Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə39/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   35   36   37   38   39   40   41   42   ...   130

EP^ 
Burada: 
K-nıilli valyutanın real məzənnosi; 
E-milli valyutanın nominal məzənnosi
P-milli istehlak qiymətləri indeksi
P'-xarici istehlak qiymətləri indeksi. 
Eyni zamanda, aparılan hesablamanın ən’onəvi metodikaya 
uyğunluğunu  təmin  etmək  məqsədilə  ticarəti  aparılan  və 
aparılmayan malların qiymət indeksləri arasındakı nisbəti və əmək 
haqqının səviyyəsini (milli valyuta ilə hesablanmış əmək haqqının 
səviyyəsini dollarla hesablanmış müvafiq göstəriciyə bölməklə) də 
əlavə edirlər. Söhbət açdığımız yanaşma tərzinə söykənməklə milli 
valyutanın  real  məzənnəsinin  dinamikasını  ağılabatan  şəkildə 
yaxud hamının qəbul edə biləcəyi formada izah etmək son dərəcə 
müşkül  işdir.  Əvvəldə  verdiyimiz  sualı  cavablandırmağa  çalışaq. 
Beləliklə,  əslində  real  məzənnə  tarazlığı  iqtisadiyyatın  daxili  və 
xarici sektorlarında eyni vaxt intervalında əldə edilən stabillik və 
todiyyə balansının tarazlığı ilə reallaşa bilər”. Problemin məhz bu 
şəkildə geniş aspektli qoyuluşu göstərir ki, real məzənnənin artımı 
yaxud aşağı düşməsini birmənalı olaraq qiymətləndirmək (alıcılıq 
qabiliyyətinin  paritcti  əsasında)  yanlışlıqdır.  Belə  ki,  real 
məzənnənin artımı ən azı iki istiqamətdə tədqiq olunmalıdır: 
1)
 
Ekzogen  yönümlü  təsir:  Məsələn,  milli  xərclər  və 
qiymətlərin  artımının  təsiri;  Bu  halda  rəqabətqabiliyyətliliyi, 
SÖZ.SÜZ 
ki, aşağı düşəcəkdir; 
2)
 
Endogen  yönümlü  təsir:  Məsələn,  rəqabətqabiliyyət- 
liliyin yüksəlişi nəticəsində (Milli istehsala dünya bazarında tələbin 
yüksəlməsi). 
Ən  ümumi  şəkildə  götürsək,  onda  islahatların  ilk  illərinə 
nisbətən  real  valyuta  məzənnəsinin  tədrici  revalvasiyasını 
şərtləndirən amil və ehtimalları aşağıdakı kimi sıralaya bilərik: 
' Maipern L., Wyplosz C', liquilibrium Exchahge Raties in Transition 
V-^o:ıon)ic's7IMFSlalT Press. 19Q7, Vo!. 44 N4. p.430. 
112 


1  )Belaşa-Samuleson  ehtimalının  reallığı;  Yəni,  ticarəti 
aparılan  malların  məhsuldarlığından  əldə  edilən  mənfəət  ticarəti 
aparılmayan malların analoji göstəricisindən çox- dursa^®; 
2)
 
Məcmıı effektivliyin yüksəlişi; 
3)
 
Mənfəət normasının yüksəkliyi və s. 
Və,  nəticədə  də  ölkənin  yaxud  inteqrasiya  blokunun 
bütövlükdə ticarət şəraiti yaxşılaşır. 
Apardığımız  araşdırmalar  Azərbaycan  və  eləcə  do  digər 
MDB ölkələri üçün bir sıra praktiki əhəmiyyət kəsb edən nəticələr 
oldə etməyə imkan verir. Belə ki, əvvəla, real valyuta məzəmıəsinin 
artımı keçid dövrünün müvəffəqiyyətli gedişinə işarədir. İkincisi, bu 
artım  yalnız  iqtisadi  islahatlann  həqiqi  sistemliliyinə  nail  olmaqla 
reallaşa  bilər;  Üçüncüsü,  keçid  iqtisadiyyatı  şəraiti  üçün  alıcılıq 
qabiliyyətinin pariteti nəzəriyyəsi yararlı deyil və s. 
Təhlil material lanndan da göı-ündüyü kimi MDB gerçəkliyi 
tamamilə əks istiqamətli prosesləri özündə ehtiva edir. 
Elə həmin dövrdə məhz bu problemlərin aradan qaldırılması 
məqsədi  ilə  vahid  tədiyyə  sisteminin  yaradılması  günün  aktual 
məsələlərindən  biri  kimi  irəli  sürülürdü.  Eyni  zamanda  belə  bir 
qənaət  də  ortalığa  qoyulurdu  ki,  tədiyyə  ittifaqının  yaradılması 
MDB  ölkələrində  qarşılıqlı  ticarətin  həcmini  2-3  dəfə  artırmağa, 
eləcə də Azərbaycanın ÜDM istehsalında 15-20%-lik surətinə 
nail 
olmağa imkan 
verəcəkdir. 
SSRJ-nin  süqutu  nəticəsində  döylət  müstəqillizj  əldə  etmiş 
keçmiş  müttəfiq  respublikalarda  milli  yalyut^a  keçid  .'Prosesi  də 
tinoloji baxımdan yekcins olmamışdır7 Bu istiqamətdə tədqiqatçılar 
4 keçid tipini fərqləndirirlər: 
DBirbaşa keçid 
tipi (Estoniya, Kırğızıstan, 
Türkmənistan, Qazaxıstan, Ermənistan); 
П.Р.Крушан, М.Обстфельд-Международная экономика. Теория и 
политика/Пер. с англ; Под ред. В.П.Колесова, М.В.Кулакова. ЮИИТИ, 1997, 
стр.423 
113 


2)
 
«Müvəqqəti 
tədiyyə 
vasitəsi=milli 
valyuta» 
tipi 
(Gürcüstan, Özbəkistan); 
3)
 
«Sovet  rublu=müvəqqəti  tədiyyə  vasitəsi=milli  valyuta» 
tipi (Litva, Latviya); 
4)
 
Mərhələli  keçid  tipi  (Rusiya,  Tacikistan,  Ukrayna, 
Belarus, Azərbaycan). 
Sabiq müttəfiqlərlə qarşılıqlı bağlılıqda apardığımız ümumi 
təhlilin  nəticələri  göstərir  ki,  blokdaxili  ticarətin  təşkili  və 
inkişafında  pul-kredit  və  valyuta  siyasəti  apancı  əhəmiyyət  kəsb 
edir.  Bu  baxımdan  xarici  ticarətin  stimullaşdırılmasında  qeyd 
etdiyimiz  siyasət  əsasən  aşağıdakı  istiqamətlərdə  öz  tə’sirini 
göstərir; 
1.
 
İnflyasiyanın səviyyəsi; 
2.
 
Mili i valyuta siyasətinin tətbiqi üsulları və qaydaları; 
3.
 
Ölkənin xarici valyuta ehtiyatlannın həcmi; 
4.
 
Diskont siyasəti; 
5.
 
Bank sisteminin inkişafı; 
ö.Xarici ticarətin kreditləşdirilməsi. 
Qeyd edilən istiqamətdə artıq qərarlaşmış ağır situasiyamk 
aradan 
qaldırmasında 
«Əhalinin 
sosial 
müdafiəsinin 
gücləndirilməsi 
və 
iqtisadiyyatda 
maliyyə 
vəziyyətinin 
stabilləşdirilməsi  tədbirləri  haqqında  15  iyun  1994-cü  il  tarixli 
Prezident  fərmanı  və  Milli  Məclisin  «1994-cü  il  üçün  pul-kredit 
siyasətinin  başlıca  istiqamətləri  haqqında»  qərarx  mühüm  rol 
oynamaqla  qeyd  edilən  sferada  uzunmüddətli  dövr  üçün  yeni 
mərhələnin əsasını qoymuşlar. Kredit siyasətinin sərtləşdirilməsi və 
ucuz  kredit  emissiyasının  qarşısının  alınması  və  nəticə  e’tiban  ilə 
antiinfliyasiya  səciyyəsi  daşımaqla  makromaliyyə  sabitliyinə  nail 
olmağa  imkan  vermişdir.  Və  bütün  bunların  yekunu  kimi,  milli 
valyutanın məzənnə sabitliyi əldə edilmişdir. 
Problemin 
təsvir 
etdiyimiz 
aspektdə 
qoyuluşu 
araşdırdığımız  dövrdə  qərarlaşmış  situasiyanın  daxili  təbiətindən 
doğan  obyektiv  zərurət  idi.  Belə  ki,  əwəla,  ölkə-  nin  bazar 
iqtisadiyyatına keçidlə əlaqədar apardığı sistemli islahatlar nəinki 
xarici  iqtisadi  əlaqələrin  kəskin  şəkildə  tənəzzülə  uğraması,  hətta 
ölkədaxili 
çərçivədə 
iqtisadiyyatın 
sferaları 
arasında 
dezinteqrasiyamn vüs’ət alması istehsal 
114 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə