Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Y.Tinbergen  isə  yalnız  məhdudiyyətlərin  ləğvinə  və  azad



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə110/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   106   107   108   109   110   111   112   113   ...   130

Y.Tinbergen  isə  yalnız  məhdudiyyətlərin  ləğvinə  və  azad 
rəqabətə  əsaslanan  inteqrasiyanı  «neqativ 
inteqrasiya»  *2« 
adlandırmışdır. 
MDB  regional  bazannm  inkişaf  strategiyasında  əsas 
dəyişənlərdən 
biri 
inteqrasiyanın 
konkret 
formasmni 
müəyyənləşdirilməsidir. Əgər nəzərə alsaq ki, əsas məqsəd, nəticə 
etiban ilə dünya iqtisadi>yatında yaxud beynəlxalq əmək bölgüsü 
sistemində  əlverişli  mövqeyə  nail  olmaqdan  ibarətdir,  onda  qeyd 
edilən  istiqamətin  konseptual  əsaslarım  ilkin  olaraq  dünya 
iqtisadiyyatının 
müasir  xarakterində  axtarmalı  olacağıq.  Tədavül  sferasının 
primatlığmı əsas götürsək, onda bugünkü dünya iqtisadiyyatının 3 
mərtəbəli iyerarxik struktura malikliyini incələməliyik. 
1)
 
Ən  yüksək  3-cü  mərtəbədə  yüksək  texnologiyalar, 
eimtutumlu  məhsullar  və  onlann  komponentləri  üzrə  ticarət 
əməliyyatları durur. İnkişaf etmiş ölkələrdə bu əməliyyatlar üzrə 
əldə  edilən  gəlir  ÜMM-un  artımının  85-95%-ni  təşkil  edir.  Qeyd 
edilən 
bazarda 
fəaliyyətin 
baza 
konsepsiyası 
rəqabət 
üstünlükləridir; 
2)
 
İkinci mərtəbə hazır məhsullar üzrə mübadiləni özündə 
ehtiva  edir. Bu  bazarda  da  əsas  üstünlük  (70-75%)  inkişaf  etmiş 
ölkələrə məxsusdur. Bir sıra inkişaf etməkdə olan ölkələr də hazır 
məhsullar  üzrə  beynəlxalq  mübadilənin  iştirakçılan  kimi  çıxış 
edirlər 
və 
fəaliyyətlərində 
müqayisəli 
üstünlüklərdən 
yararlanırlar; 
3)
 
Birinci  mərtəbədə  isə  xammal,  enerjidaşıyıcılan  və 
yanmfabrikatlar  üzrə  mübadilə  əməliyyatları  durur  ki,  burada 
tam  «hakimiyyət»  inkişaf  etməkdə  olan,  həmçinin  keçid 
iqtisadiyyatlı  ölkələrə  məxsusdur.  Fəaliyyətin  baza  konsepsiyası 
təbii və müqayisəli üstünlüklərdir. 
Beləliklə,  MDB  daxili  inteqrasiya  formasının  birmənalı 
müəyyənləşdirilməsi  problemi  ilə  müasir  beynəlxalq  situasiyanın 
qarşılıqlı əlaqələndirilməsi bir neçə fərqli 
128 
I.Tinbergen. International Economic Integration. 
Amsterdam-Brussel, 
1954, p.l22. 
326 


məzmun  və  mahiyyət  daşıyan  nöqteyi-nəzərin  ortalığa  çıxmasını 
şərtləndirir: 
I.Dünya  iqtisadiyyatının  üzvi  tərkib  hissəsinə  çevrilmə 
prosesində  hansı  konsepsiyanı  əsas  kimi  götürmək  lazımdır: 
regional  iqtisadi  inteqrasiya  konsepsiyası  yoxsa  korporativ 
inteqrasiya konsepsiyasını? 
Bəri başdan qeyd edək ki, müasir gerçəklik daha çox ikinci 
konsepsiyanın reallığını ortalığa qoyur. Başqa sözlə, dövlətlərarası 
münasibətlər çərçivəsində «separat» inteqrasiya məzmunu daşıyan 
korporativizm-^mikrosəviyyə 
subyektlərinin 
qovuşması, 
birləşməsi 
və 
onlar 
arasında 
kooperasiya 
əlaqələrinin 
yaradılmasını özündə ehtiva edən inteqrasiya prosesi ləng olsa da, 
getməkdədir. Və, bu prosesin nəyə, yaxud nələrə səbəb olacağı da 
əvvəlcədən  məlumdur. 
Yuxanda 
göstərdiyimiz 
iyerarxiq 
quruluşun birinci mərtəbəsinə «qovuşma» və yekun olaraq, dünya 
iqtisadiyyatının  xammal  və  yarımfabrikat  əlavəsi  məzmunu 
daşıyan əyalətə çevrilmə tamamilə realdır. Əlbəttə, bu yanaşmada 
bəzi 
istisnalar 
da 
mümkündür. 
Məsələn, 
Azərbaycan 
Respublikasının  Neft  Fondundan  yararlanmaqla  «əyalət» 
statusundan qaçma imkanı,  hipotetik anlamda olsa da, baş tutan 
hadisə  timsallıdır.  Amma,  nəzərə  alsaq  ki,  məhz  bu  amildən 
səmərəli  istifadəyə  imkan  verməmək  məqsədi  ilə  geosiyasi  və 
geoiqtisadi müstəvidə «çirkli» oyunlar davam etməkdədir, həm də 
nəzərə  alsaq  ki,  postsovet  ölkələrinin  perspektiv  iqtisadi  inkişaf 
probleminə  inkişaf  etmiş  dünyanın  yanaşma  tərzi  qətiyyən 
fərqlənmir  (ölkələr  üzrə),  onda  mahiyyətcə  «daxili  imkanlan> 
səciyyəsi daşıyan neft fondundan çox şey gözləməyə dəyməz. 
Korporativ  inteqrasiyanın  dominantlığı  bir  sıra  obyektiv 
xarakterli  səbəblərlə  də  əsaslandınla  bilər. Belə  ki,  MDB  məkanı 
üçün xas olan cəhətlər, iqtisadi inkişafın dayanıqlığı probleminin 
mövcudluğu, 
investisiya 
resurslarının 
çatışmazlığı, 
milli 
valyutaların  dayanıqsızlığı  və  dönərli  olmaması,  iqtisadi 
islahatların  dərinliyi  və  miqyas  fərqliliyi  sözügedən  prosesin 
«ayaq» açması üçün tamamilə yetərlidir. 
327 


Sözün  tam  mənasında,  regional  səciyyə  daşıyan  iqtisadi 
inteqrasiyanın  hələ  ki.  baş  tutmamasının  başlıca  səbəbini  biz 
üzv-ölkələrin  ümummilli  mənafelərinin  bir-birinə  uyğun 
gəlməməsində  və  bu  istiqamətdə  real  nəticə  verə  biləcək  birgə 
fəaliyyətin  həyata  keçirilməməsində  görürük.  Eyni  zamanda, 
müasir iqtisadi fikirdə belə bir tezis də tez-tez səslənir ki, dünya 
iqtisadiyyatı  ilə  üzv-ölkələrin  qarşılıqlı  münasibətlərində  yaxud 
üzv-ölkələrin dünya bazarındakı davranış tərzlərində açıq şəkildə 
müşahidə olunan oxşarlıq istər-istəməz onları rəqibə çevirir ki, bu 
da yekun olaraq regional inteqrasiya prosesinin dayandırılmasına 
təkan  verir.  Həqiqətən  də,  MDB  ölkələrinin  dünya  bazarına 
münasibəti iki əsas istiqamət üzərində qurulmuşdur: 
I
 
l)Milli iqtisadiyyatın modernləşdirilməsi üçün zəruri 
' olan xarici investisiyalann cəlb edilməsi sferasında intensiv 
fəaliyyət; 
2)Milli  məhsul  və  xidmətlərin  dönərli  valyutaya  satışının 
təminatı. 
Sözsüz  ki,  qeyd  edilən  istiqamətlərdə  səmərəli  fəaliyyətin 
təşkili  probleminin  həlli  inkişaf  etmiş  ölkələr  və  beynəlxalq 
iqtisadi  təşkilatlarla  qarşılıqlı  münasibətlərin  məzmunu  və 
mahiyyətindən  birbaşa  asılılıqdadır.  Bu  faktdır.  Və,  bu  fakta 
söykənməklə 
MDB 
ölkələrinin 
bir-birinin 
rəqibinə 
çevriləcəklərini  istisna  etmək  olmaz.  Elə  məhz  bu  mövqedən  də 
inteqrasiya  prosesinin  mahiyyətinə  yanaşmada  ikinci  konseptual 
baxış ortalığa çıxır. 
II.İnteqrasiya  prosesinə  qoşulmuş  ölkələrin  bir-birlərinin 
rəqibi olması mümkündürmü? Və, əgər nəzərə alsaq ki, rəqiblik 
milli  iqtisadiyyatın  inkişaf  xüsusiyyətləri  baxımından  blokdaxili 
və blokxarici mühitdə fərqli məzmunludursa, onda bunların hansı 
keçərli deyil? 
Bəri  başdan  onu  qeyd  edək  ki,  müasir  iqtisadi  fikir  üzv- 
ölkələrin  milli  iqtisadiyyatları  arasında  qarşılıqlı  tamamlama  və 
rəqabətli  qarşıdurmanı  iqtisadi  inteqrasiyanın  ən  aktual 
problemlərindən  biri  kimi  səciyyələndirir.  Mə’lumdur  ki, 
inteqrasiyaya  qoşulan  ölkələr  4  variantda  bir-birinə  qarşı  dura 
bilərlər: 
328 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə