gördüklərini qavramır. İki adam eyni şəkilə heç vaxt eyni
reaksiya vermir». «Hissi qavrayış fiziki hadisədən nə isə daha
böyük bir şeydir; bu elə psixoloji funksiyadır ki, onun əsasında
fərdin daxili aləminə aid çox uzağa gedən nəticələr çıxara
bilərik»."*^
Təsəvvür əşyaların insanın hiss üzvlərinə bilavasitə təsir
göstərmədiyi vaxt onu görməkdir; əvvəllər bizim hiss
üzvlərimizə təsir göstərmiş, qavranılmış, sonradan isə
yaddaşımızda saxlanılmış əşya və hadisələrin lazım olan vaxt
şüurda yenidən canlanmasıdır.
Hissi qavrayış və təsəvvürlə bilavasitə əlaqədə olan əqli
qabiliyyət də təxəyyüldür. «Şəxsiyyətin təkrarsızlığı heç bir
yerdə özünü onun təxəyyülündə olduğu qədər çox göstərmir.
Təxəyyül dedikdə biz hissi qavrayışın elə mümkünlüyünü
nəzərdə tuturuq ki, o həmin qavrayışa səbəb olan mövcud pred-
metdən asılı olmasın. Başqa sözlə, təxəyyül prosesi qavrayış
prosesini təkrar edir və bizim psixikamızın yaradıcılıq imkanının
daha bir nümunəsi olur. Təxəyyülün nəticəsi yalnız keçmişdə baş
vermiş
qavrayışının
(öz-özlüyündə
ruhun
yaradıcılıq
qabiliyyətinin nəticəsi olan qavrayışın) təkrarı deyil və ilkin
qavrayışın fiziki duyğular əsasında qurulduğu kimi, o da qavrayış
əsasında yaranan tamamilə yeni və unikal məhsulduD).'*'*
Təsəvvür və təxəyyül elə bil ki, hissi və mücərrəd (abst- rakt)
idrak arasında əlaqə yaradan həlqədir.
1.4.
Mücərrəd (abstrakt) təfəkkür və onun
formaları
Mücərrəd təfəkkür prosesi idrakın nəzəri səviyyəsində baş
verir və üç əsas formada davam edir: anlayış, mühakimə və əqli
nəticə.
Anlayış elə təfəkkür formasıdır ki, burada əşyalann,
hadisələrin ən ümumi, əsas və zəruri xassələri, əlamətləri,
keyfiyyətləri əks olunur. Anlayış hər hansı fikir hadisəsinin
əsasını təşkil
* **
А.Адлер. Понять природу человека, с.45.
**
Ycno orada, s.47.
278
edir, yəni anlayışsız fikir yoxdur. Anlayış adətən söz və cümlə ilə
ifadə olunur.
Anlayış - obyektin müxtəlif tərəflərinin cansız ümumiləşməsi
deyil, canlı, inkişaf edən bütövdür, obyektin vacib, əhəmiyyətli
tərəflərini mərkəzləşdirən kəsişmə nöqtəsidir. Bununla yanaşı
elmi anlayışın özü də anlayışlar sistemi olan nəzəriyyənin, elmin
bir ünsürü kimi çıxış edir.
Anlayış mühakimələrin tamamlanmış cəmidir. Subyekt
özünün zehni fəaliyyətində anlayışlardan istifadə edərək
mühakimələr irəli sürür. Bütün məntiqi mühakimələr elementar
vahidlər kimi anlayışlardan düzəldilir. Anlayış həmişə məntiqi
abstraksiyadır və hissiyyatdan məhrumdur. Anlayışı başa düşmək
olar, hiss etmək olmaz.
Mühakimə anlayışlann məntiqi əlaqəsi nəticəsində yaranır və
onun köməkliyi ilə predmetlərin bəzi xassələri ya təsdiq, ya da
inkar edilir.
Z.Freyd demişdir: «Mühakimənin funksiyası mahiyyətcə iki
qərara toxunmalıdır. O müəyyən bir şeydə hansısa keyfiyyətin
olmasını ya qəbul, ya da inkar etməlidir; o hər hansı təsəvvürdə
reallığın mövcud olmasını ya qəbul, ya da inkar etməlidir.
Haqqında qərar qəbul ediləsi keyfiyyət əvvəl başdan ya yaxşı, ya
da pis, ya faydalı, ya da ziyanlı ola bilər»."*^
Mühakimə yürütmək üçün xüsusi qabiliyyətə intellekt deyilir.
İlkin əsas hesab edilən bir neçə mühakimədən nəticə hesab
edilən yeni mühakimə yaradılmasına əqli nəticə deyilir. Əqli
nəticə sayəsində düşünən insanın öz əqidəsini sübut etməsi üçün
hər dəfə təcrübənin məlumatlarına müraciət etməsinə ehtiyac
qalmaz. Əqli nəticədən istifadə edərək o, təcrübədən azad olur.
Anlayış, mühakimə və əqli nəticə təfəkkür formaları kimi
formal məntiq tərəfindən öyrənilir. Dialektika nəzəriyyəsinin
tərəfdarları isə formal, ənənəvi məntiqlə yanaşı «dialektik
məntiq» fikrini əsaslandırırlar. Onların dediyinə görə dialektik
З.Фрейд. Психологические гподы. В ки.: З.Фрейд. Тотем и табу. М.. «Олимп». 1997. С.444.
279
məntiq anlayışlann, mühakimələrin, əqli nəticələrin, ideyaların,
nəzəriyyələrin formalaşmasını və dəyişməsini onlann tarixi
inkişafının və qarşılıqlı təsirinin dialektikası baxımından tədqiq
edir. Müasir məntiqçilərin əksəriyyəti müstəqil «dialektik
məntiq» elmini inkar edirlər.
1.5.
Həqiqət haqqında təlim
Həqiqətə doğru daimi cəhd fəlsəfənin sırf abstraksiyalara
çəkilməsinə, ağılın lazımsız oyununa çevrilməsinə imkan vermir.
Fəlsəfi müdriklik daim həqiqət axtaran proses kimi heç vaxt
dayana bilməz. Həqiqətə nail olmaq deyil, onu axtarmaq
fəlsəfənin məqsədidir.
Həqiqət əksəriyyət tərəfindən qəbul edilən bilik deyil. Hələ
İbn Rüşd demişdi: «Nəyinsə həqiqilik şərti onun hamı tərəfindən
etiraf edilməsi deyil. Axı, hamı tərəfindən etiraf edilmə, hamıya
məlum olmaqdan başqa bir şey deyil. Nəyinsə hamı tərəfindən
etiraf edilməsindən qətiyyən nəticə çıxmır ki, həmin nə isə öz-
özlüyündə həqiqidİD)."“^
Həqiqət haqqında müxtəlif fikirlər mövcuddur: həqiqət əşya
və hadisələrin insan şüurunda adekvat, xarici aləmə tam uyğun və
praktikada təsdiq olunan inikasıdır (əks olunmasıdır); həqiqət
obyektivdir, belə olmasa o həqiqət ola bilməz; həqiqət ideal
hadisədir, çünki o fikrin xassəsidir, bütün fikirlər isə idealdır;
həqiqət - təfəkkür və varlığın eyniliyidir. Belə eynilik Hegel
tərəfindən rasional, nəzəri formada təfəkkürün öz daxilində
həyata keçirilir; həqiqət yalnız Allahdır və s.
Ontoloji nəzəriyyələr həqiqəti faktlara uyğun gəlmək kimi
nəzərdən keçirir; qnoseoloji nəzəriyyələr isə həqiqəti bizim
təfəkkürün - bilik və inamın xassəsi hesab edir. Daha bir fikrə
görə bir həqiqət bizim üçün kifayət deyil, biz daha dərin və yeni
həqiqət istəyirik, çünki biz hər şeydən əvvəl öz problemlərimizə
cavab axtannq. Bir çox filosoflar, xüsusən materialistlər hesab
edirlər ki, həqiqət yalnız konkret ola bilər, konkret olmayan
həqiqət ümumiyyətlə yoxdur. Belə bir fikir də var ki, konkret
Aeeppoəc. OnpoBep5KeHne onpoBepjKeHiiJi. KncB-Criö, 1999, c.l3.
280
Dostları ilə paylaş: |