Daha çox ABŞ-da tətbiq edilməsinə baxmayaraq,
rentabelliyin dövlət tənzimlənməsində əsas kimi götürülməsi
«çıxılmazlıq» təəssüratı yaradır. Belə ki, rentabellik nisbi göstərici
olmaqla nəticəni özündə ehtiva edir. İqtisadi prosesin start
anından tətbiq edilən tənzimləmənin səmərəliliyi nəticə ilə
ölçülməlidir, ona uyğunlaşmamalıdır. Başqa sözlə, biz bu aspektli
yanaşmada birtərəflilik görürük. Yə’ni, ən azı istehlakçı
hüquqlannın mühafizəsi və onun başlıca dəyişəni olan istehlakçı
qiymətləri indeksi nəzər-diqqətdən tam şəkildə sərf-nəzər
edilmişdir.
Maraqlı cəhət burasındadır ki, istehlak qiymətləri
indeksinin dəyişməsini əsas götürən və başlıca olaraq Böyük
Britaniyada tətbiq edilən tənzimləmə konsepsiyası da əks-
istiqamətdən müəssisənin «ədalətli» gəlir əldə etməsinə söykənir.
Bu halda da qiymətlərin illik azalmasını real ifadədə
müəyyənləşdirir (X-i tapır) və istehlak qiymətləri indeksini ondan
çıxaraq baza ilinin qiymətinə vurur və beləliklə də, qiyməti (tarifi)
müəyyən edirlər. Hər il tarif X% azaldılır (in- deksasiya olunur).
Deməli, əgər müəssisə rentabelliyi yüksəltməsə, onda mütləq zərərə
uğrayacaqdır. Eyni zamanda, problemin ingilisvari həlli
subyektivizmi (əks-istiqamətdə) çılpaq şəkildə ortalığa qojmr. Belə
ki, deyilən tərzli yanaşmada tariflərin formalaşması prosesi sanki
avtanomlaşır, yəni məcmu məsrəflərlə əlaqələr maksimum şəkildə
qırılır.
Rəqabətin məzmun və istiqamət əvəzlənməsi (Fransız
variantı) hələ yenicə ortalığa çıxmış və empirik səviyyədə real
məzmun
daşıdığım sübuta yetirə
bilməmişdir. Bu
konsepsiyanın qısa məzmunu belə bir tezislə ifadə oluna bilər: təbii
inhisar
şəraitində
rəqabətin
mümkünsüzlüyü
yaxud
arzuedilməzliyi (səmərəsizliyi) şübhəsizdir. Ona görə də,
bütövlükdə bazara xidmət göstərmək istəyənlər arasında müsabiqə
keçirilir və daha yaxşı şərtlər irəli sürən müəssisə ilə konsession
müqavilə imzalanır. Yə’ni, rəqabət bazarda deyil, bazara girişdə
yaradılır. Şəkildə də göstərdiyimiz kimi, bu yanaşmadan istifadə
son dərəcə çətindir (iştirakçı problemi, proseduranın mürəkkəbliyi
(monitorinq), qalibin fəaliyyətinin nəticələri üzərində nəzarətin
təşkili və s.).
311
Sırf nəzərə prizmadan, zənnimizcə, mənfəətdə iştirak
konsepsiyası daha məqsədəuyğundur və ələlxüsus keçid
iqtisadiyyatı şəraitində mühüm rol oynaya bilər.
Belə ki, bu halda müəssisənin mənfəət əldə etmə istəyi
ilə məsərflərin azalması zərurəti arasında
birbaşa
düzmütənasib asılılıq yaranır. Eyni zamanda, bu konsepsiyanın
da nöqsan cəhətləri mövcuddur (şək. 6.5.). Bununla belə,
məhsul vahidinin, bütövlükdə iqtisadiyyatın
yüksək
məsrəftutumluğu fonunda sözügedən konseptual baxış daha
real görünür. Ona görə ki, əvvəla, əksər təbii inhisarlar dövlət
inhisarındadır; İkincisi, təbii inhisarların dayanıqlı inkişafı
olmadan makroiqtisadi sağlamlaşmadan danışmaq mümkün-
süzdür; Üçüncüsü, təbii inhisarların normal inkişafı ilə
infrastrukturun inkişafı (əslində onu da təbii inhisar hesab
etmək olar) bilavasitə bağlılıqdadır və s.
Araşdırılan dövr ərzində təbii inhisarlann ölkə
iqtisadiyyatına mənfi istiqamətli təsiri açıq şəkildə müşahidə
edilməkdədir. Təbii inhisar sferasına aid edilən müəssisələr
hər şeydən əvvəl, prosessual prosesin yüksək kapital tutumlu-
luğu, eləcə də sabit xərclərin xüsusi çəkisinin böyüklüyü ilə
fərqlənirlər. Nəticədə məhsul vahidinin qiymətində də əsas
yeri sabit xərclər tutur. Və, bu müəssisələrin məhsullarına
(xidmətlərinə) olan tələbin kəskin azalması (ümumiqtisadi
böhranla əlaqədar) investisiya qoyuluşlarının əsas mənbəyi
kimi daxili imkanlardan istifadəni labüdləşdirmişdir ki, bu da
başlıca ağırlığın tariflərin üzərinə düşməsi ilə nəticələnmişdir.
Digər tərəfdən, qarşılıqlı borcların astronomik səviyyəyə
çatmasında, ödəməmələr probleminin görünməmiş şəkildə
kəskinləşməsində təbii inhisarlar əlahiddə yerə malikdirlər.
Ümumiyyətlə, təbii inhisar sferasında çarpazlaşan subsidiya-
larının həyata keçirilməsində bir istehlakçı qrupundan digəri
üçün istifadə praktikası bu gün də qalmaqdadır. Büdcə
təşkilatlan və əhali üçün tətbiq edilən aşağı səviyyəli tariflər
sənaye (istehsal, kommersiya və s.) müəssisələri hesabına
kompensasiya edilir. Problemin qəlizliyi ondadır ki, təbii
inhisarların yeritdiyi qiymət ayn-seçkiliyi yaxud tariflərin
əsaslandırılmamış yüksəlişi bütövlükdə qiymətlərin
312
dinamikasına artım yönümlü multiplikator təsiri göstərməklə:
l)
Bazarlararası qiymət paritetini pozur və disproporsiyanın
yaranmasına səbəb olur; 2)Qiymət sferasında əks-paritetliyin
qərarlaşması iqtisadiyyatda disproporsionallığı gücləndirməklə
struktur modernləşməyi bəri başdan mümkünsüzləşdirir;
3)
Gizli şəkildə gedən və perspektiv planda bÖ
3
dik itkilərlə
sonuclanan prosesin-xərclərin infliyasiyasının sürətlənməsinə səbəb
olur: 4)Məcmu tələbin daha da məhdudlaşmasına, daxili bazarın
tummca daralmasına və sosial problemlərin kəskinləşməsinə gətirib
çıxanr; 5)Qiymət multiplikatoru (təbii inhisarlarda) baha
istehsal^ucuz bazar çıxılmazlığını ortalığa qoymaqla normal
rəqabət mühitinin (qeyri-təbii inhisar sahələrində və istehlak
bazarında) formalaşmasını əngəlləyir və milli bazarda əcnəbi
sahibkarların (şirkətlərin) hegemon mövqe tutuması üçün əlverişli
zəmin hazırlayır və s.
Göründüyü kimi, ilk baxışdan bizim araşdırdığımız
problemdən nisbi şəkildə kənarda dayanan təbii inhisarlann əhatə
dairəsi həddən artıq genişdir və tədqiqat prosesində ondan
abstraksiya olunmaq praktiki olaraq qeyri-mümkündür. Eyni
zamanda, bazar mexanizminin «toxunulmazlığının» tərəfdarlarının
əksinə olaraq, biz belə bir mövqedəyik ki, qiymətlərin
tənzimlənməsi (hərçənd, bu ifadə o qədər də yerinə düşmür) təkcə
təbii inhisarların ortalığa qoyduqlan mənfi nəticələrin aradan
qaldırılması zərurəti ilə şərtlənmir.
Qiymətlərin elmi_ç^ə,tdi^ı^
düzgün
differensiyasiyası bütövlükdə iqtisadi siyasətdə, ölkənin sosjal-,
iqtisadi inkişafının dayanıqlığının tə’minində əvəzedilməz rol
oynaya bilər. Bu cür yanaşma keçid iqtisadiyyatı şəraitində Jiskal
siyaşotin (makroiqtisadi ^l>^ə3əy əfavəsrstalüsunda xüsusilə
aktual əhəmly^^TTmsb Fdir.~
Beləliklə:
l .Keçid dövrünün spesifik xüsusiyyətlərinin böyük təsir
gücünə malik olması nəticə etibarı ilə təbii inhisarlar üzərində ciddi
dövlət nəzarətinin təşkilini labüdləşdirir;
2.İstehsal xərclərinin infliyasiyasının əsas səbəblərindən biri
məhz təbii inhisarlarla bağlı tarif probleminin elmi cəhətdən
əsaslandınImamasıdır;
313
Dostları ilə paylaş: |