§ LXARİCİ TİCARƏTİN İNKİŞAF
DİNAMİKASININ FAKTORLU TƏHLİLİ
Beləliklə, məlumdur ki, sabiq SSRİ-nin süqutu nəticəsində
dövlət müstəqilliyi əldə etmiş Azərbaycan Respublikası beynəlxalq
hüququn tam səlahiyyətli subyekti kimi beynəlxalq iqtisadi
münasibətlər sisteminə daxil olmuşdur. İmperiyanın süqutu sovet
dövründə uzun onilliklər ərzində formalaşmış problemlər
kompleksinə ümummilli səciyyəli yeni nüanslar da daxil etmiş,
sosial-iqtisadi inkişaf sferasında onsuz da ağır olan situasiyanı daha
da mürəkkəbləşdirmişdir. Belə ki, əvvəla, Azərbaycan vahid SSRİ
«xalq təsərrüfatı kompleksinə» həm texnoloji, həm də fəaliyyətin
spesifikası mövqeyindən şaquli istiqamətdə inteqrasiya olunmuş,
milli iqtisadiyyatın heç olmazsa avtonom statusda , müstəqilliyi
təmin edilməmişdir;
/
- Şaquli yönümlü inteqrasiya mahiyyət etibarı ilə bütövlük,
tamlıq yaratmaqla yekunlaşır. Təzahür formalarından asılı
olmayaraq şaquli inteqrasiya hər hansı bir s^^ziyyədə .aU-
sisteminih yalnız zahiri görüntüsünü foırnalaşdıra bilər. Əslində
isə bu prosesə qoşulma nəticə etibarı ilə özgürlüyünü (ümummilli
aspektdə) itirmə, «ərimə» deməkdir. Və, «əriyən» hissələrin
yenidən müstəqilləşməsi, əvvəlki «bütövdən» ayrılması istənilən
halda böyük itkilərlə müşahidə olunur. Eyni zamanda, həmin
«əriyən» hissələrin tamamilə başqa bir müstəvidə, ümummilli
səviyyədə determinoloji və funksional bağlılığının yaranması,
sözügedən aspektdə yeni-milli «bütövlüyün» formalaşması prosesi
də çoxlu vəsait tələb etməklə son dərəcə aramla gedir; İkincisi,
Azərbaycanın sovet dövründə xarici ticarət ən’ənəl^ı'
ölmarnişdır. ölkəhih x'arici iqtisadi əlaqələri bütövlükdə mərkəzi
İTäkimiyyətin
inhisarında
olmüş
və
həmin
səvivvədəTr~ilO~Kİäfə~^dnimıs3irrtjçühcüsü, uzun onilliklər
ərzində formalaşmış^ inzibati-amirlik ^stemı öz təbiəti etibarı ilə
nəinki
üfıqi
əlaqələrin
qarşılıqlı
faydalılıq
bazasında
formalaşmasına imkan vermir, bazar mexanizmini «sü’ni»
məhdudiyyətlər kompleksinin köməyi ilə
79
deformasiyaya uğradırdı, hətta bazar düşüncə tərzinə, bazar
davranışına əsaslanmaqla milli iqtisadi təfəkkür və onunla bağlı
olan hər şeyi «oyundan kənar» vəziyyətə salmışdır. Dördüncüsü,
siyasi müstəqilliyin əldə edilməsi sovet dövründən qalma problemin
mexaniki həllinə deyil, daha böyük və həyati əhəmiyyət kəsb edən
məsələlərin kompleks qoyuluşuna və onun ifrat dərəcədə
aktuallaşmasma rəvac verdi.
Milli iqtisadiyyatın bazar prinsipləri əsasından yenidən
qurulrnası prosesi hələ də davam etməkdədir. Problemə
ümumnəzəri yanaşmanın məhək daşı sovet dövründə SSRİ
iqtisadiyyatının sənaye-xammal əlavəsi kimi fəaliyyətdə olan
respublikanın milli iqtisadiyyatının bu gün beynəlxalq əmək
bölgüsündə layiqli yer tutuması zəruriliyi ilə şərtlənir. Söhbət, hər
şeydən əvvəl, respublikanın xarici iqtisadi strategiyasının optimal
seçimindən və onun sosial, siyasi, milli inkişafın dəyişənlər çoxluğu
ilə determinoloji bağlılığının təminatından gedir. Eyni zamanda,
zənnimizcə, problemi xüsusilə kəskinləşdirən cəhətlərdən biri məhz
Azərbaycan Respublikası dövlətçiliyinin, ələlxüsus hüquqi dövlət
quruculuğunun formalaşma mərhələsində olmasıdır. Uzaq tarixi
keçmişdə Azərbaycan ərazisində çoxsaylı cırtdan dövlətlərin
(xanlıqlar) olmasına baxmayaraq, hazırkı ərazi çərçivəsində
(Şimali Azərbaycan) dövlət quruluşu təcrübəsi demək olar ki, yox
dərəcəsindədir. Respublikanın geosiyasi vəziyyəti onsuz da
mürəkkəb olan situasiyanı daha da kəskinləşdirir. Belə ki,
Ermənistanla müharibə hələ də başa çatmamış və əvvəllər qeyd
etdiyimiz kimi, ölkə ərazisinin 20%-i işğal altındadır. Başqa sözlə,
respublikanın ərazi bütövlüyü pozulmuş, onun suveren hüquqları
bütün ölkə ərazisini əhatə etmir. Böyük təbii sərvətlərə malik olan
respublika məhz həmin müharibənin sülh yolu ilə başa çatmağının
təminində müxtəlif istiqamətlərdən təzyiqlərə məruz qalır və
özünün xarici siyasətini xarici güclərin mənafe tarazlığına
əsaslanmaqla formalaşdırmaq məcburiyyətindədir.
80
Beləliklə, Azərbaycajı__ Respublikasının beynəlxalq
iqtisadi münasibətlər sistemində yeri və rolunun ürfıummilli
mənafelərə uyğunlaşdırılması ilk~növbədə milli dövlətçiliyin
möhkəmləndirilməsi, siyasi və milli müstəqilliyin, ərazi
bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığının təminatı
və s. tipli siyasi aspektlərin prioritetliyi şəraitində nəzərdən
keçirilməlidir. Beynəlxalq münasibətlər sistemində tam asılı
dəyişən statusunu keçid dövrü ərzində aradan qaldırmaq və
siyasi-iqtisadi müstəqilliyin müasir dünya təcrübəsinə uyğun
təmininə nail olmaq günün ən aktual problemlərindən biridir.
Ölkənin beynəlxalq əmək bölgüsündə özünə məxsus yer tutmasının
imkan və şərtlərini müəyyənləşdirmək baxımından qarşılıqlı
iqtisadi əlaqələrdə xarici ticarət əməliyyatlarının kompleks şəkildə
araşdırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, ən ümumi
şəkildə götürülərsə, beynəlxalq iqtisadi münasibətlər məcmusunun
80- 85%-i xarici ticarətin payına düşür“*’. Bəri başdan,
elmi-tədqiqatlarda mühüm atributlardan biri kimi yer tutmaqda
davam edən belə bir stereotipdən uzaqlaşmağı zəruri sayınq ki,
xarici ticarətlə bağlı aparılan araşdırmalarda «sovet» Azərbaycanı
və müstəqil Azərbaycanın qarşılaşdırılması, hər iki dövrün
müqayisəsi sadəcə olaraq, mənasızlıqdan başqa bir mahiyyət kəsb
etmir. Ona görə ki, «sovet» Azərbaycanı: a)Xarici ticarətlə demək
olar ki, məşğul deyildi; b)Ölkənin idxal-ixrac əməliyyatlan ittifaq
mərkəzi tərəfindən həyata keçirilirdi; v)Xarici ticarət bütünlüklə
dövlətin inhisarında idi; q)Xarici ticarət ciddi surətdə aparılan
makro planlaşdırmanın əhatə dairəsində idi; d)Ölkənin idxal-ixrac
əməliyyatları İmperiyanın mənafelərinə xidmət edirdi və s. və i.a.
Başqa sözlə, qeyd etdiyimiz stereotip müasir dövrün tələbləri
baxımından, tam şəkildə yararsız olmaqla bahəm, ehtiva etdiyi
dövrlərin müqayisəyə gəlməməzliyi ilə səciyyələnir. Yəni, mahiyyət
etibarı ilə fərqli sistem və fərqli məqsədlərin müqayisəsi hər hansı
bir hadisənin zaman etibarı ilə statistik təsvirindən alayı bir nəticə
çıxarmağa imkan vermir. Və, buna görə də, məhz bu
A.KupeeB MoKayHapoaHan SKOHOMHKa. M: 1997,
CTp.41,
81
Dostları ilə paylaş: |