz tələbatına uyğun olaraq onu yenidən dəyişmək imkanı
verir. İnsan şüuru nəinki yalnız əks etdirir, o həm də yaradır.
Yaratmaq yenini kəşf etmək və yenini qurmaq deməkdir.
Ağıl insana xidmət etməyəndə yaradıcı deyil, dağıdıcı
qüvvəyə çevrilir. Qədim yunan dramaturqu Sofoklun (b.e.ə.
460-408) dediyi kimi, ağıl insana xidmət etməyəndə çox qorxulu
olur.
Yarandığı gündən insan həmişə özünün fiziki və zehni
əməyini yüngülləşdirməyə çalışıb. O, indiki mərhələdə «süni
intellekt» yaratmağa nail olub.
Bir çox alimlər ehtiyat edirlər ki, müasir dövrdə süni ağılın
hansı təhlükəni daşıdığının başa düşülməməsi bəşəriyyəti çox
ciddi təhlükə ilə üzləşdirə bilər. Onların fikrincə, elektronikada
öz-özünü öyrədən sxemlərin və yüzlərlə, bəzən minlərlə
kompüteri birləşdirən nəhəng informasiya şəbəkələrinin meydana
gəlməsi ilə insan əslində onları nəzarətdə saxlamaq imkanını
itirir.
268
Belə narahatlıq üçün müəyyən əsas olmasına baxmayaraq,
süni intellekti nəzarətdə saxlayan tədqiqatçılar lap əvvəldən
insanın öz intellektinin köməyi ilə həyata keçirdiyi funksiyanı
yerinə yetirə biləcək texniki sistemlər yaratmağı qarşılarına
məqsəd qoyublar.
Süni intellekt tamamilə təbii intellektdən asılı olmayaraq
mövcud olan bir şey deyil; o təbii intellektin texniki, instrumental
davamıdır, onun zehni qabiliyyətinin gücləndiricisidir.
Süni intellekt sistemi sayəsində insan mürəkkəb sistemləri
modelləşdirmək, onları dərk etmək, idarə etmək və bu yolla
özünün sinir sisteminin psixofizioloji məhdudluğunu aradan
qaldırmaq qabiliyyəti qazanır.
Alimlər insan beyni ilə kompüter arasında daha sıx əlaqəni
həyata keçirmək üçün beyin protezləri hazırlamaq istəyirlər.
Başqa sözlə, beyinin müəyyən defısitlə işləməsini kompensasiya
etmək və yaxud insan beyninin imkanlanm əhəmiyyətli dərəcədə
genişləndirmək üçün onun işini qeyri-adi, yeni ölçü rejiminə
keçirmək nəzəri cəhətdən mümkündür.
Əgər real neyronlar şüurun əsasıdırsa, onda süni neyronlar
yaratmaq yolu ilə süni şüur da hazırlana bilər. Lakin belə proqnoz
çox mübahisəlidir, çünki insan beyni çox mürəkkəbdir, onun
şüuru ilə emosiyası, iradəsi arasındakı qarşılıqlı əlaqə isə daha
mürəkkəbdir.
Son dövrlərdə Qərbi Avropa və Şimali Amerikada geniş
yayılan fikirlərdən biri də odur ki, şüur zehni yaradıcılıqda
başlanğıc olsa da, əsas işi burada şüuraltı proseslər görür.
Məsələn, C.Merfı «Sizdəki şüuraltımn gücü» kitabında yazır:
«...Sizdəki şüuraltı fikrinizin yaxşı və pis, doğru və yalan
olmasını yoxlamır, yalnız sizin fikir və təsəvvürlərinizə uyğun
olaraq təsirə cavab verir. Əgər siz işin müəyyən cəhətlərinin
doğruluğuna əminsinizsə, onda sizin fikir obyektiv olaraq düzgün
olmasa da, şüuraltı həmin fikri müvafiq qaydada qəbul edir və
müvafiq qaydada ona reaksiya verİD>.^^
Deməli, bu fikrə görə şüur istiqamətləndirir, nəticəni isə
şüuraltı çıxarır. «Sizin şüuraltı etiraz etmir, sizin şüur nəyi tək-
•'- Дж.Мсрфи. Сила вашего подсознания. Ростов-на-Дону, «Феникс», 1997. с.38.
269
lif edirsə, onu da qəbul edir».^^ Şüuraltı ən ağır xəstəlikləri
müalicə edə bilir. C.Merfi yazır: «Sizin şüuraltına peşəkarcasına
düzgün təsir edilərsə, o ruhu və bədəni sağalda bilər».^**
«Yadda saxlayın ki, elmin bütün nailiyyətləri və qəribə
müvəffəqiyyətləri şüuraltının köməkliyi ilə əldə edilib».^^
C.Merfi belə nəticəyə gəlir: «Sizin şüuraltı heç vaxt yatmır, o
həmişə sizin üçün işləyir. O bütün həyati funksiyaları idarə
edir».^®
Biz bu fikir ilə razılaşırıq.
” Дж.Мерфи. Cıtna вашего подсознания. Ростов-на-Дону, «Феникс», 1997, с.56.
Yenə orada, s.l08.
■'* Yenə orada, s.2l3.
^
Yenə orada, s.228.
270
III.
idrak fəlsəfəsi: qnoseologiya (epistemologiya)
1.
İdrakın fəlsəfi anlayışı
1.1.
İdrak biliyin formalaşması və inkişafı prosesidir
İdrak nəzəriyyəsi (qnoseologiya və ya epistemologiya) nəzəri
fəlsəfənin elə hissəsidir ki, burada idrakın təbiəti, onun imkanları
və hüdudları, biliyin reallığa münasibəti, idrakın subyekt və
obyekti kimi problemlər öyrənilir; idrak prosesinin ümumi ilkin
şərtləri, biliyin doğruluq şərtləri; həqiqətin krite- risi (meyarı),
idrakın forma və səviyyələri və bir sıra başqa problemlər tədqiq
edilir. Başqa sözlə idrak - biliyin qazanılması və inkişaf
etdirilməsi, onun daim dərinləşdirilməsi, genişləndirilməsi və
təkmilləşdirilməsi prosesidir.
İnsanların malik olduqlan bilik həm də onlann şəxsi və ictimai
kapitalıdır. Yüksək inkişaf etmiş müasir cəmiyyətlərin sərvəti çox
hallarda bilik sayəsində meydana gəlib, bilikli, təhsilli adamlar
tərəfindən yaradılıb.
«Epistemologiya» termini qədim yunanca «episteme» (bilik)
sözündən götürülüb. Yuxarıda deyildiyi kimi, fəlsəfənin bir
hissəsidir, idrak prosesinin ümumi cəhətlərini və onun nəticəsi
olan biliyi öyrənir. Biliyin təhlili varlıq haqqında təlim
(ontologiya) ilə yanaşı ənənəvi olaraq nəzəri fəlsəfənin hissəsi
hesab edilir. Yeni Avropa klassik fəlsəfəsində bu təhlil adətən
«insan ağılı» haqqında ümumi təlim çərçivəsində həyata
keçirilirdi.
Məsələn,
bizim
idrak
haqqında
indiki
təsəvvürlərimizin əsasını qoymuş böyük filosoflar Dekart, Lokk,
Leybnis, Yum, Kant məhz belə hesab etmişlər. XIX əsrin
ortalarından başlayaraq fəlsəfənin bu hissəsi ayrıca fəlsəfi fənn
kimi başa düşülmüşdür. Onu həmin dövrdə adətən qnoseologiya
(yun. «gnosis» - idrak) adlandırmışlar. Son onilliklərdə
«epistemologiya» termini daha çox ingilisdilli ölkələrdə işlədilir.
Bəzi filosoflar, məsələn, K.Popper, yalnız elmi idrakın
öyrənilməsini epistemologiyaya aid edir.
Bir çox elm sahələri də idrak problemləri ilə məşğuldur.
Məsələn, R.Volfun yazdığı kimi: «...psixologiya da idrakı
öyrənir, lakin epistemologiya idrakın daxili mexanizmi ilə az ma
271
Dostları ilə paylaş: |