|
Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor
2)
Mal və xidmətlərin blokdaxili sərbəst hərəkətinin
təmini;
3)
Pul-kredit siyasətinin koordinasiyası;
4)
Vergi və budcə siyasətinin uyğunlaşdırılması və s.
Çox tərəfli əsasda bağlanmış müqavilələrə əsasən 40-
dan çox koordinasiya institutlarının yaradılması nəzərdə tutulmuş
və bu istiqamətdə nəzərə çarpan nəticələr əldə edilmişdir.
Apardığımız tədqiqatlar göstərir ki, postsovet məkanında
reinteqrasiya prosesləri real məzmundan
əhəmiyyətli
dərəcədə uzaqdır. Hal-hazırda sözügedən blokun üzv-ölkələri
arasında qarşılıqlı iqtisadi əməkdaşlığın aşağıdakı səviyyələri
(yaxud istiqamətləri) mövcuddur:
1)
Bütövlükdə 12 ölkənin daxil olduğu Müstəqil Dövlətlər
Birliyi;
2)
Gömrük ittifaqı-Rusiya, Belarus,
Qazaxıstan,
Qırğızıstan, Tacikistan;
3)
GUÖAM qruplaşması-Gürcüstan,
Ukraina,
Özbəkistan, Azərbaycan, Moldova;
4)
Mərkəzi Asiya Dövlətləri İttifaqı-Qazaxıstan,
Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan;
5)
İttifaq Dövləti-Rusiya və Belarus.
Qeyd etmək lazımdır ki, postsovet məkanında reinteqrasiya
proseslərinin arzu edilən səviyyədə getməməsi və MDB-nin
mikrobloklaşmaya məruz qalması problemə konseptual baxışların
anlaşılmazlığı, çoxistiqamətliliyi və başlıcası, tələskənlikdən doğan
məntiqi nəticə kimi qəbul olunmalıdır. Belə ki, prosesin ilkin
vaxtlarında MDB-yə münasibətdə vahid mövqe ortalığa
qoyulmamışdır:
1)
SSRİ-nin bərpası (yeni əsaslarla);
2)
Azad ticarət zonası;
3)
Gömrük ittifaqı;
4)
İqtisadi ittifaq;
5)
«Müxtəlif sürətli» inteqrasiya.
Sonuncu istisna olmaqla (inteqrasiya qruplaşmasının
mikrobloklara parçalanması) heç bir variant öz həllini
tapmamışdır. Başqa sözlə, real olaraq fəaliyyət göstərmirlər.
317
Hətta Rusiya ilə ittifaq dövləti təşkil edən Belarus belə
müqavilə öhdəliklərini, ələlxüsus pul
sistemlərinin
yaxınlaşdınlması və «xarici sərhədlərdə» normal gömrük
xidmətinin təşkilini praktiki olaraq yerinə yetirməmişdir"^.
Eyni zamanda, qeyd edilməlidir ki, MDB-in bu günü və
gələcəyinə münasibətdə tədqiqatçılar arasında da yekdil fikir
yoxdur. B.Topomin"^ MDB-ni ən yaxşı halda beynəlxalq
hökumətlərarası təşkilat hesab edir və yazır ki, bu təşkilatla
Avropa İttifaqı arasında müqayisə aparmaq düzgün deyildir
(müqayisəyə gəlmirlər-kursiv Ə.B.)
U.Şişkov ümumiyyətlə pessimist
mövqedədir.
«...Keçmişdə mövcud olan vahid məkanın dezinteqrasiyası davam
edir»'^*^.
Bir sıra tədqiqatçılar öz ölkələrinin mənafelərini əsas
gətirərək MDB-ni əlavə «yük» hesab edirlər. Sözügedən
müəlliflərin məntiqi düşüncə tərzi təxminən belədir: Əksər MDB
ölkələrində son istehlak xərcləri kəskin surətdə artmış, yığımın
xüsusi çəkisi isə müvafiq olaraq aşağı düşmüşdür. Müəyyən
vaxtdan sonra dünya bazan ilə müqayisədə MDB daxili bazann
«istilik» dərəcəsi artım istiqamətli olacaqdır. Və, buradan da belə
bir nəticəyə gəlirlər ki, gömrük ittifaqına daxil olan üzv-ölkələrin
sayının artımına paralel olaraq Rusiya istehsalı olan hazır
məhsulların müvafiq şəkildə daha çox hissəsi qeyd edilən bazar
məkanına yönəldiləcəkdir. Və, bununla da Rusiyanın dünya
bazanna struktur adaptasiya olunma prosesi ləngiyəcək, onun
keyfiyyət üzrə dünya standartları səviyyəsinə çatması əhəmiyyətli
dərəcədə çətinləşəcəkdir. Heç bir elmi əsası olmayan iddiadır.
Əslində məsələnin mahiyyəti əks mövqedən daha inandırıcı
görünür. MDB daxili bazara yönəldilən rus hazır məhsullarının
«proqnozlaşdırılan» artımı, əgər gömrük ittifaqı ideyası baş
Н.Кулакова. Обьединение денежных систем России и Белоруссии
отложено// Коммерсанть-ОаПу, 2.08.1997 год.
Б.Н.Топорнин. Европейское сообщество: право и институты.
М:1992, стр.5.
Ю.В.Шишков. Применим ли к СНГ опыт интеграции Западной
Европы//Вестник РАН, 1993, №6, стр.483.
318
tutsa və əksər üzv-ölkələri özündə birləşdirsə, ən azı iki səbəb
üzündən real deyildir:
1)
Bu məhsullar keyfiyyət xarakteristikalarına görə dünya
standartlanndan əhəmiyyətli dərəcədə geri qalırlar və ona görə də
xarici bazarlarda realizasiya imkanlan ifrat dərəcədə məhduddur;
2)
Gömrük İttifaqı inteqrasiya prosesinin ikinci mərhələsi,
yaxud forması olmaq etibarı ilə müstəqil gömrük siyasəti yeritməni
(ayn-ayrı
üzv-ölkələr
səviyyəsində)
müəyyən
dərəcədə
məhdudlaşdırır. Lakin, gömrük ittifaqının tələbin çeşid-keyfiyyət
strukturuna təsiri, yaxud onu müəyyən məqsədyönlü istiqamətə
yönəltmə imkanlan yoxdur.
Hər bir üzv-ölkənin mənafeləri baxımından mühüm
əhəmiyyət kəsb edən problemə deyilən səpgili yanaşmalar müasir
dövrdə geniş yayılmışdır. Bu cür baxışlara münasibətdə
N.Şapiro*2> ilə tam şəkildə razılaşmaq mümkündür ki, MDB- in
həm lehinə, həm əleyhinə olanlann müəyyən bir qrupu öz
fikirlərini nəzəri cəhətdən əsaslandırmışlar. Onlar nəzəriyyədən
«elmi» fikri ifadə etmək məqsədi ilə yararlanırlar. Real gerçəkliyin
nəzəri izahına isə qətiyyən fikir vermirlər. Bu halın meydana
çıxmasında müasir iqtisadi inteqrasiya prosesinə yanaşmada vahid
sinkretik nəzəriyyənin yaxud dəqiq ifadə olunmuş konseptual
istiqamətin yoxluğu, şübhəsiz ki, müəyyən rol oynayır...
O.Reznikova tamamilə haqlı olaraq yazır ki, sabiq sovet
məkanının homogenliyinin mövcudluğunu iddia edənlər MDB-yə
də həmin prizmadan yanaşırlar. «...Əsl həqiqətdə Sovet İttifaqı
üzvi birlikdən məhrum olan, sosial-iqtisadi və mədəni-dini
münasibətlərdə çoxşaxəli, heterogen bir yaranış
idi»i22.
X.Tummerman bir az dərinliyə gedərək göstərir ki,
MDB-nin böhranı «...genetik səciyyəlidir».
121
Н.Шапиро. Интеграция стран СНГ; политический и экономическо-
теоретический аспект//МЭ и МО, 2000, №7, стр.81.
И.Королев. Россия в мировой экономике: проблема
самоопределения//МЭ и МО, 1999, №10, с.29.
319
Dostları ilə paylaş: |
|
|