Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə111/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   107   108   109   110   111   112   113   114   ...   130

1 )Aktiv rəqib-^potensial rəqib: 
2)
 
Aktiv tamamlayıcı—»potensial tamamlayıcı; 
3)
 
Aktiv rəqib—»potensial tamamlayıcı: 
4)
 
Aktiv tamamlayıcı—»potensial rəqib. 
Eyni  zamanda,  göstərmək  lazımdır  ki,  MDB  ölkələrinə 
münasibətdə  araşdırdığımız  problem  ikili  mahiyyət  daşıyır. 
Yə’ni,  rəqib^tamamlayıcı  dilemması  həm  blokdaxili,  həm  də 
blokxarici  məkanda  nəzərdən  keçirilməyə  məhkumdur.  Birinci 
halda,  yəni  blokdaxili  məkanda  yaxud  inteqrasiya  prosesinin 
başlandığı  anda  üzv-ölkələrin  sözügedən  dilemma  ilə  bağlı 
davranışlarının  hansı  istiqamətdə  olması  mühümlüyü  haqqında 
tədqiqatçılar arasında yekdil fikir yoxdur. Məsələn, belə bir fikir 
səslənir  ki,  əgər  inteqrasiya  blokunu  yaradan  ölkələrin  milli 
iqtisadiyyatlan  aktiv  rəqabət  mübarizəsi  aparırlarsa  (böyük 
həcmdə  analoji  malların  istehsalı,  müqayisəli  üstünlüklər 
baxımından  yaxın  mövqelər  və  s.),  onda  bu  hal  yeni  ticarət 
axınları  doğuracaqdır.  Lakin,  sözügedən  malın  minimum 
məsrəflərlə istehsalını həyata keçirən ölkə blok xaricində qalırsa, 
onda yeni yaranan situasiya ticarət axınlarının sarpmasına səbəb 
olacaqdır'-^. R.Linsey isə yazır ki, rəqabət 
aparan
 
iqtisadiyyatlar 
tamamlayıcı 
iqtisadiyyatlarla  müqayisədə  inteqrasiya  baxımından  daha 
əlverişli  mövqedədirlər^^^.  Qarşılıqlı  tamamlama  baxımından 
yüksək  səviyyədə  olan  iqtisadiyyatların  inteqrasiyası  istehsalın 
fərqliliyi  (həm  mal  nomenklaturası,  həm  də  məsrəflər 
nöqteyi-nəzərindən) 
ucbatından 
investisiyanın 
yenidən 
bölüşdürülməsinə  zərurət  yaratmaması  son  nəticədə  ticarətin 
artımına təsir göstərmək imkanlarını məhdudlaşdınr. 
Bununla  yanaşı,  bəzi  tədqiqatçılar  belə  bir  fikir  irəli 
sürürlər ki, 
rəqabətlə müqayisədə 
tamamlayıcı 
iqtisadiyyatların  inteqrasiyası  şəraitində  yaradılan  gömrük 
birliyi yeni ticarət axınları meydana çıxarmaq baxımından 
Swann Deniss. The Economics of Common Markets, Second edition. Penguin 
Modern Economics, 1972, p.36-37. 
R.Linsey. The Theory of Customs Unions; A. General Equilibruium Anajijis. 
London, 1980, p.l43. 
329 


daha  sərfəli  ola  bilər.  Çünki,  blokdaxili  məkanda  ticarətin 
genişləndirilməsi  üzv-ölkələrin  daxili  istehsalına  mənfi  təsir 
göstərməyəcəkdir’^'. 
Bizim  fikrimizcə,  problemin  dərkedilməsində  diskomfort 
yaradan  və  bir  sıra  ziddiyyətli  mövqelərin  ortalığa  çıxmasını 
şərtləndirən  əsas  məsələ  «qarşılıqlı  iqtisadi  tamamlama» 
anlayışının 
mahiyyətinə 
ən’ənəvi 
baxışla 
əlaqədardır. 
Ümumiyyətlə,  qarşılıqlı  iqtisadi  tamamlama  dedikdə,  əksər 
tədqiqatçılar  dinamik  rəqabət  üstünlüklərinə  əsaslanmaqla 
formalaşdırılan  iqtisadi  sistem  uyğunluğunu  deyil,  istehsal 
amilləri  mövqeyindən  müqayisəli  üstünlüklərə  müvafiq  gələn 
qarşılıqlı təchizatı başa düşürlər. Yəni, Xekşer- Olin teoremasma 
istinadla  müxtəlif  istehsal  amilləri  ilə  təchizi  dərəcəsindən  asılı 
olaraq bir ölkə kapitaltutumlu, digəri isə əməktutumlu məhsullar 
ixrac  etməklə  daxili  tələbatların  blokdaxili  ödənilməsini  həyata 
keçirirlər  ki,  bu  da  nəzəriyyəçilər  tərəfindən  qarşılıqlı  iqtisadi 
tamamlamanın açıq-aydın təcəssümü hesab edilir. 
Beləliklə,  qarşılıqlı  iqtisadi  tamamlama  anlayışına  bizim 
nöqteyi-nəzərimizin  qəbulu  rəqib—>tamamlayıcı  dilemmasını 
hər  iki  aspektdə  aradan  qaldırır.  Yə’ni,  blokxarici  mühitə 
münasibətdə 
də 
mövcud 
problemlərin 
birgə 
yaxud 
razılaşdırılmış həlli üçün əlverişli zəmin formalaşır. 
Araşdırdığımız  problem  çərçivəsində  gəldiyimiz  ilkin 
nəticə  ondan  ibarətdir  ki,  MDB-daxili  inteqrasiya  prosesi 
birmənalı  olaraq  regional  səciyyə  daşımalı  və  üzv-ölkələr 
arasında mənafelər balansına söykənməklə razılaşdırılmış xarici 
iqtisadi  siyasət  həyata  keçirilməlidir.  Əlbəttə,  bu  tərzli  deyimə 
çoxlu  sayda  irad  tutmaq  mümkündür.  Biz  aydın  şəkildə  başa 
düşürük ki, gəldiyimiz nəticə (inteqrasiya ilə bağlı) əsasən nəzəri 
əhəmiyyət  daşıyır.  Yə'ni,  müasir  gerçəkliyin  sosial-siyasi  və 
iqtisadi  təbiəti  elədir  ki,  regional  inteqrasiyanın  real  məzmun 
kəsb  etməsi  və  normal  gedişini  bəri  başdan  əngəlləyir.  MDB 
dövlət başçılarının 2 aprel 1999- 
’’ H.Johnson. An Economic Theory of Protectionizm, Tariff Bergaining 
and the Formation of Customs Unions, Ed.Robson. P., p.l 13-137. 
330 


cu  il  tarixli  zirvə  görüşü  bütün  bunlann  sırf  praktiki  mahiyyət 
daşıdığım  bir  daha  bütün  çılpaqlığı  ilə  ortalığa  qoydu.  Həmin 
görüşdə  gələcək  inkişafın  (inteqrasiya  blokundan  söhbət  gedir) 
fundamenti  hesab  edilə  biləcək  bəyanat  qəbul  edildi.  Bu 
baxımdan ilkin olaraq azad ticarət zonasının yaradılmasına nail 
olmaq  məqsədi  ilə  qarşılıqlı  ticarətdə  süni  maneələrin  aradan 
qaldırılması və çoxtərəfli əsaslarda azad ticarət zonası rejiminin 
hərəkətə  gətirilməsini  özündə  əks  etdirən  15  aprel  1994-  cü  il 
Razılaşmasına düzəlişlər və əlavələr edildi. Və, maraqlı olan cəhət 
bundan  ibarət  idi  ki,  həmin  Razılaşmanın  məzmunu  və 
Protokolun  mətni  Ümumdünya  Ticarət  Təşkilatının  kardinal 
prinsiplərinə maksimum şəkildə uyğunlaşdırılmışdır. 
Beləliklə,  araşdırdığımız  problemin  mahiyyətinə  müvafiq 
olaraq  MDB  daxili  inteqrasiyanın  dirijist  və 
Y.Şişkovun'32 
təklif 
etdiyi  struktur  konsepsiyalann  sinkretik  birliyinə  söykənməklə 
aparılmasını  daha  məqsədəuyğun  hesab  edirik.  Belə  bir 
qənaətdəyik ki, hər iki konsepsiyanın qeyd etdiyimiz tərzli sintezi 
inteqrasiyanın  sırf  mikrosəviyyə  aspektlərinə  istinadən 
formalaşdırılmış  korporativizm  konsepsiyasına  yaxınlığı  yalnız 
mikrosəviyyə  çərçivəsindədir.  Bizim  tövsiyyə  etdiyimiz  nəzəri 
baxış 
isə, 
digər 
amillər 
kompleksi 
ilə 
bahəm
 
makro^mezo—>mikroiqtisadi 
səviyyələrin vəhdətini özündə əks etdirir. Fikrimizcə. MDB daxili 
regional  məzmunlu  iqtisadi  inteqrasiya  probleminin  alayı  cürə 
qoyuluşu, yəni iqtisadiyyatın hər hansı bir səviyyəsinin əlahiddə 
şəkildə  qabardı  İmasına  istinad  nəzəri-metodoloji  baxımdan 
düzgün olmazdı. Ona görə ki, regional iqtisadi inteqrasiya prosesi 
regional  bütövlüyü,  regional  ümumiliyi,  hətta  bəzi  ifrat  sol 
yanaşmalara  görə  regional  «vahidliyi»  yaradan,  sistemli  və 
kompleks  səciyyə  daşıyan  bir  prosesdir.  Və,  bu  halda 
fundamental  paradiqmadan  yararlanmaqla  sözügedən  dialektik 
məcmuluğu üzvi tərkib hissələrinə ayırmaq və onlardan hər hansı 
birinin  prioritetliyini  təmin  etməyə  çalışmaq  yalnışlıqdır. 
Düzdür, real bazar şəraitində iqtisa- 
K).B.IİI
HLUKOB
. TeopHH perHOHanbHoR KanHTajiHcxHHecKofi 
HHTcrpauHH. M.,l978çTp.93-113
331 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə