raqlanır, bizim necə fikirləşməyimizi, nə bilməyimizi müəyyən
etməyin, sübut etməyin və ya təsdiq etməyin mümkünlüyü ilə
məşğul oluD>.^’
İnsanın yaranması ilə bərabər idrak da meydana gəlir.
Bütün materialistlər belə hesab edirlər ki, idrak gerçəkliyin
əks olunmasının xüsusi formasıdır; əksetmə materiyanın ümumi
xassəsidir. Dialektik materializmə görə, ümumiyyətlə şüur
əksolunmanm ali formasıdır; belə əksolunma isə insanın
mənafeyinə uyğun olaraq əmək, istehsaletmə fəaliyyəti əsasında
ətraf gerçəkliyi dəyişmək yolu ilə yalnız insan cəmiyyətində baş
verir, deməli, yalnız insana məxsusdur.
XX əsrin 30-cu illərində Sovetlər Birliyində V.İ.Leninin idrak
haqqında görüşləri ehkamlaşdınidı, son dərəcə ideologiya-
laşdınldı və «Leninin inikas nəzəriyyəsi» adlandınidı. Lakin rus
filosofu V.A.Lektorskinin dediyi kimi «duyğunu «obyektiv
aləmin subyektiv obrazı» hesab etmək sadəlövh sensualizm
mövqeyini ifadə edir və hər halda keçən əsrin ortalannda qəti
olaraq anaxronizmə çevrilir».^®
Miflərdə və kosmoqonik fərziyyələrdə olduğu kimi idrak
fəaliyyəti hər şeydən əvvəl dünyanın təbiətini, onun strukturunu
və insanın burada tutduğu yeri başa düşmək istiqamətinə
yönəldilib.
Bir çox müasir Avropa alimlərinin fikrincə, son dövrlərdə
idrak nəzəriyyəsi ilə filosoflardan daha çox təbiətşünaslıq elminin
nümayəndələri məşğul olurlar. Məsələn, alman filosofu və
məntiqşünası H.Reyhenbax (1881-1953) hesab edir ki, «qəribə
olsa da XIX-XX əsrlərdə dəqiq idrak nəzəriyyəsi filosoflar
tərəfindən deyil, təbiətşünaslıq elminin nümayəndələri tərəfindən
yaradılmışdiD>.^’
İdrak anlayışı hələ qədim mütəfəkkirlər tərəfindən irəli
sürülmüşdür. Məsələn, Demokrit idrakı əksolunma hesab
edirdisə, Platon əslində əksolunma ideyasını aradan götürür,
ruhun əvvəllər təmiz fikir və gözəllik səltənətində olduğu
haqqında
Р.П.Вольф. О философии. М.. 1996, с.39.
В.А,Лекторский. Эпистемология: классическая и неклассичсская. М., 2001, с.8.
Г.Рейхенбах. Философия пространства и времени. М.. 1985, с. 14.
272
öz təəssüratını xatırlamasını idrak ilə eyniləşdirirdi. Yeni dövr
materialistləri əksolunma anlayışını passiv, seyrçi proses şəklində
izah etmişlər. Bütün dövrlərin idealistləri əksolunma problemini
inkar edir, idrakı subyektin öz şüurunun, ruhunun dərinliyindən
çıxartdığı anlayışlar, kateqoriyalar, ideyalar sistemini yaratması
prosesi kimi, yəni biliyin öz-özünü yaratması prosesi kimi şərh
edirlər. Bu məsələdə idealizmin qüvvətli tərəfi dərk edən
subyektin, onun ruhunun, şüurunun yaradıcı fəallığını daha da
inkişaf etdirməsidir.
İdrak şüurun məzmununun formalaşması kimi çox mürəkkəb
prosesdir, dünya haqqında biliyin əldə edilməsi və inkişafı
prosesidir. İdrak özünün fikirləşmək, ətraf dünyanı, həmçinin
özünü dərk etmək qabiliyyətini göstərən şüurun köməkliyi ilə
həyata keçirilir. Bilik bütün idrak prosesinin nəticəsidir. İdrak
prosesi fəaliyyətdə olan şüurdur. Bununla yanaşı bilik şüurun
mövcudluq üsuludur.
İdrak tarixən inkişaf edən və bununla da sırf insani proses
kimi biliyin saxlanması, yığılması, çoxalmasıdır. Beləliklə, idrak
insan şəxsiyyətinin mənəvi inkişafıdır.
İdrak həm də həqiqətin düşünülmüş şəkildə başa düşülməsi və
praktikada tətbiq edilməsidir. İdrak da praktika kimi bəzi hallarda
bir başa, bəzi hallarda dolayı yolla bütün insan fəaliyyətini
xarakterizə edir.
Bir çox filosoflar və elmin başqa nümayəndələri heç vaxt dərk
edilməyəcək və həll edilə bilməyəcək obyekt və problemlərin
siyahısını tərtib etməyə cəhd göstərmişlər. Məsələn, Yer üzərində
həyatın meydana gəlməsi. Günəşin dərinliyi, insanın və onun
şüurunun yaranması və s.
Öz təbiətinə görə fəlsəfə təkcə maddi gerçəkliyi deyil, həm də
şüuru, insanın idrak fəaliyyətini də əhatə edir. Lakin bir insan
orqanizmin fizioloji xüsusiyyətlərinə əsaslanaraq nəinki onu
əhatə edən bütün gerçəkliyin, hətta aynca bir obyektin bütün
sonsuz xassə və münasibətlərinin cəmini belə, qısa zaman
kəsiyində deyil, hətta bütün ömrü boyu da əhatə edə bilməz.
Fəlsəfədə aşağıdakı sualın böyük əhəmiyyəti var: bizim
təfəkkürün real dünyanı dərk etmək qabiliyyəti varmı? Alimlərin
273
çoxu bu suala müsbət cavab verirlər. Lakin bəzi filosoflar insanın
dərketmə imkanını ya məhdudlaşdırır, ya da inkar edirlər. Onlara
aqnostik deyirlər. Belə filosoflardan biri də Kant olmuşdur. O,
deyirdi ki, biz yalnız öz yaratdığlanmız şeylər haqqında bilirik.
Yeni kantçılar isə əlavə edirlər ki, bu bilik bizim haqqında heç nə
bilmədiyimiz ilk başlanğıc tərəfindən yaradılır. Çünki onlara görə
mütləq biliyə nail olmaq mümkün deyil, bizim biliyimiz bütün
problemləri həll edə bilməz. Lakin aqnostiklər ümumiyyətlə elmi
biliyin gücünü inkar etmirlər.
Marksist fəlsəfə dünyanın dərk edilməsi məsələsinin həllində
insanların sosial-dəyişdirici fəaliyyətinin əməli təcrübəsinə
əsaslanır. Təbii və sosial gerçəkliyin insan tərəfindən praktiki
cəhətdən mənimsənilməsi göstərir ki, biz təbiət və cəmiyyətin
obyektiv qanunlarını dərk etmək qabiliyyətinə malikik. V.İ.Lenin
yazırdı: «Canlı müşahidədən mücərrəd təfəkkürə və oradan
praktikaya - həqiqətin dərk edilməsinin dialektik yolu
belədir».**®
İdrak nəzəriyyəsinin mərkəzi problemlərindən biri - özünü
dərk etməkdir. Fəlsəfi mənada özünü dərk etmək - insanın öz
cismani təbiətini bilməsi və hətta öz ruhunun duyğu, hiss və
emosiya kimi tərəflərini dərk etməsi deyil. Bu - insanın özünün
dərk etmək qabiliyyətini, təfəkkürünü, ağlını dərk etməsidir.
Lakin belə biliyə nail olmaq həddən artıq çətin işdir. Bəzi
filosoflar isə belə hesab edirlər ki, bu ümumiyyətlə mümkün deyil
və sübut etməyə çalışırlar ki, funksiyası başqa şeyləri dərk etmək
olan ağıl elə buna görə də özünü dərk edə bilməz.
Bütün fəlsəfə kimi idrak fəlsəfəsi də indiki dövrdə Dekart və
Kantın təmsil etdiyi və rasionallığın klassik növünü əks etdirən
ənənəyə yeni münasibət problemi qarşısındadır. L.Vitgenştey-
nin, M.Haydeggerin, J.Derridanın tələb etdiyi kimi bu ənənə
birdəfəlik kənara atılmalı, yoxsa əhəmiyyətli dərəcədə yenidən
dəyərləndirilərək XXI əsrdə də saxlanılmalıdır? Bizim fıkri-
mizcə ikinci yol daha realdır.
B.H.Jlenıın.
riCC,
T.29. c. 152-153.
274
Dostları ilə paylaş: |