yönümündə müsbət təsirli olsa da, rəqabət mübarizəsinə duruş
gətirmək və sosial-iqtisadi inkişafın təmininə nail olmaq
nöqteyi-nəzərindən gücsüzdür. Dördüncüsü, istehsal amilləri
üzrə xərclər probleminə bir qayda olaraq innovasiya prosesi
çərçivəsində yanaşmaqla, milli iqtisadiyyatın ümumi fəaliyyət
şəraiti ilə qarşılıqlı əlaqədə baxılmalıdır. Milli iqtisadi sistemin
ləğvi hesabına qlobal şəbəkəyə inteqrasiya və bunun nəticəsində
istehsal amilləri üzrə məsrəflərin aşağı düşməsi və mənfəət
normasının yüksəlməsinə nail olmaqla xarici investi- siyalann
ölkə iqtisadiyyatına cəlb edilməsi əks effekt verəcəkdir.
Həqiqətən də dünya iqtisadiyyatı daxili təbiəti etibarı ilə
homogen (eynicinsli) deyildir. Buna görə də, investisiya
əməkdaşlığı mövqeyindən əksər ölkələr üçün eyni məzmun
daşıyan inkişaf modeli yoxdur və dəyişən şəraitə adaptasiya
olunma üsulları da fərqlidir. Məhz bu baxımdan M.Turenlə
qismən razılaşmaq olar ki, «...qloballaşma və fraqmentləşmə
proseslərinin qarşılıqlı təsiri nəticəsində yekcins cəmiyyətin əsası
kimi çıxış edən açıq dünya bazarının yerinə müxtəlif iqtisadi,
sosial-siyasi və mədəni modellərə əsaslanan çoxqütblü məkan
formalaşır»^^. Sözsüz ki, bu səpgili yanaşma sivilizasiyalı baxışın
daxili məntiqindən doğur.
Kapitalın beynəlxalq miqrasiyası və ümumiyyətlə, maliyyə
qloballaşmasının proses olaraq normal gedişinin problemsizliyi
heç də bütün tədqiqatçılar tərəfindən qəbul edilmir. Əsas
nəzər-diqqəti beynəlxalq investorların davranış tərzinə yönəldən
müəlliflər^^ klassik nəzəriyyənin sözügedən prosesi adekvat
şəkildə şəhr edə bilmədiyini ön plana çəkirlər. Belə ki, nəzəri
cəhətdən şübhəsizdir ki, izafi daxili əmanətlər daha çox gəlir əldə
etməyə imkan verən Ölkəyə yönəldilməlidir. Və, daxili
əmanətlərlə daxili investisiyalar arasında heç bir korrelyasiya
əlaqəsi yoxdur. Buna görə də, əgər maliyyə bazarları tam şəkildə
birləşirsə, onda bütün dünyada əmanətlər də birləşməlidir. Bu
hal iqtisad elmində Fildstayn-Horioki paradoksu adlanır. Bu
paradoksa söykənən tədqiqatçılar isə yazırlar ki, daxili əmanətlər
və daxili investisiyalar arasında yüksək korrelyasiya əlaqəsi
olduğu
64
M.Tourane Le bouleversement du monde. P., 1995. p.iO.
Yçnə orada, p.l 1.
130
üçün maliyyə bazarlarının birləşməsi qeyri-mümkündür. Və, belə
bir nəticəyə gəlirlər ki, bazarlar izafi («artıq») kapitalın ixracına
deyil, əmanətlərin daxili bazar tərəfindən udulmasına cəhd
göstərirlər. Eyni zamanda, tutulan iradlar sırasına riskin
səviyyəsi ilə diversifıkasiya arasındakı bağlılığı da əlavə edirlər və
s.
Göründüyü kimi, spesifik xüsusiyyətlər və keyfiyyət
fərqliliyi nəzərə alınmadan çılpaq riyazi məntiqə söykənməklə
«iqtisadi
proses»
adlanan
məcmuluğun
ən
mühüm
problemlərindən birini elmi diskussiyaların tədqiqat obyektinə
çevinnəyə çalışırlar. Qeyd edilən tərzli yanaşmada problemli
situasiyanın mövcudluğu göz önündədir.
Maraqlı cəhət burasındadır ki, iqtisadi proses tərkib
ünsürləri baxımından «gözlə görünəndir» və yəqin ki, elə buna
görə də iqtisadiyyatda riyazi dəqiqlik
axtarışı elmi tədqiqatların əsas məqsədlərindən birinə
çevrilmişdir. Ayrıca götürülmüş hər hansı bir fəaliyyət sferasının
tədqiqindən alınan nəticələri ümumiləşdinnəklə bütöv haqqında
fikir yürüdülməsi, başqa sözlə, araşdırmaların təkcədən
ümumiyə, hissədən tama doğru yönəldilməsi məhz 2x2=4
məntiqinin mütləq düzlüyünə olan inamdan doğur. Öz-
özlüyündə aydındır ki, qeyd olunan formada yanaşma tərzi elmi
metodologiyada problemli situasiya yarada bilməz. Eyni
zamanda, 2x2=4 əməliyyatının təhlilinə də heç bir ehtiyac yoxdur.
Son dərəcə mürəkkəb olan bir problemə bu qədər bəsit şəkildə
baxışın əsasında belə bir həqiqət dayanır ki, iqtisadi prosesin
bütün təfərrüatı ilə riyazi təsviri, mahiyyətcə gözlənilən nəticələri
öncədən qəlibləşdirməklə müəyyən çərçivə daxilinə salınması
gerçəkliyin deformasiya edilməsi deməkdir. Sadəcə olaraq
iqtisadi hadisə və proseslərin dərk edilməsində «sona çata
bilməmək» zəifliyi mövcuddur və onu riyazi əməliyyatlara
əsaslanmaqla aradan qaldırmaq mümkünsüzdür. Problemin
məhz göstərilən səpgidə qoyuluşu belə bir yanlış təsəvvür
yaratmamalıdır ki, guya bütün çətinliklər riyazi məntiqdən
uzaqlaşan kimi aradan qalxacaqdır. Məsələ burasındadır ki,
hətta tam aşkar şəkildə görünən səbəb-nəticə xəttində də
«qeyri-müəyyənlik» adlanan nəsnə vardır və onun həm prosesin
gedişi və obyektin özündə, həm də dərketmədə özünü «necə
aparacağı» əvvəlcədən
131
məlum olmur. Məsələn, tutaq ki, hansısa əcnəbi mənşəli «X»
firması Azərbaycanda «A» məhsulunu istehsal etmək və onunla
bazara (daxili) çıxmaq niyyətinə düşüb. Bu halda, yə’ni ideyanın
hipotetik işlənməsi və meydana çıxarılması vəziyyətində bazarda
real situasiyanın necə olduğu haqqında tam namə’lumluq hökm
sürür. Başqa sözlə, qeyri-müəyyənlik özünün maksimum
səviyyəsindədir (şək. 3.4.).
Sonrakı proseslər, yəni, bazarın kompleks tədqiqatı, real,
eləcə də potensial tələbin səviyyəsinin müəyyənləşdirilməsi, onun
proqnoz
qiymətləndirilməsi,
resurslar
bazarının
konyunkturunun təhlili və s. müasir bazara çıxışın əsasında
dayanan müqəddəm şərtlərin öyrənilməsi qeyri-müəyyənliyin
tədricən azalmasına gətirib çıxarır.
Şək. 3.4. «X» firmasının iqtisadi fəaliyyətində qeyri-müəyyənliyin
rolunun sadələşdirilmiş məntiqi sxemi.
Tarazlıq vəziyyətinə gəldikdən sonra isə «bumeranq»
effekti meydana çıxır. Çünki, bu halda (yə’ni, orta vəziyyətə
canatma) sistemdaxili elementlərin davranışında xaos daha da
yüksəlir və s.
Göründüyü kimi, söhbət açdığımız paradoksa birölçülü
məntiqi baxış kökündən yanlışdır. Bu problem yalnız çox- ölçülü
determinizm bazasında adekvat şəhrini tapa bilər. Məsələn,
deyək ki, bu paradoksun əksər keçid iqtisadiyyatlı
132
Dostları ilə paylaş: |